
Elə darıxıram ki….
Ürəyim narahatdır…
Görən dura bilirsən
Zəngli saat səsinə?
Yenə yarı yuxulu
İşinə tələsirsən?
Yenə səhərə kimi
Gecə oyaq qalırsan?
Televizor yanılı
Telefona dalırsan?..
Söylə bir dəfə olsun
Məni yada salırsan?
Məndə bildiyin kimi…
Başını buraxmışam
Çoxdandır ki, sevməyin.
Olar sənə siz deyim?
O qədər yadlaşdıq ki,
Siz Allah inciməyin…
Müəllif: Şəlalə CAMAL
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru