Yazıçı dostum Ayaz İmranoğlunun ,,Eşşək anqırtısı,, adlı hekayəsini oxudum. Hekayədə hadisələr keçmiş zamanda baş versə də müasir günümüzlə çox səsləşdiyi üçün üzərində dayanmalı oldum. Hekayənin sujet xətti təxminən belədir: Kəndin bəyinin dümağ rəngli sevimli bir eşşəyi olur. Bəy eşşəyini çox sevdiyinə görə ona xüsusi baxıcılar tutur. Yatıb-durması, istirahət etməsi üçün ev tipli tövlə tikdirir. Gündüzlər eşşəyinə tam sərbəstlik verir. Baxıcıların nəzarəti altında hara istəyir gedir. Yemək-içməyini də xüsusi eşşək aşbazına hazırlatdırır. Eşşək aşbazı kişmişdən, xurmadan, arpa-buğdadan, yonca və başqa ən yaxşı gül-çiçəklərdən təam hazırlayır. Ağ eşşək də yeyir. Harınlamış eşşək gecə səhərə qədər anqırır. Kənd sakinlərini yatmağa qoymur. Amma anqırtısı bəyin çox xoşuna gəlirmiş.Kəndin yaltaqları bəyin xoşuna gəlmək üçün eşşəyin anqırtısını hər yerdə tərifləyirmiş. Gündüzlər eşşək baxıcılarının qabğında gedib camaatın əkin-biçin sahələrini dağıdar, ağnayaraq ziyan vurarmış. Kəndin qoyun, inək, camış, at-eşşəklərinə qənim kəsilibmiş. Yazıq heyvanların harasından gəldi qapar, şıllaqla şil-küt edərmiş. Elə bil heyvanlar da bəy eşşəyi olduğunu düyurmuş kimi qabağında yazıq-yazıq baxaraq müqavimətsiz dayanırlarmış. Nə isə bəyin eşşəyi kəndə qan uddururmuş. Hər gecə səhərə qədər də anqıraraq bəyi feyziyab etdiyi üçün çox qiymətli heyvan sayılırmış. Kəndin dağ tərəfində camaatın ,,Qurd dərəsi,, dediyi canavarların yaşadığı bir dərə var imiş. Bir gün eşşək baxıcılarının qabağında qaçmağa başlayır və onlardan xeyli uzaqlaşaraq ,,Qurd dərəsinə,, enir. Dərədə qarşısına bir boz canavar çıxır. Eşşək təəcüb içində donub qalır ki, kimsə qorxmadan qabağında dayana da bilərmiş. Canavar məğrur-məğrur baxır və birdən-birə eşşəyə hücum edir. Heç vaxt qorxu hissi keçirməyən eşşəyin dili-ağzı quruyur. Bədəni tir-tir əsməyə başlayır. Tir-tap özündən gedərək yerə yıxılır.Baxıcılar yetişib canavarı qovur. Eşşəyi tövləsinə gətirirlər. Eşşək o gündən sonra heç vaxt anqırmır və həmişə də tir-tir əsir. Bəy çox gözləyir, amma eşşək anqırmır ki, anqırmır. Səhərlər çölə çıxardanda da tir-tir əsə-əsə özündən gedir. Üstünə soyuq su tökərək bir təhər ayıldırlar. Eşşəyin bu hərəkəti bəyi qəzəbləndirir. Bəy əmr edir ki, eşşəyi sürüyərək aparıb ,,Qurd dərəsinə,, atsınlr. Bu hekayə bizim müasir həyatımızla uzlaşdığı üçün ətraflı yazmalı oldum. Hər kəs gündəlik rastlaşdığı hadisələr haqqında bu hekayədən nə isə tapa bilər. Azərbaycanda sevimli eşşəklər o qədər çoxdur ki… Qarşımıza tez-tez çıxır, ətrafınıza baxın, hər yerdə anqıraraq öz bəyini feyziyab edənləri görəcəksiniz. Amma unutmayın bəy də axıra qədər etibarlı olmur ha….
Belə ki,”İrəvan” FK-nun İdarə Heyəti “İrəvan”FK-nın baş məşqçisi Elbrus Məmmədov istefaya göndərərək onun yerinə peşəkar futbolçu Nazim Süleymanov klubunun yeni baş məşqçisi təyin edib. Xatırladaq ki,Nazim Süleymanov 8-9 yaşlarından “Neftçi”nin Sumqayıtdakı akademiyasında futbola başlayıb və 17 yaşında “Neftçi İSM”in komandasında debüt edib. İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan Avtomobilçi (Mingəçevir) klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası Neftçi klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.
Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə Alaniya Vladiqafqaz ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında Spartak Moskva, Jemçujina-Soçi kimi klubların adı var.
Nazim Süleymanov 2023-cü ildə dərc olunmuş Rusiya tarixinin ən çox qol vuran legionerlərin yeni siyahısında 10-cu yeri tutub. Süleymanov artıq 23 ildir legioner-bombardirlərin siyahısında yerini saxlayıb. O, bu reytinqə düşən ilk və hələlik sonuncu azərbaycanlıdır. Süleymanov “Spartak” Vladiqafqaz/”Alaniya” və “Jemçujina” klublarında meydana çıxdığı 150 oyunda (1991-2000-ci illərdə) 50 qol vurub. Bu nəticə ilə o, hazırda 10-cu pilləni tutur Oyunçu karyerasının bitirən Nazim Süleymanov məqşçilik fəaliyyətinə start verib. Rusiya çempionatında yarışan Jemçujina-Soçi klubunun əvəzedici heyətinin məşqçisi təyin olunun Nazim Süleymanovun komandası “Cənub” çempionatında 9-cu yerdə qərarlaşır. Növbəti il Vətənə dönən Süleymanov yenicə yaranmış Xəzər-Lənkəran klubuna baş məşqçi təyin olunur. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunur. Nazim Süleymanovun daha sonra çalışdığı məkan Bakı futbol klubudur. O, həmin klubun gənclər komandasını çalışdırıb
2022-ci ilin sentyabrında o, “Ximki”nin gənclər komandasına başçılıq edib, 2023-cü ilin fevralından aprel ayına qədər “Ximki-M” İkinci Liqa komandasının baş məşqçisi olub, sonra “Ximki U19”a qayıdıb.
QULDUR DƏSTƏLƏRİ YAXALANDILAR (hekayə) 1918-ci il idi. Kürkörpü deyilən körpünün yan-yörəsində 30-40 qazma daxma vardı. Bu yerlər Zubovka adlanırdı. Kasıbçılıqdan əziyyət çəkən adamlar bu daxmalarda ac-yalavac yaşayır, yemək üçün əllərinə bir şey keçəndə Allahlarına min şükür edirdilər. Kür çayının üstündəki körpü indiki kimi möhkəm, dəmir özüllü, dəmir dirəkli deyildi. Hazırda müasir üslubda inşa olunub. Bu körpüdən yük və sərnişin qatarları keçir. Ötən əsrin ortalarında və bir qədər sonralar körpü yük və sərnişin maşınlarının da dadına çatırdı. 1918-ci ildə isə, Kür çayının üzərindəki körpü taxtadan idi. Ermənilər yenə də fironluq edirdilər. Bakıda, Naxçıvanda, Zəngəzurda, Şamaxı və Quba qəzalarında, Lənkəranda, Qarabağda daşı daş üstə qoymur, azərbaycanlılara qan uddururdular. Birinci Dünya müharibəsi, Rusiyadakı fevral və oktyabr çevirilişlərindən sonra hər yerdə ara qarışıb, məzhəb itmiş, ermənilərin əlinə çoxlu silah keçmişdi. “Böyük Ermənistan” sərsəm xülyası ilə başlarını daşdan daşa vuran ermənilər Azərbaycan ərazilərinə yiyələnmək istəyir, yurddaşlarımızı yaşadıqları yerlərdən qovub çıxarır, qılıncdan keçirir, diri-diri yandırır, evlərini dağıdırdılar. Bakıdan başlanan vəhşiliklər başqa şəhər və rayonlarımızı, indi “Ermənistan” adlanan əslində Azərbaycan diyarı olan ərazidəki azərbaycanlıların tarixən yaşadıqları kəndləri bürümüşdü. Quldur silahlı dəstələrinin başında Tayqulaq Andranik və Qarqin Njde dururdular. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək siyasəti yeridirdi. Erməni ki erməni! Hazırkı Şirvan (keçmiş Əli Bayramlı) şəhərinin ərazində yerləşən Zubovka erməni vəhşiliyindən qan ağlayırdı. Uşaqlar, qocalar öldürülür, hamilə qadınları qarnı qılıncla doğranaraq, həyata göz açmaqda olan körpələr cansız halda torpağa düşürdülər. Ermənilər bu mənzərəyə baxaraq həzz alırdılar. Kişilərin kürəyinə qaynar samovar bağlanırdı. Onların qışqırtısı ərşə qalxırdı. Daxmalar odlara qalanır, insanlar qılıncdan keçirilirdilər. Nuru paşa Qafqaz İslam Ordusu ilə Bakıda idi. Artıq hərəkətə gəlmişdi. Zubovka istiqamətində irəliləməkdə idi. Sağ qalan insanların gözlərində ümid qığılcımları parlayırdı: Nuru paşa köməklərinə çatacaqdı. Ermənilər öldürdüklərini – öldürdülər, taladıqlarını – taladılar, evləri yandırdılar, ətrafı xarabazara çevirdilər və hərəkətə gəldilər. Tələsməli idilər. Nuru paşanın əlinə keçə bilərdilər. Onlar Kür çayının üstündəki taxta körpünü adladılar. Yaxşı bilirdilər ki, Nuru paşa Qafqaz İslam Ordusu ilə onları təqib edəcək. Bu təqibin qabağını almaq üçün taxta körpünü dağıtdılar. Nuru paşa Zubovkaya çatanda Kür çayını halı pərişan gördülər. Çay məlul-məlul baxırdı. Sanki Qafqaz İslam Ordusuna kömək əlini uzada bilmədiyindən xəcalət çəkirdi. Erməni quldur dəstələri ətraf kəndləri xarabazara çevirə-çevirə uzaqlaşırdı. Təcili onlara çatmaq, dərslərini vermək lazım idi. Nuru paşa bir yığıncaq çağırdı. Yerli ağsaqqalları da dəvət etdi. Onlara müraciətlə soruşdu: -Buyurun, sizi dinləyirəm. Ordunu, texnikanı çaydan necə keçirim? Siz yəqin bunun sirrini bilirsiniz. Ağsaqqalların, komandirlərin hərəsi bir təklif verdi. Axırda Nuru paşa öz təklifini irəli sürdü… Ertəsi gün İslam ordusu artıq Kür çayının o biri sahilində idi. Körpü bu tezliklə bərpa oluna bilməsə də, ordu Kür çayını keçmişdi. Nuru paşanın ağsaqqallarla məsləhət-məşvərəti səmərəli nəticələnmişdi. Gecəylə lazımi qədər qara mal kəsilmişdi. Onların dəriləri bıçaqla zədələnmədən soyularaq, köpürdülmüş, hər birinin üzərinə taxta bağlanaraq körpücüklər yaradılmışdı. Qafqaz İslam Ordusu və hərbi texnikası bu vasitə ilə o biri sahilə çıxarılmışdı. Nuru paşanın Qafqaz İslam Ordusu erməni quldur dəstələrini yaxalayıb axırlarına çıxdılar. Bakı şəhəri, 22 avqust 2023-cü il
“DÜNYA SƏNİN, DÜNYA MƏNİM, DÜNYA HEÇ KİMİN” Yay tətili girəndən nəvələr Fəxri Xiyabana getmək istəyirdi. Vaxt edə bilmirdim, iş elə gətirdi ki, rayondan bacımın uşaqları da gəldilər. Gördüm onların da çox həvəsi var Şəhidlər Xiyabanına, Fəxri Xiyabana getməyi, uşaqların diliylə desəm ,,Heydər baba”nı ziyarət etməyi çox arzulayırlar…. Və getdik. İlk olaraq Şəhidlər xiyabanını ziyarət etdik, sonra 1-ci və 2-ci Fəxri Xiyabanlarda olduq. Təbii ki, Ulu Öndərdən başlayaraq demək olar ki, bütün xiyabanı gəzdik. Tanıdıqlarımın hansısa misrasını, ya rolunu, ya fəaliyyətini deyib, kimlikləri barədə uşaqlara məlumat verirdim… Amma demək istədiyim, bu deyil, özümə də maraqlı olan bir məqamdı. Hər üç ziyarətgahda qulağımda yalnız bir mahnı sözü, musiqi səslənirdi; ” Dünya sənin, dünya mənim, dünya heç kimin” Və həmişə dediyim kimi, yenə də tam təsdiqləyirəm ki, söz adamlarında beyinə qoşulma var. Yüz il əvvəl dünyadan köçənlə də ola bilər, qalanla da… Sıra ustad şairlərdən birinə çatanda və üstünü oxuyanda gözlərimə inanmadım. 7-dən, 77-yə kimdən soruşsan ki:- ” Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” misraları kimə məxsusdur? Heç şübhəsiz ki, düşünmədən həmin şairin adını sevə-sevə çəkəcəklər. Və ya, ” Səndən mənə bir ömürlük xatirə, Məndən sənə nə qalacaq, bilmirəm” deyən ustad şairin məzarı üstündə məhs, mənim qulağımda səslənən misralar yazılmışdı. Bəli, məhs o misralar, mat qaldığım bu oldu, niyə mənim qulağımda o misralar səslənirdi, başqa bir şeirdən başqa misralar olsaydı… O möhtəşəm misralar ola bilsin ki, dəyərli Irade xanımın təşəbbüsü ilə yazılıb. Bəlkə də hörmətli Aqil müəllimin məsləhəti ilə yazılıb, bilmirəm… Bildiyim bir şey var ki, mənim qulağımda səslənən o sözləri sinə daşında oxudum və bir daha ustadın böyüklüyünə heyrət elədim: ” Bu get-gəllər bazarına dəvədi dünya, Bu ömür-gün naxışına həvədi dünya. Əbədiyə qəh-qəh çəkər əbədi dünya, Dünya sənin, dünya mənim, dünya heç kimin “
Dünyanı dəvəyə bənzədən şair, bu sözlərdə əfsun var, irfan var, yaranış var, əzəl var, axır var… Həqiqətən dünya dəvədi, həm kini var, həm mehri, çəkdikcə çəkir, həvə dişləri ilə istədiyi şəkilə salır, əyir, bükür, döyür, çeynəyir və yaranışın aldanışına qəhqəhə çəkir, hər kəsə özünü sevdirir və sonda heç kimin olmur… Mən şairin ruhuna əl qaldırıb dua oxusam da bu sözlərin sehrindən çıxa bilmirdim. Bəlkə elə qulağımda səslənən o sözlərin təsiri ilə hansısa bir qüvvə məni o məzara doğru apardı. Düzü heç düşünməmişdim… ” Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik, Dünya sənin, dünya mənim, dünya heç kimin “ deyən Məmməd Arazın məzarını ilk dəfə ziyarət edirdim. Dəqiq bilmirəm, bəlkə də 1986-cı il olardı bu şeiri oxuyanda, çünki hələ ata evində idim. ” Çevrəsindən çıxsa əgər sevda fırfıran, Bir ümidin ətəyindən tutub da fırlan. Eşidərsən pıçıldayır yıxılan, duran, Dünya sınin dünya mənim, dünya heç kimin…” Bir də, düz 36 il pıçıldadığım: ” Bu sevgidə kim uduzdu, kim uddu” misraları şairin sevgi heykəlini ürəyimizə əbədi həkk edib. Amma bu şeirin hər misrasında bir hikmət yatır, bu hikmıtli sözlərin sahibi isə heç kimin olmayan dünyanın səssiz bir guşəsində kirimişcə yatır…Yox, yanıldım, o kirimişcə yata bilməz, çünki elə iki saatlıq ziyarət zamanı o sözləri mənim qulağıma pıçıldadyaraq məni ziyarətinə çağırdı, o bu misralarla əbədi yaşayanlardandır! “Ayaq saxla, dövrənə bax ötəri belə, Min illərdi Araz belə, Həkəri belə. Axşamların, səhərlərin təkəri belə, Dünya sənin, dünya mənim, dünya heç kimin. Gülünclərə gülünc gələn bu ada güldüm, Yüyəninə hər əl yetən bu ata güldüm. Mən özümlə oynadığım şahmata güldüm… Dünya sənin, dünya mənim, dünya heç kimin!
Ruhun qarşısında baş əyirəm, böyük şair Məmməd Araz! ……………… Ustadın ruhuna sayğılarımla.
Qoşa düşən milyonlara hey baxdım gendən, Nə zər kimi cüt düşmədik doğulan gündən. Ömür boyu sitat dedim ay şair, səndən, “Dünya sənin, dünya mənim, dünya heç kimin”
Nə sevdamın fırfırasın tapa bilmədim, Nə yıxılan ətəyindən tuta bilmədim. Bu dünyada mən ümidə çata bilmədim, Yana-yana pıçıldadım, “dünya heç kimin”
Səntək görən olmamışdı-dəvə dünyanı, İçin-için sökdü yedi güvə, dünyanı. Əsarətdə saxlayıbdı NÜVƏ dünyanı, Əzəlindən olmayıbdı dünya heç kimin.
Bu dünyanı gülünc görüb, bezən şairim, Nisgilndə Arazboyu üzən şairim. Bir misrayla ürəklərdə gəzən şairim, “Dünya sənin, dünya mənim, dünya heç kimin”.
Yəqin ki, hər kəs Şamaxının girişində bu qırıcı təyyarəni görüb. Bu qırıcı təyyarə II dünya müharibəsindən sonra Şamaxıda xatirə abidəsi olaraq qoyulub. Əslən İsmayıllı rayonunun Basqal kəndindən olan Abdullayev Ağanəsir Ağaməsim oğlu 1942-ci ildə II Dünya müharibəsinə yollanır. O bu müharibədə iştirak edən az saylı qırıcı təyyarə idarə edə bilən pilotlardan olub. Hətta onu tanıyan yaxınlarının söylədiyinə görə təyyarə ilə nişanlısıgilin həyətinə ara-sıra məktublar gətirib atarmış. Zaman keçir. Müharibə zamanı Ukraynadakı döyüşlərin birində təyyarəsi vurulur. Təyyarə kimsənin olmadığı əraziyə düşür. 10 gün çətin və əlverişsiz şəraitdə qaldıqdan sonra şəhid olur. Abdullayev Ağanəsir Şamaxı hərbi komissarlığında çalışıb və Şamaxıda hər kəsin hörmətini qazanıb. Onun xatirəsini əbədiləşdirmək məqsədilə Şamaxının hörmətli adamları yola yaxın ərazidə qırıcı təyyarə yerləşdiriblər. Abullayev Ağanəsirdən geriyə nə bir foto, nə bir əşya qalıb. Tək xatirəsi bu təyyarədir.
Qarabağda talan olandan gözü yolda qalanların “xəyalındakı Şuşa”, Ağdam, külli-Qarabağ dərdinin halı necədir? Torpaq həsrətlilərə o yerlər əlçatmaz, ünyetməzdi. Onlar ölülərini “gözlərində, beyinlərində basdırırlar”. Onların dərdini heç dağlar da çəkə bilməz. “Həsrət yolçuları”nın dərdi birdi ki? Ən ağırı düşmən tapdağında olan torpaqlarımızın sahibsizlik dərdi”ni… “Ölənlərimiz “məni yurdumda basdırın. Rahat ölüm”, – deyirdilər. Bu gözümüzdəkinə, fikrimizdəkinə, yaddaşımızdakına da aiddir. Basdırmadıqlarımız basdıracaq bizi”. “Başımızdakı, içimizdəki” ölü xatirələr yaddaşımıza dinclik vermir. Xatirələr ölmür desələr də “sahibsizlik dərdi” hər şeyi öldürür – maddi və mənəvi varlıqları. Ölülərin qiyamı dirilərinkindən daha güclüdü. Torpağı yağmalananlar ölülərini “qaçqın qəbristanlığı”nda dəfn eləsələr də, ölü xatirələri torpaq da qoynuna almır, şəhid ruhları kimi göylərdə gəzirlər… “Bu payız küsəcək məndən Qarabaq”. Bu Qarabağın həlim xasiyyətli, kövrək oğlu Şahmar Əkbərzadənin nigaranlığıydı. Görəsən Qarabağın bu gününü görsəydi şairin narahat ürəyi dözərdimi? Şair qəlbi həssas olur. İnanıram ki, Şahmar Əkbərzadə də son otuz ildə son mənzilində bir an da rahat uyumayıb. Həsrətdən gözlərinin kökü saralan ana torpaq necə çəksin Vətən oğullarının, igidlərin arxadaşı hər qayanın, daşın, rəngi solmuş, ətri itmiş Xarıbülbülün, kövrək bənövşənin, barsız qalmış ağacların “sahibsizlik dərdi”ni? Bu qədər ağır yükə ana ürəyi dözərmi? Şəhid dərdi, qazi dərdi, yuvasından perik düşən oğul-qız dərdi, “beşiyindən mavi göyləri yox, çürüməkdə olan vaqonun altını görən” körpələrin uşaqlıq arzularının puç olmasını görə-görə necə yaşasın xain düşmənin tapdağı altında ana torpaq? “Sahibinə həsrət qazi qıcı”nı necə qoynuna alsın ana torpaq? Niyə anamızın ürəyinə bu qədər ağır dağlar çəkilməsinə biganə olduq? Səbrimizin səbri nə qədər qalınmış… “Qarabağa payız gəlib, çoxdan uçubdu quşlar. İlk avtomat, ilk top səsindən, barıt qoxusundan boğulmaqdan qaçan quşlar” nəhayət isti yuvalarına qayıdırlar. 28-30 ildən sonra Qarabağa doğma payız gəldi. Bahar kimi payız. Xarıbülbül, bənövşə bu payızda açdı. Qorxmadı ləçəklərinin solmasından. Yanındakı doğmalarının isti nəfəsindən, sevincli baxışından, əllərinin hərarətindən ürəkləndi. Payızın xəzanına, qışın soyuğuna meydan oxudu. Köçəri quşlar bu payız qayıtdı baharlı yurda, isti yuvalarına. Quşların sağ qanadı başımıza. “Bizdən xoşbəxtdirlər”. Bizdən tez ayaqları dəydi doğma ellərin torpaqlarına…
Paxıllığım tutur quşlara göydə qanad çalırlar. Yuvalarına dönmək üçün nə tikanlı məftil tanıyırlar, nə buraxılış vəsiqəsi. Təkcə səngər görəndə yüksəkdən uçurlar.
Qazi-şair qardaşım, “bizim yerimizə çəkdiyi xəcalətdən kiçilən dağlar, çüxura düşmüş gözə dönən dərələr, yiyəsizlikdən üşüyən”, yurd-yuvasızlıqdan Azərbaycana səpələnən Xarıbülbül, utancaq bənövşə, Qarabağ atlarının kişnərtisinə, muğam məclislərinə həsrət Cıdır düzü, Topxana meşəsi, həzin zümzüməli İsa bulağı, “tək qoyub gəldiyimiz bizdən küsən torpaqlar” bizdən vəfalıdı, mərhəmətlidi, bağışlamağı bacarandı, “axır ki, gəldiniz” deyərək bizimlə barışacaq”… “Vətən sən ona qədəm basanda vətən olur. Həsrətinə qovuşmaq qədər böyük xoşbəxtlik yoxdur”. Gözünüz aydın, “həsrət yolçu”ları! “Sevgiyə qovuşmaq ayrı hissdir. İlk sevgini unutmaq olmur”… Əcnəbi jurnalistlərdən biri Ağdamı “mina xalçası”na bənzətdi. Bir çox bənzətmələrdən qürurlansaq da, bu bənzətməyə sevinə bilmədik, həsrətimizin, nisgilimizin ömrünü uzatdı insanlığa qənim düşmənin basdırdığı minalar. Ağdamın torpağını qucaqlayıb öpəcəyimiz günü səbirlə gözləyənlərin səbir kasasını daşdırdı. Biz tezliklə sənə qovuşacağıq, Qarabağ! Bu aksiomdur. Bəs necə, hansı üzlə, hansı ərklə o qapıları döyəcəyik? Tanrı, üzüntülü günlərdən tez qurtar bizi!.. “Ağdama, kəndimizə çatanda torpağı bağrıma basıb, məni bağışla deyəcəm. Sonra öpəcəm”. Arzuların çin olacaq vaxtı uzaqda deyil, Rəfail Tağızadə. Qarabağ əraziləri kimi həsrətdən cadar-cadar olmuş dodaqlarımız torpağa dəyəndə qayıdacaq gəncliyimizin şirin dadı, analı – atalı dünyamız… Düşmənin qisasının özü də qeyri-insanidir. “Düşmən qisasını kimsəsiz qalan yerlərin daşından, torpağından aldı”. Yaxşı deyiblər, tale insana düşmən verəndə heç olmasa mərdini versin. Yaradan bizə beləsini də qıymadı. Yəqin hansısa günahın sahibiyik… Rəfail müəllim, “indi o yerlərdə bənövşə bitir”. Az qala bir qərinəydi bitmirdi. Necə bitəydi ki? “Bənövşə sevgi çiçəyidi”. Bənövşəni ana torpağa, insanlığa sevgi həyalandırır, ətirləndirir, balaca boyu ilə sevgi çiçəyinə döndərir. Bəşərin, Türkün düşmənlərinin mənfur nəfəsi gəzən yerlərdə bənövşə bitməz. Nazlı olduğu qədər də qürurludu bənövşə… Artıq başımızı dik tutacağıq. Ərənlərimiz düşməndən intiqam aldı. Şəhid ruhlarının qarşısında baş əyirik, qazilərin yaralarına məlhəm oluruq bu gün. Vətənin gözünün içinə dik baxmaq səadəti qazandıq. “Artıq məğlub məmləkətin vətəndaşı deyilik”, bütövük, hamının yanında qürurluyuq, biz qanımızla, canımızla paramparça olmuş Vətəni bütöv etdik. İndi Vətənin “tozundan, torpağından öpərək rahatlanacağıq. Ruhlar qovuşantək”. Bir ilahi yola çıxırıq, “nə qədər nəfəs qalıb gedəcəyik bu yolu”. “Hava da, səma da təmiz, Sevgimiz də ləkəsiz”…