Rəşad Məciddən tövsiyə: – “…yorulmayın…”

Minnətdarlıq

Doğum günü münasibətilə məni təbrik yağışına tutan bütün insanlara hədsiz təşəkkürümü bildirirəm.
Hamıya bir-bir cavab vermək imkanım olmadığından daha çox texnoloğiyanın gətirdiyi işarələrdən bəhrələnməli oldum. Üzrlü sayın.
Sözü hiss edən, istedadlı, səmimi fikri “yeddi hasar o yandan” duyan adam kimi ürəkdən gələn təbriklərdən təsirləndim.
Amma düşündürücü məqamlar da oldu.
Belə bir deyim var: “Balığı at dəryaya, balıq bilməsə də, Xalıq biləcək”. Başqa bir fəlsəfi düşüncə isə buna qarşı çıxır: əgər sən Xaliqin biləcəyini düşünürsənsə, qeyri-səmimisən, mənfəət və minnətdarlıq güdürsən. Təbrik yazanların arasında unutduğum hadisələri yada salanlar da oldu. Mən bu hadisələrin çoxuna adi hal kimi baxmışam. Həyat normam belə olub, nəyisə minnətdarlığa görə etməmişəm. Amma insanların bunları yadda saxlayıb, uzun illərdən sonra xatırlatmaları, minnətdarlıq bildirmələri düşündürücü və təsirləndirici idi.
Zamanın böyük sürətlə, çaparaq ötüb keçdiyi, insan ömrünün az qala hər gününün, hər saatının qəlibləşdiyi bir dövrdə təsirlənmək, dyğulanmaq kimi mübhəm hisslərin itib-batmaması, diri qalması çox önəmlidir.
Bu hissləri haçansa yaşamaq istəyirsinizsə, yaxşılıq etməkdən yorulmayın və etdiyiniz yaxşılıqları unudun. Belə daha rahatdır.
Təbriklərinizə, isti, səmimi sözlərinizə, xoş arzularınıza görə bir daha hər birinizə təşəkkür edirəm.

Hörmətlə: Rəşad MƏCİD

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir