AZƏRBAYCANIN DAHİ ŞƏXSİYYƏTİ VƏ İDEAL İDARƏETMƏ
Məlum həqiqətdir ki, tarix insan fəaliyyəti prosesidir.Bu prosesin gedişində keçmiş, indi və gələcək arasında əlaqə yaradılır. Tarixi prosesin inkişafına bir çox amillər təsir göstərir. Bu amillər arasında ictimai fəaliyyətlə məşğul olan şəxslər mühüm yer tutur. İnsanın tarixdə rolu o zaman xüsusilə artır ki, o, birbaşa hakimiyyətlə bağlı olur. Hər bir tarixi dövr görkəmli şəxsiyyətlər,xüsusilə dövlət rəhbərləri mövzusuna toxunmuşdur.Cəmiyyətin inkişaf prosesinin dərk olunması ictimai tərəqqiyə öz xidmətləri,əməyi sayəsində tövhələr vermiş dahi tarixi şəxsiyyətlərin rolunun təhlilinə gətirib çıxarmışdır.Onların adları tarixən yaşayır,əməllərinə heyran edilir və eyni zamanda tədqiqatçılarda maraq doğurur.Bu şəxsiyyətlər olmadan bəşər cəmiyyətinin irəliləməsini təsəvvür etmək çox çətindir. Rus nəzəriyyəçisi G.V. Plexanov qeyd edirdi ki, tarixi insanlar yaradır.Fəal həyat mövqeyi tutan hər bir şəxsiyyətin fəaliyyəti onun əmək fəaliyyətində,nəzəri axtarışlarında və s. əksini tapır.
Tarix öyrədir ki, heç bir sinif, heç bir ictimai qüvvə öz siyasi liderlərini irəli sürməzsə, hakimiyyətə nail ola bilməz.Lakin fərdi istedadlar kifayət deyil. Lazımdır ki, cəmiyyətin inkişafı zamanı gündəmdə bu və ya digər şəxsiyyətin həll edə biləcəyi vəzifələr olsun. Ona görə də, ilk növbədə, tarixi şəxsiyyət ilk növbədə xalqın qoyduğu vəzifələri onun necə yerinə yetirdiyi nöqteyi-nəzərdən qiymətləndirilir.
Belə bir şəxsiyyətin parlaq nümunəsi umummilli liderimiz H.Əliyev cənablarıdır. Görkəmli şəxsiyyətin addımıarın başa düşmək və izah etmək üçün bu şəxsin xarakterinin formalaşması prosesini öyrənmək lazımdır. Biz H.Əliyevin xarakterinin necə formalaşmasından danışmayacağıq, yalnız aşağıdakılara diqqət yetirəcəyik. Böyük liderin xarakteri necə inkişaf etməş və sonda hansı nəticəonun, bir rəhbər kimi Azərbaycanın inkişafına təsirini göstərə bilmişdir. H.Əliyevin dövləti idarə etmə üsulları və strategiyası çox fərqli idi. Onun xarakterinin formalaşması prosesi ilə müəyyən edilən fərqləndirici cəhətlərindən biri də onun intuitiv şəkildə hiss etməsi və uzaq gələcəyə baxaraq,onu görə bilməsidir. Siyasi liderin əsas siyasəti ondan ibarət idi ki, istənilən nəticəni ən yaxşı şəkildə əldə etmək üçün yuxarıdan təsir göstərmək kifayət etmir, bunun üçün də xalqa yaxınlaşmaq, ona yaxın olmaq, xaricdə təhsil almaq hesabına ölkənin ictimai idarəetmə qurumlarının bacarıqlarını təkmilləşdirmək və iş üslubunu dəyişmək lazımdır.
Vətənə əvəzsiz xidmətlərinə görə dahi şəxsiyyətin xatirəsi Azərbaycan xalqı üçün həmişə əziz olacaqdır. Hələ sağlığında bu böyük insan xidmətləri ilə dahi azərbaycanlı kimi tarixi yaddaşda əbədiləşib. Azərbaycanın müasir tarixində Heydər Əliyev nadir lider, güclü siyasi xadim, fədakar şəxsiyyət, əfsanəvi şəxsiyyət, xalqın sevimli oğlu kimi qalacaqdır. Dahi şəxsiyyətin parlaq dühası Heydər Əliyev Azərbaycan xalqının ümummilli liderinə, dünya siyasətinin sütunlarından birinə çevirmişdir. Ona görə də Azərbaycan xalqı öz dahi oğlu ilə haqlı olaraq fəxr edir.
Heydər Əliyev öz ölkəsini, onun tarixini ürəkdən sevirdi. O, tarixi yaxşı bilirdi və başa düşürdü ki, bu, təkcə keçmişlə deyil, həm də bu günlə bağlıdır, hər yeni dövrü gələcək nəsillər dəyərləndirəcək. Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi inkişafla yanaşı, müstəqilliyin əsas elementlərindən biri də mədəniyyətdir. Prezident Azərbaycanın mədəni irsini dəstəkləyib, onun ölkənin milli kimliyinin əsasını təşkil etdiyinə haqlı olaraq inanıb.
İstedad və iradə Heydər Əliyev şəxsiyyətinin əsas keyfiyyətlərindən idi. Yüksək təşkilatçılığı və tələbkarlığı – ilk növbədə özündən başlayırdı. “xalq”, “millət”adı altında birləşmış hər bir insanı dinləmək və eşitmək, istəklərini başa düşmək bacarığı onun mədəniyyətinin göstəricisi idi. Onda böyük siyasətçi uzaqgörənliyini və hərbi cəsarət birləşmişdi. Təbiətin bəxş etdiyi dərin tərbiyə və incə estetik hissə malik olan lider təsadüfən səhv edənləri necə bağışlamağı bilirdi. Bir siyasətçi kimi o, demokratiyanı məharətlə sərt tələblərlə uzlaşdırmağı bacarırdı.
Onun zəngin siyasi təcrübəsi və şəxsiyyəti, azərbaycan xalqını ölkənin üzləşdiyi çoxsaylı böhranlardan unikallıqla çıxarmağa yönəldilməsi demək idi.O, başqalarını ruhlandırmaq qabiliyyətinə malik idi, özünəməxsus xarizması ilə xalqına rəhbərlik edirdi. Siyasətçi lider üçün zəruri olan fenomenal şəxsi keyfiyyətlərə malik idi: Onun varlığının gücü hiss olunurdu və onun xarizması dövrün bir çox dahi intellektlərin diqqətini cəlb edirdi. yüksək intellektli bir insan. Heç bir şubhə yoxdur ki, böyük lider hamıya xas olmayan sadəliyə, yüksək ləyaqətə malik bir insan idi.
Beləliklə, tarixdə şəxsiyyətin rolu böyükdür, çünki mütərəqqi şəxsiyyət tarixi prosesin gedişatını sürətləndirir, onu düzgün istiqamətə yönəldir. Eyni zamanda, şəxsiyyətin tarixə müsbət və mənfi təsirləri ilə bağlı çoxsaylı nümunələr var ki, bunun sayəsində müasir dövlətimiz inkişaf edib bu səviyyəyə çatmışdır.
Müəllif: Bəsirə ABBASOVA
Gəncə Dövlət Universitetinin umumi ped.kafedrasının baş müəllimi.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru