Cavid Fərzəli. QOVAQ AĞACI.

QOVAQ AĞACI
Bir axşam lal küçədə,
Mənə səni xatırlatdı qovaq ağacı.
Elə bil üzündən qoparıb üzünü,
Elə bil ayrılıq dərib ayaqlarını.

Bir az qulaq verdim, səsini duyum,
üzünü görüm deyə, ayrılığım!
Baxdım,
Bir dilsiz baxışdan
Ağac rəngində sevgilər yıxılır,
qonur çöllərin üstünə.

Əllərim bətninə düşür,
Sənə sarı kar axşamlarda.
Bir bilsən, qovaq xanım,
Yarıağac yolları gözləməkdən,
Alatoran küçələrin addımlarını balta kəsir,
Əllərim qanına batır sənsizliyin…

Yarıqadın ağaclarda,
Yarpaqların axşam düşür sənin,
Barmaqların çiçək soyundan doğulur.
Bağışla, gecikdim əllərinin baharına,
Daha ağacların ürəyin əritməz bir çiçək…

Müəllif: Cavid FƏRZƏLİ

CAVİD FƏRZƏLİNİN YAZILARI


POLAD HƏŞİMOV
 VƏ İLQAR MİRZƏYEV HAQQINDA

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD. QOŞMALAR.

BİRDİR
Sirlə dolu bir düyünü,
Açma, sirri pünhan birdir
Kilidlənib axıracan,
Cəhd eləmə, açan birdir.
* * *
Sığınmışam dühasına,
Dərd gətirən davasına.
Vallah, bu qəm havasına,
Ha alovlan, ha yan, birdir.
* * *
Tərif etmə bu gərdişi,
Tərk edib Mövlud vərdişi.
Əzrayılın yoxdu işi?
Can alacaq, o can birdir.
31.12.2022. Zərdabi.

İTİRƏM
Bəzən olur, xatirələr qarışır,
Daş yaddaşım iz, içimdə itirəm.
Dünya məni kölgəsində gizlədib,
Özüm sanki öz içimdə itirəm.
* * *
Kaş görəydim kimliyimi geridə,
Nələr qalıb o günlərdən bəridə.
Xəyallarım buz ömrümü əridə,
Alovlanır köz içimdə, itirəm.
* * *
Taleyimə qəm dəftəri yazılıb,
Çəkildikcə ötənlərim azalıb.
Deyir, Mövlud öz payına az alıb,
Həsrətinə döz içimdə itirəm.
9.12.2022. Zərdabi.

QOŞMA
Ala gözlüm, həsrət bir şey deyil ki,
Çəkmək ilə qurtarmaqdı qorxusu.
Nə xəyalın gəlsin yaxın, nə də sən,
İstədiyim tək bənövşə qoxusu.
* * *
Düşməyəsən dərdin dərin dibinə,
Nə bilirsən dərd üzü nə, dibi nə?
Hər görəndə dərdin səni sevinə,
Qalxa bilsin ərşə dərdin yuxusu.
* * *
Mövlud deyır, yalan acı, düz acı,
Dərd gətirər gülüş acı, söz acı.
Elə bil ki, təkcə mənəm möhtacı,
Nə gizlədim, belə deyir çoxusu.
25.02.2023. Zərdabi.

MÜƏLLİF: Mövlud AĞAMMƏD

MÖVLUD AĞAMMƏDİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi davam edir

AĞ ADAM ŞEİRİ
(Rəşad Məcidin doğum gününə)
Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.
* * *
Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and icibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
* * *
Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.
* * *
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
* * *
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yarananda, ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.

Qeyd:
21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü – Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq.
Rəşad müəllim 58-i tamamlayaraq, 59 yaşınına qədəm qoyur. “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi var. Bu layihədə iştirak etmək istəyən hər kəs Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını zauryazar@mail.ru e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən 01.08.2023-cü ilə qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC VƏ MƏMMƏD MƏRZİLİ – ZİYADAR

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac  “845” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Məmməd Mərzili “Ziyadar” mükafatı təqdim edərkən (27.04.2023 – Bakı şəhəri).

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI

YAZARLARIN TƏQDİMATLARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC VƏ HACI ƏKBƏR RÜSTƏMOV – ZİYADAR

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac  “Qayıt, gəl” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Hacı Əkbər Rüstəmova “Ziyadar” mükafatı təqdim edərkən (27.04.2023 – Bakı şəhəri).

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI

ZAUR USTAC: – USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİLƏ QARALOVA. DAĞLAR.

DAĞLAR
Quzeyində güllər açıb,
Allanıbdır üzün, dağlar,
Fəsillərin ən gözəli,
Xoş gəlibdi yazın, dağlar.
* * *
Ağ qarındı başda tacın,
Əlvan geyib bax yamacın,
Uçur kəklik, gah turacın,
Çək onların nazın, dağlar.
* * *
Səndən ayrı qalmaq çətin,
Üzür məni bil, həsrətin.
Ürəyimdə məhəbbətin,
Neçə-neçə sözün dağlar.
* * *
Vurulmuşam qönçə gülə,
Sinən üstə o çən tülə.
Rahilə də, qonaq gələ,
Təzələnə izin, dağlar.

Müəllif: Rahilə QARALOVA

RAHİLƏ QARALOVANIN YAZILARI


SƏRVANƏ DAĞTUMASIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti

“Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti

Lap qədimdən bu günün özünə qədər çox düşündürücü mətləblər insanların nəzərlərində yaranıb, yaranaraq da ya öz həllini tapmış, ya da sirli məna daşıyaraq günümüzə qədər gəlib çatmışdır. Həyatla hər bir insanın “son mənzili” adlandıra biləcəyimiz qeyri-manual məkan daim düşündürücü məqamları ilə ədəbiyyatda, fəlsəfədə xüsusi yer tutub. Ölüm mövzusu, əslində, yaradıcı şəxslərin, sənətkarların bir növ arınacaq olduqları dini və əbədi məkandır.

Tanınmış Yunan filosofu Epikür hesab edirdi ki, ölüm qorxumuz həyatda qarşılaşdığımız ən pis qorxudur, çünki o, biz sağ ikən düşüncələrimizi əhatə edir. Epikürə görə ölüm qorxumuz bizə yaşamağa mane olur. Düzgün və xoşbəxt yaşamaq üçün ölüm qorxusundan özümüzü xilas etməliyik. Bəs bunu necə edək?

Epikürün ölüm fəlsəfəsi haqqında bildiklərimizin çoxu onun tələbələrindən birinə, Menoekeyə sağ qalmış məktubundan gəlir:

“Ölümün bizim üçün heç bir şey olmadığına inanmağa vərdiş et, çünki yaxşı və şər hissləri nəzərdə tutur, ölüm isə bütün hisslərdən məhrumdur;  buna görə də ölümün bizim üçün heç bir şey olmadığını düzgün başa düşmək, həyata qeyri-məhdud vaxt əlavə etməklə deyil, ölümsüzlük həsrətini aradan qaldırmaqla həyatın faniliyini zövqlü edir. Çünki həyatın dayandırılmasında onun üçün heç bir qorxu olmadığını dərindən dərk edən üçün həyatın heç bir qorxusu yoxdur. Buna görə də ölümdən qorxduğunu deyən adam axmaqdır, çünki ölüm gələndə ağrıyır, amma ümid bəsləyir. Mövcud olduğu zaman heç bir qıcıq yaratmayan, gözləntidə yalnız əsassız ağrıya səbəb olur. Deməli, pisliklərin ən dəhşətlisi ölüm bizim üçün heç bir şey deyildir, çünki biz olanda ölüm gəlmir, ölüm gələndə isə biz deyilik. Deməli, nə dirilər, nə də ölülər üçün heç bir şey deyil, çünki diri ilə birlikdə o, yoxdur və ölülər artıq mövcud deyil.”

Tanınmış ədəbiyyatşünas, tərcüməçi Vaqif Sultanlının “Ölüm yuxusu” romanı və İngilis yazıçısı Con Sommerfildin “Ölmək asan deyil” hekayəsində yanaşdıqları problem mahiyyət olaraq eynilik təşkil edir. İlk əvvəl C.Sommerfildin “Ölmək asan deyil” hekayəsinin adından başlayaq. Yazıçı əsərin adı ilə mövzusu arasında əzəmətli körpü salaraq, bu mənada sərt bağlılıq yaratmağa nail olub. Yazıçı təyyarə qəzasından sonrakı anın təsvirini indiki zaman çərçivəsində verir. Oxucu ilk yazıçı düşüncələrindən özünü hadisənin canlı olaraq şərikçisi rolunda hiss edir: “…təyyarə yerə çırpılanda, göyə millənmiş toz dumanı da indi-indi sovuşurdu.” Bu cür yazıçı təsviri oxucunu hadisələrin gedişatını izləməsi ilə bərabər, həm də fikrini tozu-dumanı ərşə qalxan təyyarənin yanına sürükləyir. Bu da oxucunu yalnız oxucu olaraq deyil, eyni zamanda tamaşaçı roluna salır. Bunlar, əlbəttə ki, yazıçı təsvirinin canlı təqdimatından irəli gəlir.

“Təyyarəçi də hələ ölməmişdi. O, bir az kənara düşmüşdü. Ayağının biri sınıb, altında qalmış, sınmış çənəsi də qəribə formada sallanmış, açıq qalmış bəbəkləri qana bələnmiş, dişləri xıncım – xıncım olmuş, qan sifətini örtmüş, paltarlarını qaraltmışdı. Təkcə gözləri yaşayır, xəfifcə hərəkət edirdi.”

Daxilində ərşə qalxan ölümqabağı xatirələrin ardından soyuq ölüm qorxusu canını bürüdü:  “- Mən hələ ölməmişəm! – qışqırdı, ancaq özü də kəsik-kəsik çıxan, insandan çox heyvan səsinə bənzəyən səsini eşitmədi.”

Yazıçının qəhrəmanını narahat edən ölüm qorxusu deyil, ölümün vaxtsız gəlməsidir. O anlayır ki, ölüm hər bir kəs üçün var, bu həyatın qeyri-adi olmayan qanunauyğunluğudur. Üstəlik ölümün son saatlarında belə tək başına ölmək, həyatını erkən, havayı yerə ölüb getmək qorxusu onun üçün bir qədər də ağırdır. Yazıçının rəğbət bəslədiyi qəhrəmanı həm də məqsədlidir, ömrünü məna dolu yaşamaq istəyənlər ölümün də məqsədlisini axtarır, səbəbsiz ölüm onlar üçün, sadəcə faciədir. Xoşbəxt, həyatı sevinc dolu günləri hələ çox qarşıdadır.

Amerikalı filosof, idrak, siyasət və etika fəlsəfəsinin tədqiqatçısı Tomas Nagel “Ölümlə bağlı suallar” kitabında “Ölüm” adlı fəsildə qeyd edir ki, “İnanıram ki, hamımız doğulduğumuz üçün xoşbəxtik.”

Nagel qeyd edir ki, əgər ölməyin pis olduğu fikrini başa düşmək istəyiriksə, həyat yaxşı, ölümün isə bu yaxşılığın məhrumiyyəti və ya itkisi olduğuna əsaslanmalıyıq”.

Təbii ki, bu fikir bərabərtərəfli məqsəd ifadə etmir. C. Sommerfild isə əsərində həyatın əsas formasını müəyyən edir, belə ki, məqsədlərin formalaşdırılıb idarə olunmasını həyat ərzinə, nəticəsini isə ölümün vəzifəsinə aid edir.

Nagel, Epikürdan fərqli olaraq, ölümün bizə zərər verdiyini düşünür, çünki “ölümündən sonrakı vaxt onun ölümünün onu məhrum etdiyi vaxtdır”. Başqa sözlə, Nagel düşünür ki, ölüm bizi daha çox həyatdan məhrum edir. Məhz bu səbəbdən qarşıdan gələn nəqliyyatdan uzaqlaşırıq və buna görə də bir gəncin ölümünə yaşlı adamdan daha çox ağlayırıq.

Bu məsələyə bu cür yanaşmaq olar ki, insan əvvəli ilə sonu arasında qəti fikir bildirmək üçün çətinlik çəkir və ehtimala söykənən nəticələrlə qarşı-qarşıya gəlir.

Ədəbiyyatşünas Vaqif Sultanlının “Ölüm yuxusu” bu mənada öz oxşar və fərqli məqamları ilə xüsusilə diqqəti çəkir. Əsərin yazılma tarixi 1982-ci ildir. Əsərin təsvir obyekti kimi seçilən yolun çəkilişi əsnasında məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında sərt narahatlıq, təlaş kimi təsvir edilir. Yazıçının təsvir etdiyi mənzərə mənəvi çöküntülərin sahəsidir. İndi sökülən, uçurdulan hər bir qəbrin, başdaşının öz yaşayış tarixçəsi ətrafa yayılır.

“Buldozerin səs-küylə gəlib qəbiristanlığın yanında dayanmağı ümidlərini büsbütün qırmışdı. Birdəncə əl-həya düşmüşdülər. Ağlaşa-ağlaşa, təntiyə-təntiyə, söylənə-söylənə qazırdılar.”

Əvvəlcə niyə qəbiristanlıq, yazıçının bu məkanı seçməkdə məqsədi haralara gedib çıxır? Bu sualın cavabına yetişmək üçün, gərək ki, bir az saflaşaq, bundan ötrü də ta uşaq çağına qayıtmalıyıq.

Uşaq vaxtı qorxduğumuz bəzi şeylər var idi ki, onların çoxusu indi də var. Uşaq vaxtı, ağlımız kəsməyən vaxtlarda ölüm haqqında heç bir təsəvvürümüz yox idi, bircə bildiyimiz bu idi ki, ölüb, amma bizim üçün keçərli olmayan ölüm, axı o yaşda bizim ölməyəcəyimiz bizə daha aydın idi, ümidlər indikindən daha çox idi. O zaman gəldi ki, biz öyrəndik ki, biz də əbədi deyilik və faniyik məhz bu həqiqət bizi böyütdü, hardasa anladıq ki, etdiyimiz əməllərin haqq-hesabı aparılır. Uşaq vaxtı qəbiristanlıq fobiyası ruhumuza hakim idi, hansı ki, bu gün də hakimdir. Amma bir qədər fərqli, belə ki, uşaq yaşında Qorxurduq ki, ölülərin ruhu gözlərimizə görünə bilər, bizi öldürər, kəsər və s. Amma bu gün ora daxil olanda bütün vicdanımız bizi sorğu-sual edir. Yəni daha dərindən qarşısıalınmaz həqiqətlə üzləşirik.

“Bütün ömrü ona yuxu kimi gəlirdi, elə bil yaşamamışdı, ömür sürməmişdi, nə isə özünün də dərk eləmədiyi sirli, anlaşılmaz bir yuxu görmüşdü.

Abış kişi yaşayıb yorulmuşdu. Çoxdannan bəriydi ki, dünyaynan halallaşmışdı. Başdaşını yondurub üstünə ad-fa-miliyasını, doğum gününü yazdırmışdı, təkcə ölüm tarixi qalırdı, ancaq nə sirdisə, bu çağacan öləmmirdi, ölüm ondan qaçırdı. İndi birdən-birə qoca ölməyə başladığını, ölümün içərisinə yayıldığını hiss eləyirdi. Ölüm vücuduna yayıldıqca yavaş-yavaş yüngülləşirdi.

Bayaqdan bəri düzü-dünyanı yandırıb-yaxan günəş indi canını qızdırmırdı. Qoca üşüyürdü. İçərisinə yayılan soyuqdan bədəni uçunurdu. Və soyuq bərinə-bədəninə yayıldıqca tabı-taqəti çəkilib gedirdi. Bir belə adamın içərisində hamıdan xəbərsiz çıxıb getmək istəmirdi. Gözlərilə kimisə axtarırdı, ancaq kimi axtardığını özü də bilmirdi. Heç kəs bu səssiz-səmirsiz dünyadan çıxıb gedən qocaya məhəl qoymurdu.”

Həyatda ikən ölümlə barışan və başdaşının üzərinə adını, doğum tarixçəsini yazan Abış kişi artıq ömrünün sonunda daha gözəl anlayırdı ki, bu günə qədər yaşadıqları sadəcə yuxudan ibarət imiş və bircə ölüm tariçəsinin yazılması qalırdı ki, bunu yazmaq Abış kişinin ixtiyarında deyildi. Quranda ölüm haqqında bir çox surədə yetəri qədər danışılır. Amma ölümün iki formada olduğu da, həmçinin vurğulanır:

Yuxu – “Allah(əcəli çatan kimsələrin)canlarını öldüyü zaman, ölməyənlərin(hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar”. (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir). (əz-Zumər 42).

Həqiqi ölüm – “Yer üzündə olan hər kəs fanidir(ölümə məhkumdur)”. (ər-Rahmən 26).

Başının üstündə göy üzü dəniz kimi dalğalanırdı. Səmanı belə təmiz, aydın, dalğalı gördüyü yadına gəlmirdi. Dünyanın belə sonsuz-intəhasız olduğunu da indiyəcən aydın dərk eləməmişdi. İndi ölüm qabağı bu nəydi belə? İnsan son gününəcən kor olurmuşmu, ilahi? Yulğun topalarına kimi ona tanış, doğma olan bu torpağamı qarışacaq?

Ən böyük gerçəklik bu həyatda əbədi olandır. Və gerçək olan fani insanların uyuduğu qəbiristanlıqdır. Orada uyuyanların yaxşısı da, pisi də ömrün ən sonunda torpağın bağrına pənah gətirib. Dünyada insan üçün qutsallıq ifadə edən mənəvi ucalıq məqamları az deyil. Qəbiristanlıq da bu cəhətdən həyatdakı insanların ölülərinin ilahi, müqəddəs məkanıdır. Qəbir altında uyuyanlar həyatdakı doğmalarına dəstə-dəstə xatirələr buraxıblar. Amma gah bir üzü bumbuz soyuq, gah da bir üzü adam yandıran məzarlıq həyatdakı kimsəsizlərin də pənah yeridir.

Yazıçı əsərdə buldozerçinin monoloqunda səsləndirilən ritorik suallarla oxucunu deduktiv düşüncə həddinə gətirir. Bununla da müqəddəm görüşlərini qarşı tərəfə ötürür:

«Niyə insan tuşlandığı yolun səmtinin qəbiristanlıq olmağıyla barışammır, ayağı yer tutan gündən məzara sarı getdiyini unudur?

Əsərdə hadisələr yalnız bir məkanda, qəbiristanlıqda cərəyan edir. Müəllif davamlı olaraq ölülərlə, dirilərin təzadlı mövqeyini yaradır.

“Ölmək asan deyil” əsəri ilə “Ölüm yuxusu”ndakı qəhrəmanların mövqeyi fərqlənsə də, ancaq hər iki əsərin məxrəcindəki ölüm mövzusu əsas detaldır. “Ölmək asan deyil” hekayəsində qəhrəmanın ölümə tələsmədiyini təsvir edən yazıçı həm də boş-boşuna ölməyin də heç də asan olmadığını oxucuya çatdırmaq istəyir. “Ölüm yuxusu”nda isə yazıçı qarşı tərəfi ölümün bir addımlığına – əlini həyatdan üzənə qədər gətirir və göstərir ki, bu fani ömrün haqq-hesabı bitməyən bir də bu günə qədər heç kimə görünməyən uzaq sahili var. Ümumi məğzin qovşağı insanların adi skeletdən ibarət olmaları və hər halları ilə gizləndikləri mənaların altında eyni olmalarıdır. Abış, Cəvahir, Umuxanım və s. Obrazların məxsusi yaşamı onların mənəvi-əxlaqi, mənəvi-psixoloji xarakterlərinin fonunda açılır.

Bu məsələlərə uzaqdan baxsaq görərik ki, Yer günəş ətrafında fırlanır, dəyişən bir şey yoxdur. Hər gün eyni şey, günəş doğur, batır, ağaclar çiçəkləyir, saralır və solub torpağa qarışır, insan doğulur, sonda ölür, yenə torpağa qarışır, heyvanlar da bu qaydayla, bircə həcm etibarilə artan torpaqdır. Ki, yalnız torpaq özündə arındırır hər cür murdalıqları, bizim sirlərimizi torpaq örtür. Sirr də məhz buna görə var, o biri dünya bu dünyada yığılıb-qalmış sirlərin qəbiristanlığıdır. İnsan üçün iki önəmli nemətdir: su və torpaq. Hər ikisi yuyunma vasitəsidir, hər iki yaratma vasitəsidir. Ölümdən sonrakı həyat haqqında müxtəlif dinlərdə bir-birinə təzadlı fikirlər mövcuddur, amma hər iki əsərin müəllifini narahat edən problem başqadır. Ölümə fərqli baxışlarla yanaşmaq olar, bu mənada “Ölmək asan deyil” hekayəsi insanın ölməyin heç də asan olmadığını göstərir, amma bu ölmək qorxudan deyil. “Ölüm yuxusu” şərti-metaforik minimalist romanında buldozerçinin yol tikintisi zamanı qəbiristanlığı buldozerin qarşısına verib uçurması isə ölümün prizmasında insan üçün önəmli olan mənəvi dəyərlərinə qarşı özgə münasibətin insanı əvvəl-axır məhvə düçar etdiyini təsvir edir. Hər iki əsərin dili(“Ölmək asan deyil” tərcümədir) öz janrının xüsusiyyətlərinə cavab verir, axıcı, tonallıq  əsərə məxsusi kolorit bəxş edir. Bədii təsvir vasitəsi, cümlələr arasında məntiqi əlaqələr əsərlərin strukturuna əlvan rəng qatır.

Müəllif: Eimir HƏSƏN

ELMİR HƏSƏNİN YAZILARI


SƏRVANƏ DAĞTUMASIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏRİFƏ XANIM ƏLİYEVA – 100

BƏNZƏRSİZ ÜRƏK SAFLIĞININ TƏ­CƏS­­­SÜMÜ OLAN BİR İNSAN – ZƏRİFƏ XANIM ƏLİYEVA

Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasınnın akademik, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Müzəffər Ali Baş komandan İlham Əliyevin və Sevil xanımın anası Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür.

Zərifə xanım Əliyeva görkəmli alim-oftalmoloq olmuşdur. Təkcə ofta­l­mo­­loqmu?! Xeyir, O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elm­­də məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliy­yə­tinin əsas is­tiqamətini görmə orqanının peşə patologiyası müəyyənəş­dirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağır­dır və onun araş­dırılması təkcə dərin oftalmoloji savad yox, həm də funda­men­­tal təcrübi bilgilər tələb edir. Üstəlik yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya  xas idi.

1767-ci ildə Helmolts adına institutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi indi də məmnuniyyətlə xatırlanır.

Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş pro­fil­­­li mü­təxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbay­can Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu müha­zi­rələr bunu bir daha sübut edir.

Görkəmli alim istər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında Moskva Of­­talmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də, pub­li­sis­tik çıxışlarında özünün natiqlik istedadını göstərmişdir. Müx­­təlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olun­­­muş məruzələri necə də heyranlıqla dinlənirdi, istər-istəməz məruzəçinin fəl­­sə­fə­yə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu.

Məlumdur ki, 40-50 yaş arası alim üçün daha məhsuldar fəal dövr hesab olu­nur. Zərifə xanım  peşə patologiyasına və digər problemlərə həsr olunan əsas tədqiqatları ilə bunu bir daha sübut etdi. Məhz həmin yaş dövrünün peşə diaqnostika­sına dair monoqrafiyanı nəşr etdirir. Onun elmi tədqiqatları arasında göz da­mar­larının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur. Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına görə haqlı olaraq Zərifə Əziz qızı Əliyeva Azərbaycan Elm­lər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.

Zərifə xanımın hərtərəfli istedadı incəsənətdə də üzə çıxmışdı. O, forte­pi­a­no sinfi üzrə musiqi təhsili almışdı. Musiqi təhsili alan musiqiçilərin əksəriy­yə­ti yal­nız not üzrə çalır, əgər belə demək mümkünsə, yalnız bəstəkarın bəstələ­di­yi mu­siqini ifa edir. Zərifə Əliyeva ifasında həm klassik, həm də populyar musiqini bö­­­­­yük zövqlə ifa edir, həm də röyalda zəngin daxili hisslərini, bü­töv­­­lük­də musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəl­li­fin bəstələdiyi akkord və melodiyaları “quru” şəkildə ifa etmir, musiqi əsərinin əsas məğ­zini şəxsi hisslərinin süzgəcindən keçirirdi.

Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiy­­yə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq biruzə verir. Bu möv­­zuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap et­dirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insan­la­rın qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.

Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl hə­kim­­dir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər də­fə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət et­­mək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıca isə öz vic­danı qarşı­sın­da əxlaqi məsuliyyət deməkdir”.

Yaddaşın nə zamansa ilk baxışdan kiçik, lüzumsuz görünən elə məqamları üzə çıxır ki, insan həyatdan köçəndən sonra məhz o məqamların daha önəmli, əhəmiyyət kəsb etdiyini anlayırsan. Bu isə “ölülərdən çox dirilərə lazımdır”. Nə qədər ki, bizim yaddaşımız yaşayır, deməli, həmin yaddaşdakı adam da yaşayır. Ne­çə ki, bizim beynimizdən qiymətli xatirələr silinib getməyib, istər-istəməz xatırlamaq anlamaq, fikirləşmək, yazmaq istəyirsən.

Zərifə xanım da yuxarıda qeyd etdiyimiz kimi təkcə görkəmli alim, iste­dad­lı pedaqoq və tərbiyəçi, fəal icti­mai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nə­nə idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatı laureatı, tibb elimləri dok­to­ru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns­ti­­tutunun göz xəstəlikləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının tə­cəs­­­sümü olan bir insan kimi onunla ünsiyyətdə olan hər bir adamın qəlbində əbə­di yaşayacaqdır.

Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqala­rı üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qat­la­rın­da üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önün­də can­lanır, bərq vurur. Görkəmli alimin yaradıcı həyatının ana xəttini, heç şüb­hə­siz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra öm­rü­nü of­ta­l­mo­logiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz in­cəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstər­miş­dir. Onun yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımla­rı­nı atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İns­ti­tutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub. Gənc həkim 1948-ci ildə bu kafedrada ilk ixtisas kursunu keçir, göz həkimi diplomu alır, sonradan uzun illər ardıcıl olaraq Azərbaycan Həkim­lə­ri Tək­milləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent, professor və ka­fedra müdiri vəzifələrini tutur, daim bizim kafedra ilə sıx yaradıcılıq əmək­daş­­lı­ğı saxlayır, Azərbaycan üçün oftalmologiya mütəxəssisləri hazırlayır. Bu il­lər ər­zində o, gözəl diaqnostik, kilinik və cərrahoftalmoloq kimi təşəkkül ta­pır, əsl pe­daqoq istedadı üzə çıxır.

Cazibəli şifahi nitq mədəniyyətinə malik olan Zərifə xanım həkim-oftalmoloq­­­lar üçün Azərbaycan və rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək elmi sə­viy­­­yədə mühazirələr oxuyur. Zərifə Əziz qızının pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə “Meditsina” nəşriyyatı tərəfindən 40 çap vərəqi həcmində buraxılan “Tra­pev­tik oftalmologiya” kitabıdır. Burada dünya oftolmoloji təcrübənin yenilikləri öz əksini tapmışdır. Həmin nadir nəşr Moskvada, Azərbaycanda, Novokuz­netsk­də və Xarkovda oftalmologiyada terepevtik problemləri araşdıran Həkimləri Tək­­mil­ləş­dirmə İnstitutlarının göz xəstəlikləri kafedrasının professor-müəllim hey­­ə­ti­nin birgə gərgin zəhmətinin məhsulu idi. Zərifə xanım həmin kitabın ən samballı böl­mələrini yazarkən təbii ki, özünün zəngin klinik təcrübəsinə və elmi təd­qi­qat­la­rına əsaslanmışdır. O, eyni zamanda həmin kitabın illustrasiyalarla zən­gin olan “Görmə orqanının endo krinik xəstəlikləri”, “İridosiliar distrofi­ya­lar”, “Görmə or­qanının virus xəstəlikləri” bölmələrinin hazırlanmasında  da fəal  iş­­tirak et­miş­dir. Həmin əsərləri oxuyan həkimlər neçə illər bundan sonra da gör­kəmli alim və pe­daqoqun ideyalarını əməli işə tətbiq edəcəklər.

Görkəmli alim dərs vəsaitləri ilə yanaşı dövrü mətbuatda çap etdir­diyi məqalələrdə elmi nöqteyi-nəzərindən həkimlərin təkmilləşdirilməsi mə­sə­lə­lə­rini də araşdırmışdır. Onun 1984-cü ildə “Oftalmologiya xəbərləri” jurnalını 5-ci nömrəsində yazdığı “Oftalmoloq kadrlarının təhsili və tərbiyəsi” sərlövhəli baş məqa­lə buna əyani sübutdur. Zərifə xanımın “Həkimləri təkmilləşdirmənin elmi əsas­­­ları” mə­qaləsində internatura, klinik ordinatura, ilkin ixtisaslaşdırma, ümumi və tematik təkmilləşdirmə, informasiya kursları, seminar və simpoziumlar vasitəsilə göz həkimlərinin təhsil sisteminin inkişafının əsas istiqamətləri müəyyən­ləş­­dirilir. Məqalə redaksiya heyətinin sifarişi ilə yazılmış və jurnalın 100 illik yub­leyi münasibətilə çap edlimişdir.

Zərifə xanım fundamental elmi araşdırmaların müəllifi olan, tibb­ el­minə nəhəng töfhələr vermiş, böyük erudisiyaya malik görkəmli alim kimi də ge­niş tanılırdı. Onun tədqiqatları geniş miqyası ilə seçilirdi. Alimin “Yaşla əla­­qə­dar olaraq gözün və görmə-əsəb yollarının dəyişikliyi” adlı monoqrafiyası bunu bir daha sübut edir. Burada konkret şəraitdə görmə orqanının vəziyyətini öyrənən klinik istiqamətli elmi müddəaların bütöv bir silsiləsi öz əksini tapmış­dır. Bu elmi işlər sırasında böyük yaradıcı əməklə başa gələn Ozbəkis­tanın “Me­dit­sina” nəşriyyatı tərəfindən çap edilmiş “Şəkərli diabet zamanı göz xəstəlik­ləri” adlı monoq­­rafiya xüsusi əhəmiyyət kəsb edir. Bu qiymətli əsərində Zərifə xa­nım bir sosial mənbə kimi Orta Asiya və Qafqaz regionunu götürərək insanlar ara­sında teztez müşahidə olunan və kifayət qədər geniş yayılmış şəkərli diabet za­manı yaranan göz xəstəliklərinin patoloji, klinik, diaqnostik və müalicəvi xüsusiyyətlərini araş­dırır. Elmi siqlətinə görə bu nəşr nadirdir və bu gün də oftalmo­loqların sto­lüs­tü kitabıdır.

Görkəmli akademik, tanınmış ictimai xadim, gözəl pedaqoq və nəcib insan Zərifə xanım Əliyevanın xatirəsi unudulmazdır.

Müəllif:Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hacı Əkbər Rüstəmovun “Qayıt gəl” və şair-publisist Məmməd Mərzilinin “845” adlı kitablarının təqdimatı olub 

Bu gün Azad Vətən Partiyasının və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin təşkilatçılığı ilə döyüşçü Əkbər Rüstəmovun “Qayıt gəl” və şair-publisist Məmməd Mərzilinin “845” adlı kitablarının təqdimatı oldu. 

Tədbiri açan Novruz Novruzov yeni kitabların oxucuya aşıladığı qayədən, müəlliflərin toxunduqları mövzuların aktuallığından danışdı. Tədbirdə iştirak edən keçmiş döyüşçülər, kitablarda təsvir edilən səhnələrin, deyilən fikirlərin iştirakçıları və daşıyıcıları söz alaraq xatirələrini danışdılar.

Azad Vətən Partiyasının sədri Akif Nağı, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firidun Məmmədov, Haşım İsgəndərli, Nazim Vəlişoğlu, Vahid Çəmənli, jurnalist Rauf İlyasoğlu, Zaur Ustac, keçmiş döyüşçülər Babək Quliyev, Fəxrəddin Rəcəbov, Sərxan Məzlumov, Seymur İsmayılov, Azad Ramazanov, AzVP üzvlərindən Tacəddin Əyyubov, Firuzə Əsədullayeva, Hacı Fərman Azançı və başqaları öz çıxışlarında müəllifləri təbrik etdilər, bu mövzuda kitabların daha çox yazılmasını arzuladılar, 

Qarabağ döyüşlərininilk günlərindən həyatını səngərə bağlayan, ailəlikcə torpaq uğrunda vuruşan Hacı Əkbər Rüstəmovun keçdiyi döyüş yolu xalqımızın mübarizə əzminin qürurverici salnaməsidir. Bu yolda 3 oğlundan birinin Şəhidlik Qürurunu yaşayan bu məğrur atanın cəbhə qeydləri “Qayıt gəl” adlı yeni kitabda toplanıb. 

Məmməd Mərzilinin “845” adlı kitabında isə eyni nömrəli batalyonun Qarabağda keçdiyi odlu-alovlu döyüşlərdə cəsurluqla vuruşan, adını Şəhidlik zirvəsinə həkk edən və hazırda yaşayan əsgərlərinin həyatından, qəhrəmanlıqlarından səhnələr və qiymətli məlumatlar yer alıb.

Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac yeni kitabların işıq üzü görməsi münasibəti ilə müəlliflərə “Ziyadar” mükafatı təqdim edib. Tədbirdən fotolar:

“YAZARLAR” olaraq müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, dəyərli qələmdaşlar!!!

Tədbir haqqında digər mənbələrdə:

/www.musavat.com/

/rezonans.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru