
KƏNDİMİZƏ GEDƏN YOLLAR
Həsrətimdən içib gedir,
Gözlərimə köçüb gedir.
Ürəyimdən keçib gedir,
Kəndimizə gedən yollar.
Bəxtimizin ağ yoludu,
Sevgi bitən tağ yoludu,
Möcüzəli dağ yoludu,
Kəndimizə gedən yollar.
Laləliklər qan yeridi,
“Çullu tətə” şan yeridi.
Ruhumuzun dan yeridi,
Kəndimizə gedən yollar.
İntizarı qəddim əyər,
Balasıtək sevər, öyər.
İzlərimi əzizləyər,
Kəndimizə gedən yollar.
Borçalıya zümrüd qaşdı,
Günəş kimi şəfəq saçdı.
Qəzənfərə yollar açdı,
Kəndimizə gedən yollar.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
YAZARLAR.AZ
======================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru