Vətən naminə
Vətənin vətəndaşı olmaq üçün gərək vətəni sevəsən, hər əzabına dözəsən. Doğ-ma yurdunu dar ayaqda qoyub qaçmayasan, onu müdafiə edəsən. Vətən üçün ca-nından da keçməyə gərək hazır olasan ki, vətən sənə balam deyə.Yaşadığın zaman kəsiyində elin hörmətini qazanasan.
Belə vətən fədailərindən biri də Fikrət Gülməmməd oğlu Əliyevdi.Öz zəhməti ilə fəhləlikdən başlayıb bu günə qədər yol gəlib.
Atası Gülməmməd kişi həyat yoldaşı Zərif lə 7 övlad böyüdüblər.Fikrət onların sonbeşiyidi.Sonbeşik də həmişə ərköyün olar.
Fikrət 4 may 1958 – ci ildə Ağdam rayonu Mərzili kəndində dünyaya gəlib.
Mərzili kənd orta məktəbini 1976 – cı ildə bitirib.Elə həmin ili də Sovet ordu-suna hərbi xidmətə gedib.Sovet ordusunun Almaniyadakı qoşunlarında (QSVQ) xidmət edib.Tank komandiri kimi 1978 – ci ildə ordudan tərxis olunub.
Xidmətini başa vurandan sonra doğma kəndinə qayıdır.”1 may” sovxozunda fəhlə işləməyə başlayır.Yaxşı işlədiyinə görə onu Mərzili kənd sovetliyinə katib təyin edirlər.Burada da öz zəhmətkeşliyi ilə hamının hörmətini qazanır.
O, 1983 – cü ildə təhsilini davam etdirmək üçün qiyabi ADU – nun Tarix fa-kultəsinə daxil olur və 1990 – cı ildə “Tarix müəllimi” ixtisasına yiyəliklənir.
İşinin öhdəsindən yaxşı gəldiyinə görə 1991 – ci ildə Kənd sovetinin sədri və-zifəsinə seçilir.Bununla bərabər Fikrət Milli Azadlıq hərəkatına da qoşuldu.Eyni zamanda kənddə özünümüdafiə dəstəsi yaratdı.
1991 – ci ilin may ayının 7 – də Mərzili kəndinin fermasında çoban işləyən Tel-manı ermənilər Şühralı dağından girov apardılar.Fikrət onun azad olması üçün 21 gün gecə – gündüz demədən çalışdı.
Mərzili kənd camaatı 1992 – ci ildə kolxoz iclasında F.Əliyevi kolxoza sədr seçdilər. Ağdam rayon İH – nin başçısı Nadir İsmayılov F.Əliyevi Mərzili kolxo-zunun sədri olması münasibəti ilə təbrik etdi.
Erməni – rus hərbi birləşmələrinə qarşı mübarizə aparmaq üçün, kolxozun sədri vəzifəsini icra etməklə bərabər həm də 836 saylı hərbi hissənin Mərzili kəndində yerləşən taboruna yazıldı.Tabora daxil olmuş gənclərin hərbi hazırlığı ona tapşırıl-mışdı.Kəndin ərazisində yerləşən hərbiçilərin ərzaqla və yanacaqla təmin olunma-sına nə mümkündü kömək edirdi.
Ordu quruculuğu kənddə yüksək səviyyədə idi.Çağırışçı gənclər orduya həvəs-lə gedirdilər.Kəndin şimal – qərb istiqamətindəki yolda post qurulmuşdu. Düşmən aprelin 8 – də axşam posta hücum edib yandırmışdı.Postda xidmətdə olan Asif Əli-yev və Mübariz Babayev şəhid oldular.
1992 – ci ilin dekabrın 5 – də ermənilər Mərzili kəndinə hücum etdilər.Sentyabr ayında ermənilərin kəndə atdıqları mərmi Əliyev Sabiri şəhid etdi.Həmin gün Fik-rət də ağır yaralandı.Hərbi xəstəxanadan qayıdan kimi xidmətini davam etdirdi.
Ermənilər tərəfindən şəhid edilmiş Orucov Şakirin nəşini atəş altında çıxarmış-dı.Kəndin mülki və hərbi şəhidlərinin yas mərasimlərinin təşkil edilməsində yaxın-dan iştirak edirdi.
Erməni – rus hərbi birləşmələri 1993 – cü ilin fevralında Mərzilinin Şühralı yük-səkliyini işğal etdikdən sonra vəziyyət ağırlaşmışdı.Ergi qəsəbəsinə gedən yol er-mənilərin nəzarəti altındaydı.Şühralı yüksəkliyində yerləşən erməni ( bəlkə də rus) BMP – 2 – si hərbi texnikalarımızı göz açmağa qoymurdu.Fikrət o BMP – ni vur-maq üçün kənddə yerləşdirilmiş “Pturs”un komandirinə yalvarıb həmin BMP – ni vurdurdu.Ona görə Fikrəti komandirlə birlikdə xeyli incitdilər.Kombriq T.Məm-mədovun müdaxiləsindən sonra onları buraxırlar.
1993 – cü ilin 12 aprelində ermənilər Mərzili kəndinə yenə hücum etdilər. Kən-di müdafiə edən hərbiçilərimiz işğalçıları ağır itkilərə məruz qoyub geriyə oturtdu-lar.Ancaq erməni – rus hərbi birləşməsinin 12 iyunda növbəti hücumunda kəndin hərbi şəhidləri ilə bərabər mülki şəhidləri də çox oldu.Həmin gün 2 ailə ( Eyvaz, Gülxanım, qızları Solmaz və Süleyman həyat yoldaşı Qızyetər), Əli Zeynalov, Al-lahverdi Qurbanov, Behbudalı Qasımov, Sumbat Qasımov , hərbiçi Loğman Abba-sov və başqaları şəhid oldular.Ərşad Sarıyev, Sarıgül Rəhimova, Mürsəl Babayev, Avşar kişi (girovluqda şəhid oldu) girov düşdülər.Kənd ermənilər tərəfindən işğal oldu.
Fikrət 1994 – cü ildə ordudan tərxis olunub Bakı şəhərində məskunlaşır.1998 – ci ildən 2004 – cü il qədər Bakı şəhərinin Xətai rayon Təhsil şöbəsinin Tikinti üzrə sədr müavini işləyir.2007 – ci ildən 2011 – ci ilə qədər Suraxanı rayon Qaz istis-mar idarəsində çalışıb.2011 – ci ildən Ağdam rayon İH – nin Xındırıstan və Ergi nümayəndəliyində fəaliyyət göstərir.
“Vətən naminə” medalı və müxtəlif Fəxri fərmanlara, diplomlara layiq görülüb.
Üç övladı var.
Müəllif: Məmməd MƏRZİLİ
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru