
NUR İÇİNDƏ YATAN MƏLƏK
YENİ MƏNZİLİN MÜBARƏK
Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan üçün olur Allahın məhəbbəti və mərhəməti. Belə bir məhəbbət və mərhəmət payından şükürlü olan Mələyim!
Dünyaya tək gəlir,
Tək gedir İnsan!
Təklik deyil qorxulu!
Özünü tək hiss eləsən qorxulu!
Allahına sınan tək olamaz biləsən!
Özünü üzməyəsən!
Deyirdin Allah məni həmişə yaxşı insanlarla rastlaşdırıb. Onlar mənim yollarımı işiqlandırıb! Öz içində olan işıq səni nurlandırıb! İçində ola İlahi Eşq səni çoxlarında daha varlı edib! Sənin varın olan nəcib xasiyyətin,Yaradanın yaraddıqlarına olan sevgin, saf niyyətin xoşbəxtliyin oldu. Seçdiyin peşəyə olan vurğunluğun sənin uğurun!
Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli müəllimdən asılıdır. Gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir müəllim. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməklə həyata keçirdiyi müqəddəs bir vəzifə, ilahi bir missiyanın daşıyıcısı Qobustan rayon Cəyirli kənd Ayaz Quliyev adına tam orta məktəbin dəyərli müəllimi, kollektivin, şagirdlərinin sevimlisi, Raifə Mürvət qızı Hidayətova dünyasını dəyişmişdir. Dəyərli ziyalı, peşəkar pedaqoq , gözəl İnsan əziz Raifə xanımı bir neçə gün əvvəl doğum günü münasibətilə təbrik etdik! Bu gün o yeni mənzilində üyuyacaq !Raifə müəllimə respublikada tanınan, sevilən , həyat sevgisi ilə dolu gözəl insan, istedadlı müəllim, vəfalı dost idi. Səni heç vaxt unutmayacağıq.
Uzun müddət idi amansız xəstəliklə mübarizə aparırdı! O qədər ağrı-acıya rəğmən yenə də narahatlığını dilə gətirməzdi, üzünüzdəki təbəssümü bir an belə əskik olmazdı…
Bu bir Qədər qismətdi! Ad gündə Onu doğmaları,əzizləri,dostları təbrik etdilər ,
ona olan sevgilərini,arzularını dilə gətirdilər,son dəfə danışdım onula…Nə yaxşı bu təbrikləri sevinərək dinləmək qisməti oldu. Qədir-Xum baramını təbrik etdim. Ximya qəbul etmişdi,5 gün sonra Sertifikasiya imtanına girib 45 bal toplamışdı,dedi özümə çox əziyyət verdim… Bu gün nə qədər çətindir sənin doğmalarına, səni sevənlərinə, əlimizdən nə gəlir ki..
Raifə müəlliməyə Allahdan rəhmət,yaxınlarına səbr diləyirik.Urəklərdə yaşayacaqsan İnsanlığınla, xeyirhaqqlığınla, yetirdiyin şagirdlərinin uğurlarında!
Elm öyrənib öyrədənin yeri Cənnət Məkandır!Öz Cənnətini sağlığında qazandın əməlinlə,xidmətinlə!!!
Yeni Mənzilin mübarək olsun əzizimiz Raifə müəllimə !
İşinin peşəkarı,işini sevən,işinin fədakarı sevimlim Raifə xanım!
Hidayətova Raifə Mürvət qızı 04.07.1966 -cı il tarixdə Şamaxı rayon Cəyirli kəndində anadan olub.1974 -ci ildə Cəyirli kənd tam orta məktəbində birinci sinfə daxil olub 1984-cildə həmin məktəbin 10-cu sinfini bitirib.1985-ci ildə bir illik rabitəçi kursunu bitirib.1986-1990-cı illə qədər Şamaxı rayonunda 56 nömrəli obyekdə rabitəçi(Telefonçu qız)işləyib.1993-cü ildə doğulduğu Cəyirli kəndində Uşaq Birliyi Təşkilatı Rəhbəri vəzifəsində işləyib.1999-cu ildə Şamaxı M.Ə.Sabir adına Mədəni Maarif Texnikumunun ibtidai sinif müəllimi fakultəsinə daxil olub.2001-ci ildə işlədiyi A.Quliyev adına Cəyirli kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlayıb.Bir çox təlimlərdə iştirak edib.Rayon Təhsil Şövbəsi rayon İcra Hakimiyyəti tərəfindən işdə gördüyü naliyyətlərə görə Təşəkkürnamə və Fəxri fərmanla təltif olunub.2012-ci ildən Azərbaycan Təhsil Şurası İçtimai Birçiyinin fəal üzvüdür.Yazıçı jurnalist Böyükağa Mikayıllının müəllimin iş təsürbəsi kitabında məqaləsi və pedoqoji təcürbəsi Respublika üzrə yayımlanıb.2018-ci ildə Təhsil Şurasının Pedoqoji işçiləri ilə birlikdə Ukrayna şəhərinə işgüzar səfər edib.Ukraynada olarkən pedoqoji fəaliyyəti video slaydla yayımlanıb təqdim edilib.R.Hidayətovanın pedoqoji fəaliyyəti böyük marağa səbəb olub.Bunlarla yanaşı 2019-cu ildən Etwinq layihəsinin qurucusu və üzvüdür…
Şagirdləri bir çox Ali məktəbləri texnikumları bitirib.
İnsanlığı, sağlam düşüncə və yanaşması, ünsiyyət ilə qəlblərdə özünə taxt qurmuş Raifə müəllimin doğmalarına, əzizlərinə , onu tanıyanlara baş sağlı veririk! Yeni mənzilin Mübarək olsun! Yerin Cənnət Məkan olsun !
Bu bir Qədər, bu bir Qismət!
Dünyaya gələn Zaman!!!
Yazın yazılan Zaman!!!
Yaradana qovuşan!!!
Bil anında yazılır!!!
Günün ,ayın, bil dəqiqən yazılır!!!
Nə tələsmək,Nə də gecikmək olmaz!!!
Vaxt yetişən Zamanda,
Haqqına qovuşursan!!!
Doğmalarınla vidalaşırsan!!!
Yaddaşlarda Yaşayarsan!!!




Dərin Hörmət və Ehtiramla: Zülfiyyə VƏLİYEVA
ADPU-nun ETM-nin elmi işçisi, Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi Layihəsi üzrə Milli məsləhətçi, Əməkdar müəllim.
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru