Sərvanə Dağtumas. Gülşən Lətifxanın “Azər və Aida adası” romanında siyasi motivlərin fonunda saf və təmiz hisslərin tərənnümü.

Gülşən Lətifxanın “Azər və Aida adası” romanında siyasi motivlərin fonunda saf və təmiz hisslərin tərənnümü

Romanın qəhrəmanı Aida xeyir-dua verilməyən bir ailənin ocağında dünyaya göz açmışdı. Ondan dünyaya gəlib-gəlməməsi barədə fikir soruşmamışdılar. Bəlkə də, soruşsaydılar, o, dünyaya gəlməyə razılıq verməzdi, qarışıq gendən doğulmaz istəməzdi…

Biz səsyazma adlı “qəhrəmanın” vasitəsilə Aidanın taleyi, həyatı, keçdiyi yaş mərhələləri ilə tanış oluruq. Aidanın sirdaşı səsyazma cihazı oldu. Son vəsiyyətini, son sözlərini, son arzularını onunla paylaşdı, diktofon onun duyğularına, acılarına şahidlik etdi.

Aida (adının mənşəyi yunan mifologiyasında yeraltı dünyanın və ölülərin allahı hesab olunan Aiddən gəlir) emosional, həssas, depressiv, sentimental qızdır. Melanxolikdir, özünə qapalıdır. Həm də tək uşaqdır, bu da xarakerinə təsir göstərir. O düşünür ki, insan sirlərini ən yaxşın rəfiqəsinə belə deməməlidir. Aida sirləri vaqona bənzədir. Onun ailədə aldığı travmalar, istənilməyən bir övlad olaraq, dünyaya gəlməsi, qarışıq genden olduğu üçün ona dırnaqarası baxılmağı, cəmiyyət tərəfindən qəbul edilməməsi xarakterinə və taleyinə, sözsüz ki, təsir edir.

Onun düşdüyü mühitdə erməni qanı daşıdığına görə dışlanan gənc qızın həyatda tutunacaq yeganə dalı, budağı Azər (adının mənası “od”, “atəş”) idi. Aida tək sevgisi olan Azəri gözündə ideallaşdırmışdı. Azərin  həm daxili, həm də xarici cəhətlərini təsnif edərək, belə nəticəyə gəldi ki, (onun gözündə) dünyada Azərdən mükəmməl, ideal insan yoxdur.

Aidanın ata babası İbrahim məcbur qalıb izdivaca razılıq verdi. Onun dilindən bir ifadə işlənir: “Atası qarğıyan oğula Allah oğul verməz”. Maraqlıdır, bəs sonra niyə Allah Murada iki oğul bəxş etdi? Özü də türk gəlinindən. Görəsən, ilk başda erməni olduğu üçün qəbul etmədiyi gəlininin ailəsi ilə niyə mehribanlaşdı? Görəsən, niyə o qəbul etmədiyi qız nəvəsi Aidanın çayına möhtac qaldı? Erməni gəlinindən başqa kimsənin dəmlədiyi çayı içməyən İbrahim kişi vəfatından öncə İçərişəhərdəki evini niyə Aidaya vəsiyyət etdi?

Avtoritar bir tərbiyə üsulundan istifadə edən İbrahim kişinin oğlunun ailəsini qəbul etmək istəməməsi normal idi. O, həm də fanatikdir, övladlarına dindar ad qoyur, donuzu görən gözü yoxdur. O, rayonlulara da xor baxırdı. Qızının salyanlı ilə evlənməsini qəbul edə bilmirdi.  Görəsən, İbrahim kişi bakılı olub nə üstünlük qazanmışdı? Ruqiyyə xanım desən, zor gücünə qaçırıb arvad etmişdi. Nəvəsinin qız olmağını utanc hesab edirdi, oğul nəvəsi olmağı başıucalıq. Qızının razılığı olmadan kiməsə durub söz vermişdi. Elə bilirdi ki, qızı acizdir? Kişinin sözü bir olar. İlk başda dedi ki, onu heç vaxt bağışlamayacam. Sonra…Məlum məsələ..

Ermənilərin əsərdə çörəyə laqeyd yanaşması, oxucuda ikrah hissi oyadır. Ümumiyyətlə, onlar çörək hazırlamaq üçün xəmiri ayaqları ilə yoğururlar. Belə bir “xalqın”  çörəyi tapdalayan zaman öpüb gözünün üstünə qoymaması normaldır.

Romanda Zeynəb Xanlarovanın konserti təsvir olunub. Erməni qadından bir sitat:  “Bizdə sizin xalq mahnılarınızı çox sevirlər, çünki onlar bizim musiqimizə oxşayır”.  Maraqlıdır, ermənilərin musiqiləri bizim musiqilərimizə doğurdan da mı oxşayır ? Xeyr, çünki elə bizim musiqilərdir. Sadəcə erməni qadın “oğurluq” etdiklərini dilə gətirə bilmir. Hətta o, türk xörəklərini də (məsələn, “İmambayıldı”) milli erməni xörəkləri kimi təqdim edir. Erməni qadınları alt paltarını kişilərinin gözünün önünə sərib qurutmaqdan da çəkinmirlər.

Romanda ən gözəl obrazlardan biri “Xəzər dənizi”dir. Azər və Aida onu 3-cü babaları adlandırırdı. Əslində isə Aidanın 2 babası vardı: Xristofor və Xəzər dənizi. Cütlük bütün sirlərini Xəzərə etibar etmişdi, onu sirr saxlayan, əbədi biri kimi təsvir edirdilər.

Azər düşünürdü ki, ağ qərənfil gəlinə oxşayır , gəlin kimi məsum və cazibədar görünür. Buna görə də, Aidaya hər dəfə ağ qərənfil gətirirdi. Ağ qərənfil təmziliyin, saflığın rəngidir. Təəssüf ki, Aida bu saflığını qoruya bilmədi, lakin təmiz, saf olmayan Aidanın bədəni oldu, ruhu yox…

“Krunk” terror təşkilatının əsərdə adı çəkilir. Bu təşkilat haqqında bəs tarix nə deyir? Krunkun hərfi mənası “durna”dır. Abxaziyada yaradılan “erməni mədəni və xeyriyyə cəmiyyəti”dir. Bu təşkilat erməni maraqlarını təmsil edirdi və erməni maraqlarına xidmət edirdi. Bu təşkilata Daşnaksütun (Erməni İnqilabi Federasiyası) partiyası dəstək verirdi. Məhz bu dəstəkdən sonra “Krunk” yaradıldı. Romana qayıtsaq, Aidanın dayısı Rubenin də təşkilata üzv olduğu göstərilir. Rubenin təşkilata üzv olması ona baha-başa gəlir. Ruben elə bir böhranlı situasiya yaşayır ki, daxilindəki nifrət “fışqırır”, ürəyindən zəhər “süzülür”. Öz bacısı qızı Aidaya təcavüz edir. Rubendə hər cür psixoloji problem var idi: yetərsizlik duyğusu, natamamlıq kompleksi, təcavüzkarlıq duyğusu, cinayətkarlıq..

Əsərin ən təsirli səhnəsi təcavüz səhnəsi idi. Aida ilk gecəsini Azərla yaşadı, lakin o, sonacan həyat yoldaşına sadiq qala, “namusunu” qoruya bilmədi. Öz dayısı tərəfindən ləkələndi. Aidaya təsir edən onun dayısı tərəfindən deyil, onun bir erməni tərəfindən zorlanması idi. Bu hadisə onun intihar qərarını qətiləşdirdi, intihar addımının gerçəkləşməsini sürətləndirdi. O, çirkli əl dəymiş bədənindən, qanında daşıdığı çirkli qanından xilas yolunu intiharda gördü. Onun doğulduğu ev onun məhvinə səbəb oldu. Aidanın təcavüz travması onu intihara sövq etdi. Ruben istəyirdi ki, Aidanın bakirəliyi türk tərəfindən deyil, erməni tərəfindən pozulsun. Sonda Rubeni cəhənnəmə öz bacısı-Aidanın anası vasil elədi.

Aida təhqir olunmuşdu, ata qohumları tərəfindən erməni, ana qohumları tərəfindən türk qanı daşıdığı üçün aşağılanmaqdan, yüklənməkdən, qəbul edilməməkdən bezmişdi, usanmışdı. Axı, o, öz istəyi ilə dünyaya göz açmamışdı. Gülşən Lətifxan romanı yazmaqla demək istəyirdi ki, əgər erməni ilə qohum olursansa, bu, sənə baha-başa gələcək. Ailəyə düşən həmin nifaq toxumu-erməni qızı ilə türk kişisinin izdivacı bütöv bir ailənin məhvini sürətləndirəcək, öz “içinizə” düşən erməni yavaş-yavaş sizi “çürüdəcək”.

Bu izdivacdan ən çox zərbə alan həmin ailədə dünyaya gələn övladlardır. Onlara niyə travma yaşadırsınız? Öz genlərinə görə, niyə ittiham edirsiniz? İnsanlar sevir və sevərək, bir dam altında yaşamağa qərar verirlər, sonra isə sevdikləri üçün, sevgilərinin daha məhsuldar olması üçün övlad dünyaya gətirirlər. Aidanın ailəsində isə bu cür olmadı. İki gəncin sevgisi onları məhv etdi, sevginin nəticəsində dünyaya gətirdikləri qızlarını elə sevginin nəticəsində də “öldürdülər”. Bu, taleyin ironiyasıdır.

Məqaləni erməni sovet yazıçısı Petroniy Qay Amatuninin sözləri ilə bitirirəm: “Ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər”.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir