Fəlsəfədə elə bir yol var ki, “mən”dən qeyri-psixoloji mənada danışmaq olar və danışılmalıdır. (Lüdviq Vitqenştayn)
Böyük avstriya filosofu Vitqenştayn fəlsəfədəki mən anlayışını psixoloji deyil,qeyri-psixoloji mənada izah edildiyini qeyd edir. Fəlsəfədəki “mən” olduqca bəsit anlayışdır. Belə ki, insan zat,mahiyyət və varlığın cəm olduğu mürəkkəb quruluşdan ibarətdir. Varlıq anlayışı mücərrəd və maddi olmaq üzrə iki yerə bölünür. Bu dünya özü 3 ölçülü(en,uzun,hündürlük) maddi sistem olduğu üçün,insanın varlığı cisim formasında maddi olaraq yaradılmışdır. Məad anlayına görə isə ölümdən sonrakı həyat(bərzəx aləmi) mücərrəd olduğu üçün insanın varlığı mücərrəd aləmə uyğun formada mücərrəd olaraq yaradılacaqdır. Mahiyyət anlayışı isə insanın sonradan qazandığı bir məfhumdur. Yaxşı olmaq,pislik etmək,əxlaqlı,əxlaqsız və.s anlayışlar varlığın deyil,mahiyyətin xüsusiyyətləridir. Qeyd olunan bu iki fikirdə mən anlayışını tapmaq qeyri-mümkündür. Ona görə də əksər irfan alimləri və filosoflar mən-i zatda axtarmağın tərəfdarıdırlar. Amerikan transsendentalizminin banilərindən olan Ralf Emerson söyləyir ki, “Mən” insanla Allah arasında,qeyri-mən isə təbiətlə Allah arasında bağlılıq yaradan bir anlayışdır. Emerson bu fikri Molla Sədranın hikmətil-mütəaliyyə fəlsəfəsinə uyğun olaraq qeyd edir. Belə ki,həm Sədra,həm də irfan əhlinə görə vəhdətül-vücud anlayışı vardır ki,bu anlayışa görə kainatda Allahdan başqa heçbir varlıq yoxdur,bütün gözlə görünən məfhumların hamısı Allahın cəlal və təcəllasından ibadətdir. Özü özlüyündə bütün varlıqlar “heç” dir və Emersonun da dediyi kimi insan “mən” vasitəsi ilə Allaha bağlanır. İrfana görə insan bədənindəki ruh Allahın müqəddəs ruhunun bir parçasıdır,varlıq isə bu dünyaya uyğun formada yaradılmış maddi anlayışdır,deməli “mən” mahiyyət kimi sonradan formalaşmayan, əvvəldən xəlq olmuş bir məfhumun içində olmalıdır ki,bu məfhuma biz zat deyirik. Lakin vəhdətül-vücud qeyd edir ki, Kainatda Tanrıdan başqa heçbir varlıq yoxdur, varlıqların hamısı təcəlladır. O zaman “mən” anlayışı təcəlla və Allah arasındamı əlaqə yaradır?! Ümumiyyətlə, insan deyə bir həqiqət varmı? Təcəlla bir güzgüdən çıxan işıq rolunu oynadığına görə insan damı qeyri-real bir illuziyadır?!
Bu tip sualların cavabını XX əsrdə elmdə inqlab edən kvant fizikasında tapırıq. Belə ki, Fizika alimi olan Hayzenberqə görə cismin sürət və məkanını eyni anda hesablaya bilmək mümkün deyil. Çünki fotonları və momentumu eyni anda müxtəlif yerlərdə mövcud ola da bilər,olmaya da bilər. Kvant fizikası bu məsələyə Hayzenberq ehtimallılığı adını vermişdir. Bu ehtimallılıq şərq fəlsəfəsindəki mümkün əl-vücud anlayışı ilə oxşarlıq təşkil edir. Belə ki,mümkünül vücuda görə varlıq mövcud ola da bilər,olmaya da bilər. Hayzenberqin dediyi fotonların yayılması məsələsini belə izah etmək olar. Bir cisim sürətlə hərəkət edərkən arxasında çox qısa zamanlı bir özünün əksi kimi şəkiləbənzər bir məfhum yaranır. Həmin məfhumu cismin hərəkət etdiyi zaman,məkan və hərəkətini dəqiq ölçmək mümkün deyildir. Halbuki,cisim işıq sürətindən yəni saniyədə 300000 km dən aşağı sürətdə hərəkət edir. Maraqlısı budur ki,işıq sürətini keçən bir varlıq keçmişə doğru,işıq sürəti ilə hərəkət edən varlıq isə gələcəyə doğru hərəkət edə bilir. Maddi aləmdə fiziki bir varlığın bunu etməsi qeyri-mümkündür,lakin metafiziki aləmdə mücərrəd varlıqların hərəkəti üçün işıq surəti məhdudiyyət yaratmır.
Gələcəyə və keçmişə doğru getdikdə orada yaşanacaq və ya yaşanmış olan hadisələr bizə görə reallığı əks etdirmir. Çünki keçmiş olub,bitdiyi üçün keçmişin reallığı keçmişdə,gələcək hələ yaşanmadığı üçün isə gələcəyin reallığı gələcəkdədir. Hər iki zamanda cərəyan edən hadisələr indiki zaman kəsiyində real olmadıqları üçün real deyillər. Lakin maraqlısı budur ki, fəlsəfəyə görə də indiki zaman anlayışı məsələsində problem var. Belə ki, insan 1 mikrosaniyə belə olsa daim gələcəyə doğru inkişafda olduğu üçün indiki zaman deyə birşey qalmır. Misal üçün gözümüzü açıb-bağladıqda həmin hadisə artıq keçmişdə qalır,hər dəfəsində bunu etdikdə 1 mikrosaniyə geridə qoymuş oluruq. Məhz,buna görə də bəzi kvant alimləri varlığımıza illüziya deyirlər. İndiki zamanın olmaması,keçmişin yaşanıb bitməsi və gələcəyin yaşanmaması hərşeyin illüziya nümunəsi olduğunu açıqlayır. Lakin biz zaman,məkan və hərəkət anlayışlarının işləmədiyi,qravitasiyanın çalışmadığı, superdeterminizm və determinizmin başlanğıcı olan,keçmiş,indiki və gələcək zamanların var olmadığı bir anlayış düşünsək, böyük ehtimalla varlığımız o anlayışda həqiqi və real olardı. Astrofizika elminə görə fizika qanunlarının işləmədiyi,zamanın var olmadığı, determinizmin başlanğıcı olan anlayışa “sinquliyarlıq” deyilir. Qeyd edilən sinquliyarlıq eyni ilə Teizmin təqdim elədiyi Allah anlayışı ilə paralellik təşkil edir. Maraqlısı budur ki,irfan elminə görə hərşey cəlal və təcəllidir və hərşeyin əsli Allahın yanındadır…
Müəllif: TANRIVERDİ ƏLİYEV
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru