Hayata sunulan günlerin düzenine hayranım! Ve gecenin zümrüt siyahına.. Ağır kayaları taşımaktan yorulmayan dağlara Denizdeki dalgalar birbirine değmeden iskeleye ulaşmak için birbirleriyle mücadele ediyor. Gökyüzünde tatlı su ile dolup taşan bulutlara Bir yağmur damlasının yere düşüp kuru dala nasıl hayat verdiğini, daldaki gül çiçeğini bir günde nasıl parfüme dönüştürdüğünü hayranlıkla izliyorum.
Doğa, rengarenk çiçeklerle ve içinde yaşayan her türlü canlıyla ne güzel dans ediyor.
Yıldızlar hem uzakta hem de yakındadır. Ay’da vadiler ve dağlar oluştururlar. Güneşe sınırsız hareket gücü, ışıktan ateş, ateşten ısı verdi. Her şey ne kadar özenle yapılmış, her şey ne kadar güzel, her şey birbirine yakın, birbirine değmiyor.
üzüm bağları şarap nehirleri Ağacın kökü, yumrusunun altındaki zeytin çekirdeğinin yarattığı mucizevi ağaçlar. Meyve bahçelerindeki hurma ve incir ağaçları Bu ağırlığı taşıyan harika bir evren, evrenin içinde sonsuz bir okyanus
ruhu insan bedeniyle giydirdi şah damarını ipek iplikle işlenmiş bir bez örtüyle kapattı
Altını, gümüşü ve değerli incileri nasıl düzenleyip aksesuar olarak insanlığa sunmuştur?
Varlığın ve yok oluşun kapısı. Tatlı ve acı şeref ve erdem” Cennet Cehennem ve Kıyamet Cennet bahçesini, yüzü güneş gibi parlak hurilerle süsledi.
Hayran olmamak mümkün mü?
Ey arzu ve arzulara esir olan nefis! Aldananlardan olma Bu ihtişam ve gösterişli dünya sadece göz açıp kapayıncaya kadar Hatırlarsan bir dönem bizi anne ve babamız büyütmüştü. Ve ataları gibi bizi ve her şeyi bıraktılar. Bir süre daha üremeyi artırmaya devam edeceğiz, çocuklarımızı büyütüp gideceğiz.
Bu sözleri kulaklarına küpe gibi takmayı unutma. Bu evrende daha önce yaşayan çocuklar vardı, hepsi arkasına bakmadan gittiler.
Ey bizi sabaha ve akşama kavuşturan Rabbim! Varlığına inanmayanlar senin sadece bir rüya olduğunu iddia ettiler. Şüphesiz bu söze inananlar kurtuluşa eremeyeceklerdir.
Uyanık ol ey Ademoğlu! İşin ciddiyetinin karakterize edildiği anlaşılmaktadır. Bütün bu paramparça cafcaflı hayatlar. Kısa bir süreliğine size emanet.. Küllere dönüşen bir ateş kadar uzun Unutmayın, bir tapınakta solmuş çiçeklere yer yoktur. Her sabah veya akşam yenilenir…
“Yazarlar” Xatirə Səfəri (Səfərova Xatirə) təqdim edir:
Xatirə Səfəri (Səfərova Xatirə) 22.08.1988 ci ildə Qəbələ rayonunda dünyaya gəlib. Bakıda yaşayır. Hal -hazırda Bakıda 316 nomreli tam orta məktəbdə ingilis dili müellimi kimi fəaliyyət göstərir. Hekayələr və şeirlər müəllifidir. Şeirləri müxtəlif antalogiyalarda (Günəşin nuru, Zəfər qoxusu , Zərif kölgələr), saytlarda (oxumeni.az, ziyalılar.az və s) qəzet (noqte qəzeti) ve jurnallarda ( Azad qələm, gufte edebiyyat ) (Qarabağ müharibəsinin ilk generalı kitabında) çap olunmuşdur.
Bu gün onun doğum günüdür!
“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, pedaqoq Xatirə Səfəri təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!
Xatirə Səfərlinin şeirləri:
Qayıt…
Sən qəlbimə saldığın o təlatümdən söylə Necə baş çıxararam, necə xilas olaram Uzun-uzun baxmağın, dərin-dərin düşünmən Sənsizlikdən heçnəyəm , haçan yenə dolaram?
Unutdum əlifbada adından başqa bütün Hərfin mövcudluğunu, sözlərin varlığını Gedişinlə göstərdin dünyanın neçə küncdə Neçə bucaqda olan o kiçik darlığını
Mən niyə Tanrı bildim..niyə tapındım sənə Axı bütpərəst olmaq mənlik deyildi heçvaxt Qüdrətinin ,gücünün həddi yoxdur gözümdə Qəlbimdəki yerini əvəz etmir heç bir taxt
Baş qoyaram önündə ömrün son gününədək Dodağından ,dilindən çıxan hər bir kəlmənə Mən hansı dildə dua edim, sənə yalvarım Sən insafa gələsən , qayıt ömrümə yenə
15.07.2023
Səni sevirəm
Səsin qulağımın ən xoş sədası Gülüşün ruhuma paydır , birdənəm Sürmüşəm yarama sən adlı məlhəm Sabaha ağrısı qalmaz bir dənə
Qolların anamın qucağı kimi, Nəfəsin duyduğum ən isti ocaq Başımı dizinə qoysam o andan Bütün küskünlüyüm unudulacaq
Dodağın cismimin atəş yeridir Yandırar toxunsa bütün dərdimi Görən sevənlərin eşqi, sevdası Vüsala çatdımı ,sona ərdimi ?
Bizim məhəbbətin adını deyim? “Bir qara eşq “olsun gərək ki, ismi Sən necə sevirsən xəbərim yoxdur Amma hər nəfəsdə doğulur cismim.
17.07.2022
Dostum
Saç ağarıb birbəbir dişlərin töküləndə Qamətin də əyilib əməlli büküləndə Ağlın itən zamanda, yaddaşın söküləndə Bu həyatdan çalış sən beşəlli yapış,dostum
Olmaz bir daha ötən o cavanlıq çağların Hər gün artar ürəkdə sağalmaz ağrıların Varsa əgər xatirə dəftərdə varağların Hər gün birin gəlsənə, mənə aç danış,dostum
Qocalığın ən böyük əlamətidir əsmək Uşaq təki ən azı gündə yüz dəfə küsmək O dünyaya hələki, lazım deyil, tələsmək Amma vaxtın azalır , qalır bir qarış , dostum
Dünya sandığın açıb əməllərini yoxla Özündən sevdiyinə mütləq xatirə saxla Vaxtın çatıb həyatı indi son dəfə qoxla Çiyinlərdə aparar ya yad , ya tanış, dostum
Bayrağım
Sən çıxmısan zülmət, zülmün içindən Aydınlaşır daha bütün sabahlar Ey uğruna ŞƏHİD olan bayrağım Nahaq yerdə qalmayıbdı bu ahlar
Doya doya TORPAĞINDA gəzəsən Bax qələbə qoxur artıq ,bu hava Gözümüzü sevinc yaşı bəzəsin Qələbəylə möhürlənsin bu dava!!
Yaşadıqca bu xalqımız, ordumuz Fəxr eylə sən, qürurla sən, dalğalan! Sənə baxıb köks ötürsün, düşmənin Qoy əbədi köksü qalsın dağlanan! 2020
Nigaran
Səndən nagümanam ,səndən nigaran Gecə də yatmağa qoymur düşüncən Elə bilirəm ki çox fikir etsəm Bəlkə sən də məni çox düşünərsən
Yastığı qoyuram o yan bu yana Bu sərin havada yuxum da qaçıb Ürəyim sıxılır, darıxıb yaman Sirrini o mənə bu gecə açıb
Dünyanın dərdi də bitmir, İlahi İnsanlar yaşayır kinlə, həsədlə Dedim ki ,fikrimi dağıdıb baxım Xəbərdə yenə də ölü, cəsədlər
Canıma üşütmə düşür bax o an Ölümdən, itkidən kimsə danışsa Bilmirəm nə edim, necə davranım Kaş sənsiz bir işə başım qarışsa
26.08.2020
Mən susmağı o vaxtdan Anamdan öyrənmişəm..
Anam bu evimizin Ən müti qonağıydı.. O vaxt mənim atamın şiddət saçan səsindən Ən gözəl sığındığım Yer mənim gül anamın yamaqlı balağıydı.. Mənim döyülməyimsə anamın hər gün üçün ürəyinin yeməyi, ürəyinin dağıydı.. Məni təsəlli edib, gecə yatızdıranda Oxuduğu laylalar mənim üçün ağıydı.
Mən beləcə böyüdüm Dəhşətli ağrılarla Sevimli ağılarla Sağalmaz qorxularla Üzümdəki, dizimdəki Atadan xatirəlik Qan izli qoxularla..
Həyatın bu sınağı Meni Hec sındırmayıb Bu kiçicik yaşımda Ata yumrugu qədər Bax, hecnə yandırmayıb
Mənim sınıq qəlbimi Atasızlıq dondurub Mənim cırıq cibimi Bir də aclıq doldurub
Acılarım , dərdlərim Dayaq oldu , ölmədim Mən atalı ömrümdə Bircə dəfə gülmədim
Mən hər şeyə susmuşam Qaygisiz günlərimi Mən Burnumdan birbəbir Ömür boyu qusmuşam 19.02.2021
Qadın
Bilinmir ,gülürsən ya ağlayırsan Gülüşü üzünə sığmayan qadın. Həyat bağçasında illər qət etdin Bir dəfə xoşbəxtlik yığmayan qadın..
Qəlbində gizlidir bütün dərdlərin Evinə xosbextlik saçan qadınsan Bircə damla sevgi ,məhəbbət olsa O gün çiçək kimi açan qadınsan
Gəzirəm gün boyu səndən ötəri Mən əli dualı, dili dualı Görəsən kim bilir cavabın, Allah “Haçan xoşbəxt olar qadın “? sualın
Doğum günü münasibətilə məni təbrik yağışına tutan bütün insanlara hədsiz təşəkkürümü bildirirəm. Hamıya bir-bir cavab vermək imkanım olmadığından daha çox texnoloğiyanın gətirdiyi işarələrdən bəhrələnməli oldum. Üzrlü sayın. Sözü hiss edən, istedadlı, səmimi fikri “yeddi hasar o yandan” duyan adam kimi ürəkdən gələn təbriklərdən təsirləndim. Amma düşündürücü məqamlar da oldu. Belə bir deyim var: “Balığı at dəryaya, balıq bilməsə də, Xalıq biləcək”. Başqa bir fəlsəfi düşüncə isə buna qarşı çıxır: əgər sən Xaliqin biləcəyini düşünürsənsə, qeyri-səmimisən, mənfəət və minnətdarlıq güdürsən. Təbrik yazanların arasında unutduğum hadisələri yada salanlar da oldu. Mən bu hadisələrin çoxuna adi hal kimi baxmışam. Həyat normam belə olub, nəyisə minnətdarlığa görə etməmişəm. Amma insanların bunları yadda saxlayıb, uzun illərdən sonra xatırlatmaları, minnətdarlıq bildirmələri düşündürücü və təsirləndirici idi. Zamanın böyük sürətlə, çaparaq ötüb keçdiyi, insan ömrünün az qala hər gününün, hər saatının qəlibləşdiyi bir dövrdə təsirlənmək, dyğulanmaq kimi mübhəm hisslərin itib-batmaması, diri qalması çox önəmlidir. Bu hissləri haçansa yaşamaq istəyirsinizsə, yaxşılıq etməkdən yorulmayın və etdiyiniz yaxşılıqları unudun. Belə daha rahatdır. Təbriklərinizə, isti, səmimi sözlərinizə, xoş arzularınıza görə bir daha hər birinizə təşəkkür edirəm.
Adil Cəfakeş (Ziyadxan oğlu) 1966-cı ildə Laçın rayonunun Şeylamlı kəndində anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunun İqtisadiyyat və Qazax Müəllimlər İnstitutunun İbtidai Təhsilin Metodikasi fakültələrini bitirib. Hələ uşaqlıqdan şeirə həvəs göstərib, kiçik şeirlər yazmağa başlayıb. Şeirləri 1980-ci illərdən dövri mətbuatda, jurnallarda və çoxsaylı qəzetlərdə çap olunur. “Bir aği de, ay Ana”, “Yolçu hara gedirsən” və “Ağam alidi”, “Azmışam öz içimdə” (2019), “Özümə cəza yeriyəm” (2021), “Bir misrayam” (2022) adlı təcnislər kitabının müəllifidir. Sinəsi dolu olan şair gözəl saz ifaçısıdı. 130-a qədər saz havasını bilir və ifa edir. Çoxlarının bilmədiyi elə saz ifalarını bilir ki, bəlkə də başqaları bilmir. Həmin havalardan “Zəngəzur gözəlləməsi” və “Laçin gülü” havalarını misal gətirmək olar. 2012-ci idə özü ilə tələbəsi Təşəkkül Əmralıyevin ifasında “YUNESKO”nun milli mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və “Sazlı-sözıü Borçalı” Ədəbi Məclisinin üzvüdür.
Sizə arxalanıb mətin oluram, Ay mənim istəkli oxucularım. Həvəsim bircə an olmayır aram, Əyilməz, yenilməz olur vüqarım, Ay mənim istəkli oxucularım!
Siz mənim ilhamım, siz mənim təbim, Siz mənim əvəzsiz həyat məktəbim, Siz mənim məlhəmim, siz mənim həbim, Siz mənim ürəyim, siz şah damarım, Ay mənim istəkli oxucularım!
Daim arzularam elimə xeyir, Sinəmdə telli saz, dilimdə şeir. Həm sazbəndəm, həm bir ozan, həm şair, Sənət adlı bağam, sizindi barım, Ay mənim istəkli oxucularım!
Cəfakeşəm, çəkinməyin, izindi, Söhbətiniz musiqidən həzindi, Ön sözü mən dedim, son söz sizindi, Son sözü deməyə yox ixtiyarım, Ay mənim istəkli oxucularım!
*** *** *** ***
Ta şeir yazmağın başın buraxdım, Yazsam bundan sonra ağı yazacam. Daha bar vermədi ömür bostanım, Çiçəyi qurumuş tağı yazacam.
Binam tikilmədi, təməlim qalıb, Dilimdə nə yoxum, nə bəlim qalıb. Allaha uzalı sol əlim qalıb, Çiynimdən kəsilmiş sağı yazacam.
Keçir sınıq-sökük ömür şayədə, Tapım təsəllimi hansı ayədə? Daha şeirlə yox, bir hekayədə, Sinəmə çəkilən dağı yazacam.
Şairdə xoş günmü, bir xoş anmı var? Əriyib, canında məgər canmı var? İndi şeriyyatı oxuyanmı var? Şairə edilən lağı yazacam.
Adiləm, nə yazdım, bəxtdən nə sildim?, Haqqım tapdalandı, daim əzildim. Mən özüm özümə qənim kəsildim, Özümü özümə yağı yazacam.
*** *** *** ***
ADİL CƏFAKEŞI DİRİ GƏZMƏYİN
Gəzib əgər məni soraqlasalar, Kövrəlib deyəcək biri, gəzməyin. Sonra deyəcək ki, bu dam çökübdü, Sınıbdı bu damın tiri, gəzməyin.
Deyəcək bir şerin nəqarət edin Hər bir kəlməsinə nəzarət edin. Gedin uçuq evin ziyarət edin, Ocağı gəzməyin, piri gəzməyin.
Dünya bir quyudu, itib dərində, Yoxdu indiyədək bilən yerin də. Yaşayır yazdığı şeirlərində, Adil Cəfakeşi diri gəzməyin.
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanınınən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Uçurum” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin dörd pərdəli “Uçurum” pyesində öz şəhvət hislərinə görə ruhlarını şeytana satan insanların aqibəti təsvir olunmuşdur. Əsərdə hadisələr İstanbulda baş verir. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Uçurum” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Uçurum” faciəsi əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət və digər insani dəyərlərlə bağlıdır. Ədibin “Uçurum” mənzum pyesinin ana xəttini ailə-məişət məsələləri mövzusu təşkil edir. Romantik olan Hüseyn Cavid “Uçurum” pyesində romantizmlə realizmi qarşılıqlı şəkildə təsvir etmişdir. Hüseyn Cavidin “Uçurum” pyesində bir gənc ailənin faciəsi təsvir olunmuşdur. Ədib əsərdə tipi ümumiləşdirərək yadda qalan obraz nümunələri yarada bilmişdir. Hüseyn Cavid “Uçurum” faciəsində Türk mədəniyyəti ilə Avropa mədəniyyətini qarşılıqlı müqayisəli şəkildə təqdim etmişdir. Əsərdə dəbdəbəli bir həyata yad olan birinin bu həyata anidən düşüb, dəyişən psixologiyasının nəticəsində faciə yaşayıb, məhv olmasının təsviri verilir. Əsərdə “mədəniləşmək” üçün mütləq Avropa ölkələrinə səyahətin zəruri olduğu fikri söylənilir. Hüseyn Cavid bu fikri əsərində təqdim etməklə tamamilə haqlı idi. Çünki o dövrdə belə düşünülürdü ki, mədəni olmaq, ziyalı olmaq üçün mütləq şəkildə Avropa ölkələrinə səyahət etmək lazımdır. Dramaturq isə “Uçurum” faciəsində oxucuya çatdırır ki, savadlı, təhsilli, mədəni, dünyagörüşlü olmaq üçün ölkənin bir fərqi yoxdur. “Uçurum” faciəsində ədib o fikri aşılayır ki, mədəniləşmək üçün mütləq Avropa ölkələrinə səyahət etmək yox, daxildən gələn insanlıq, sevgi, vicdan, mərhəmət, əxlaq hislərinə sahib olmalısan. “Uçurum” faciəsinin baş qəhrəmanı olan rəssam Cəlal bu insani hislərə sahib olmadığı üçün Parisə gedən kimi şəhvani hislərinə sahib çıxa bilməyib, gününü eyş-işrətlə keçirib mənasız və səfeh bir həyat sürməyə başlayır. Hüseyn Cavid “Uçurum” pyesində Cəlalın məhv olmuş həyatının nümunəsində gəncləri ədəbli, namuslu, ağıllı, dərrakəli, öz doğma yurduna, ölkəsinə, adət-ənənələrinə, ailə münasibətlərinə dəyər verən kimi görmək istədiyini açıq bir şəkildə göstərir. Əsərdə Türk ailə dəyərində mühüm yer tutan əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət anlayışları Avropanın puç, yalançı göz oxşayan “xoşbəxt” həyatı ilə qarşılaşdırılır. Hüseyn Cavid Türk ailə münasibətlərinə, ər və arvadın bir-birinə olan saf eşqinə, sədaqətinə əsərdə çox yüksək qiymət vermişdir. Hüseyn Cavidin “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjel ilə ailəsinə hər nə olursa olsun sadiq qalan ismətli Göyərçin obrazı qarşılaşdırılmışdı. Bu iki obraz əsərdə ümumiləşdirilmiş obraz kimi təqdim olunmuşdır. Ədib ismətli Göyərçinin timsalında Türk ailə münasibətlərini ucaldıb, yüksək dəyər verir. Ərinin yolunu gözləyən vəfalı, saf, namuslu, ismətli Göyərçin onun xəyanəti ilə qarşılaşanda belə ailə dəyərlərinə sahib çıxmağı bacarır. Lakin əsərdə öz vəfası, namusu, isməti ilə seçilən Göyərçin daim göz yaşı içində olur. Həyatı qəm, qüssə, bəla içində keçir. Göyərçin Cəlal ilə yeni evlidir və onun körpə qız övladı var. Buna baxmayaraq, o ailəsini atıb, “mədəniləşmək” üçün Fransaya gedir. Hüseyn Cavid “Uçurum” pyesində Cəlal obrazının simasında çox qabiliyyətli rəssam tipajı yaratmağa nail ola bilmişdir.
Onun bir tablosiçin erkək, qadın,
Bütün İstanbul alqışlarla doldu,
Ondakı qüdrətə hər kəs vuruldu.
Bu bacarıqlı rəssam Cəlalın faciəsi Fransız qadın Anjel ilə tanışlıqdan sonra başlayır. Əsərdə Anjel “Şeytan ruhlu bir mələk! Lətif çiçəkdir, fəqət pək zəhərli bir çiçək”! kimi xarakterizə olunur. Dramaturq əsərdəki Anjel obrazının xarakterini məhz onun öz sözləri ilə oxucuya çatdırır. “Halbuki Anjeldəki gözəlliyə bir yığın Cəlallar qurban olmuş. Gənc qraflar, prenslər əlimdən güc qurtulmuş…”
Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelin timsalında Fransız qadınlarını xarakterizə etmişdir. Ədib Anjelin sevgilisi olan Edmon obrazı vasitəsilə Fransız kişilərinin xarakterini oxucuya çatdırmışdır. Edmon Anjelə daim üzüklər, boyunbağılar, almazlar, incilər, pırlantalar hədiyyə edirdi. Əsərdə bu qədər xəyanətə, haqsızlığa uğrayan Göyərçinin tək ümidi və dəyərlisi nur üzlü qızı Mənəkşə idi. Yalnız bu körpə Göyərçinə dərdlərini unutdururdu. Ümumilikdə isə Göyərçin həyatdan, bütün xilqətdən, bütün kainatdan, insanlardan gördüyü xəyanətə görə küskün idi. Göyərçin Cəlalın bu xəyanəti ilə bütün səadətli günlərini, bütün eşqini, bütün hissini, xəyalını, fərəhli günlərini, itirən bir qadın idi. O bütün alçaq niyyətlərdən uzaq idi. Cəlal isə əksinə olaraq, ailəsinə olan xəyanətinin nəticəsində fəlakətlərə düçar olub, bütün səadətini itirib, məhv oldu. Cəlal ailəsinə yaşatdığı kədərin, iztirabın, qara günlərin cəzasını çəkərək, məhv olub getdi. Əsərdə yaradılan Cəlalın əxlaqsız metresi Anjel yalnız onun xarakterindəki, ruhundakı eybəcərlikləri ifşa etmək üçün bir vasitə idi. Əsərdə Cəlalın ən böyük əxlaqsızlığı metresi Anjeli qonaq adı ilə öz evinə xanımı Göyərçinin yanına gətirməsi idi. Onun bütün fəlakətləridə məhz bu hadisədən sonra başlayır. Cəlal əxlaqsız metresi Anjeli öz məsum, sevimli uşağındanda üstün tutur, ona görə bu günahsız körpənin canını alır. Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelə Cəlalın, Edmonun, Yıldırımın qul-kölə olmasını, onun yolunda bütün fəlakətlərə düçar olsalar belə ondan əl çəkməməklərini, bu qadına görə məhv olmaqlarını əslində ümumiləşdirmişdir. Cəlal bu xarakterdə olan kişilərin ümumiləşmiş obrazı idi. Ədib demək istəyirdi ki, siz Cəlalların həyatının əxlaqsız Anjellər üçün bir mənası yoxdur. Siz olsanızda, olmasanızda onlar üçün bir mənası yoxdur, onlar özlərinə yeni Cəlallar, Edmonlar, Yıldırımlar tapacaqlar. Ancaq Cəlal nə edir, o, “Gözəl mələk! Cənnət pərisi!” adlandırdığı Anjelin yolunda öz körpəsini eyvandan ataraq, öldürür. Cəlalın cinayəti onun psixoloji vəziyyətini tamamilə pozur. Hər şeydən əvvəl o öz övladının qatili olmuşdu. Cəlalın xarakterindəki quduzluq, azğınlıq, sayğısızlıq, nifrət öz övladının qatili olması ilə üzə çıxmışdı.
Hüseyn Cavid “Uçurum” pyesindəki nəsihət xarakterli fikirlərini Göyərçinin atası Uluğ bəyin sözləri vasitəsilə oxucuya çatdırır.
O gün ki, İstanbulda gənclik fransızlaşdı,
Getdikcə türk evladı uçuruma yaqlaşdı.
Yurdumuzu sardıqca düşkün Paris modası,
Hər kəscə örnək oldu sərsəm firəng ədası.
Sərxoşluq, iffətsizlik sardı bütün gəncləri,
Zəhərləndi getdikcə məmləkətin hər yeri.
Qəhrəman Oğuzların, Böyük Ərtoğrolların
Sarsılmaz xələfləri şimdi həp sapqın, azğın…
Avropadan fəzilət, Himmət, ciddiyyət, vüqar
Dururkən yalnız çürük bir züppəlik aldılar.
Uluğ bəyin sözlərində çox böyük həqiqətlər vardır. O, Cəlalın həyatının məhv olma səbəbini bu sözləri ilə açıb göstərir. Həqiqəti söyləyir. Etdiyi səhvlərə görə köksü parçalanan, ruhu işgəncədən qurtula bilməyən, körpə Mənəkşəsinin soyuq məzarda yatmasına səbəbkar olan Cəlal nə qədər yalvarıb, yaxarsada Göyərçin onu bağışlamır. Cəlal öz əli ilə öz yurdunu, yuvasını, səfasını, xəyalını, müqəddəs saydığı hər şeyi məhv etmişdi. O özü özünü alçaldıb, məhv etmişdi. Ədibin “Uçurum” faciəsi Cəlalın aşağıdakı sözləri ilə bitir. Cəlal öz həyatını, ömür yolunu analiz edir. Bütün həyatının bir puç olduğunu dərk edib, özünü uçurumdan atıb, intihar edir.