Səməd Vurğun. Dan yıldızı.

DAN YILDIZI
Öpərkən gecələr dəsti-səbahi
Duyurdum hərəkət namütənahi
Çəməndə bir gözəl xeyli ilahi ,
Üzündə zülfünü tarimar gördüm .

Titrəyirdi çəmən , titrəyirdi gül ,
Oxurdu nəğmələr sabaha bülbül ,
Bükmüşdü boynunu saralmış sünbül ,
Qoxladım o yeri , laləzar gordüm .

Uçurdu dağlara quş kimi ceyran ,
Boylana – boylana səmada tərlan ,
Oxurdu türkülər səmiə pünhan ,
Birləşin ! – dedilər , bir şüar gördüm .

Buludlar dağılıb doğdu bir pəri ,
O sevda yerinin doğma dilbəri ,
Göz atdım gözünə , himlədim bəri ,
Dayandı şir kimi , pürvüqar gördüm

Əsirdi durmadan birbaşa yellər ,
Döyürdü bağrını dağ – daşa sellər…
Gülürdü al geyib , ağlayan ellər ,
Bu haqqı danamam , aşikar gördüm .

Yanvar 1927.

Müəllif: Səməd Vurğun.

                                           Yazarlar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir