Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsində “Qarabağnamə”
“Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dövlət idarəçiliyi məktəbinə çevrilib”.
Tarixi həqiqətlər sübut edir ki, Heydər Əliyev siyasət meydanında olmasaydı hələ 60 – cı illərdə Qarabağ ermənilərə verilməliydi. Əgər o, 1969 -cu ildə rəhbər olmasaydı biz erməniləri susdura bilərdikmi? Əsla!!! Sadəcə 7 may 1969-cu il Azərbaycan SSR Ali Sovetində qəbul olunan qərarı yada salmaq əlimizdə bir faktdır.Belə ki, Heydər Əliyevin təbiətcə diribaşlığı və zirəkliyi, cəldliyi, tez münasibətə girməyi, işgüzarlığı, hadisələrə operativ yanaşmağı və sadəliyi bütöv Azərbaycana məlumdur.
1969-cu il 14 iyun tarixindən Azərbaycana rəhbərlik etməyə başlayarkən Heydər Əliyev çox ağır bir mirasa sahib olmuşdu. Həmin illərdə Qarabağda miskinlik hökm sürürdü. Heydər Əliyev hakimiyyətə Azərbaycanın ağır tarixi dövründə gəldi. Onun gördüyü işlər xalqın milli ruhunu özünə qaytardı. Heydər Əliyev ilk günlərdən Azərbaycanda qanunçuluğun qorunması, idarəçiliyin möhkəmləndirilməsi, kadrların tələbkarlığının artırılması işində əhəmiyyətli addımlar atmışdı. Heydər Əliyev 1977 – ci ildə ermənilərin Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq cəhdinin qarşısını qətiyyətlə aldı. 70-ci illərdə mərkəz, ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon ərazisinin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi məsələsini qaldırmışdı. Lakin Heydər Əliyevin bölgənin iqtisadiyyatını qısa müddətdə canlandırması mərkəzinin və erməni millətçilərinin niyyətlərini puça çıxardı. Kəlbəcərə “Murov yolu” çəkildi.
Heydər Əliyevin dövründə Dağlıq Qarabağda həyat tədricən yoluna düşmüşdü. Vilayətdə sənayə istehsalı 3 dəfədən çox, kənd təsərrüfatı məhsulu 1,5 dəfə artmış, əhalinin sosial mədəni təminatı xeyli yaxşılaşmışdır. İstisu (Kəlbəcər) Turşsu (Şuşa) turist və kurort işi xalq təsərüffatının ayrılmaz hissəsi kimi müvəffəqiyyətlə həyata keçirilmişdi.
Heydər Əliyevin respublikaya rəhbərliyinin 1-ci dövründə əhalinin hər 10 min nəfərinə ən yüksək xidmət DQMV-də göstərilmişdir.Turizm və kurort işi əhalinin işi ilə yanaşı, xüsusən gəlirlə təmin olunmasına xidmət etmişdi. Şuşada Molla Pənah Vaqifin türbəsi, Xurşidbanu Natəvanın ev muzeyi Qarabağın memarlığının ən möhtəşəm abidələrinə çevrilmişdir.Liderin Qarabağa sahib çıxmağı erməniləri çox narahat edirdi. Heydər Əliyev quruculuq işləri ilə sübut edirdi ki, Qarabağ türklərindir. Sovet rəhbərliyi vaxtilə Nəriman Nərimanova düşündükləri planın oxşarı olaraq Heydər Əliyevi 1982 – ci ilin dekabrında Sov.İKP.MK – nın Siyasi Bürosuna üzv seçdilər, SSRİ Nazirlər Sovetinin sədrinin I müavini təyin etdilər. Sonra Qarabağı türklərdən qoparmaq üçün planlar həyata keçirdilər. M.Qorbaçov Qarabağı “şahnazaryanlara”, “aqanbekyanlara” söz vermişdi. 1987-ci il Qorbaçovun əsabəsi akademik Abil Aqanbekyan Qarabağın ermənilərə məxsus olduğunu və onlara verilməsini “Humanite” qəzetində təklif verməsi bir daha onun antiazərbaycan siyasətini sübüt edirdi.
M. Qorbaçov Heydər Əliyevin nüfuzuna qarşı gizli, məkirli paxıllıq keçirirdi. M.Qorbaçova “himayədarlıq” edən erməni lobbisi təzyiq göstərirdi. 1987- ci ilin oktyabrında Heydər Əliyev idarəçilikdən uzaqlaşdırıldı. M.Qorbaçovun günahı ucbatından Ermənistanın əli ilə Azərbaycana qarşı təcavüzkar müharibə başladı. Xalq Azərbaycanın üzləşdiyi taleyönlü problemi həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu dərk edərək, onu yenidən respublikaya rəhbər təyin olunmasını arzulayırdı.
1990 -cı il yanavarın 19-dan 20-nə keçən gecə günahsız insan qırğını ilə azərbaycanlılara qarşı faciə törədilərkən Moskvadakı daimi nümayəndəliyə gələn Heydər Əliyev Qorbaçovu “cəllad ”, “qatil” adlandırdı. İmperiya onun Azərbaycana qayıtmasına mane olurdu. Təklənən xalqımıza ümid çırağını Heydər Əliyev yandırdı. 1990 – cı il iyulun 22 -də Heydər Əliyev Naxçıvana gəldi. Respublikada dövlət müstəqilliyi uğrunda mübarizə gedirdi. Vətəndaş müharibəsi şəraitində AXC- Müsavat özü hakimiyyətə Heydər Əliyevi dəvət etdi. 1993 -cü il iyunun 15 – Azərbaycanın müasir dövr tarixinə “Qurtuluş günü” kimi daxil oldu.
Heydər Əliyevin taleyinə Qarabağ yükü həkk olunmuşdur. O, ömrünün sonunadək bu problemi həll etmək üçün əlindən gələni etmişdi.
Azərbaycanın bir çox “Qarabağnamələr” kitabı yazılmışdır. Mən Heydər Əliyevin çıxışları toplusu olan kitabları səhifələyirəm, onun Qarabağ naminə keçirdiyi ictimai – siyasi fəaliyyətinin miqyasını düşünürəm və onu da düşünürəm ki, dünyanın hər nöqtəsində Qarabağdakı dərdlərimizi planetin əsas mövzularından birinə çevirən ilk və yeganə liderimizdir.
Heydər Əliyevin yaratdığı “Qarabağnamə” daha əvəzsiz, daha unikaldır. 30 il nə az, nə çox Qarabağ münaqişəsinin həlli onun işinin tərkib hissəsinə çevrilmişdir.
Azərbaycanın bütövlüyü və toxunulmazlığı çox mühüm həlledici şərtdir.
Müəllif: Gülbəniz ABBASOVA,
Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi.
GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru