Hər səngər məbəddi, pirdi hər əsgər,Şuşa tək ocağın mübarək, dağlar!



                                                           
ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şip-şirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Avrasya Yazarlar Birliği

Avrasya Yazarlar Birliği; son yıllarda dünyada yaşanan teknolojik ve kültürel gelişmeleri göz önünde tutarak, kültür ve edebiyatın insanlar arasında yakınlaşma ve dostluk duygularının oluşmasına ve gelişmesine yapacağı katkıları dikkate alarak,

  • Tarihî kültürel ve sosyal bağlarla birbiri ile ilişkileri olan ülkeler, topluluklar ve kişiler arasında kültürel ilişkileri artırmak,
  • Evrensel barışa ve kültürel gelişmelere katkıda bulunmak;
  • İnsanlığın en köklü dillerinden birisi olan Türkçenin bütün lehçe ve şivelerinde konuşan halkların yazarlarının birbirlerinin eserlerini tanımalarını sağlamak,
  • Türkçe edebiyatın bütün dünyada daha iyi tanınmasına çalışmak,
  • Bütün lehçe ve şiveleri ile Türkçenin gelişmesine gayret etmek,
  • Türk lehçelerinin yazı dilerindeki ortaklıkları daha da artırmak, amacıyla;
  • Yazarlık faaliyetini meslek edinmiş kişileri bir araya getirmek,
  • Meslekî dayanışma ve yardımlaşmayı uluslar arası düzeyde sağlamak,
  • Yazarların sanat ve kültür hayatında etkin bir şekilde yer alabilmeleri için çalışmak,
  • Telif ve tercümelerinden doğan haklarını savunmak,
  • Meslek mensuplarının uğrayacakları çeşitli güçlükler karşısında gerekli her türlü maddî ve manevî yardımda bulunmak,

Ulusal ve uluslar arası düzeyde resmî, tüzel ve özel kurum ve kuruluşlar nezdinde üyelerini temsil etmek gayesi ile kurulmuştur. 

Üyelik


Fiil ehliyetine sahip bulunan ve derneğin amaç ve ilkelerini benimseyerek bu doğrultuda çalışmayı kabul eden ve mevzuatın öngördüğü koşulları taşıyan, sürekli yazarlık faaliyeti içinde bulunan, Türk lehçe ve şivelerinden herhangi biri ile ilgili tercüme ve aktarma yapan her gerçek kişi ve uluslararası, ulusal veya bölgesel düzeyde faaliyet gösteren yazar, yayıncı ve kültür dernek, sendika ve vakıf gibi tüzel kişiler bu derneğe üye olma hakkına sahiptir.

Dernek başkanlığına yazılı olarak yapılacak üyelik başvurusu, dernek yönetim kurulunca en çok otuz gün içinde üyeliğe kabul veya isteğin reddi şeklinde karara bağlanır ve sonuç yazıyla başvuru sahibine bildirilir. Başvurusu kabul edilen üye, bu amaçla tutulacak deftere kaydedilir.

Derneğin asıl üyeleri, derneğin kurucuları ile müracaatları üzerine yönetim kurulunca üyeliğe kabul edilen kişilerdir.

Derneğe maddi ve manevi bakımdan önemli destek sağlamış bulunan kişiler yönetim kurulu kararı ile onursal üye olarak kabul edilebilir.

Derneğin şubesi açıldığında dernek merkezinde kayıtlı bulunanların üyelik kayıtları şubelere aktarılır. Yeni üyelik müracaatları şubelere yapıldığında şube yönetim kurulu tarafından, Genel Merkeze yapıldığında Genel Merkez Yönetim Kurulu tarafından görüşülerek karara bağlanır. Genel Merkez Yönetim Kurulu, gerekli gördüğü hallerde şube yönetim kurullarının görüşünü almaksızın üyeliğe kabul veya üyelikten çıkarma kararı verebilir.

Üyelik başvurunuzu yapmak için lütfen Üyelik Başvuru Formu‘nu indiriniz. Formu doldurduktan sonra adresimize ulaştırınız.

Avrasya  Yazarlar  Birliği


MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC VƏ OQTAY RZA

ZAUR USTACOQTAY RZA

OQTAY RZANIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc. Tanrıya kısa bir mektup.

Caroline Laurent Turunc

Tanrıya kısa bir mektup

Ey göğün yedinci katındaki en yüksek yerin sahibi Beyt-ül-Mamur.

gerçeğin gizemini gören tek kişi

Süleyman’ın yüzüğünün tek sahibi

en iyi eserlerin yaratıcısı ve koruyucusu

Sırat ve konaklama yerinin tek sahibi

yaprak döken ağaçları dik tutan ağaçların tek sahibi

sana bir şikayetim var

Güneşi batmaya zorluyorlar

Sımsıkı tuttuğun dağlar sallanıyor

Akıttığın nehirler yolunu kaybediyor

İnsanlık deliliğe düştü

şaşkın hayvanlar evrim geçirdi

Göz açıp kapayıncaya kadar yedi göğü ve yedi yeri dolaşan Sensin.

her noktayı, her olayı gören sen

kullarının amellerini birbirine karıştırmayan

Sen

Kaderin gidişatını en iyi değerlendirecek olan sen

cennet ve cehennemi sahnelediler

Kâfirler birbirlerinin dostu oldular.

Müminleri aldatmaya çalışıyorlar.

Kaos, kargaşa ve çatışma hiç olmadığı kadar ön planda.

Tüm kaynakları yok etmeye çalışıyorlar.

Aldatıyorlar ve iftira atıyorlar

en kısık sesimle sana sesleniyorum

Barbarlıktan beri cehalet hiç bitmedi

Din kisvesi altında Dinnul kayyumunu devirmeye çalışıyorlar.”

Çeşitli felaket senaryolarını ortaya koyuyorlar

En kısa sürede sorumluluk almalısınız.

Aksi takdirde ne burada ne de ahirette huzur bulmak mümkün değildir.

Bu beceriksiz ve adaletsiz yağmacı, şeytani zorbalara bir son vermelisiniz.

en derin saygılarımla

Ben kadın bedeninde bir ruhum, yaratıcısı olduğun kulunum.

#Caroline_Laurent_Turunc

20/06/2023-Paris

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BRAYL ƏLİFBASI. TURAN NOVRUZLU.

BRAYL ƏLİFBASI

Səni sevmək
Brayl əlifbasını öyrənmək kimidir…
Napoleonun əsgərləritək
qaranlığın səssizliyində
pıçıltısız oxumaqdır səni sevmək.
Sadəcə nöqtələrə toxunaraq
xəritələri zehnimə köçürməkdi
Səni sevmək…
Əllərim gözlərini əzbərləyib,
əlifbamın sual işarəsidir gözlərin.
Ovuclarımın içi
yanaqlarını qucaqlamağı sevir,
dodaqlarım burnuna toxunanda
əlifbamın nöqtəsini oxuyuram.
Kəpənək çiçəyə toxunduğu tək
nəfəsini qoxulayıram.
Zərif qulaqlarını oxşayanda
vergülü duyuram.
Əlifbamın məchul X hərfi
dodaqlarında gizlənib.
Səni A-dan Z-yə sətir-sətir,
misra-misra təkrarlayıram.
Səni sevmək Brayl əlifbasını
öyrənmək kimidir…
Gecənin bir aləmi əlimdə vərəq
Yorğun əsgər kimi yuxulayıram.

Müəllif: TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


PDF>>>
ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÖZÜ İLƏ ÖZÜNÜ TANIDAN ADAM. Əyyub Türkay.

                                    SÖZÜ İLƏ ÖZÜNÜ TANIDAN ADAM

(Şair-publisist Sərraf Talıbın “Bu yerin üstü də məni tanımır” adlı kitabı haqqında)    

             Sərraf Talıbı uzun illərdir tanıyıram. Təxmini desəm, tanışlığım 20 ilə yaxındır onunla. Jurnalistika sahəsində geniş fəaliyyəti var. Bu peşəni özünə ana yol kimi seçən Sərrafın uğurlarını da bir həmkar kimi yaxından izləmişəm. Necə deyərlər, qələmi iti, sözü kəsərli olsun. Amma bu dəfə onun ədəbiyyatdakı uğurlu qələmi daha çox diqqətimi çəkib. Sərraf Talıbın poeziyası ilə tanışlığımın tarixi özü ilə tanışlığım qədər qədim deyil. Mən bunun günahını Sərrafda görürəm. İllər öncə poeziya dolu kitabını çapdan çıxarıb oxucularının ixtiyarına versəydi şeirləri ilə daha tez tanış olardım. Haqqında apardığım araşdırmadan mənə məlum oldu ki, Sərrafın  ötən əsrin 70-ci illərinin sonlarından respublika mətbuatında publisist yazıları ilə bərabər ara-sıra şeirləri də dərc olunurmuş. 2022-ci ilin son rübündə çapdan çıxmış “Bu yerin üstü də məni tanımır” adlı şeirlər kitabını mənə hədiyyə edəndən sonra elə kitabın ilk səhifələrindəki şeirlərin məna və poetik yükünün gözəlliyindən, axıcı olmasından təsirləndim. Kitabdakı ilk şeirin adı belədir: “Ağla məni özün, Allah”

İçimdə bir söz pətəyi,

Dilsiz qalıb ağzım, Allah!

Gözüm də görmür heç nəyi,

Aydın olsun gözün, Allah!

Bu sel hara axacaq ki,

Gözlərimə çıxacaq ki…

Məni yerə yıxacaq ki,

Dəmədiyim sözüm, Allah!

O qədər sıxdım boynumu,

Aça bilmədim eynimi.

Quş tək üçurtdum beynimi,

Hara dönsün üzüm, Allah!

Bir nadanın sözü məni,

Qəlpə kimi sökür məni!

Ağ kəfənə bükür məni,

Ağla məni özün, Allah!

Uğurlu poetik fikirlərlə başlayan kitabdakı ilk şeir Sərraf Talıbın şair olaraq sevilməsinə imkan yaradır. Ardınca gələn “Heç ağlamaq da gəlmir əlimdən”, “Ağ rəng”, “Bir çiçək ölümü keçdi ürəyimdən “ adlı şeirləri də tapıntıları ilə diqqəti cəlb edir. Kitabı vərəqlədikcə görürük ki, o yaşadığı dövrdə gördüklərini yazıb. Gerçək olayların məngənəsində zaman-zaman bərkiyən şair sanki özünü şahidi olduğu hadisələrin canlı personajı kimi görərək duyğulanmış və bir-birindən təsirli ədəbi nümunələr meydana gətirmişdir. Şairin “Ah, bu mentalitet” adlı şeiri də nəzərimdən qaçmadı. Kitabı əldə edənlərə də bu şeiri oxumağı tövsiyyə edirəm. Çünki yuxarıda şairin yaradıcılığı haqqında dediklərim bu şeirdə öz əksini tapa bilib.

          Şair Sərraf Talıb çoxşaxəli peşə fəaliyyətində vətəni, xalqı qarşısında öz xidmətlərini yerinə yetirib. Amma ədəbiyyatda qələmi ilə bir daha vətən sevdalısı olduğunu göstərən şair sözün həqiqi mənasında vətəndaş olduğunu misralarının dili ilə də sübuta yetirir. Birinci Qarabağ Müharibəsi və bu dövrdə baş verən Xocalı müsibəti haqqında olan şeirləri şairin elinə, obasına, xalqına bağlılığının əsl vətəndaşlıq nümunəsidir.

“Xocalı”

Vətəndə yurddu, hanı?

Min-min övladı hanı?

Hanı xanı, xatını?

Beşiyi boş Xocalı.

Sözü çəkilib dara,

Bacalar baxır qara!

Yolu kəsilib yara,

Axan qan, yaş Xocalı.

Dünya deyilmi agah?

Göyləri yandırır ah!

Harda qaldı haqq, Allah?

Hər gün savaş Xocalı!

Sərraf Talıbın lirik duyğulu, sevgi-məhəbbət mövzusunda olan şeirləri də insan qəlbinə nəğmə kimi dola bilir. Ümumiyyətlə şeir də incəsənətdir. Gözəllik, incəlik, nəfislik tələb edir yazardan. Lirik şeirlər xüsusilə yeni fikirlərlə və poetik yüklə dolu olanda oxucunun daha çox ilgisini çəkir. Məhz yeni fikir, fərqli duyğular fonunda cərəyan edən ədəbi əsər oxucunun estetik zövqü ilə həmahəng ola bilir. Sərraf oxucusuna şeirini sevdirməsi üçün düşünürəm ki, çətinlik çəkmir. Çünki şairin lirikası çağdaş oxucunun duyğusal aləminə yola tapacağına ümid yaradır. Bu qəbildən olan “Məhəbbət dumanmı, çənmi, bilinməz” adlı şeirə nəzər salaq.

Məhəbbət dumanmı, çənmi, bilinməz,

Duyğulara düşən dənmi, bilinməz,

Sənmi çox sevirdin, mənmi, bilinməz,

Yanacaq, donacaq içim içimdə.

Mən kimə söylədim duya bilmədi,

Dərdimin sirrini deyə bilmədi!

Eh, niyə soruram, guya bilmədim,

Bir tufan başlanıb mənim içimdə.

O günlər zirvətək çıxdı dumandan,

Yaşdımı, şehdimi axdı dumandan.

Bir qız da boylandı, baxdı dumandan,

Elə o qız boyda, o qız biçimdə.

Bir səda ucaldı, bəs eylər artıq,

Ürəyiyumşaqlıq səs eylər artıq,

O dəli duyğular, o hisslər artıq,

Daşlaşıb, göyərməz sənin içində.

           İndi isə kitabın adı haqqında qeydlərimi bildirmək istəyirəm. Ədəbiyyat adına çap olunan hər bir kitab ona qoyulan adın haqqını verməlidir. Kitaba ad seçimi etmək də müəllifdən bacarıq tələb edir. Bir növ müəllif öz oxucusuna kitabın adı ilə emosional təsir edir. Kitabın oxunaqlı olması ilk öncə ona verilən adla diqqəti çəkir. Sərraf Talıbın öz kitabına “Bu yerin üstü də məni tanımır” adını verməsi uğurlu ad seçimi sayıla bilər. Kitabdakı şeirdən götürülən ad oxucu kimi mənim də diqqətimi çəkdi. Oxuyaq şeiri.

İl gəlir ömrümə yaşı artırır,

Ürəkdə, böyrəkdə daşı artırır.

Gözlərim kiçilir, qaşı artırır,

Dünənki dostum da məni tanımır.

Bu çölün çiçəyi, düzəni hanı?

O çayda qol atan, üzəni hanı?

İstəsən, and içim ulduzlar sanı,

O çayda əksim də məni tanımır.

Qazanda o yeri, dərinə qazın,

O ilə, o aya, o günə qazın…

Qəbrimdən daş çıxsa, üstündə yazın,

Bu yerin üstü də məni tanımır.

Sərraf Talıb bu şeirində tanınmamaqdan gileylənsə də, əslində şair-publisist olaraq həm ədəbi mühitdə, həm də jurnalist yazıları ilə ölkənin müxtəlif mətbu orqanlarında çap olunmaqla imzasını tanıtmışdır. Xüsusilə onun dünya ədəbiyyatından etdiyi tərcümələri orijinallığı ilə diqqəti çəkir. Ən çox rus ədəbiyyatından dilimizə dolğun şəkildə etdiyi tərcümələrə müxtəlif ədəbi nəşrlərdə rast gəlmişəm ki, bu da onun peşəkar məziyyətlərindəndir.

            “Bu yerin üstü də məni tanımır” kitabının ön söz müəllifi tanınmış şair, publisist Ağamir Cavaddır. Ağamir Cavad yazısında Sərraf Talıbın ədəbi mühitdə olan çəkisini, poeziyasını yüksək qiymətləndirib. Demək olar ki, Sərraf Talıbın layiqli haqqını verib. Olduqca maraqlı və tutarlı yazılan ön söz yazısı müəllifin gələcək ədəbi fəaliyyətində yüksək stimul olacağını deyə bilərəm. Oxunaqlı və qəlbə yatımlı olan Sərraf Talıb poeziyasının daha da zənginləşməsini və bu yolda müəllifin yorulmadan çalışmasını arzu edirəm.

Müəllif: Əyyub TÜRKAY

şair-publisist, AJB-nin üzvü.

ƏYYUB TÜRKAYIN YAZILARI

ATLAZ RZAYİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru