“XƏZAN” jurnalının 50-ci sayı işıq üzü görüb.

“XƏZAN” jurnalının 50-ci sayı
İyun ayının bürkülü havasına necə də münasibdir.
Təkcə üz qabığı YOX, içindəki bir-birindən fərqli, maraqlı mətnlər, ədəbi-bədii nümunələr də…
BUYURUN!!!

YAZI DÜZÜMÜ

1.Redaktor guşəsi
-“Günəş həmişə Şərqdən çıxıb, Qərbdə batıb”

2.Publisistika
-Vüsal AĞA – “Məhəmməd Füzuli yaradıcılığı”
-Əli bəy AZƏRİ – “Məhəmməd Füzuli əslində harada anadan olub?”
-Damət SALMANOĞLU – “Boğulan arzular” (oçerk – bir həyat hekayəsi)
-Əli bəy AZƏRİ – “Arzular buz bağlayanda” (Mətanət Duyğulunun həyat hekayələri)
-Ələsgər TALIBOĞLU – “”Belə ucalasan ucalanda da”(Qurban Musayev yaradıcılığı barədə)
-Kərim ŞÜKÜRLÜ – “Ayaz İmranoğlunun “Gizli qapı”sı”
-Xatirə FƏRƏCLİ – “Dağıstan Günəşi” (esse)
-Düzgün ATALI – “Ağır seyidlər qurultayı” (reportajsayağı)
-Əli bəy AZƏRİ – “İntiqam Qasımzadə nağılı”

3.Poeziya
-Səbuhi RƏHİMLİ – “Bilmədim”, “Bir də bu dünyaya gəlməyəcəyəm”, “Giley”, “Bu gecə vaxtı”, “İmdad”, “Görmüşəm”, “Qapı”, “Şair ömrü sürməmişəm”, “Yuxumu yozan nənəm”, “Əhval” (şeirlər)
-Şahməmməd DAĞLAROĞLU – “Şirin arzularla”, “İlk bahardır”, “Məni sevənlər anlayar”, “Bir şəkillə üz-üzə”, “Bilmədin”, “Bilmirəm”, “Nə biləcək” (şeirlər)
-Leylam LEYLAM – “Sonra sənə tapılmaz”, “Nədən dünya”, “Təkbeyt”, “Diqqət elə”, “Ustadım Əli Ələmliyə” (şeirlər)
-Əbülfəz ƏHMƏD – “Bekarçılıq”, “Gəzişmələr”, “Nisgillərimin sonu”, “İbrahim İlyaslı – 60”, “Veysəlli rübaisi”, “Sevgi gəzişmələri”, “Qoşalar” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – Qəzəllər, rübailər
-Bəxtiyar ABBAS İNTİZAR – “Divani”, “Hardadı”, “Qurbanlıq şeir”, “Qul Abbasa”, “Varsa”, “Deyil ki”, “Məndə”, “İkiqat qoşma”, “Səhər-səhər”, “Qurtarsın”, “Deyil”, “Axtarır”, “Fəryad günü”, “Yoxuş” (şeirlər)
-Xuraman ZAKİRQIZI – “Əsrlərin bəlası” (poema)
-Zahid YUSİFOV – “Yoxsa nə”, “Qaraçı”, “Gedirəm”, “Köçüb”, “Həsrət şeiri”, “Yaddaş dinir”, “Yaddaş qapısı”, “Zaman qaçır” (şeirlər)
-Əhməd HAQSEVƏR – “Vətən nədir?”, “Oğurluğun nəticəsi”, “Hamıdan əvvəl”, “Leyla və Amin”, “Azadın konfetləri”, “Arzu xala”, “Qüdrətin başı”, “Səbinənin kəşfi”, “Zebr”, “Nə qədər pul qalıbdır?”, “Otaqda neçə nəfərik?”, “Nənə kimindir?”, “Bəhri-təvillər (nəsihət, zəmanət)” (uşaq şeirləri)
-Həvva NAZİM – “Əsgərəm”, “Bənövşəni”, “Qalıb”, “Gecənin sirri”, “Demişdim axı”, “Bir “Ruhani” çal”, “Biri var”, “Qələbələr çala ha”, “Nənə dürməyi”, “A dağlar”, “Qadın”, “Gədəbəydədi” (şeirlər)
-Ramiz İSMAYIL – “Sevgi sözü”, “Çəkirəm”, “Darğalıqdır”, “Sevirəm səni”, “Şair Budaq Təhməzlə deyişmə – 1”, “Şair Budaq Təhməzlə deyişmə – 2” (şeirlər)
-Gülnarə İSRAFİL – “O dam yox”, “Təpəgözün nağılı”, “Göy qurşağı çəkildi”, “Sehr aça səhər”, “Məktublar”, “Kəpənək uçuşu”, “Keçdim”, “Gəlin”, “Sis tamğalı ötənək”, “Mantra” (şeirlər)
-Şərqiyyə BALACANLI – “Unudulan deyilsən”, “Torpaq çağırır”, “Müharibə olmasın”, “Nihadla Nilay üçün”, “Şəhidlər 1”, “Şəhidlər 2”, “Şəhidlik zirvəsi”, “Tələsdin, nədən”, “Düşmənə”, “Xatirələr”, “Balalarım”, “Qələbə qapıları”, “İlqarım”, “Razıyam”, “Ata”, “Xocalı”, “Vətən düşünəndə”, “Xoşbəxt böyüsün balam”, “Əli bəy”, “Zarat”, “Qələbə sevinci”, “Ay Sənəm”, “Lənət olsun” (şeirlər)
-Bəxtiyar KAVANLI – “Duyğularım”, “Dostlar sevindi”, “Gözəldi”, “Dağların qış yuxusu”, “İnsanlar da bir şeirdi”, “Könlümün sözü var”, “Sevinc-kədər həyatımdı”, “Payız lövhələri”, “İstehkamçılar”, “Ərşdən gələn sovqatlar”, “Haqqımız var”, “Sevgiyə bax”, “Xəbər ver”, “Bu sahildə”, “Laçından”, “Vaxtıdır”, “Peşman eləyər səni”, “O mənəm”, “Xəbərin olmadı”, “Mümkün deyil” (şeirlər)
-Firəngiz ÜMİD – “Gedirsən”, “Analar”, “Qıyma”, “İntihar edən şəhid anasını qınayanlara”, “Çingiz”, “Bir güllə başlar”, “Əsgərim”, “Qoy var olsun dilimiz”, Tapmacalar (şeirlər)
-Süleyman RZAZADƏ – “Azərbaycan bayrağı”, “Vətənim”, “Baba”, “Zəlimxan gedən gündən”, “Şahbuzum”, “Xoş gəlir”, “Bizdədi”, “Yaza bilmirəm”, “Ceyranı”, “Qayıt gəl” (şeirlər)

4.Nəsr
-Əzizağa ELSEVƏR – “Yeddinci otağın sirri” (hekayə)
-Təranə DƏMİR – “İşığa sarı”, “Qaranlıqla işığın arasında”, “Quyu” (hekayələr)
-Mətanət DUYĞULU – “Buz bağlamış arzular” (hekayə)
-Seyid AYNUR – “Naxış” (hekayə)
-Ayaz İMRANOĞLU – “Sevgilimin oğlu qardaşımdır” (romandan bir parça).

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI


                                                           
ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şip-şirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HƏSƏN ƏLİYEV – “YAŞ” SÖZÜNÜN YAŞI

 

“YAŞ” SÖZÜNÜN YAŞI

(ilk yazı)

İnsanlar doğma dillərində işlətdikləri sözlərin necə əmələ gəlməsini tapmasa da, ancaq həmişə onları bu sual düşündürür.

Bir dəfə özüm-özümə sual verdim ki, dilimizdə olan keçmə sözlər hansısa xalqın dilindən hazır şəkildə alınmadır. Ancaq öz işlətdiyimiz doğma sözlərimizin mənasını necə tapmaq olar? (Təxminən 10 il əvvəl)

Doğrusu bu yükün ağırlığı hamıya yaxşı məlumdur. Elmi əsərləri, izahlı lüğətləri, mifologiyaları, etimologiyaları mütaliə etsəm də, sözlərin fonoloji izahlarına çox az sayda rast gəldim. Həmişə eşidib və oxuyurdum ki, insan öz beyninin fəaliyyətindən çox cüzi surətdə istifadə edir. Məhz bu prinsipi qarşıma məqsəd qoydum…

Dilçilik elminin ilkin etapı sözdən başlayır. Səs sözdən əvvəl gəlsə də, o insana Allah tərəfindən verilmişdir. Yəni onun şüurundan əvvəl onun instinktiv varıdır.İnsanın dünyaya gəlişi də səslə gəlir.İnsan doğuşdan bioloji olaraq çoxlu səslər yaratmaq qabiliyyətinə malik olur.Getdikcə onlarda artikulyator aparatı formalaşaraq nitq orqanlarının imkanları ilə səstörədicilik qabiliyyəti formalaşır.O, səstörətmədə iştirak edən amilləri: ekspirasiya (nəfəs vermə), ağız boşluğunun artikulyasiyası, səs tellərinin titrəməsi (ehtizazı) və burun rezonansının köməkliyi ilə rəngarəng səslər çıxarır.Maraqlıdır, insan səsləri necə sözlərə çevirmişdir?

Mən deyərdim ki, ilkin qədim sözlər insanlarla yaşdaşdır.Elə ilk insan məhz ona Allah tərəfindən verilən düşüncə sayəsində beynini işlədib, sözlər yaratmışdır.İctimai münasibətlərin (sosiallaşmanın)yaranmasında nitq birinci vasitədir.

İnsan ilk sözləri (Ulu sözləri) necə yaratmışdır?Bu sözlərin yaranışını bilmək üçün ilk insan icmasının dünyasını dərk etmək gərəkdir.Onun sözləri hansı əsasla yaratmasının ilkin şərtlərini müəyyən etmək lazımdır.

İnsanın (uşaq) ilk dərk etdiyi şey qorxudur.Əslində qorxu insana instinktiv şəklində verilmişdir.Körpə uşaq qorxunc səsdən qorxub ağlayır, böyüdükcə ətraf mühütdə baş verən fəlakətlərdən, ən sonda isə ölümündən qorxur.Bu qorxulardan hifz olunmaq üçün özünə ətrafındakılardan kömək tapa bilmir.Çünki, ətrafındakılar da qorxu içərisində yaşayırdılar.Bu səbəbdən də insanlar Tanrı axtarışına çıxmışlar.Onlar inanırdılar ki, yalnız fövqəlbəşər qüvvə onları bu fəlakətlərdən qoruya bilər.

Onlarda tanrı təsəvvürünün ilk anlayışı özlərinin yaranışı ilə bağlı müəmmalı suallar olmuşdur.Onlar öz yaranışlarını dərk edə bilməsələr də, ancaq hansısa qüvvə tərəfindən yarandıqlarını dərk edirdilər və onu axtarırdılar.Axtardıqları fövqəlbəşər qüvvəyə ad vermək lazım gəlirdi.Onlar insanın yaradıcısını doğulan uşağın ilk çıxardığı səslə , yəni qağıltısı ilə adlandırmağı düşünmüş və ilk Ulu Tanrını “Qa” adlandırmışlar.Allah bütün insanlara bəxş etdiyi şüur nəticəsində bütün xalqlar heç bir təmas qurmadan, rabitəsiz olaraq eyni düşüncə ilə uşağın çıxardığı ilk səsi tanrılarına ad (ilk nominativ) etmişlər.”Qa” məfhumu müəyyən xalqların boğaz səslərinin artikulyasiyası nəticəsində “ha”,”xa”, “ka”, “ga”, “ğa”, “ya” və s. şəkillərinə düşərək, Ulu Tanrı adları yaratmışdır.İlk insan özündə mövcud olan səs vasitəsilə öz aralarında təmas qurmağa özlərini məcbur etmişlər.Yəni beyinlərini işlətməyə başlamışlar.Milyon illər bundan əvvəl ən ibtidai insanlar bir hecalı sözlər yaratmağa başlamışlar.Məhz bu səbəbdən də Ulu dilin sözlərinin əksəriyyəti “ka-qa”məfhumundan yaranmadır.Pr. Qəzənfər Kazımovun “Azərbaycan Dilinin Tarixi” əsərində Ulu dil geniş tədqiq edilmişdir.Sözlərin hamısını ilk tanrının adı ilə, sonralar isə təkamül nəticəsində yeni tanrılar yaradılaraq çox tanrıçılığa keçidlə yeni tanrı adlarından sözlər yaradaraq öz söz lüğətlərini artırmışdılar.İnsan təbiəti dərk etdikcə həyatın mövcudluğunu günəşdə görmüşlər.Tayfaların birləşməsi nəticəsində sinonim, antonim sözlər çoxluğu yaranmağa başlamışdır.Daha sonra substant dövlətlərin yürüşləri nəticəsində dillərə söz axını başlamış və müasir dil ailələri yaranmışdır.Praktik olaraq qonşu xalqlar eyni dil qrupuna daxil olmuşdular.Maraqlıdır ki, bu gün almlər dilin yaranma prinsipləri əsasında ermənilərin bizim ərazilərə gəlmələrini dil faktoru qarşısında qymurlar.Ermənilərin dörd tərəfində sərhəd xalqlarının heç biri erməni dilinə qohum dillər deyildir.Bu torpaqların sahibi olan Qədim Oğuzların zəncirvari dil qrupu Sibirdən başlayaraq İraq türkmənlərinə qədər uzanır.Nə coğrafiyaçı, nə də dilçi alimlər bu arqumentdən istifadə etmirlər.Tək ermənilər üçün yox, onların himayədarları üçün də…

Mövzudan uzağa getməyimin məqsədi sözün yaranma fəlsəfəsini açmaq və onun persuasivliyinin ( inandırıcılığının) çətin olması səbəbindəndir.

“Yaş” sözü məhz tanrısal olduğundan bu qədər uzağa getməyə ehtiyac duydum.Yuxarıda qeyd olunduğu kimi insan özünə seçdiyi ilkin Tanrını “Qa” adlandırmışdı və bu addan ilkin sözlər yaratmışlar.İbtidai insanlar gözəgörünməz tanrının yerdə təsəvvürünü qurmaq üçün onun təsəvvürünə oxşar zoolatriya (heyvanlara tapma, inanc, totem) tapıb onlara tapınaklarda(ibadət yerlərində) tapınış (ibadət) edirdilər.Mən özüm “inanc” sözünü Qədim Oğuzca “tapma” kimi yazdım.Yəni onu tapmış olduqları üçün türkcədə nominativləşmişdir.

Qədim Oğuzların ən qədim inancları “qoç” olmuşdur.Yəni Qa Tanrısının adından “qoç” sözünü nominativləşdirmişlər.Ən əsas məsələ Tanrının buynuzlu olması təsəvvürü əsas meyar idi.Məlum məsələdir ki, qoyunun bu növü müəyyən vaxt (il) keçdikdən, yəni onda buynuzun tam formalaşmasından sonra “qoç” adını alırdı.Təxminən dörd ildən sonra.Və bu müddət onun qoç olma yaşını müəyyən edirdi.

Fonetik hadisəyə əsasən”qoç” sözündə “q” səsi qohum “y” səsinə, “o” saiti mümkün “a” saitinə, “ç” samiti isə qohum “ş” samitinə keçmişdir.”Qoç – yaş”.Bu səpgidə Qədim Türklərin sözyaradıcılığında bu inancın adından ilk yeni “kaç”(neçə) sözü yaranmışdır.Quzunun qoça çevrilməsi yeni bir sözün “yaş” sözünə cığır açmışdır.Yəni insanın yaşının qoçun formalaşma müddətinin məntiqi “vaxt” anlamı əsasında yaranmışdır.Türk dilində “kaç” sözü ilə “koç” sözünün yuvası eynidir.İbtidai insan düşüncəsinin yaşınln milyon illər olması bunun primitivliyinə dəlalət edir.İlkin insanlara öz dilində söz yaratma ehtiyacları vacib olmuşdur.İlkin sözlərin hamısı Tanrının və inancın ətrafında yaranmadır.”Amon” tanrısı da Tanrı inancı olan iri buynuzlu inək cinsindən olan heyvanların çıxardığı “mo” səsindən yaranmadır.Yəni səs sözün yaranmasının təsadüfü nəticəsi deyil, ibtidai insanın ibtidai düşüncəsinin məhsuludur.Məhz ulu söz olan “mo” sözündən bütün dillərdə “mən” sözü eyni paralellikdə yaranmışdır.”Hor” tanrısının adından yaranan “er” şəkilçisi də bütün dillərdə adama ünvanlanmış termindir.

”Yaş” sözündən xeyli miqdarda məntiqi mənadan uzaq olmayan xeyli sözlər yaranmışdır.İbtidai insan otun rəngini “yaşıl” adlandırması, hər hansı bir nəsnənin “yaş” olması, ağlayarkən gözdən gələn “yaş”, insanın “yaşaması”, yaşlanaraq (yaşlı-qoca hər ikisi də qoç sözünün assimlatik formasıdır) olması, İnsanın qaşlarının qoçun buynuzuna bənzədilməsi(qaşığın adı da qaşa bənzədilməsindən yaranmadır.) “qoşa” sözünün qoçun buynuzunun iki olmasından, “koşmaq” sözünün “qoşa ayaqla qaçmaq”dan, “qoçaq” sözünün (qoçun gücündən) və s.

Əgər bizim qədim xalılara fikir versəniz orada ”qoç buynuzları” əks olunmuşdur.Hətta xaıçalarda bu gün mütəxəssislərin adlandırdığı “göl” nişanı da “günəş” nişanıdır.Qədim Oğuzlar xalçaları həndəsi elementlərin daha səhvsiz toxunmasını “dairə”nin çətinliyini nəzərə alıb, onu düz xətlərlə oxşarlığını yaratmışlar.

Araşdırma nə qədər çətin olsa da sözün fəlsəfi axtarışı mütləq şəkildə ibtidai insanın təxəyyülündən kənarda əsaslana bilməz.Burada əsas meyar sözün kökünün nüvəsində iştirak edən səslərin assimlatik, disimlatik fonetik hadisələrlə bu günkü sözə uyğun şəkildə olması əsasındadır.”Yaş” sözü “Qoç” sözü həm fonoloji, həm də məntiqi cəhətdən biri-biri ilə sıx əlaqəlidir.

P.S. Hörmətli ziyalılar inanın ki, bu cür mövzuları yazarkən sanki həmin aləmə düşüb, ibtidai insanların içərisində olursan.Bu cür olmasa yazmaq mümkün olmaz.(Şairin eşqi olmasa yaza bilmədiyi kimi.)Məsuliyyət nöqteyi nəzərindən inandırma metodunun psixoanalitikliklə geniş yazmağa məcburam.Müasir insana milyon illər öncəki insanın düşüncəsini inandırmaq asan deyildir.Maraqlıdır ki, müasir dünyada amerikalılar buna çox meyillidirlər.Bir dəfə “Filologiya Məsələləri” elmi jurnalında “İnsanlarda Tanrı Təsəvvürü” (2016-cı ildə) haqqında məqalə yazmışdım.İngilis dilində tələb olunan 6-7 sətrlik rezyumemi onlar tapıb oxumuşdular.Məndən dəfələrlə xahiş etdilər ki, bu yazını 44 səhifə həcmində yazıb onlara göndərəm.Kitabın topdan satışından yüksək qonanar da vəd etmişdilər.Baxmayaraq ki, məndə buna dair elektron formada 700 səhifəlik ekskluziv yazım olsa da, böyük alimimiz Mir Cəlalın sözləri yadıma düşdü və öz elmimi yadlara pula satmadım…

Bu yazımı özüm də yaza-yaza dəfələrlə oxudum.Qədim Türk xalqlarının düşüncəsinə heyran qaldım.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SATIŞDA OLAN YENİ KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Determinizm və azad iradə problemi-superdeterminizm kəsişməsi. Tanrıverdi Əliyev.

   Determinizm və azad iradə problemi-superdeterminizm kəsişməsi

          Fəlsəfə tarixində bir neçə problemi məqamlar vardır ki,günümüzdə də öz aktuallığını qoruyur. Bu problemlərin əksəriyyəti,ya cərəyanların arasındakı ziddiyyətlərdən,ya paradoksallıqdan ya da fəlsəfi axını düzgün izah edə bilməməkdən irəli gəlir. Sözügedən problematik mövzulardan biri də determinizm və azad iradə problemidir.

   Determinizm cərəyanı fəlsəfədə səbəb-nəticə qanunu olaraq qəbul edilir və bu cərəyanın ilkin elementlərini biz qədim yunan filosofu Anaksaqoresin əsərlərində görürük. Lakin sonradan bu elementlər Avqustin və Dantenin süzgəcindən keçərək,Hegel tərəfindən müdafiə edilmişdir. Səbəb və nəticə qanunun əsas mahiyyəti odur ki, səbəbsiz nəticə ola bilməz və səbəblər zəncirinin sonsuz dövr etməsi mümkün deyil. Məhz,ona görə də determinizm qanunun başlanğıc nöqtəsi “ilkin səbəb” və ya “səbəblər səbəbi” olan Tanrıdır. Əgər biz bu qanunu sonsuz təsəvvür etsək,o zaman nəticənin var olma hökmünü qəti şəkildə söyləyə bilmərik. Məsələn; tutaq ki, A nəticədir ,B də onun səbəbidir. B-nin də səbəbi C dir,deməli B özü nəticədir, C-nin də səbəbiyyəti D dədir, onda belə çıxır ki, C özü də nəticədir. Göründüyü kimi,hərflər özlərindən əvvəlkinin səbəbi olsa da,özündən sonrakının nəticəsidir,yəni özləri də nəticədir. Deməli,bu hərflərin hamısı nəticə olduqları üçün,ilkin səbəbə ehtiyaclıdırlar. Qeyd etdiyimiz kimi ilkin səbəb var olmasa,nəticənin hasil olması mümkün deyil.

  Orta əsr İslam filosoflarından olan Əbu Əli ibn Sinanın “Vacibül-vücud” nəzəriyyəsi də determinizm prinsipləri ilə paraleldir. Onun nəzərincə bir vacib varlıq(Allah),bir də mümkün varlıq( maddi aləm) vardır. Mümkün varlıq özü nəticədir. Əgər biz desək ki,birinci mümkün varlığın səbəbi vacib varlıqdır,artıq məsələ həll olunur. Allahın varolma hökmünü təstiq etmiş oluruq. Lakin cavab olaraq desək ki,mümkün varlığın səbəbi,mümkün varlıqdır,sual yaranır ki,bəs bu ikinci mümkün varlığın səbəbi nədir?! Əgər,yenə desək ki,mümkün varlıqdır,bu sonsuz zəncir kimi davam edəcəkdir.

  Qeyd etmək lazımdır ki,Tanrı,ruh,mələk və.s kimi mücərrəd varlıqlar determinizm qanunu çərçivəsinə daxil olmurlar. Məhz,ona görə də hərşeyin səbəbinin bir mücərrəd varlıq olmasını dilə gətirmək daha ağılabatandır. Əgər,desək ki,bütün yaradılış aləminin səbəbi maddi varlıqdır, yenə burda paradoksal sonsuz zəncir problemi yaranacaq və yeni sual meydana gələcəkdir. Hərşeyin səbəbi olan maddi varlığın səbəbi nədir?!

1. Cavab versək ki, “heçlikdir”. Bu özü yalnış hökmdür. Çünki heçlik özü var olmadığı üçün varlığın səbəbi ola bilməz. Onsuz da,yoxluq deyilən bir mütləq anlayış yoxdur. Çünki yoxluq özü vardır. Deməli,varlıq aləmi daxilindədir.  

    2.Cavab versək ki, yaradılış aləminin səbəbi maddi varlıqdır,sual meydana çıxır ki,bəs hərşeyin səbəbi olan maddi varlığın səbəbi nədir?! Yenə,bu suallar bizi paradoksallığa aparacaqdır.

    3. Cavab verilsə ki, hərşeyin səbəbi bir mücərrəd varlıqdır,yəni Allahdır. Artıq burda məsələ həll olunur. Allahın səbəbi nədir sualını vermək mümkün deyil. Çünki, birincisi ilkin səbəbin özünün səbəbi olması özü məntiqsizdir. İkincisi,qeyd etdiyimiz kimi,determinist olaraq mücərrəd varlıqlar səbəb nəticə qanununa daxil olmurlar. Üçüncüsü, maddiyyat aləmi özü nəticə olduğu üçün,onların sabit və dəyişməyən səbəbə ehtiyacları vardır. Söylədiyimiz kimi səbəb olmasa nəticə ola bilməz.

     Səbəb-nəticə zəncirinin əzəli olmadığını dərk etdikdən,sonra qarşımıza belə bir problematik mövzu çıxır. İmmanuel Kantın irəli sürdüyü bir fikirə görə səbəb-nəticə zəncir formasında deyil,dairəvi formadadır.

  İmmamuel Kantın bu fikrini tənqid edək:

     Əxlaq məsələsinin təməl daşlarından olan Kant,Tanrının varlığını qəbul edir,lakin Tanrının mövcudluğunu sübut edən rasional əqli dəlillərə qarşı çıxırdı. Onun fikrincə,Tanrının varlığını sübut edən səbəb-nəticə zəncir formasında deyil,dairə formasındadır. Ona görə də determinizmlə Allahı sübut etmək ağılabatan deyil.

 Əgər biz determinizmi dairə kimi qəbul etsək,dairə paradoksu rastımıza çıxır. Belə ki,maddi varlıqlar dairə formasında dayansalar o zaman bir-birlərindən aslı formada həm səbəb,həm də nəticə olurlar. İlkin səbəb olmadığı üçün bu formada düzülən varlıqlara hərəkət qeydə alınmır. Məsələn;

                        A   

                B            D

                       C

    1.A nəticədir və səbəbi B-dir. B özü də nəticədir, səbəbi də C-dir. C də nəticədir,səbəbi D dir. Lakin D özü də nəticədir,səbəbi də A dır. Göründüyü kimi hansı hərfin ilkin səbəb olduğunu anlamaq mümkün deyil və bu hərflərin yerində hər hansısa maddi cisim olsaydı hərəkət baş verməyəcəkdi.

    2.Təsəvvür edək ki, 100 metr qaçış yarışında 4 idmançı iştirak edir. 1-ci idmançıya deyirik ki,2-ci qaçmasa,qaçma! 2-ci idmançıya deyirik ki,3-cü qaçmasa sən qaçma,3-ə deyirik ki,4 qaçmasa sən qaçma,4-ə də deyirik ki,1-ci idmançı qalmasa start götürmə. Hamısı bir-birindən aslı olduqları üçün hərəkət baş verməyəcəkdir.

     Determinizm anlaşının problemsiz olduğunu izah etdik. Və bu cərəyanın tutarlılığını real həyatda və kainatda müşahidə edərək stabilləşdirə bilərik. Belə ki,kainatın əvvəlinin və sonunun olacağını,əvvəlində entropiyanın aşağı olmasını,sonunda isə entropiyanın çoxalacağını səbəb -nəticə ilə müşahidə edə bilirik. Və ya göydən gələn meteoridin Yerə düşüb,düşməyəcəyini,yaxud da 10 min il əvvəl atmosfer qatından keçən göy cisminin, yenidən 2030-cu illərdə keçəcəyini determinizm nizamı ilə müşahidə edirik. Sual yaranır bəs kosmosdakı cisimlərin xaotik hərəkəti də nizam daxilindədirmi?! Yoxsa, göy cisimləri azad iradə ilə hərəkət edirlər?!

Azad iradə məsələsi və superdeterminizm

 Azad iradə barəsində ilk dəfə fəlsəfədə Afrodisialı Aleksandrın əsərlərindən məlumat əldə edirik. Bu anlayışa görə insam etdiyi hər əməlinə görə özü özülüyündə məsuliyyət daşıyır. Heç bir təsir altında qalmadan istədiyi məsələləri ya qəbul edib,ya da inkar edə bilər. Dinimizə görə cəbrilik cərəyanı istinsa olmaq şərti ilə azad iradə qəbul edilir. Sadecə,müəyyən çərçivə daxilində məqbul sayılır. Əgər,insan həmin çərçivəni aşsa,digər insanların iradə azadlığını əllərindən almış olur.

   Bilinənin əksinə,azad iradə anlayışını tapdalayan axın determinizm deyil,fatalizm və superdeterminizmdir.

  Fatalizm ideyası tale və qismətə bağlılıqdır. Belə ki,bu cərəyana görə hərşeyin yaşam tərzi əvvəlcədən təyin edilmişdir. Məhz,ona görə də insanda azad iradə yoxdur. Bu fikir,bizə görə olduqca səfsətədir. Əgər Tanrı insanın yaşam tərzini əvvəldən planlaşdırıbsa,o zaman edilən hər-hansısa bir səhvdə səbəbkar kimdir?!

  Əgər, bir terrorist məsum insanları qətl edərək,ölüm hökmünə məhkum edilsə, həmin terroristə bu hökmü vermək absurddur. Çünki fatalizmə görə onun qatil olması,əvvəlcədən qismətində yazılmışdır. O zaman günahkar əstəğfürullah Allah çıxır. Və yaxud bir qatilin öldükdən sonra cəhənnəmə getməsi absurddur. Çünki fatalizmə görə yenə həmin şəxsin qatil olmasının və eyni zamanda cəhənnəmə getməsinin səbəbi alın yazısıdır. Bu vəziyyətdə də Allah həmin insanı mühakimə edə bilməz. Çünki alın yazısını fatalizmə görə O yazıb. Bu məsələlərə görə də fatalizm Allahın ədalətli olmaq mahiyyəti ilə ziddiyyətlilik təşkil edir.

  Determinizmdə isə bu tip absurd məsələlərə yer yoxdur. Lakin insan özü də müəyyən nizam-intizam çərçivəsi daxilindədir. Onun azad seçimi də çərçivə daxilində keçərlidir. Məsələn; insanın acmaq hissi azad iradədən aslı deyil. Nizam-intizam qanunu daxilindədir,çünki orqanizm qida tələb edir. Ancaq insan hansı qida ilə (karbohidrat,zülal,yağ və.s)özünü doyuracağını özü seçə bilər.

   Superdeterminizm kvant mexanikasının fizikada inqlab etməsindən sonra ortaya atılmış ideyadır. Bu ideyaya görə kainatdakı xaotik hərəkət belə nizam daxilindədir və kainatda azad iradə anlayışı yoxdur. Determinizmin üst səviyyəsi olan superdeterminizm təsadüf,kortəbiilik kimi anlayışları,eləcə də azad iradəni inkar edərək üstün bir vahid nizam anlayışını irəli sürmüşdür.

  Ümumi nəticə olaraq bu qənaətə gələ bilərik ki,azad iradə anlayışı determinizm yəni səbəb-nəticə qanunu ilə deyil,fatalizm və superdeterminizmlə ziddiyyətlilik təşkil edir.

                                                                                                                     

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BÖYÜK HÖRMƏT VƏ MƏHƏBBƏTLƏ YAD EDİLƏN İNSAN

BÖYÜK HÖRMƏT VƏ MƏHƏBBƏTLƏ YAD EDİLƏN İNSAN


         Allah taala saf əxlaqa, mənəvi kamilliyə, xeyirxah əməllərə malik insanlara uzun ömür versəydi, dünya cənnətə dönərdi, bəşəriyyət stresdən, gərginlikdən, mərdimazarlıqdan, məhrumiyyətlərdən yaxa qurtarardı. Amma nə etmək olar? Hərənin öz taleyi, öz ömür payı var. Kamal Xəlilov kimi.
Kamal vur-tut 54 il yaşadı. 1942-ci ildə Əli Bayramlı (hazırda Şirvan) şəhərində doğuldu, 1996-cı ildə Bakıda dünyasını dəyişdi. Onu tanıyanların hamısı yaxşı bilir ki, o, mənalı həyat yaşadı, özündən sonra xoş, ürəkaçan xatirələr qoyub getdi. Anılanda ona rəhmət oxunur, yaxşı əməlləri yada düşür.
Kamal əslən Şirvan (keçmiş Əli Bayramlı) şəhərindən idi. Orta təhsilini şəhər 1 nömrəli məktəbdə başa vurub Azərbaycan Pedaqoji Dillər İnstitutuna (hazırda ADU) daxil olmuşdu. İngilis dili müəllimliyini seçmişdi. Onda dil öyrənməyə maraq güclü idi. Rus dilini bilir, ingilis dilinə mükəmməl yiyələnməyə çalışırdı.
İdmanı da sevirdi. Sərbəst güləşlə məşğul idi. Şəhər (respublika) birinciliklərinə qatılırdı. Hətta respublika çempionu da olmuşdu.

        Kamal dərslərinə ciddi yanaşmaqla bərabər ali təhsil müəssisəsinin ictimai həyatında da yaxından iştirak edirdi. Müəllimlərinin hörmətini saxlayır, nüfuzlarını qoruyurdu. Tələbə yoldaşları ilə mehriban dolanırdı, lazım gələndə onlara öz köməyini göstərir, onların dəstəklərindən də faydalanırdı. Kəsəsi, Kamal həm pedaqoji kollektivin, həm də tələbələrin sevimlisi idi.

        Həm institutda, həm kənarda, həm də Əli Bayramlıda Kamalın çoxlu dostları vardı. Yaxşı dostları ilə öyünür, onlara bel bağlayır, onlarla özünü güclü hiss edirdi. Kamal görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymenovla (1936-cı ildə anadan olub) da dost münasibətindəydi. Oljas Kamalın dəvəti ilə Bakıya gəlmişdi. Kamal onu götürüb Əli Bayramlıya aparmışdı.

         Kamalın bir qardaşı (Möhsüm) şəhərdə çıxan “İşıq” qəzetinin redaktoru, o biri qardaşı (Tofiq) şəhər idman komitəsinin sədri idi. Qardaşları Rasimlə Valeh, bacıları Validə Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda ADU) ingilis dili fakültəsini bitirmişdilər.

         Tofiq mahir güləşçi olmaqla yanaşı, yaxşı ovçu idi. Kamal qardaşı Tofiqin təşkilatçılığı ilə Oljası ova da aparmışdı.

         Kamal III kursda oxuyurdu. İngilis dilini yaxşı mənimsəmişdi. Bir gün onu respublika Maarif Nazirliyinə – nazirliyin xarici əlaqələr şöbəsinə çağırdılar. Onun ingilis və rus dilləri üzrə bacarıqlarını yoxladılar. Sorğu-sualdan sonra bildirdilər ki, tərcüməçi qismində onu xarici ölkəyə göndərmək fikirləri var. İnstitut məsləhət bilib. Beləliklə, az sonra Kamal Moskvaya yola düşdü. SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyində oldu. Onu Misir Ərəb Respublikasına göndərirdilər. Sovet mütəxəssislərinin yaxından iştirakı və köməyi ilə Asuan bəndinin tikintisində tərcüməçi kimi fəaliyyət göstərəcəkdi.

         O zamanlar SSRİ adlanan imperiyaya daxil idik. Digər sahələrdə olduğu kimi, xaricdə işləməyə gedən mütəxəssislər Moskva tərəfindən müəyyən edilir, göndərilirdi. Müsəlman ölkələrinə tərcüməçilər bir sıra hallarda ittifaqa daxil olan müsəlman respublikalarından seçilirdi. Xaricdə işləyəcək mütəxəssislər əsasən ruslardan, xristianlardan ibarət olurdu. Bəzən də müsəlman ölkələrinə azərbaycanlılar, özbək, qırğız, tacik, qazax, türkmənlər də neft, energetika və s. sahələr üzrə mütəxəssis kimi cəlb edilirdilər.

         Çox qədim dövlət olan Misir dünya sivilizasiyasının ilk məskənlərindən idi. Kamal Xəlilov Misirə yola düşməmişdən əvvəl bu ölkə haqqında ətraflı məlumat toplamış, onun tarixini, mədəniyyətini, xalqın adət-ənənələrini öyrənmişdi. İngilis dili vasitəsi ilə tərcüməçilik vəzifəsini uğurla yerinə yetirməklə bərabər ərəb dilini öyrənməyə səy göstərirdi.

         Nəhayət, Kamalın Misir Ərəb Respublikasındakı tərcüməçilik fəaliyyəti başa çatdı. O, doğsa Vətənə qayıtdı. Evdəkilər, tələbə dostları, müəllimləri onu çox yaxşı qarşıladılar. Kamal III kursda təhsil alarkən Misirə getmişdi. Tələbə yoldaşları artıq V kursda idilər. Məsləhət oldu ki, Kamal eksternat (sərbəst) imtahan verib III kursdan V kursa keçsin. Elə də oldu.

         V kursu başa vurub təhsil aldığı institutda müəllim kimi işə başladı. Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun dissertanturasına qəbul olundu. Fəlsəfə elmləri üzrə namizədlik dissertasiyası üzərində işləməli oldu.
Misir Ərəb Respublikasında alarkən ərəb dilini öyrənmişdi. Bu dəfə ərəb dili üzrə tərcüməçi kimi xaricə, ərəb ölkələrinə getmək fikri vardı. Fəqət ərəb dili üzrə mütəxəssis olmasını təsdiqləyən sənədi yox idi. Odur ki, Azərbaycan Pedaqoji Dillər İnstitutunun nəzdində fəaliyyət göstərən xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsinə yazıldı, diplom aldı. O zamanlar mən də Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsində təhsil alırdım, eyni zamanda xarici dilləri öyrənən ikiillik kursun ərəb dili kursunda oxuyurdum. Bu kursda dərslər axşam növbəsində həftədə üç dəfə, hər dəfə iki qoşa saat olmaqla keçilirdi. Başqa qrupda olsa da, kursun məşğələlərində Kamalla tez-tez rastlaşırdım.
Kamal Xəlilov eyni zamanda Azərbaycan Dövlət Universitetinin (hazırda BQU) şərqşünaslıq fakültəsində görkəmli şərqşünas, məşhur ərəbşünas professor Ələsgər Məmmədovun rəhbərlik etdiyi komissiya qarşısında imtahan verərək, ərəb dili üzrə tərcüməçilik sertifikatı aldı.

         Günlər, həftələr, aylar ötdü. Kamal Xəlilov yenə səfərə çıxmalı oldu. Bu dəfə yolu Suriya Ərəb Respublikasına idi. SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin xəttilə Dəməşqdə ərəb dili üzrə tərcüməçi işləyəcəkdi. Sovet İttifaqından gələn mütəxəssislər və suriyalı mütəxəssisləri arasında danışıqları tərcümə edəcəkdi.
Ailəli idi. Bu dəfə tək yola düşmürdü. Həyat yoldaşı Zərifə xanım və azyaşlı oğlu Tamerlan da onunla idi. Həyat yoldaşı Zərifə Ağabəyova tibb elmləri doktoru, professor Hüseyn Ağabəyovun qızı idi. O, Kamalla eyni qrupda oxumuşd. Zərifə xanım da ingilis və rus dillərini yaxşı bilirdi. Tamerlan sonralar ingilis, rus, ərəb və fars dillərinə yiyələndi. Diplomatik işdə (respublikamızın Küveytdəki səfirliyində və s.) çalışdı.

         Tərcüməçilərlə, adətən 2 illik müqavilə bağlanılırdı. Məharətli tərcüməçi olduğu, öz işinin öhdəsindən bacarıqla gəldiyi nəzərə alınaraq, Kamalla müqavilənin müddəti uzadılmaqda idi. Beləliklə, o, 5 il Dəməşqdə tərcüməçi kimi fəaliyyət göstərdi.
         Kamal Suriyadan qayıtdıqdan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunda (ADU) müəllimlik fəaliyyətini davam etdirməyə başladı. İngilis dilini tədris edirdi. Auditoriyanı, tələbələri və təlim prosesini uğurla idarə edirdi. Müəllim-tələbə münasibətlərini səmərəli şəkildə qururdu. Pedaqoji əməkdaşlığın yüksək səviyyədə olmasına çalışırdı.

         Dissertasiya müdafiə etməyə hazırlaşırdı. Fəqət, atalarımız demişkən, “Sən saydığını say, gör fələk nə sayır”. Ömrünün bahar çağında Kamalın ürəyi döyünməkdən qaldı. Çox təəssüf! Bir təsəllimiz var: Kamal Miriş oğlu Xəlilov həyatda olmasa da, həmişə böyük hörmət və məhəbbətlə xatırlanır! Allah rəhmət eləsin!!!

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru