Qəzənfər Məsimoğlu. Dağlara.

DAĞLARA
Səhərdi, quşların cəh-cəhinə bax,
Dil açar gətirsən lalı, dağlara.
İsmətli analar, qoçaq gəlinlər
Sağıb, ötürdülər malı dağlara.
* * *
Bura qonaqpərvər eldi, obadı,
Mehriban qarşılar yaxını, yadı.
Getməz damağımdan qaymağın dadı,
Necə söyləməyim halı, dağlara?
* * *
İllər ələnsə də tellərin üstə,
Murazım o incə əllərin üstə.
Arılar ətirli güllərin üstə,
Çəkib gətirəcək balı, dağlara.
* * *
Qəzənfər, bu eşqin görünməz sonu,
Əyilməz vüqarı, bilirəm onu!
Nə gözəl yaraşır çiçəkli donu,
Buluddan örtdüyü şalı, dağlara.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Qəzənfər Məsimoğlu. Dağlara.”

  1. Əziz və hörmətli Zaur Ustac, “Dağlara” şeirimə saytınızda yer ayırırıb işıqlandırdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir