YENİ YAŞINIZ MÜBARƏK

Şəhid xanımının mücadilələrdən keçən uğur yolu

                Ömrü boyu yol gedirık.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir.  Filologiya üzrə fəlsəfə doktoru Almara Vəzir qızı Nəbiyeva  2021-ci ildən  BDU-nun “Dədə-Qorqud” Elmi  Tədqiqat Laboratoriyasına rəhbərlik edir.Fəaliyyətinə nəzər salmaq  istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq  istəyirik: mübariz, əməksevər, vicdanlı ,xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan!  İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir.Sadə, mehriban, qətiyyətli, ürəyində, fəaliyyətində Türk dünyasının dəyərlərinə,  İnsana, Vətənə sevgisi zəngin  bir şəxsiyyət Nəbiyeva Almara Vəzir qızı 1963-cü il aprel ayının 5-də Ağdam rayonunun Gülablı kən­dində doğulub. 1970-ci ildə Gülablı kənd or­ta mək­təbinə daxil olub, 1980-ci ildə həmin mək­təbi bitirib. 1981-1982-ci il­lərdə Ağdam şəhər 70 saylı texniki peşə məktəbində təhsil alıb.

1990-cı ildə Bakı Dövlət Universitetinin  Ümu­mi fizika kafedrasının baş laborant prepara­to­ru vəzifəsinə işə qəbul edilib. 1991-ci ildə BDU-nun filo­logiya fa­kültəsinə qəbul olub, 1997-ci ildə həmin fakültəni bitirərək filologiya (Azərbaycan dili və ədəbiyyatı müəl­limi) ixtisasına yiyələnib. 1995-ci ilin fevral ayında Bakı ixtisasım üzrə filologiya fakültəsi Azər­bay­can şifahi xalq ədəbiyyatı kafedrasının baş laborantı və­zi­fəsinə təyin olunub. 1999-cu ildən həmin kafed­ra­nın dissertantı, 10 oktyabr 2012-ci ildə (10.01.09 – Folklorşünas­lıq) “Müasir dövr aşıq yaradıcı­lı­ğı (Qarabağ aşıq mü­hiti materialları əsasında)” möv­zusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərə­cə­sini al­maq üçün təqdim etdiyim dissertasiya işini AMEA Folk­lor İnstitutunun nəzdindəki FD.01.201 Disserta­siya Şurasında müdafiə edib.Folklorşünaslıq sahəsində el­mi-tədqiqat  apaşdırmaları aparır 4 kita­bın və 60-dən artıq elmi məqalənin , 4 kitabın redaktoru, (onlardan bir neçəsi xa­ric­də çap edilib) müəllifidir. 30-dan çox elmi və publisistik məqalənin müəllifidir. 2018-ci ildə Azərbaycan şifahi xalq ədəbiy­yatı kafedrasının elmlər doktoru proqramı üzrə “Folklorşü­nas­lıq”– 5719.01 “Azərbaycan das­tan­larının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” adlı mövzu təsdiq olunub.  Hazırda isə doktorluq  işi üzərində çalışır. Almara xanım 2017-ci ildən Azərbaycan Aşıqlar Birliyinin üzvü­dür. Beynəlxalq və respublika səviyyəli elmi kon­­­frans­lar­da məruzələrlə,  mət­buat və televiziyada müxtəlif mövzu­larda çıxışlar edir. Fakültənin ictimai həyatında yaxından iştirak edir.

 Agdam “Mugam merkezinde “ Agdam rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu və Azərbaycan Asıqlar Birliyinin birgə təskilatciligi ilə Azərbaycanın Qarabag asıq muhitinin ustad asıgı Asiq Valehin (XVIII əsr) 300 illik yubileyine ve Almara Nebiyevanin “Qarabagdan səfər etdim” kitabinin təqdimatina hesr edilmis “Ustad senetkar” movsusunda Elmi konfrans kecirilmişdir. (28 dekabr 2022-il)  Almara xanım Dədə Qorqud Dünysı Jurnalın                                                                      Baş  redaktorudur.

      1987-ci ildə öz həmkəndlimiz Yanvarla ailə həyatı qurduq deyir  Almara xanım. Həyatımızın xoşbəxt günlərini yaşayırdıq. 1988-ci ildə oğlumuz  dünyaya gəlir.  Yazın gəlişi məni bütün varlığım ilə bu torpağa çəkib aparırdı. Özünün işi olanda da mən uşaqla kənddə qalırdım, o, şəhərlə kəndin arasında. Ən yadda qalan günümüz balaca Həsənin kəndimizdə ayaq açıb yeriyən günü olub.  Qüvvətli, qolu güclü, Vətən, dost yolunda ölümə gedən oğlan idi Yanvar.  . Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar. Nəsirov Yanvar Şirəli oğlu 20 yanvar 1990-ci ildə şəhid  oldu.  Yanvar isə həyatda artıq yoxdur. Yanvar ata yanvar ayında qalmışdı. Yanvar ayından bəri çıxa bilməmişdi…

       Ötən günlərimi qaytaraydılar… Hər ilin yay fəslini Gülablıda dağlar qoynunda keçirirdik. Ağdam – Gülablı mənim üçün vətəndir, həyatın başlanğıcıdır deyir Almara xanım. Uşaqlığı, məktəb illəri, ilk iş yeri, 24 yaşına kimi bütün həyatı orda keçib: – Gülablı əvvəllər Şuşa qəzasının tərkibində olub. Bizim kənddən arxa tərəfdəki yolla Şuşaya at arabası ilə 2 saatlıq yol idi.. Şuşaya dayələri bizim kənddən aparırdılar. Saf suları, təmiz havası, bərəkətli torpağımız vardı. Kəndimiz dörd tərəfdən dağlarla əhatə olunmuşdu. Arxa tərəfdə Çıraxlı, Hacadağlar idi. Kəndin düz ortasından çay axırdı. Gedib Ağdamın Qarqar çayına birləşirdi. Belə bir səfalı torpaqda dünyaya göz açmışam, orda böyümüşəm. Çox dəcəl qız idim. Rəfiqəm Gülbənizlə gedib girirdik şah bağlarına. Armud, qoz, zoğal… bağları sırayla salınmışdı.Yazın gəlişi məni bütün varlığım ilə bu torpağa çəkib aparırdı…

 1992-1993-cü illərdə isə Almara Nəbiyeva həyatının növbəti ağır zərbəsini aldı. Doğulub boya-başa çatdığı Gülablı kəndi 1992-ci ilin sentyabrında, bütünlükdə Ağdam isə 1993-cü ilin iyulunda erməni qəsbkarları tərəfindən işğal olunur.                          

        İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir ümdə arzusu olur. Almara Nəbiyeva da illərdir qəlbində bir arzu ilə yaşayır – Ağdama, Gülablıya heç olmasa bircə dəfə yenidən ayaq basmaq: “Kəndimizi tez-tez yuxuda görürəm. Həyətimizi, bağ-bağatımızı, kəndin ortasından axan çayı… Gah görürəm o çayda üzürəm, gah hansısa dağa çıxıram… Hər dəfə ötən günləri yada salanda xatirələr adamı doğma yerlərə çəkib aparır. Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın. Doğulub boya-başa çatdığı kəndin şirin xəyallarının qanadlarında dolanmasın. İllər ötür, bu xatirələr də səninlə yaşayır, o yerlərin insanları, dağı-daşı, bağı-bağatı ömürlük yaddaşına köçür. Hələ də kəndimizin həsrətini çəkə-çəkə, yollara baxa-baxa gözləri yolda qalmışam. Hər bahar fəsli gələndə qəlbimdə o yerlərin gözəl təbiətini, buz kimi bulaqlarını, təmiz havasını, çiçəklərinin ətrini, quşların cəh-cəhini bütün varlığımla duymaq həsrəti baş qaldırır. Ürəyimdən keçir ki, bir kəndə getsəydim, barlı-bağatlı torpağıma ayağım dəysəydi, yeri-yurdu dolanıb gəzsəydim… İllərdir, bu böyük xoşbəxtlik əlimdən çıxıb. Amma hələ ümidimi üzməmişəm. İnanıram ki, üzümə az gülən taleyim heç olmasa bu dəfə mənə xoş baxacaq.

 Şükür 20 noyabr    torpaqlarımızın mənfur düşmən tapdağın xilas olması,zəfər günlərimizin başlanğıcı oldu. Qarabağın dilbər güşəsi Ağdam azaddır.İnşallah Ağdam dünyada tayı bərabəri olmayan möhtəşəm məkana çevriləçək. Yanvarın gecə–gündüz tək bircə söz–söhbəti var idi. Vətən… Torpaq ..İnşallah Oğlumuz Həsən, nəvəmiz Əli ilə şəhid Yanvarın nigaran  ruhunun dolaşdığı doğulduğumuz Gülablı kəndində  qayıdacağımız günü səbirsizliklə gözləyirk. İnşallah arzunuz çin olsun. Şəhid xanımının mücadilələrdən keçən uğur yolu davamlı olsun!Yeni yaşınız mübarək olsun!

A     llahın  lütvüdir qiymətli olmaq!

L     əyaqətli , dəyanətli bəndə olmaq!

M    ənəviyyatlı , dözümlü xanım olmaq!

A    ndına sadiq ,sədaqətli olan  xanım

R    ahatdır yarı canın, sən onu yaşadırsan!

A    nasısan Həsənin, Əlinin nənəsisən!

Təbrik edirik!!! Sağlamlıq, xöşbəxətlık nəsibiniz olsun!!!

Səmərəli fəaliyyətinizdə uğurlarınız davamlı olsun!!!

Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi

Əməkdar müəllim.


>>>>OXU>>>> ƏN ÇOX OXUNAN HEKAYƏT

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir