GECİKMİŞ ETİRAF Bu ömür azalmış, keçilmiş yoldu, Gəncliyə bənd oldum, aldandım əbəs. Dünyaya gəlişim xəbərsiz oldu, Qəfil gedişimi kim biləcək bəs?! * * * Gənc oldum, yüyürdüm, qanım qaynadı, İnan, qocalığı heç düşünmədim. Od oldum, gözümdə şimşək oynadı, O tərs inadımdan heç vaxt dönmədim. * * * Ağlıma gəlməzdi, sozalar ömür, Yalançı gülüşlər pərt edər məni. Hər gün işlənməsə, paslanar dəmir, Çürüyər, məhv olar, yox olar yəni. * * * Qocalmış ömür də dəmirə bənzər, Gün vurar, qaraldar, yandırar hər an. Bir yandan soldurar acı qəm, kədər, Bir yandan pozular əhvalım inan. * * * Naşükür deyiləm öz qismətimdən, Ay dostlar, bu mənim öz həyatımdır. Səhv başa düşməyin şikayətimdən, Özümün özümə hesabatımdır.
YATIR Güvənmə üzünə hər gülən kəsə, Bilməzsən, içində nə güman yatır. Uçunma duyduğun biqəfil səsə, Xain ürəklərdə ah-aman yatır. * * * İlahi rəngləri çox gözəl seçir, Ayırmır, hamıya ağ kəfən biçir. Ömrünü dağların qoynunda keçir, Dağların başında çən, duman yatır. * * * Bu yalan dünyada yeriyir insan, Döyülür, ağlayır, kiriyir insan. Torpağa qarışır, çürüyür insan, Yanaşı həm yaxşı, həm yaman yatır. * * * Hər məzar şahiddi, yatan başlara, Şəkildən boylanan lal baxışlara, Baxıram sakitcə qara daşlara, Hər daşın üstündə bir zaman yatır. * * * Muradı sən naşı bilmə, əzizim, Saxla yaddaşında, silmə, əzizim. Ağıldan kəmlərə gülmə, əzizim, Neyləsin, ağlında sar-saman yatır.
İNCƏ DƏRƏSİ. Bir ulu diyar var Azərbaycanda, Bir görən istəyər, qayıtsın bir də. Hər kəsin yeri var, ürəkdə, canda, Doğmadı, əzizdi, yad da bu yerdə. * * * Dərdlərə dərmandı quru havası, Bu sakit məkanda ağrımaz canın. Şeirdi, qoşmadı dərdə dəvası, Ürəyi doludu burda insanın. * * * Ləhcəsi doğmadı, şirindi mənə, Bu dili həmişə laylam sanmışam. Nə qədər uzaqda yaşasam yenə, Harada eşitsəm, duyğulanmışam. * * * Bu dilbər guşənin əvəzi yoxdur, İnsanı məst edər quşların səsi. Yaxından, uzaqdan mehmanı çoxdur, Hər kəsi cəlb edər görmək həvəsi. * * * Sığınıb dağların qoynuna çoxdan, Elə bil aləmdən uzaqlaşıbdı. Bu üç kənd qohumdu, qonşudu haqdan, Sanki bir-biriylə qucaqlaşıbdı. * * * Üç kəndin cəmidi, İncə dərəsi, Kəmərli, Qaymaqlı, Astanbəylidir. Adıyla öyünən eldi hərəsi, Məclisi, yığnağı səsli-küylüdür. * * * İncə dərəsidir, bu yurdun adı, Mən də doğulmuşam, burda, oxucu. Peşiman eyləməz tanışı, yadı, Oxu, ziyarət et, baxma göz ucu. * * * Söz demək istədim onun adına, Ağlımdan o qədər fikirlər keçdi. Nə bir zəhmət çəkib, yandım oduna, Nə də bir doyunca suyundan içdim. * * * Ancaq ömrü boyu borc bildim yenə, Ruhumla, canımla yurda bağlıyam. Qorxuram, yapışmaz, yaraşmaz sənə, Çünki, mən də bu torpağın oğluyam. I Tarixin qədimdi, torpağın ulu, Ruhumun canısan, İncə dərəsi. Qazağın sifəti, imzası, qolu, Adısan, sanısan, İncə dərəsi. * * * Nə qədər gözəldi, incədi adın, Cəmi üç kənd olub, qolun-qanadın. Görüşünə gələn tanışın, yadın, Dərdə dərmanısan, İncə dərəsi. * * * Zəhmətiylə təmiz, halal çalışan, Sevincindən ruha gələn, alışan, Qiyasbəylilərin ruhu dolaşan, O yurdun xanısan, İncə dərəsi. * * * Köksündə izi var, neçə illərin, Həmişə şen olsun, görüm ellərin. Biz gəldi-gedərik, sən nəsillərin, Qaynayan qanısan, İncə dərəsi. II Qismətə, taleyə çox inanmışam, Nə gəlib başıma ,qismət, demişəm. Olub ki, on mini qəpik sanmışam, Olub da, quruca çörək yemişəm. * * * Ümiddən əlimi üzmədim heç vaxt, Nə də ki, Tanrıya asi olmadım. İnandım, yazılı bu tale, bu baxt, Məni utandırmaz. Darda qalmadım. * * * Çünki inanmışam Allaha hər an, Bu inam, bəlkə də ruhumdan gəlib. Tanrı, aramızda cavabsız qalan, Nə qədər günah var ,sonlayıb, silib. * * * Bəxtim gəl-gəl deyib, önümdə durub, Gözümü mən bu torpaqda açmışam. Bu torpaq önümdə sədd, divar qurub, Yaramaz işlərdən hər an * * *qaçmışam. * * * Bu yerdə gəzmədim şenlik, abadlıq, Məni dilləndirən havadı, sudu. Quşların səsində ruhi rahatlıq, İnsanı cəlb edən gözəllik budu. III Bu eldə elmiylə dünyalar gəzən, Tanrıya tapınan bir bəndə yatır. O, elə bir övliyya, elə alimdir, Həm mənim ruhumda, həm səndə yatır. * * * Türbəsi dayaqdı bu el-obaya, Onu ziyarətə milyonlar axar. Mübarək ruhuyla yetişər hoya, Hamıya doğmadı, bir gözlə baxar. * * * Məkanı kiçikdi, söhbəti böyük, Adına sınanmış insanlar gələr. Ziyarət eyləsən, nə çaş, nə döyük, Səni qucaqlayar, doğması bilər. * * * Bu yurdda ağıllı insanlar olub, Öz sözü, səsiylə bir elə misal. O elə bir nəsil ki, yenə də qalıb, Həm özü şəxsiyyət, həm ləhcəsi bal. * * * Nə yaxşı könlünə yaxın yerdədi, İlahi, gözündən uzaq olmasın! Bu elə tay olan elin hardadı?! Saxla pənahında, darda qalmasın! * * * İnsanı bağlıdı obaya, elə, Canıyla, qanıyla yurda dayaqdı. Bu dünya durduqca, qalacaq hələ, Bu dərə, həmişə sərvaxt, oyaqdı. IV Nə gözəl mənzərədi, Ruhumu alıb gedir. Bəlkə buna görədi, Əhvalım göylərdədir. * * * Yaradandan bəndəyə, Lütf olan gözəllikdi. Ruhum dil açır deyə, Yarəb, dünya mənlikdi. * * * Ətrafımda quş səsi, Burnumda gül qoxusu. Cəzb eləyir hər kəsi, Cuşa gəlir çoxusu. * * * Bura cənnətin özü, Laylam oxunan yerdi. Azərbaycanın gözü, Mənə səcdəgah, pirdi. * * * Bütün dərdi-sərimi, Burda unutmaq olur. Könlüm məzar yerimi, Sonumda burda bulur. * * * Bura, arxam, güvənim, Mənim qibləgahımdır. Yaşadığım dünənim, Bu günüm, sabahımdır. * * * Yurdumun torpağına, Daşına qurban olum! Gələcəm ayağına, İncə dərəm, son yolum! V Vətənimin sonunda, Həmişə yaz donunda. Mənim ruhum, ürəyim, Canım, İncə dərəsi! * * * Məkkəmsən, Mədinəmsən, Döğma yurdum, binəmsən. Məzar yerim, son qibləm, Yönüm, İncə dərəsi! * * * Çox gəzmişəm, hər yeri, Səndən ayrı sərsəri. Başqa yerə qaynamır, Qanım, İncə dərəsi! * * * Cənnət olsa yan-yörəm, İstəmərəm, mən görəm. Ancaq səndə xoş keçər, Anım, İncə dərəsi! * * * Bezdim insan köçündən, Milyonların içindən, Seçilməz mənim adım- Sanım, İncə dərəsi! * * * Dan yeri söküləndə, Yollarım büküləndə, Çatacaqmı axırım, Sonum, İncə dərəsi?!
ARŞIN (Mənim öz arşınım var.) Quyu qazma başqasına, Yıxılarsan, qəbrin olar! Tələs, qonşunun yasına, Həmin gündən sənin də var! * * * Qorxaq olma, ürəkli ol! Cəsarətdir işin canı. El-obaya gərəkli ol, Keçmişini yaxşı tanı! * * * Böyüyünə hörmət eylə, Üzmə onu, qoy sevinsin! Gördüyünü doğru söylə, Qoy həqiqət səni yensin! * * * Yaddan çıxart, yaxın getmə, Şükür söylə, hər olana. Uzaq dolan, hörmət etmə, Səni hörmətdən salana. * * * Yanma hörmət qoyduğuna, Səndən gələn səxavətdi. İnan, Fələk saydığına, Sən saydığın boş söhbətdi. * * * Üz-göz olma ağılsızla, El içində xar olarsan. Nə ahmır tök, nə də sızla, Öz ağlınla yar olarsan. * * * Anlamaza qəti dinmə, Tərs anlayar, qanar səni. Səviyyəndən heç vaxt enmə, Rəqib zəif sanar səni. * * * Yazdıqlarım ağlımdakı, Beynimdəki fikirlərdi. Bölüşürəm oxuyanla, Qəbul etsən, bu qədərdi. * * * Öz arşınım var həmişə, Bazarda qiymət endirər. Sən can yandır hər an işə, Uca Tanrı sevindirər.
UYMA XƏYALLARA! Xəyallarım yenə pərvaz eylədi, Dolandı göyləri, söndü, qayıtdı. Qovdu gümanları geri teylədi, Peşiman, pəjmürdə, döndü, qayıtdı. * * * Sönən arzularım daha alışmaz, Yüz dəfə qızışdır, yüz ocaq yandır. Köhnə gümanlarım daha çalışmaz, Nə özünü aldat, nə məni qandır. * * * Dolaşır beynimdə bomboş xəyallar, İnanın, bu günlük, dünənlik deyil. Məni yaman yorur bağlı suallar, Cavabı indi də, heç mənlik deyil. * * * Hər kəsi incidər, ağrıdar hər an, Vaxtında, ağılla görmədiklərin. Sənə qismət olmaz bostanda qalan, İş görüb, tər töküb dərmədiklərin. * * * Heç vaxt aldatmadım, özüm özümü, Boyumdan yuxarı addım atmadım. Mənə Tanrı verən səbri, dözümü, Özümə xərclədim, heç vaxt satmadım. * * * Xəyalla yaşamaq vərdişim yoxdu, Reallıq nədisə, ona gəlirəm. Yanan arzularım beynimdə çoxdu, Hamısı qismətdi, bunu bilirəm. * * * Nə xəyal dolandır, nə fikir eylə, Yüz fikir bir borcu ödəmir, vallah! Dərdini dərd bilən bir kəsə söylə, Çarəsi tapılar, böyükdür Allah!
QƏZƏL Nələr çəkdik, nələr gördük, biz, bu yaşa gəlincə, Gözümüzlə od götürdük, ömür başa gəlincə. * * * İnsanlardan kənarlaşdıq, dərdimizlə cüt olduq, Gizlənməyə yer gəzərsən, dərdin qoşa gəlincə. * * * Gözəlliklər bir bəladır, canın alar, öldürməz, Gözəl olan ruh oxşayar, hilal qaşa gəlincə. * * * Ruhum tamam sakit olar, bil, şeytana uymaram, Məni məndən alan olmaz, ürək cuşa gəlincə. * * * Əriyərəm, tər tökərəm, ruhum məni boğanda, Necə darda qan ağlayar, düyü aşa gəlincə. * * * Sən yazmağa gec başladın, səhv elədin, ay Murad, Canın çıxar yox olarsan, sözün xoşa gəlincə.
ÖZƏL DUYĞULARIM Şeir yazmaq vərdişdimi? Bilmirəm, Ya da ruha qidadımı, sudumu? Düşünürəm, bir qərara gəlmirəm, Görən, ruhun oyanışı budumu?! * * * Necə olur o təb, o ruh- möcüzə, Dilləndirir, dilə gəlir misralar. İçdən gələn duyğulardır, tər, təzə, Bir ürəkdən, o birinə yol salar. * * * Mən o ruhda, biləmmirəm sirdimi, Ürəyimdən tikan çıxar bir anlıq. Unudaram həmin zaman dərdimi, Yada düşməz nə bir pislik, yamanlıq. * * * Şeir yazmaq yatan ruhu oyadar, Ürəyinə təpər verər, güc verər. Şair olan eşq şərbətin tez dadar, Tez yetişər, eşq gülünü tez dərər. * * * Azad ruhum cilalanar, parlayar, Saf düşünər, qorxmaz heç vaxt qınaqdan. Yazan ürək nə usanar, nə doyar, Ləzzət alar bu qələmdən, varaqdan.
A DÜNYA Hərif oldum başımı, Yaman qatdın, a dünya! Topa qoydun daşımı, Çox aldatdın, a dünya! * * * Məndən olsa gəlməzdim, Burda qalıb ölməzdim, Dar ayaqda, bilməzdim, Məni satdın, a dünya! * * * Nə qeydimə qalmadın, Nə bir kömək olmadın. Niyə başa salmadın?! Gec oyatdın, a dünya! * * * Gah soyuqda dondurdun, Gah istidə yandırdın. Məni yaman qandırdın, Oda atdın, a dünya! * * * Allah aldı çaramı, Göynətmədi haramı?! Qaysaqlanan yaramı, Off, qanatdın, a dünya! * * * Korun bəxti yatanda, Dayaq oldun batanda. Sıra mənə çatanda, Niyə yatdın, a dünya! * * * Oda düşdün, qaynadın, Başlar yedin, doymadın. Çirkin oyun oynadın, Çirkə batdın, a dünya! * * * İşi saldın düyünə, Murad getdi küyünə. Arzuna, istəyinə, Deyən çatdın, a dünya!
VARMI?! Məni məndən alan gözəl, De, dərdindən ölən varmı?! Cavan ömrü talan gözəl, Dərdlərini bölən varmı?! * * * Artıq ömür oldu yarı, Dərd sağalmır, ha da sarı, Bir yada sal, indi barı Göz yaşını silən varmı?! * * * Bir baxışla oda yaxan, Şimşək kimi alov çaxan, Ey üzümə tərs-tərs baxan, Bir üzünə gülən varmı?! * * * Murad səni çox özləyib, Yaddaşında əzizləyib, Hər gün səhər yol gözləyib, Sənə qarşı gələn varmı?!
MƏNİM BİLDİKLƏRİM. Dünyanı yaxşılıq xilas edəcək, Pislikdən uzaq dur, şeytana uyma! Yaranan bilir ki, bir gün gedəcək, Yaxşılıq etməkdən usanma, doyma! * * * Yaxşılıq ağılda, yaddaşda qalmaz, Təkcə Allah görər, amma ki, itməz. Yamanlıq öldürməz, canını almaz, Ancaq can ağrıdar, ağlından getməz. * * * Gündəlik incitsən, ağrıyar hər can, Bezikər, tablamaz, yanından qaçar. Yamanlıq etməkdən yorulsa insan, Yaramaz əməllər gül-çiçək açar. * * * Dünən gördüyündən dərs götür, anla, Ağılsız insanı yellər oynadır. Nə qədər səhv etsən, özünü danla, Bu dünya naşıya gülən dünyadır. * * * İlahi görk edər, qəti ötürməz, Etdiyin pisliyin bədəli səndə. Əzizim, pisliyi Tanrı götürməz, Ölməmiş, sağıykən ödəyər bəndə. * * * Yaxşılıq gəlmirsə əlindən, dayan, Çəkil, dur qıraqda, yamanlıq etmə! Ayıl röyalardan, yuxudan oyan, Doğru ol, dürüst ol, sən küyə getmə!
YALAN DÜNYA. Dönüb boylanıram geriyə hərdən, Doğru nəyim varsa, aşikardadır. Heç nə anlamıram bu bağlı sirdən, Dünən gördüklərim bu gün hardadır?! * * * Xəyallar geriyə boylanar hər an, Dünənin ləzzəti yadından çıxmaz. Nədənsə, dilbilməz, ağılsız insan, Xəyalla yaşayar, irəli baxmaz. * * * Günlər tez dəyişir, ötür fəsillər, Dəyişən tablodan gözün yorulmur. Yalan danışmaqdan bezikmir dillər, Yalan nəfəs alır, ağlı durulmur. * * * Beləcə doğruya addım atılmır, Nədəndir? Nə üçün? Səbəbi çoxdur. Bu yalan dünyada doğru satılmır, Nə də ki, doğrunun bazarı yoxdur. * * * Həyatdı, dünyadı, yola veririk, Hər gün aldanırıq, ömrümüz gedir. Doymuruq, nə qədər yalan dəririk, Yalan, canımızda doğrunu didir. * * * Dünyanın mayası yalanla olub, Bax buna görədir, aldadır bizi. Baxıram işimiz Allaha qalıb, Doğru da sağaltmır heç dərdimizi.
HAQQ YOLU Tükdən asılıyıq ,sən demə hər an, Ruhumuz göylərdə, cismimiz yerdə. Ay pulla özünü bəxtəvər sanan, O tük üzüldüsə, qapanar pərdə. * * * Bax onda kiməsə nə əlin çatar, Nə də ki, səsinə səs verən olar. Gözlərin yumular, qulağın batar, Dildə, ağızlarda adın hallanar. * * * Bu köhnə mərəkə, köhnə mənzərə, Nə doğma inciyər, nə yad inciyər. Burda növbə yoxdu, sərbəstdi hərə, Gələr köynəyini əyninə geyər. * * * Heç kəs son mənzili seçmir, bəyənmir, Döşənmir, bəzənmir gəbə, xalıyla. Etiraz eyləyib bir söz deyənmir, Çünki yol üstədi cansız halıyla. * * * Bu bir haqq yoludu, gedirik biz də, Dədəmiz, babamız gedib bu yolu. Bir azca təlaş var ürəyimizdə, Baxma, tanış deyil nə sağı, solu. * * * Dünyanın sonu var, sən də bir düşün, Ağlınla çək- çevir, haqq-hesab eylə. Boyundan yuxarı tullanma, kişi, Canın yerdədisə, əlləşmə göylə.
ALDANDIN. Bu daşlı, kəsəkli ömür yolunda, Özünü çox bilmiş sandın, aldandın. Nə olsun qüvvət var, biləyində, qolunda, Çox eşitdin ki, az qandın, aldandın. * * * Başından yel əsdi, oyananmadın, On arif dərs keçdi, susdun, qanmadın. Tamahın güc gəldi, dayananmadın, Sən ki, qul haqqını dandın, aldandın. * * * Ay Murad, göz yetir, bir diqqət ayır, Hörmət et, üz göstər, kim səni sayır, Nanəcib insanla nə çöl, nə bayır, Qapıdan çıxdınsa, yandın, aldandın.
QƏZƏL Bu dünyada minnətini götürmərəm heç kəsin, Düşməniyəm öz nəfsimin,bir duz-çörəkdir bəsim. * * * Allah verən bir ömürdür, saylı ayı, günü var, Boy-buxuna aldanmayın, nə üstündə çox əsin. * * * Nanəcibin üz-gözündən şər süzülər, şər damar, Nə onunla söhbət edin, nə onunla şərt kəsin. * * * Qədərində pulun olsun, möhtac olma kimsəyə, Sonu heç vaxt yaxşı olmur, çox istəyin, həvəsin. * * * Sakit yerdə baş aparar, baş ağrıdar, incidər, Yiyəsinə nə xeyri var, xırıldayan gur səsin?! * * * Ey cavanlar, qulaq asın , siz, Muradın sozünə, Çarəsizə yardım edin, əl tutmağa tələsin!
ACI REALLIQ Ömrü yaşamağın yüz cür yolu var, O qədər seçimi olur bizlərin. Ömür bitər, bir quruca ad qalar, Bir də ki, arxanda ayaq izlərin. * * * Yaşarıq günbəgün arzular üçün, Yaşamaq həvəsi artar ki, ölməz. Sonu görünməyən bu sonsuz köçün, Sirrini bir kimsə anlaya bilməz. * * * Ömür əmanətdi, bizlərə, baxın, Qədrini bilmərik müftə mal kimi. Hər bir yaranışın sonu var axı, Fərqinə varmarıq boş xəyal kimi. * * * Yüz dərdə dözərik, bir an bezmərik, Nə əzab bilərik, nə də ki, ağrı. Heç zaman rahatlıq, dinclik gəzmərik, Qaçarıq sabahkı ümidə doğru. * * * Yelə verib bu ömürü qaçarıq, Neçə təpə, neçə bələn aşarıq. Dönüb ağ buluda göyə uçarıq, Tarix olub yaddaşlarda yaşarıq. * * * Bir də ayılarıq tükəndi ömür, Geriyə dönməyə gücümüz çatmaz. Əksin daş üstündə, nə səs, nə səmir, Qurtardı!!! Bir kimsə başını qatmaz!
YIXILANA GÜLMƏ, QARDAŞ! Zaman ömrə bir qənimdi, Sızıldayan öz tənimdi, Kəsmə, zalım, bədənimdi. Can ağrıdar gözdəki yaş, Yıxılana gülmə, qardaş! * * * Dərd mənimdi, dərman səndə, Bir yaxın gəl, durma gendə. Dar ayaqda neylər bəndə?! Ya kömək ol, ya uzaqlaş, Yıxılana gülmə, qardaş! * * * Sarsılana tez həyan ol, Dərdi anla, bir duyan ol, Ya insan ol, ya o yan ol. Salma məni belə çaş-baş, Yıxılana gülmə, qardaş! * * * Heç vaxt uyma yalan sözə, Çox şey gördüm gəzə-gəzə. Kasıblığı vurma üzə, Nə səhv elə, nə də ki, çaş, Yıxılana gülmə, qardaş! * * * Tərs yozular sözün deyə Cavab vermə hər kəlməyə. Xeyli vaxtdı bilməm niyə Harda aş var, sən orda baş?! Yıxılana gülmə, qardaş! * * * Bir nəzər sal dörd yanına, Ziyan gələr ad-sanına. Yazığın gəlmir canına?! Özünə gəl yavaş-yavaş, Yıxılana gülmə, qardaş! * * * Mənim sözüm hamıyadı, Sağaldandı, mumiyadı. Nə İvana, Tomayadı, Türkdü türkə dayaq, sirdaş, Yıxılana gülmə, qardaş!
ÜRƏYİMİ. Gah istidən, gah soyuqdan Gözləyirəm ürəyimi. Söz anlamır,bax, bayaqdan Bizləyirəm ürəyimi. * * * Çox istəyir məni sıxsın, Məhvərindən qopsun, çıxsın, Ha çalışır tamam yıxsın, İzləyirəm ürəyimi. * * * Olur ki, cana doyuram, Əllərimlə hey oyuram, Sözə baxmır, şumlayıram, Düzləyirəm ürəyimi. * * * Başa salıb qandırıram, Soyuqladıb dondururam, Oda salıb yandırıram, Közləyirəm ürəyimi. * * * Dərdə düşür, karıxıram, Ağrıyıram, qarıxıram, Dalaşanda darıxıram, Özləyirəm ürəyimi. * * * Bax, dilimə o, tam verir, Bədənimə o, qan verir, Söz ruhuma o, can verir, Gizləyirəm ürəyimi.
Vətən müharibəsi Azərbaycan dilinin yeni siyasi üslubunu -“Vətən müharibəsi üslubu”, yaxud “Zəfər üslubu” yaratdı
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsinin çoxdan gözlənilən böyük bir zəfərlə başa çatdırılmasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciətləri bir neçə baxımdan tarixi rol oynadı ki, onlardan biri də ana dilimizin həmin müraciətlərdə öz zəngin fonetik, leksik və qrammatik imkanları səviyyəsində təzahürü və ya iştirakı idi. Prezidentin müraciətləri, bir tərəfdən, cəbhədə gedən proseslər, əldə edilən qələbələr barədə ətraflı məlumatlar verir, digər tərəfdən, xalqın mübarizə ruhunu, qələbə əzmini yüksəldir və nəhayət üçüncü tərəfdən, gözlərimiz qarşısında cərəyan edən tarixi hadisələri idarə edə-edə siyasi, ictimai və fəlsəfi mahiyyətini anladırdı. Və milli dövlətçilik mədəniyyəti baxımından çox rəmzi (və heyranedici) idi ki, Azərbaycan Respublikasının dövlət dili – Azərbaycan dili respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə (müharibəyə!) ilk günlərdən səfərbər olunmuşdu!..
Ümumiyyətlə, dilin zənginliyi, refleksiya imkanlarının genişliyi ondadır ki, xalqa düşdüyü (və düşə biləcəyi) hər hansı fövqəladə hərəkət (və idrak) situasiyasında inamla xidmət edə, lazımi sözü, ifadəni, sintaktik konstruksiyanı rahatlıqla ortaya qoya, dinləyənlərin – cəmiyyətin şəxsində isə rezonans verərək sosial əhval-ruhiyyə yarada bilsin.
Prezident İlham Əliyevin xalqa müraciətləri içərisində eləsi olmadı ki, öz ifadə texnologiyaları baxımından geniş reaksiya doğurmasın.
Kommunikasiya nəzəriyyəsinə görə, nitq ünsiyyəti o halda uğurludur ki, adresantla adresat arasında söhbətin nədən getdiyi barədə tam miqyaslı anlaşma var. Azərbaycan cəmiyyətinə uzun illərin təcrübəsindən aydın idi ki, ermənilərin orta əsrlərin sonlarından etibarən məlum etnik separatçılıq hərəkətlərinin davamı olaraq gəlib çıxdığı şovinist təcavüzkarlığın nəticəsi kimi Ermənistan artıq həddini aşmış, məsələni həll etməli olan beynəlxalq missiyaların siyasi deqradasiyaya uğraması imkan vermişdi ki, Ermənistanın ölkə başçısı məsuliyyətini itirərək sərsəmləsin…
Azərbaycan Prezidentinin xalqa müraciətləri Prezident – Xalq qarşılıqlı (və dərindən) anlaşma – ünsiyyətin bir də ona görə klassik nümunəsi idi ki, praktik olaraq Vətən müharibəsinin hüdudlarını da aşaraq, başlanğıcdan sona qədər öz kommunikativ effektini nəinki itirmədi, əksinə, bu gün də Xalqda belə bir təsəvvür var ki, həmin müraciətlər heç zaman bitməyəcək…
***
Azərbaycan Prezidentinin oktyabrın 4-də xalqa etdiyi müraciət qələbə xəbərləri ilə başladı:
“Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Prezident daha sonra bir neçə il əvvəl Cocuq Mərcanlı kəndi ilə bağlı görülmüş fövqəladə işlərin tarixçəsini xatırlatdı:
“Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”.
Heç də təsadüfi deyil ki, Prezident yalnız yuxarıdakı hər cəhətdən real, qələbə sevinci bəxş edən informativ məzmunlu mükalimələrdən sonra, əslində çoxdan gözlənilən Vətən müharibəsinin uğurla getdiyini elan edir.
Əlbəttə, müharibə elan etmə təcrübələri zəngin olduğu kimi, üsulları da kifayət qədər rəngarəngdir. Hazırkı nümunələrin orijinallığı isə mövcud vəziyyətin siyasi situasiyasının xarakterindən irəli gəlir: Azərbaycan xalqı Ali Baş Komandana inanır, işğal olunmuş ərazilərin ya sülh, ya da hərb yolu ilə qayıdacağına əmindir, bununla belə, mövcud beynəlxalq münasibətlər şəraitində heç də birbaşa hərəkət etmək, problem ətrafındakı vəziyyəti hər dəfə xalq-iqtidar məsləhətləşmələri səviyyəsindən izah etmək mümkün deyil. Və əslində, müxtəlif maraqlara xidmət edən dağıdıcı müxalifətin apardığı böhtan kampaniyalarına rəğmən xalq bilir ki, ölkənin ərazi bütövlüyünün ən qısa müddətdə təmini iqtidar (və Prezident) tərəfindən Onun missiyası kimi dərindən dərk olunur.
Məsələnin ən mühüm cəhəti isə ondadır ki, dövlət başçısı həmin müraciəti Azərbaycan Ordusunun artıq bir həftədir ki, başlamış, nəinki ölkədə, regionda, bütün dünyada böyük əks-səda vermiş, problemin hərbi həlli yoxdur fərziyyəsini bir andaca alt-üst etmiş hücumundan sonra edir:
“Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.
Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.
Prezident öz müraciətinə çox təmkinlə başlayır, xüsusi emosionallıq, həyəcan, demək olar ki, hiss olunmur, düşmən üzərinə əks-hücumun uğuruna böyük əminlik var. Bunun bir səbəbi Azərbaycan tərəfin haqlı olduğuna inamdırsa, ikinci səbəbi məhz həmin haqlı tərəfin rəqibdən müqayisə edilməyəcək qədər geniş imkanlara malik olmasıdır.
Ən mühümü isə odur ki, hər nə qədər söhbət bilavasitə hərbi şəraitdə və hərbi şərtlər daxilində getsə də, Prezidentin nitqində sülh konseptləri aparıcıdır. Ümumiyyətlə, müraciət mətnlərinin dili üzərindəki araşdırmalar göstərir ki, Prezident Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü, qüdrətini həmişə qeyd edir, ancaq hər dəfə bu gücün, qüdrətin missiyasının məhz vicdanlı sülh yaratmaqdan ibarət olduğunu deyir:
“Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.
Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.
Göründüyü kimi, bu müraciətdə siyasi ritm nə qədər güclü olsa da (ən azı ona görə ki, burada öz ərazi bütövlüyünü təmin edən bir ölkənin haqlı iddialarından bəhs edilir), bundan da aparıcı, bundan da miqyaslı elə bir etnotarixi intonasiya var ki, onu “biz haqq yolundayıq” hökmündən daha mükəmməl şəkildə ifadə etmək çətindir.
Prezidentin müraciət nitqləri üçün ən səciyyəvi məqamlardan biri vaxtaşırı ümumiləşdirmələrdən zaman-zaman konkret hadisələrə keçilməsidir ki, bunun nə qədər böyük əhəmiyyəti olduğu üzərində dayanmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur. Hər şeydən əvvəl ona görə ki, şəhərlərimiz, kəndlərimiz, dağlarımız, çöllərimiz, çaylarımız, göllərimiz və s. bir-birinin ardınca azad olur ki, onlar azğın düşmən tərəfindən nə qədər dağıdılıb tar-mar edilsələr belə, sadəcə, adlarının çəkilməsi, Azərbaycan əsgərinin əlində olması barədə ən yüksək səviyyədə məlumat verilməsi xalqın ruhunu yerindən oynadır:
“Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.
Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.
Prezident Cəbrayıl rayonunun və onun kəndlərinin işğaldan azad edilməsinin bir nümunə olacağını xatırlatmaqla yanaşı, yenidən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixinin mürəkkəb məqamlarının təfsirinə keçir:
“Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır”.
Otuz il ərzində aparılan danışıqların, bu qədər uzun müddətdə Azərbaycan xalqının heysiyyatı ilə oynamaq cəhdlərinin yolverilməz olduğunu bir daha nəzərə çatdıran Prezident xatırladır:
“İyirmi yeddi il ərzində biz bütün dövrlərdə – danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq”.
Azərbaycan Prezidenti qarşı tərəfin hər cür diplomatik, çoxgedişli, çox hallarda da riyakar, hiyləgər mövqeyini geniş xalq kütlələrinin bütün təfsilatı ilə anlayacağı bir dildə şərh edərək tam aydınlığı ilə göstərir ki, məsələni həll etmək üçün döyüş meydanından başqa yol qalmayıb:
“Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?!”
Əlbəttə, Azərbaycan xalqı son illərdə hakimiyyətə gətirilmiş Ermənistan baş nazirinin sayıqlamalarına bələd olduğu kimi, Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq məclislərdə həmin sayıqlamaları vaxtaşırı olaraq ifşa etdiyini, baş nazirin yalan bəyanatların arxasınca başını ora-bura soxmağa cəhdlər göstərdiyini də yaxşı bilirdi.
Beynəlxalq hüquq normalarının qorunması hələ bir yana, öz ölkəsinin taleyi üçün məsuliyyət daşımalı olan baş nazir hansısa qüvvələrin təsiri altında özünü itirib o qədər azğınlaşdı ki, nə özünün, nə də ümumən ölkəsinin arxasında dayana bilməyəcəyi antitarixi sözlər dedi.
Yeri gəlmişkən, xalqa müraciətlərin mətnlərində həm birbaşa, həm də dolayısı ilə çox tez-tez ifadə olunur ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti “Qarabağ Ermənistandır və nöqtə” sözlərini heç kimə güzəştə gedə bilməzdi:
“Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”
Azərbaycan xalqının ruhunu əks etdirməklə Azərbaycan dilinin qüdrətini də nümayiş etdirən bu son dərəcə dərin məzmunlu ifadə texnologiyalarında ümummilli lider Heydər Əliyev nitqinin ölməz təcrübəsinin davamını, inkişafını görməmək, duymamaq, təsəvvürlərdə yenidən canlandırmamaq mümkün deyil. Və heç bir tərəddüd etmədən deyə bilərik ki, zaman etibarilə o qədər də uzun çəkməyən Vətən müharibəsi Azərbaycan dili siyasi üslubunun elə bir zəngin çalarını yaratdı ki, biz onu dilimizin məhz “Vətən müharibəsi üslubu”, yaxud “Zəfər üslubu” adlandırırıq.
“Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”
Nədir bu üslubun özəlliyi? Odur ki, söhbət “danışıq stolu” arxasında, yalan danışmaq, hiyləgərlik etmək, üzdə bir söz deyib arxada ayrı şey düşünməyə imkan verən bir mühitdə getmir, söhbət hər bir sözün bilavasitə dəyəri olduğu təkbətək döyüş meydanında gedir:
“Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir – çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam”.
Azərbaycan Prezidenti – Azərbaycan Respublikasının ərazisini Ermənistan işğalçılarından təmizləməyə uğurla başlamış Ordunun Ali Baş Komandanı xalqa bu müraciətini aşağıdakı sözlərlə yekunlaşdırır:
“Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
***
Prezident İlham Əliyev oktyabrın 9-da xalqa növbəti müraciətində Hadrut qəsəbəsinin, eləcə də bəzi kəndlərin işğaldan azad olunması barədə məlumat verdikdən sonra Azərbaycan Ordusunun döyüş meydanında tam üstünlüyünü göstərən faktlar üzərində dayandı, düşmənin guya hücuma keçdiyini, itirdikləri bəzi mövqeləri geri aldıqları barədə həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti aldatmağa məcbur olduğunu nəzərə çatdırdı. Onu da qeyd etməyi unutmadı ki, düşmən uzun illər ərzində təmas xətti boyunca kifayət qədər möhkəm müdafiə sistemi qurmuşdur ki, “onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur… Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək”.
Düşmənin əhval-ruhiyyəsini səciyyələndirərkən Azərbaycan Prezidenti dedi:
“Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan – qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar”.
Azərbaycan dilinin bu bədii təkrarları, mənagücləndirici sinonimləri, hər cəhətdən məsələnin mahiyyətinə nüfuz edən suallar, cavablar, Prezidentin nitqində (və müharibə üslubunda) yenidən doğulan təsirli (və təzə-tər) frazeologiya, əlbəttə, xalqımızın iradəsini mükəmməl bir şəkildə əks etdirir.
Ən çox nəzərə çarpan da odur ki, bu nitqdə son dərəcə böyük qətiyyət var. İstər keçmiş, istər indiki, istərsə də gələcək zamanda işlənsin, feil bütün hallarda həmin qətiyyətin ifadəsinə xidmət göstərir:
“Bu gün bütün cəbhəboyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Prezidentin nitqindəki həmin bu qətiyyət ona görə qiymətlidir ki, təkcə Azərbaycan xalqının yox, əsrlərboyu, ilk növbədə, məhz öz liderləri tərəfindən məhrumiyyətlərə məruz qoyulmuş ermənilərin də mənafelərinə uyğun münasibətlərin qurulmasını tələb edir. Halbuki Ermənistan baş nazirinin, qondarma “Dağlıq Qarabağ respublikası”nın quldur başçısının imitasiya etməyə çalışdıqları “qətiyyət” isə, əslində, siyasi təcavüz, yekəbaşlıq və hərcmərclikdir:
“Dünən və srağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.
Prezident vaxtilə özünü dünyaya göstərmək üçün “xoruzlanan” Ermənistan baş nazirinin cəmi bir atım barıtı olduğunu xatırladır:
“Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik”.
Bundan sonra isə Ermənistanın baş nazirinin və onun ağılsızlıq, yekəbaşlıq üzündən düşdüyü gülünc vəziyyətin təsviri gəlir ki, görünür həmin təsviri Azərbaycan dilindən başqa heç bir dildə bu qədər canlı şəkildə təqdim etmək mümkün deyil:
“Bəs, nə oldu, Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası”, o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs, gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın, sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir”.
Azərbaycan Prezidentinin müraciətlərində deyildiyi günlərdən xalqın yaddaşına həkk olan elə mülahizələr, mühakimələr var ki, zaman-zaman öz tarixi dəyərini daha da artıracaq, Vətənin bütövlüyünün təmin olunmasında atılmış strateji addımların hansı dərin qaynaqlardan güc aldığını, hansı perspektivlər vəd elədiyini nümayiş etdirəcək:
“Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”.
Azərbaycan Prezidenti münaqişənin hərbi həll yolu yoxdur mifinin doğru olmadığını bir daha xatırlatdıqdan sonra xalq danışıq dilinin imkanlarına meydan verdi:
“Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır”.
İllər keçəcək, lakin düşmən üzərindəki tarixi qələbəmizin mənəvi şahidi (və müşayiətçisi) olmuş bu sözlər həmin qələbəyə Komandanlıq etmiş dövlət başçısının yaşantılarını daim yaşadacaqdır:
“Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.
***
Oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə xalqa müraciət edərkən söhbətə Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasından başladı:
“Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”.
Azərbaycan Prezidenti öz müraciət ənənəsinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərimizi sadaladı:
“Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Füzuli şəhərinin işğaldan azad edilməsinin hərbi-strateji təfərrüatına xüsusi diqqət yetirən Ali Baş Komandan bununla Azərbaycan Ordusunun hansı döyüş qüdrətinə malik olduğunu bir daha xalqın nəzərinə çatdırır:
“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Ondan əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik.
Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün məndə olan məlumata görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur”.
Azərbaycan Prezidenti yenidən dinc yaşayış məskənlərinin raket atəşinə tutulması məsələsinə qayıdaraq yalnız erməni faşizmini ifşa etməklə kifayətlənməmiş, eyni zamanda, günahkarların cəzasız qalmayacağını xüsusi olaraq elan etmişdi:
“Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun.
Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər”.
Ermənistanın baş nazirinə ünvanlanmış aşağıdakı suallar isə təkcə baş nazirin deyil, bütövlükdə Ermənistanın müstəqil bir dövlət olaraq meydana çıxdıqdan sonra yürütməyə çalışdığı siyasətin portretini yaradır:
“Niyə demirsən “Qarabağ Ermənistandır”. Qorxursan, qorxacaqsan. Bəs, Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər, televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər bizim qədim torpağımızda yaşamağa, işləməyə. İndi baxım görüm kim gələcək Şuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nə üçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə məqsədi daşıyırdı? Bizim tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur – Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik. Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs. Get köçür, görüm necə köçürəcəksən! O saxta, quldur dəstə başçısının “andiçmə mərasimi”nin keçirildiyi yer nə gündə olub. Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizim qarşımızda. Ultimatumla danışırdın. İndi görüm, hansı şərti qoyursan. Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağının altına yıxılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin. Artıq son günlərin tarixi bunu göstərir”.
Azərbaycan Prezidenti erməni xalqının da öz gələcəyi naminə nələr etməli olduğunu göstərmişdir:
“Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”
Aşağıdakı sözlərə gəldikdə isə, heç şübhəsiz, böyük milli tarixi dəyər daşımaqdadır:
“Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.
Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”
* * *
Xalqa oktyabrın 20-dəki müraciətində Azərbaycan Prezidenti söhbətə yenidən erməni faşistlərinin yaşayış məntəqələrini, mülki əhalini hədəfə almaqda davam etdiklərini göstərdi. Və izah etdi ki, bütün bunlar döyüş meydanında məğlub olan düşmənin vurnuxması, canını qurtarmaq üçün çıxış yolları axtarması, özünü daha da çıxılmaz vəziyyətlərə salmasıdır.
Prezident daha sonra dedi:
“Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, – bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, – aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, – bizim belə planlarımız yoxdur, – baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik”.
Azərbaycan Prezidentinin erməni mifi, erməni yalanı barədə dedikləri konkret müşahidələrin, təhlillərin elə bir ümumiləşdirilmiş ifadəsidir ki, heç bir halda təkzib etmək mümkün deyil:
“Onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncənin bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydı deyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara dəyib. Ballistik raketlərə döyüş tapşırığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan danışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi də yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdə yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər. Ona-buna zəng edirlər, kömək edin, kömək edin!”
Prezidentin müraciətlərində riayət olunan bir cəhət da verilən informasiyaların dəqiqliyi, obyektivliyi ilə yanaşı, müharibə şəraitinin zəruri tələblərinin gözlənilməsidir:
“Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir”.
Prezident çıxışının sonunda dedi:
“Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!
Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”
* * *
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə müraciəti xüsusi tarixi əhəmiyyət daşıyırdı və birbaşa Şəhidlər xiyabanından edildi:
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Prezident dedi:
“Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.
Azərbaycan Prezidenti xalqa müraciətində düşmən üzərindəki Qələbənin əsas amillərini kifayət qədər müfəssəl təhlil etdi ki, həmin amillər bunlardan ibarətdir:
1) iqtisadi güc;
2) milli birlik;
3) beynəlxalq səviyyədəki uğurlar;
4) ordu quruculuğu.
Sonra dedi:
“Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin – düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik”.
Qarabağın tacı olan Şuşanın əsarətdən azad olunması, əslində, düşmənin məğlub edilməsi, qırx dörd gün davam edən müharibənin bitməsi demək idi. Odur ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan budəfəki müraciətini Azərbaycan xalqı üçün müqəddəs olan bir məkandan etmişdi:
“Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Azərbaycan Prezidentinin dediyi aşağıdakı sözlər belə bir faktı təsdiq edir ki, müharibənin gedişi günlərində Prezidentin xalqa müraciətlərini xalqın onun tarixi arzusunu qəhrəmanlıqla həyata keçirməkdə olan Prezidentə, Müzəffər Ali Baş Komandana kütləvi müraciətləri müşayiət etmişdir:
“Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”
Bu sözlər isə Azərbaycan tarixində Səfəvilər dövründən sonra ölkəmizin ərazi bütövlüyünü təmin etmiş yeganə dövlət başçısının sözləridir. Və bu sözlərdə ifadə olunan çoxlu mənaların əsası odur ki, xalq-iqtidar birliyi Azərbaycanın yeni tarixini yaradır:
“Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
* * *
Azərbaycan Prezidenti bundan sonra xalqa daha dörd dəfə müraciət etməli oldu. Noyabrın 10-da “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin Bəyanatı” ilə xalqı tanış edib dedi ki, Ermənistanın hərbi kapitulyasiya aktı olan bu sənədə Azərbaycan Prezidenti fəxrlə, qürurla, Ermənistanın baş naziri isə hansısa künc-bucaqda şərəfsizliklə imza atır. Azərbaycan Prezidenti 20 noyabr tarixli müraciətində Ağdamın, 25 noyabr tarixli müraciətində Kəlbəcərin, 1 dekabr tarixli müraciətində isə Laçının bir güllə atılmadan işğaldan azad olunduğunun müjdəsini verdi.
Prezidentin xalqa müharibədən sonrakı müraciətləri müharibə günlərindəki müraciətlərinin ideya-məzmunca bilavasitə davamı olduğuna görə dil-üslub texnologiyaları baxımından da yaxındır ki, buraya əsasən aşağıdakılar daxildir:
a) təcavüzkarın iç üzünü açan, onu ifşa və mənən-ruhən məhv edən dil-ifadə texnologiyaları;
b) milli iradəni gücləndirən, tarixi özünüdərk imkanlarını yüksəldən, müasir özünütəsdiq imkanlarını genişləndirən dil-ifadə texnologiyaları;
c) analitik-siyasi, hər bir mühakiməsi möhkəm tarixi yaddaşa, məntiqi-diplomatik təhlilə əsaslanan, sistemli olduğu qədər də səmimi dil-ifadə texnologiyaları.
Ümumən, bu dil, bütün maneələrə rəğmən Əlahəzrət Həqiqəti yarımçıq yox, sonacan demiş dildir!..
Və cəsarətlə demək olar ki, Prezidentin silsilə müraciətləri, bir tərəfdən, ən yeni dövr Azərbaycan tarixinin ən mötəbər mənbələri, digər tərəfdən, müasir Azərbaycan dilinin ən mükəmməl nitq abidələridir ki, milli mütəşəkkillik ruhunun ən dərin qatlarından gəlir.
Türk oğlu, kendisine “Vatan” adını vermiş ve asırlarca sevdiği vatan için savaşmış; Ona “Tabiat Ana” adını verdi ve onu gözbebeği gibi korudu; Ona “anne” dedi ve kendisini doğuran kadını ruhunun hükümdarı olarak tanıdı.
Bu Türk dünyası için her zaman böyle olmuştur. Nasıl ki bir çocuk annesini sever ve ona değer verirse, ona hizmet etmeyi kendisine, bir Türk çocuğu da doğup büyüdüğü ülkeye, büyüdüğü toprağa, büyüdüğü havaya borçludur. yukarı, büyüdüğü topraklara.
Azerbaycan’ın Birinci Karabağ Savaşı’nda uğradığı kayıpların gerçeklerine dikkat edelim: 1988-1984’te 13.240 metrekare Km. 7 ilçe (Şuşa, Hankendi, Hocalı, Askeran, Hocavend, Ağdara, Hadrut) ile Laçın, Kelbecer, Ağdam, Fuzuli, Cebrail, Kubadlı, Zengilan ve Gazah ilçelerinin 7 köyü işgal edildi, 20.000 kişi öldürüldü, 50.000 vatandaş engelli ve 4.866 kişi kayıp olarak kaydedildi. 900 yerleşim yeri, 130.939 konut, 7.000 kamu binası, 1.025 okul, 855 anaokulu, 798 sağlık tesisi, 927 kütüphane, 53 cami ve tapınak, 473 tarihi eser, müze ve mekan, 40.000 müze sergisi, 2.389 sanayi ve tarım tesisi, 5.198 km yol , 348 köprü, 7.568 km su hattı, 2.000 km gaz boru hattı, 76.940 km elektrik hattı, 280.000 ha orman, 1.000.000 ha verimli arazi, 1.200 km sulama sistemi kaldırıldı. Cumhuriyetimize verilen toplam zarar 60 milyar dolardan fazladır.
İşgal döneminde (Mayıs 1994 – 27 Eylül 2020) halkımıza verdiği zarar 4 kattan fazla olmuştur.
Ermenistan Silahlı Kuvvetlerinin İşgali Sonucu Azerbaycan Cumhuriyeti Topraklarının Kayıp ve Kayıplarının Değerlendirilmesi Çalışma Grubuna göre, Azerbaycan’ın doğasına verilen ilk zarar miktarı 244.4 milyar dolardı.
Uzmanlara göre, Ermenistan tarafından sağlık açısından tehlikeli olan siyanürlü suyun Araz Nehri’ne boşaltılması Güney Kafkasya’da toprak, atmosfer ve ekolojik dengesizliğe, Güney Kafkasya’da ise ormansızlaşma ekolojik dengesizliklere ve çevre kazalarına neden olabilir. Kafkasya.
Ermenistan’ın halkımıza ve devletimize karşı bu saldırgan eylemi ve yıllarca BM kararlarını uygulamaması, Azerbaycan’ın 28 yıldır işgal ettiği topraklarını zorla geri almasını ve Azerbaycan Cumhurbaşkanı Başkomutan’ı haklı çıkardı. -Başkomutan İlham Aliyev bu kaçınılmaz adımı attı.Kadını atmak zorunda kaldı. Ve bir o kadar da kararlı… 44 günlük kanlı savaşlarda DÜNYA Azerbaycan oğullarının azmine, kuvvetine ve gücüne şahit oldu. Nisan 2016 olaylarına öfkelenen Azerbaycanlı gençlerin hepsi ilçe askeri komiserliklerine yöneldi. “Her şey cephe için, her şey zafer için!” Sloganları hem büyüklerin hem de çocukların ezberlediği mahalle sakinleri, askerleri cepheye taşıyan otobüsleri durdurarak onlara sigara ve her türlü erzak sağlamaya çalıştı. Savaş bölgelerindeki soğuk dağ havası için yiyecek ve kalın giyecek tutmak mümkün değildi.
28 yıldır Ermeni işgali altında olan Karabağ toprakları, 44 günlük cihat sonucunda özgürleştirildi. 2783 şehit ile muzaffer devlet unvanını kazanan Azerbaycan, gücünü dünyaya dikte etme fırsatı bulmuştur. Türkiye, Pakistan ve Azerbaycan’ın hakkını umursayan diğer Türkçe konuşan halkların siyasi himayesi sayesinde Fransa, Amerika Birleşik Devletleri ve Rusya gibi dünya ülkeleri seslerini bastırmak zorunda kaldılar.
Bütün bunlar Azerbaycan halkının mücadele ruhunun ve kararlılığının bir göstergesidir.
Dünya halklarının yurtseverliğinin bir göstergesi olan Avrupa Kamuoyu Araştırmaları Merkezi listesinde Azerbaycan’ın yüzde 85 ile ilk sırada yer alması sevindiricidir. Gürcistan yüzde 76 ile ikinci sırada ve Finlandiya yüzde 74 ile üçüncü sırada yer alıyor. Gariptir ki tarih boyunca dünya halklarına vatanseverlik örneği olan Türkiye dördüncü sırada yer almaktadır. Ukraynalılar %62 ile 5. sırada yer aldı. Ermenistan’ın adı ilk 10’da görünmüyor.
Azerbaycan’ın 44 günlük savaşının sonuçları, Avrupa Kamuoyu Araştırmaları Merkezi’nin bir teyididir.
Makale, ihlal edilen uluslararası hukukun restorasyonu için Azerbaycan gençliğinin Azerbaycan devletine karşı mücadelesini tartışıyor. 10 Kasım 2020’nin Azerbaycan’da hem devlet hem de savaş tarihinde her zaman gururlu bir adres olarak hatırlanacak bir hatıra olduğu gururla belirtilmektedir.
Halkımızın sarsılmaz iradesi, Halk-Cumhurbaşkanı-Ordu birliği ve ülkemizin ekonomik gücü Azerbaycan devletine bu günlerin zaferini getirmiştir. Bu zafer bize Azerbaycan Cumhurbaşkanı, Başkomutan İlham Haydar oğlu Aliyev ve göğüslerini kurşunlarla siper eden binlerce Azerbaycanlı oğlu tarafından verildi.
Anahtar kelimeler: II Karabağ savaşı, zafer yürüyüşü, halk-cumhurbaşkanlığı-ordu birliği, tarihi adaletin kutlanması, uluslararası hukukun restorasyonu.
***
The Victory Of Historical Justice
And The Restoration Of International Law
ABSTRACT
The Turkish son named himself “Vatan” and fought for the homeland he loved for centuries; He named her “Mother Nature” and protected him like the apple of his eye; He called her “mother” and recognized the woman who gave birth to him as the ruler of his soul.
This has always been the case for the Turkish world. Just as a child loves and values his mother, he owes serving her to himself, and a Turkish child owes the country he was born and grew up in, the land he grew up in, the atmosphere he grew up in. up to the land where he grew up.
Let us pay attention to the realities of the losses suffered by Azerbaijan in the First Karabakh War: In 1988-1984, 13,240 square meters of Km. 7 villages of 7 districts (Shusha, Khankendi, Khojaly, Askeran, Hocavend, Agdara, Hadrut) and 7 villages of Lachin, Kelbecer, Agdam, Fuzuli, Gabriel, Kubadli, Zangilan and Gazah districts were occupied, 20,000 people were killed, 50,000 citizens were disabled and 4,866 people were missing. recorded as. 900 settlements, 130.939 residences, 7,000 public buildings, 1,025 schools, 855 kindergartens, 798 health facilities, 927 libraries, 53 mosques and temples, 473 historical artifacts, museums and places, 40,000 museum exhibits, 2,389 industrial and agricultural facilities, 5,198 km of roads , 348 bridges, 7,568 km of water lines, 2,000 km of gas pipelines, 76,940 km of power lines, 280,000 ha of forest, 1,000,000 ha of fertile land, 1,200 km of irrigation systems were removed. The total damage done to our republic is more than 60 billion dollars.
During the occupation period (May 1994 – 27 September 2020), the damage to our people was more than 4 times.
According to the Working Group on the Assessment of Loss and Loss of the Territory of the Republic of Azerbaijan as a result of the Occupation of the Armed Forces of Armenia, the initial amount of damage to the nature of Azerbaijan was $ 244.4 billion.
According to experts, the discharge of cyanide-containing water, which is dangerous for health, into the Araz River by Armenia may cause soil, atmosphere and ecological imbalances in the South Caucasus, while deforestation in the South Caucasus may cause ecological imbalances and environmental accidents. Caucasia.
Armenia’s aggressive action against our people and our state and its failure to implement UN resolutions for years justified Azerbaijan’s forcibly reclaiming its 28-year-occupied lands and the President of Azerbaijan, the Commander-in-Chief. -Commander-in-Chief Ilham Aliyev took this inevitable step. He had to throw the woman away. And so determined… WORLD witnessed the determination, strength and power of the Azerbaijani sons in 44 days of bloody wars. Enraged by the April 2016 events, all of the Azerbaijani youth turned to the district military commissariats. “Everything for the front, everything for the victory!” Neighborhood residents, whose slogans were memorized by both adults and children, stopped the buses carrying the soldiers to the front and tried to provide them with cigarettes and all kinds of food. It was not possible to keep food and thick clothing for the cold mountain air in war zones.
Karabakh lands, which had been under Armenian occupation for 28 years, were liberated as a result of 44 days of jihad. Azerbaijan, which won the title of victorious state with 2783 martyrs, had the opportunity to dictate its power to the world. Thanks to the political patronage of Turkey, Pakistan, and other Turkish-speaking peoples who care about the rights of Azerbaijan, world countries such as France, the United States and Russia had to suppress their voices.
All this is an indication of the fighting spirit and determination of the Azerbaijani people.
It is pleasing that Azerbaijan ranks first with 85% in the list of the European Public Opinion Research Center, which is an indicator of the patriotism of the peoples of the world. Georgia is in second place with 76 percent and Finland is in third place with 74 percent. It is strange that Turkey, which has been an example of patriotism to the peoples of the world throughout history, is in the fourth place. Ukrainians ranked 5th with 62%. Armenia’s name does not appear in the top 10.
The results of Azerbaijan’s 44-day war are a confirmation of the European Center for Public Studies.
The article discusses the struggle of the Azerbaijani youth against the Azerbaijani state for the restoration of violated international law. It is proudly stated that November 10, 2020 is a memory that will always be remembered as a proud address in both the state and war history in Azerbaijan.
The unshakable will of our people, the unity of the People-President-Army and the economic power of our country have brought the victory of these days to the Azerbaijan state. This victory was given to us by the President of Azerbaijan, Commander-in-Chief Ilham Heydar oglu Aliyev and thousands of Azerbaijani sons who shielded their chests with bullets.
Keywords: II Karabakh war, victory march, people-presidential-army unity, celebration of historical justice, restoration of international law.
GİRİŞ
Türk övladı “Ana vətən” deyib, əsrlər boyu canından əziz bildiyi vətən torpağı uğrunda cihada qalxıb; “Ana təbiət” deyib, onu göz bəbəyi kimi qoruyub; “Ana” deyib, onu dünyaya gətirən qadını ruhunun hökmdarı bilib.
Türk dünyası üçün bu, həmişə belə olub. Övlad anasını necə sevib əzizləyir, qulluğunda durmağı özünə borc bilirsə, türk övladı da doğulub boya-başa çatdiği yurdu, iməkləyib ayaq açdığı, havasından udub, suyundan içib qoynunda böyüdüyü torpağı o qədərdə sevib-əzizləməyə, qulluğunda durmağa, yadellidən qorumağa özünü borclu bilib.
Məqalədə respublika gəncliyinin Azərbaycan dövlətinə qarşı pozulmuş beynəlxalq hüququn bərpası uğrunda mübarizəsindən bəhs olunur. Qürurla, iftixar hissi ilə qeyd olunur ki, 2020-ci ilin 10 noyabr tarixi Azərbaycanın həm dövlətçilik, həm də hərb tarixində qürur ünvanı olaraq daim anılacaq yaddaşdır.
ARAŞDIRMA
Mövzuya yönəli olaraq I Qarabağ müharibəsində Azərbaycanın hansı itkilərə məruz qaldığına faktlarla diqqət yetirək: 1988-may 1994-cü illərdə – Azərbaycanın keçmiş sovetlər birliyinin ilhağında olduğu zamanlarda “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazidəki 7 rayon (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut), həmçinin Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və bu rayonların müəyyən yaşayış məntəqələri, Qazax rayonunun 7 kəndi işğal edilmiş (bura Naxçıvan MR-in Kərki kəndini də əlavə etmək olar), 20 000 sakin öldürülmüş, 50 000 vətəndaş əlil olmuş, 4 866 nəfər itkin kimi qeydə alınmışdır. 900 yaşayış məntəqəsi, 130 939 ev, 7 000 ictimai bina, 1 025 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə müəssisəsi, 927 kitabxana, 53 məscid və məbəd, 473 tarixi abidə, muzey və yerlər, 40 000 muzey eksponatı, 2 389 sənaye və kənd təsərrüfatı obyekti, 5 198 km avtomobil yolu, 348 körpü, 7 568 km su xətti, 2 000 km uzunluğunda qaz xətti, 76 940 km elektrik xətti, 280 000 ha meşə,1 000 000 ha məhsuldar torpaq, 1 200 km irriqasiya sistemi sıradan çıxarılmışdır. Respublikamıza dəymiş ziyanın ümumi məbləği 60 milyard ABŞ dollarından çox olmuşdur.
İşğal dövrü ərzində isə (may 1994 – 27 sentyabr 2020 illər) xalqımıza dəyən ziyan bundan 4 dəfədən artıq hesablanır.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəyinə görə, işğal dövrü ərzində biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların istifadə üçün yararsız hala salınması, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi və faydalı qazıntı yataqlarının talanı nəticəsində Azərbaycanın təbiətinə dəymiş ziyanın ilkin göstəricisi 244,4 milyard ABŞ dolları həcmində hesablanır [2.].
Mütəxəssislərin qənaətincə, Ermənistan tərəfindən sağlamlıq üçün təhlükəli olan sian qarışıqlı zəhərlənmiş suyun Araz çayına axıdılması Cənubi Qafqaz regionunda torpağın, atmosferin və ekoloji tarazlığın pozulmasına zəmin yarada, meşələrin qırılması isə həmin ərazidə ekoloji tarazlığın pozulmasına və Cənubi Qafqaz regionunda ekoloji qəzalara səbəb ola bilər.
Münaqişənin zamanında çözülə bilməməsinə səbəb regionda davamlı sülhə nail olmaq kimi müqəddəs bir missiya üçün məsuliyyət daşıyan beynəlxalq təşkilatların, konkret desək BMT-nın biganəliyi olmasaydı, əgər münaqişənin ilk illərində (həmin zaman üçün 1988-ci illərdə) beynəlxalq hüquq müdafiəçiləri ermənilərin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqları kimi ciddi bir problemin həllinə soyuqqanlılıq göstərməsəydilər, ermənilərin işğalçı əməllərinə obyektiv qiymət vermək kimi vəzifə borclarına biganə qalmasaydılar münaqişə zamanında çözülər, alovlanıb qanlı müharibə həddinə yetməzdi. Ancaq bu vəzifə və insanlıq borcu unuduldu. Ən başlıcası ona görə ki, mövcud münaqişəyə müdaxilə xaric üçün sərf edən SSRİ-nin parçalanması kimi ciddi bir prosesin ləngiməsinə səbəb ola bilərdi.
Əslində baş qaldıran münaqişələrə keçmiş İttifaq dövlətinin özü (burada, keçmiş SSRİ dövləti) rəvac vermişdi: Bundan iki məqsəd güdülürdü: 1. İttifaq respublikalarına öz zərb-dəstini göstərmək; 2. Və bu mövqeyi ilə artıq start götürmüş keçmiş SSRİ-nin parçalanma prosesini dayandırmaq. Niyyət bu idi.
Ancaq gözlənilənin əksinə oldu, münaqişələri səngitmək üçün “yazılmış” ssenari tərsinə işlədi, SSRİ-nin parçalanması prosesini dayandırmaq əvəzinə daha da sürətləndirdi. 70 il monarxiya buxovlarından əzab çəkən xalqların ruhunda tüğyan edən azadlıq duyğuları çılğınlıqla inkişaf edib elə bir həddə yetdi ki, hökumət bu “dalğanın” qarşısında duruş gətirə bilmədi.
Tarixin bu gərdişi, başqa sözlə, ermənilər üçün göydəndüşmə olan bu fürsət (ermənilər üçün yetişən münbit şərait) 1988-ci ildən start verdikləri mənfur niyyətlərini həyata keçirmək məqsədlərinə zəmin yaratmış oldu. Bu, elə bir vədə idi ki, Şuşanın işğalından “ilhamlanan” Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı döyüş əməliyyatlarına əl atdılar. Bir-birinin ardınca Azərbaycanın yeddi rayonu (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın) və DQMV-nin Ermənistanın nəzarətinə keçmiş 4 388 kvadrat km sahəsi də daxil olmaqla Azərbaycanın ümumilikdə 12 022 kvadrat km ərazisi (Naxçıvan MR-in Kərki kəndinin ərazisi bu statistikaya daxil edilməmişdir) işğal altına alınmış oldu [7.].
1992-ci ilin martında BMT-yə üzv qəbul edilməsi Azərbaycana Ermənistanın işğalçılıq siyasətinə son qoymaq və regionda davamlı sülhə nail olmaq üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək hüququ yaratdı. Ancaq təəssüf ki, 1993-cü ildə edilən bütün müraciətlər, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr icrasız, 1997-ci il yanvar ayının 1-də formalaşan Minsk Qrupu, 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində yaradılmış “Təmas qrupu”nun, ATƏT-in bütün iştirakçı dövlətlərinin illərlə məsələyə ciddi olmayan üzdəniraq “müdaxilələri”, guya bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının hökmən dayandırılmasına yönəli “işlər”, işğalçı qüvvələrin Azərbaycanın işğal altına alınmış rayonlarından guya çıxarılmasına, problemin guya sülh yolu ilə həllinə, tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsip və normalarına guya əməl etməklərinə yönəlmiş “çağırışları” səmərəsiz qaldı. Səbəb isə bəllidir: BMT-yə üzv dövlətlər bu məsələdə maraqlı deyildilər.
İllərlə göstərilən cəhdlərin, BMT qətnamələrinin icrasız qalması Azərbaycana haqq qazandırırdı ki, 28 il işğal altında qalmış torpaqlarını zor gücünə də olsa geri alsın. Hər zaman “sözümüz imzamızdır” deyən dövlətimizin başçısı İlham Əliyev xalqın inadlı iradəsi və tələbi ilə bu qaçılmaz addımı atmağa məcbur qaldı.
2016-cı ilin məlum aprel hadisələrindən qeyzlənən Azərbaycan gəncliyi hamılıqla rayon hərbi komissarlıqlarına üz tutmuşdu. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarları böyüyün də, kiçiyin də dilinin əzbəri idi. Sakinlər əsgərləri cəbhəyə aparan avtobusları saxlayır, vətən torpağı uğrunda cihada qalxanları siqaretlə, hər cür ərzaq növləri ilə təmin edirdilər. Əsgərlər üçün döyüş bölgələrinə ərzaq, soyuq dağ havasına uyğun isti paltar aparanların qabağını almaq mümkün deyildi.
17 il yürüdülən uzaqgörən siyasət, ordu quruculuğunda həyata keçirilən məqsədyönlü hazırlıqlar, günbəgün möhkəmlənən və tarixin heç bir dönəmində indiki dərəcədə müşahidə edilməyən Xalq-Prezident-Ordu birliyi xalqımıza böyük qələbə sevincini nəsib etdi. İqtidarlı-müxalifətli 44 gün bir cəbhədə birləşən Azərbaycan insanı tarixində ilk dəfə müharibədən öz ərazi bütövlüyünü, demək olar ki, bərpa edərək çıxdı. 28 il erməni işğalı altında qalmış Qarabağ ərazisi 44 günük cihad nəticəsində işğaldan azad edildi. 2783 şəhidi ilə qalib dövlət adını qazanan Azərbycan 28 illik yurd, torpaq nisgilinə son qoydu [8.]. 2020-ci ilin 10 noyabrı Ümummilli lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” arzularının həyata keçməsinin təntənəsi kimi yazıldı. 44 günlük qanlı döyüşlərdə DÜNYA Azərbaycan övladının hansı qeyrətə, gücə, qüdrətə qadir olduğuna şahidətlik etdi. Respublikamızın haqq işinə hay verən Türkiyə, Pakistan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, və digər türkdilli xalqların siyasi havadarlığı sayəsində Fransa, ABŞ, Rusiya kimi region dövlətlər səslərini içlərində boğmağa məcbur qaldular.
Bütün bunlar Azərbaycan xalqının döyüşkənlik ruhunun, döyüş əzminin göstəricisidir.
Fərəhlidir ki, Avropa İctimai Rəyin Öyrənilməsi Mərkəzinin dünya xalqlarının vətənpərvərliyinin göstəricisi olan siyahısında Azərbaycan 85 faizlə I yeri tutub. II yerdə 76 faizlə Gürcüstan, III yerdə 74 faizlə Finlandiya qərarlaşıb. Qəribədir ki, tarixən dünya xalqlarına vətən sevgisi ilə nümunə olan Türkiyə bu sırada IV yerdədir. 62 faiz göstərici ilə V yer ukraynalılara nəsib olub. Ermənistanın adı I onluqda görünmür.
Azərbaycanın 44 günlük II Qarabağ müharıbəsinin nəticələri Avropa İctimai Rəyin Öyrənilməsi Mərkəzinin haqlı rəyinin təsdiqidir.
XII əsrin böyük Azərbaycan şairi N.Gəncəvi yazmışdır:
Qoy ədalət zəfər çalsın,
Zülm məhv olub alçalsın.
Şərəflənsin qoy səxavət,
Mərdlərə halaldır şöhrət. [1. s.46].
Yaxın keçmişə nəzər salsaq görərik ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında, yerli və xarici mətbuat orqanlarına verdiyi müsahibələrində təkrar-təkrar xatırladırdı ki, ərazi məsələsi heç vaxt müzakirə mövzusu ola bilməz.
Bumeranq geri qayıdır. 28 il sonra da olmuş olsa, bumeranq geri qayıtdı və ermənilərin özünü cəzalandırdı – Ali Baş Komandan İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində ədalət zəfər çaldı, pozulmuş beynəlxalq hüquq normaları bərpa olundu. Bu günlərin müzəffərliyini sarsılmaz iradəyə sahib xalqımızın dövlətlə birliyi, ölkəmizin iqtisadi gücü və müasir ordu quruculuğu qazandırmışdır.
Azərbaycan ordusunun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiq edilməsi, müasir silah-sursat, hərbi texnika və texnologiyadan səmərəli istifadə, ən əsası yeni döyüş standartlarının tətbiqi sayəsində Azərbaycan yağı düşmən üzərində qələbə çaldı. Ali Baş Komandan İlham Əliyevin təkrar-təkrar vurğuladığı kimi, bu qələbə əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, tükənməz Vətən sevgisi hesabına əldə edilmişdir.
44 gün sürən ağır döyüşlər 20 faizi işğal altında qalmış Azərbaycan ərazisinin çox hissəsinin – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin və bir sıra digər kəndlərin, Tərtər rayonunun Suqovuşan kəndinin, Xocalı və Laçın rayonlarının bir neçə kəndi də daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə sonlanmışdır. Şuşa əməliyyatı Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dediyi, ekspertlərin də təsdiqlədiyi kimi, dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyat kimi diqqət çəkir. Yüksək peşəkarlıq, cəsarət, sarsılmaz iradə tələb edən Şuşa döyüşlərini qəhrəman Azərbaycan oğulları Şuşanı alınmaz edən dağları, sıldırım qayaları, sıx meşələri ələ keçirərək, həm də yüngül silahlarla silahlanmış halda icra ediblər. Əməliyyata rəhbərlik edən xüsusi təyinatlılar birləşməsinin komandiri polkovnik Tehran Mənsimovun sözlərinə istinad etsək, “düşmən zirehli texnikadan istifadə edirdi, xüsusi təyinatlıların isə yalnız tank əleyhinə qumbaraatanları var idi” [6.].
Sonrakı günlərdə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli razılaşma əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları da qan tökülmədən Azərbaycana qaytarıldı.
Dövlət başçısı İlham Əliyev çıxışlarının birində demişdir: “Məhz Şuşa işğaldan azad olunandan sonra düşmən artıq dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Ümummilli lider Heydər Əliyev dövlətiidarəetmə yolunun sədaqətli davamçısı, Vətəninə, xalqına, Azərbaycan dövlətçiliyinə sədaqət nümunəsi olan İlham Əliyev bu Zəfər yürüşü ilə Azərbaycanın tarixinə YENİ SƏHİFƏ yazmış oldu. Dövlət başçımızın siyasi iradəsi, diplomatik məharəti, Azərbaycana müxalif mətbuat nümayəndələrinə kəsgin və tutarlı cavabları ilə siyasi arenada qələbəmizin ilhamverici qüvvəsi oldu.
Qazanılan zəfərin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri öz hərbi qüdrəti, döyüş taktikası, müasir döyüş texnologiyalarından istifadə məharəti ilə dünyanın hegemon dövlətlərinin diqqətində qaldu.
Bu qələbə ilə Ali Baş Komandanın qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələrinin güclü ordu, xalqımızın isə məğrur, yenilməz olduğu öz təsdiqini tapdı. “Güclü lider”, “Güclü ordu”, “xalqın Ali Baş Komandan ətrafında sıx birliyi” – 44 gün sürən müharibəAzərbaycan tarixinin yaddaşında bu istilahlarla yaşayır.
Əldə edilən qələbə Prezident İlham Əliyevin həm də ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin göstəricilərindən biridir. Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdıran Ali Baş Komandan bir fikri xüsusi vurğulamışdır ki, “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Bəli, İlham Əliyev həqiqətən xoşbəxt övladdır. “Hər şeydən öncə ona görə ki, müdrik, dünya şöhrətli, fövqəl idarəetmə qabiliyyətinə, dünyaya görk olan siyasi səriştə və iradəyə malik Heydər Əliyev kimi bir atanın ailəsində dünyaya gəlib. Və ona göstərilən etimadı şərəf və ləyaqətlə doğrultmaqdadır” [5. s.160].
Ümummilli lider Heydər Əliyev də xoşbəxt atadır.“Ona görə ki, Azərbaycan xalqına genetik və siyasi varisi İlham Əliyevi bəxş etmişdir. Bu gün bütün Azərbaycan qürur duyur ki, Ümummilli liderin zamanında söylədiyi “Mən İlham Əliyevə özüm qədər inanıram” kəlmələri həyatda təsdiqini tapıb. Ulu öndər Azərbaycana O`nun ümidlərini doğruldan, Azərbaycan Respublikasının daxili və xarici siyasətini uğurla idarə edən, Azərbaycanımızın dünyanın hegemon dövlətləri ilə bir sırada qürurla dayanmasını qərarlaşdıran İlham Əliyev kimi bir varis, dövlət başçısı qoyub gedib” [5. s.160].
Bu gün hər bir Azərbaycan övladı bu qələbənin şahidi olmasından qürur duyur. Xalq öz dövlət başçısına məhəbbətini “Ali Baş Komandan”, “Diplomatik cəbhədə böyük strateq” kəlmələri ilə ifadə edir. Qələm sahibləri bu iradənin nəticəsini “dəmir yumruq” adı ilə əbədiləşdirir, şairlər “dəmir yumruq” sahibinin şəninə şeirlər yazır, bəstəkarlar nəğmələr qoşur.
Rəssam Musayev Fikrət Qazıxan oğlu “ZƏFƏR GÜNÜ”nü “Dəmir Yumruq” masaüstü abidəsi ilə əbədiləşdirdi.
Şair Zahid Xəlil öz ürək sözlərini “Dəmir yumruq dastanı” ilə yaddaşlara belə hopdurdu:
O anlatdı Yer üzünə
Məğlub nədir, zəfər nədir.
O adi bir yumruq deyil,
Həyatdakı möcüzədir.
Dəmir kimi, polad kimi
Birləşdirdi insanları.
İlkin payız günlərinə
O qaytardı ilk baharı.
…Yorulmadı, usanmadı,
Heç dərmədi nəfəsini.
Dəmir yumruq gedib tutdu
Qarabağın zirvəsini.
O yandırdı Qarabağda
Elin sönmüş çırağını.
Yağmalanmış torpağıma
Taxdı zəfər bayrağını.
Haqqı nahaq etmişdilər,
O qaldırdı haqq səsini.
Onun polad iradəsi
Titrətdi Yer kürəsini. [3.s.11.]
Birinci Qarabağ müharibəsi veteranı, hal-hazırda ehtiyatda olan zabit, şair-publisist Zaur Ustac “Şanlı zəfərimizin memarına ithaf” silsiləsindən şeirlərinin birində yazır:
Ustaca bəllidi zamanın feli,
Tarixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham! [4.səh.7]
Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına əbədilik arzusunu Z.Ustac “Üç qardaş” şeirində belə ifadə edir::
Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başlayır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan! [4.səh.7]
Bu gün hər bir Azərbaycan övladı bu tarixi qələbənin şahidi olmasından qürur duyur.
50 milyondan artıq azərbaycanlıya qürur yaşadan bu savaş 8 noyabrın Zəfər Günü, 27 sentyabrın isə Anım Günü olaraq təsis edilməsi, Bakı prospektlərindən, eləcə də, Bakı metropoliteni stansiyalarından birinin “8 Noyabr” adlandırılması, Şuşanın erməni işğalından azad olunmasının isə dünya hərb tarixinə düşəcək hərbi əməliyyatlardan biri kimi qiymətləndirilməsi, qazilərin və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondunun yaradılması, “Zəfər Paradı”nın təşkili, “Qarabağ Dirçəliş Fondu”nun və Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin, eləcə də Zəfər muzeyinin (və s.) yaradılması ilə tarixiləşdirildi. Minlərlə Vətən övladının bu qanlı savaşda göstərdiyi qəhrəmanlıqlar “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, Şuşanın, Füzulinin, Qubadlının, Suqovuşanın, Xocavəndin, Zəngilanın, Kəlbəcərin, Ağdamın, Laçının azad olunmasına görə (və digər) orden, medal və fəxri adlara layiq görülməsi ilə Azərbaycanın zəfər tarixini yazdı.
NƏTİCƏ
Məqalədən gəlinən ümumi qənaət budur ki, 2020-ci ilin 10 noyabrı tarixi ədalətin təntənəsi, beynəlxalq hüququn bərpası, hər haldan öncə isə Azərbaycan xalqının qürur ünvanı olaraq daim xatırlanacaq. Diqqətə çatdırılır ki, II Qarabağ müharibəsi xalqımızın öz ata-baba torpaqları uğrunda cihada qalxdığı zamanlar civarında ərazi itkisi olmadan zəfər qazandığı ilk müharibədir.
Bu gün inkişafımızın bütün sahələrində olduğu kimi, II Qarabağ müharibəsindəki qalibiyyətimizdə də ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin izlərini görürük. Fikrimizcə, Ulu öndər I Qarabağ müharibəsində ATƏŞKƏS`ə nail olmaqla töküləcək çox qanların, ərazi itkisinin qabağını almaqla yanaşı, həm də II Qarabağ müharibəsindəki qələbəmiz üçün də zəmin yaratmış, bünövrə qoymuşdu.
XX əsrin 70-ci illərində Azərbaycan dilində tərcüməsini oxuduğum (kiril əlifbası ilə) Zaparojye kazaklarının xalq hərəkatından bəhs edən “Taras Bulba” əsərində belə bir məqamı xatırlayıram: Komandan (Taras Bulba) öldürülür, atasının öldürüldüyünü görən böyük oğul Ostap öz mühafizə dəstəsi ilə mühasirəni zorla yarıb canını qurtara bilir. Aradan yarım ildən artıq bir müddət ötür. Əsərin sonuncu abzası təxminən aşağıdakı məzmundadır: “Üfüqdə toz dumana qarışdı. Ostap 300 minlik ordu ilə ğöründü”.
…II Qarabağ müharibəsinin qələbə ilə sonlanması təxminən eyni məntiqi ardıcıllığı düşünməyə əsas yaradır: Ümummilli lider Heydər Əliyev I Qarabağ müharibəsində ATƏŞKƏS`ə nail olmaqla Azərbaycanın daha böyük bir ərazisinin işğal altına düşə bilmək təhlükəsinin və daha çox ölümlərin qabağını almışdısa, Q`nun həm bioloji, həm də siyasi varisi olan Azərbaycan Prezidenti İlham Əliyev 17 il apardığı düşünülmüş müdrik siyasət sayəsində təkcə erməni faşizminə yox, dünyanın bütün ermənipərəst qüvvələrinə meydan oxudu, 28 il işğal altında qalmaqla, bəlkə də unutdurulmağa məhkum Azərbaycan torpaqlarını yağı işğalından azad etdi.
Açar sözlər: II Qarabağ müharibəsi, zəfər yürüşü, xalq-prezident-ordu birliyi, tarixi ədalətin təntənəsi, beynəlxalq hüququn bərpası.
İstifadə olunan ədəbiyyat
1. Əliyev H.Ə. “Qoy ədalət zəfər çalsın”. (“Литературная газета”nın xüsusi müxbirinin suallarına cavab). Naxçıvan-Əcəmi NPB-2007, 48 səh., s.46.
Anam məni dünyaya gətirəndə, Böyük Vətən Müharibəsi yenicə başa çatmışdı…Bütün ölkə sevinc içərisində idi…İnsanların simasında təbəssüm, faşizm üzərində qələbə münasibətilə bir-birlərini ürəkdən təbrik edirdilər…Uşaqdan, böyüyə hər kəs qalib əsgəri alqışlarla salamlayırdı…Amma buna baxmayaraq hələ də evlərə “qara kağız” gəlməkdə davam edirdi…Səbirsizliklə övladlarının yolunu gözləyən analar, ayağıyalın, başı açıq səhər-axşam vağzala gedib qatarları qarşılayırdılar…Onlardan biri də Malaket nənəm idi…Çünki mən anadan olanda Ağası dayım hələ cəbhədən qayıtmamışdı…Nənəm gecədən sübhə qədər yatmırdı, oğlunun yolunu gözləyirdi…Mən belə qarışıq bir zamanda anadan olmuşam…Bu gün mənim ad günümdür…1945-ci ilin avqustun 25-də, Nüsrət Fətullayevlə Hökumə Qurbanovanın ailəsində körpə qız uşağı dünyaya göz açır…Həyatın acısından-şirinindən, sevincindən-kədərindən, enişindən-yoxuşundan xəbərsiz məsum bir körpə…Həmin uşaq mən idim, illər sonra sizin aktrisa kimi tanıyacağınız Vəfa Nüsrət qızı Fətullayeva…Avqustun 25-i mənim 42 illik həyat yolumun başlanğıcıdır…Ancaq heç bilmədim allah niyə mənə belə qısa ömür verdi…O gün ən çox sevinən atam olmuşdu…Əlbəttə, mənim dünyaya gəlişim anamla yanaşı bütün doğmalarımı, qohumlarımı sevindirmişdi…Amma mən atamın ilki olduğum üçün, onun sevincinin həddi-hüdudu yox idi…Doğum evindən birinci Adil İsgəndərova zəng edərək uşaq kimi ağlaya-ağlaya “qızım oldu” xəbərini vermişdi…Mən doğulanda atamın 32 yaşı vardı…Küçədə qarşısına çıxan hər kəsə şirinlik paylamışdı…Allah atama ikinci dəfə övlad bəxş etmədi, buna görə də məni ovucunun içərisində saxlayırdı…Yeganə qızını itirmək qorxusu, ona həyatı boyu rahatlıq vermədi…Bir gün mənimlə söhbət etməsəydi, ürəyi partlardı…Onun kölgəsini hər an başımın üzərində hiss edirdim…Bir kədərli hadisə danışım…Günlərin birində 3 yaşım olardı, günorta masa ətrafında ailəliklə nahar edirdik…Bacım hələ dərsdən qayıtmamışdı…Yemək istəmirdim deyə anamın acığı tutdu və üzümdən möhkəm şillə vurdu…Doluxsunmuşam ancaq qorxudan ağlaya bilmirəm…Başımı saldım aşağı…Anam heç nə olmamış kimi mətbəxə keçdi çay gətirsin, atama səsləndi sən də içirsən?!..Atam qəhərli səslə “yoox” dedi…O səs heç vaxt qulağımdan getmədi…Onun “yox” deməsində sanki yetim qalmış bir körpənin iniltisi vardı…Başımı qaldırdım baxdım ki, atamın gözlərindən yaş axır…Mənim üzümə dəyən şillə sanki onun ürəyini yerindən qoparmışdı…Anam ilk dəfə idi atamın yanında mənə əl qaldırırdı…Əlbəttə ki, o nə qədər mülayim insan olsa da, bu davranışa susa bilməzdi…Anama acizanə halda “Hökumə, əgər bir də Vəfaya əl qaldırsan, səni ömrümün sonuna qədər heç vaxt bağışlamaram” söylədi…Anam peşiman halda gəldi üzümdən öpdü və bununla da məsələ bitdi…O, münaqişədən qaçırdı…Həm də anam əsəbi olanda gözünə heç nə görünmürdü, belə olan halda ona nəsə demək faydasız idi…Xasiyyətdir də, nə etmək olardı?!..Bacım dərsdən gələndə görüb ki, atam paradnıda piləkandan oturub ağlayır…Onun çox incə qəlbi vardı…Həm də həddən artıq kövrək insan idi…Məni dünyalar qədər sevirdi…Sakit təbiətli olmağımda atama oxşamışam…Ailəmiz haqqında bir sirr də açım…Bunu ilk dəfə deyirəm, bəlkə də çoxları inanmayacaq, atamla anam ər-arvad olsalar da onların arasında qalın pərdə vardı…Bəzən bir-birinə “siz” deyərək müraciət edirdilər…Kənardan baxanlar məəttəl qalırdı…Ər-arvad arasında belə aşırı rəsmiyyətin olması mütləqdir ki, onların yaxınlaşmasına mane törədirdi…Heç vaxt evdə yüksək səslə danışmayıblar…Belə hal nadir ailələrdə olur…Bir-birləri ilə təssəvvür edə bilməyəcəyiniz dərəcədə nəzakətlə davranırdılar…Nənəm həmişə deyirdi ki, Nüsrət gözəl insandı, yaxşı xasiyyəti var, amma kişidə gərək zabitə olsun, o evə gələndə arvad özünü yığışdırmalıdır…Düzdür, hərdən mübahisə edirdilər, amma qışqırıqsız, sakit şəkildə…Atam dava-dalaşı heç sevməzdi…Bütün bunlar sonda ailənin dağılmasına səbəb oldu…Maraqlıdır ki, onlar ayrılandan sonra da bu ənənəni davam etdirdilər…Mən belə hörmətli ailədə doğulmuşam…Yaşadığım dövrdə hər ilin bu günü ad günümü qeyd edərdim…Ən yadda qalan ad günlərim uşaqlıq illərimdə, məhs atamla birlikdə yaşadığım dövrə düşdü…Baxmayaraq ki, 1950-ci illərdə ölkədə aclıq hökm sürürdü, insanlar yeməyə ərzaq tapmırdı, çörəyi qramla satırdılar…Əhali yoxsulluq içərisində yaşayırdı…Amma atam çalışırdı, əlindən gələni edirdi ki, ad günümü qeyd etsin…Hər il avqustun 25-də bizim evdə bayram olurdu…Nənəm, dayım, xalam, əmilərim, atamın dostları bizə yığışardı…Yeyib-içib şənlənərdik…Gecə yarısına qədər ad günüm davam edirdi…Otağım hədiyyələrlə dolardı…İllər keçdikcə hər şey adiləşməyə başladı, artıq ad günümdə əvvəlki kimi xoşbəxt ola bilmirdim…Atamın bizdən ayrı düşməsi məni bərk sarsıtmışdı, həmin gün gözüm hər yerdə onu axtarırdı…Amma o, bir də heç vaxt bu evə ayaq basmadı…Ayın 25-də səhər tezdən telefon zənginə oyanırdım, hamıdan qabaq atam məni təbrik edirdi, sonra isə böyük bir hədiyyə və gül buketi göndərirdi…Onun göndərdiyi açıqçaları həyatımın sonuna kimi saxladım…Xəstəxanada yatanda Nailədən xahiş etdim ki, mücrümü gətirsin…Artıq həyatımın son günlərini yaşayırdım…Bir dəfə atam yanıma gələndə ona göstərdim ki, “Bax sənin hər il mənə ad günümdə göndərdiyin açıqçalardı indiyədək səndən yadigar saxlamışam”…27 ədəd idi, 1959-cu ildən, 1986-cı ilədək olan müddətdə göndərdiyi açıqçalar…Anam o biri çarpayıda uzanıb ağlayırdı…Məni də ağlamaq tutdu…Atam özünü güclə saxlamışdı, gözləri bulud kimi dolmuşdu…Artıq tab gətirə bilmədi…Palatadan çıxdı, bacım gəldi dedi ki, Nüsrət əmi dəhlizdə ağlayır…O, mənim yanımda heç vaxt ağlamırdı…Həkimim Susanna xanım da palatada idi, pəncərəyə söykənib mat-məəttəl mənə baxırdı…Deyirlər həkimlər soyuqqanlı olur, amma hiss edirdim ki, Susanna xanım mənim halıma yanırdı…Bəlkə də özünü qınayırdı ki, axı niyə mən bu qızı xəstəliyin ağuşundan xilas edə bilmirəm?!..Həkim yazıq nə edə bilərdi ki, mənim xəstəliyimin qarşısında tibb elmi belə aciz idi…Bu gücsüz bədənimlə dözülməz ağrıların, işgəncələrin, əzabların içərisində məhv oldum…Bir zaman mən dünyaya gələndə, doğum evinin həyətində məni əlləri ilə havaya qaldıraraq sevincindən özünə yer tapa bilməyən atam, illər sonra 1987-ci ildə hönkür-hönkür ağlayaraq çiyinlərində tabutumu apardı…Atamı 74 yaşında yetim qoydum…Sən demə həyat hətta mənim düşündüyümdən də amansız imiş…
Bu gün mənim ad günümdür…Neçə yaşımın olmasının artıq heç bir əhəmiyyəti yoxdur…Ömrüm qızıl gül kimi idi, qönçəikən soldu, saraldı…İndi nə səsim eşidilir, nə nəfəsim duyulur, nə də ayaq izlərim görünür…Məndən qalan isə yalnız bu şəkillər, bir də kədərli xatirələr oldu…
ALİM, AYB-NİN ÜZVÜ, BƏDİİ TƏRCÜMAN FİRUZƏ MƏMMƏDLİNİN MÜRACİƏTİNƏ QEYDLƏR.
Firuzə Məmmədli 17 avqust tarixində F/B səhifəsində “MƏNDƏN DEMƏKDİR” rubrikasında “Milli dilimizdə “YALNIZ” və “YALQIZ” sözlərinin fərqli məna daşımasını göstərir, eyni zamanda bu sözlərin məna çalarını qarışıq salan yazarlara öz iradını bildirir.Alim doğru olaraq göstərir ki, “yalnız” konkretlik bildirən ədatdır, “yalqız” isə “tək, tənha, yalqızlığı” bildirən sifətdir.Rubrikanın sonunda dilçi alimlərə aydınlıq gətirmək üçün müraciət etmişdir. Müraciətə rəngarəng və müəllifin fikrini təsdiq edən cavablar verilmişdir. Lakin müraciətə cavabda görkəmli dilçilərin cavablarını görmədim.Bəlkə də bunun bir çox dilçilər tərəfindən təkrarlandığı nöqteyi nəzərindən cavab verilmiş kimi reaksiya vermişlər.Ola bilsin ki, o cavablar onları qane etmişdir.Təkrar etmək istəməmişdilər… Əslində isə bu günə qədər heç bir dilçi alim “yalnız” və “yalqız” sözlərini fonoloji tədqiq edə bilməmişdir.Yəqin ki, tədqiq olunsaydı milli dilimizə böyük töhfə olardı… Fonoloji açılış yalnız dilçiliyin ana xətti olan müqayisəli paralelizmin əsasında mümkündür.Əgər biz bu sözləri digər dil ailələrində incələsək bu günə qədər heç bir dil qrupunda dilçi alimlər həmin sözlərin fonoloji izahlarını verə bilməmişlər.Həqiqətən də semantika bütün dillərdə eyni paralellikdədir. Keçək mövzunun təhlilinə.”YALNIZ” və “YALQIZ” sözlərinin izahına.Qədim Oğuz dilindən başlayaq.Hər iki məfhumun kökü olan “yal” sözü M.Kaşğarinin Divanü Lüğat-it-Türkündə(Tərcüman Pr.Ramiz Əskərdir.) “yalınquk” sözü “adam, insan, insanlar” kimi verilir.2-ci heca “luk” isə müasir dilimizdə olan “lıq-4” dür.İnsan sözünün qədim cəm formasıdır.Söz teofordur.”Yal” sözü”tək bir” kimi “bir nəfər, hər bir” mənasına gəlir.Sözlərin ikinci hecası sonor “nız,qız” heçliyi bildirən “sız-4” şəkilçisidir.”Yal” sözü o qədər qədimdir ki, onu ancaq teolinqvistika elmi öyrənə bilər.”Yal” sözü Qədim Oğuz dilində “adam” mənasını bildirən “qor” sözündəndir.Sözdə assimliasiya:q-y;r-l mümkün qohum samit keçidi olmuşdur.Sonrakı dövrlərdə sözdə eliziya (səsdüşümü) baş vermiş və söz “ər” şəklini almışdır. Fars dilində “yalnız” -“hərgiz” – “kimsəsiz” sözündə də “hər”-“ adam”, “giz” isə bizim “sız-4” mənasını bildirir. İngilis dilində “yalnız” sözü “only”; “yalqız” sözü isə “loneli, alone, ” kimi mənalanır.Sözlərin qədim kökü “one” –“tək, bir” sözündəndir.”One” sözü eyni zamanda “own”-“öz, adamın özü” sözü də adam, fərd, nəfər mənasını bildirir.Söz Fironizmdən dalğa nəzəriyyəsi əsasında yaranıb.”Own” sözü Firon(Firovn) sözünün ikinci hecası olan “ovn” sözündəndir.İngilis dilində “oven”, “furnace”, latın dilində “fornax, furnus” sözləri də Fironun adından “od” mənasını bildirən “kürə, soba, peç” və s.sözlərdir.İngilis dilində “birinci” sözü də “first” kimi ifadə olunur.(İngilis dilində bu sözlərin köklərinin izahını heç Oxford Universitetinin Akademikləri də aça bilməz və aça bilməmişdilər.) Latın dilində də “yalnız” sözü “solum, unus”, “yalqız” sözü isə “solum, solus, sola” kimi mənalanır.Sözün teoforluğu göz qarşısındadır.”Sol” latın dilində Tanrı inancı “Günəş” mənasındadır.”Tək Tanrı” mənasını bidirir.Latın dilində də “unus” sözü “bir” deməkdir.(Yəni təktanrıçılığın ibtidai forması.)Latın dilində “person”-“şəxs” sözü də Fironizmdən gəlir:”fir-pir”.”Prima” da “bir” deməkdir. Alimin şərhində “yalnız” sözü örnəklərdə olduğu kimi konkretliyi bildirən ədat kimi verilir.Ədatın təsvirində bildirilir ki, mənası bilinməyən, sözə güc qatan ifadələrə ədat deyilir.Görəsən ən qədim insanlarda dilçilik elmindən bir əsər əlamət olmuşdur?(Müəllifə yox, örnəklərə şamil edirəm.)Dilçilik elminin yaşı heç 300 ili keçmir. “Yalnız” sözü tədqiq edilmədiyindən mənası bilinməyən “ədat”a çevrilmişdir.”Yalnız” burada Tanrıya and işmək mənasında qədim insanlar tərəfindən işlədilmişdir.Müəllifin ədat kimi işlətdiyi “Yalnız səni düşünürəm” cümləsindəki “yalnız” sözünün yerinə “Allah haqqı” ifadəsini ”Allah haqqı (tək) səni düşünürəm” kimi işlətsək, burada “yalnız” sözünə ehtiyac duyulmayacaqdır.Dilimizdə olan ədatlar:”amma, ancaq, çünkü, əgər, yoxsa” və nə qədər ədatlar tanrı adlarındandır.Yəqin bunu görkəmli bir alim desə və sübut etsəydi, aləmdə adı çıxardı.(Mənim kimi yox.) Araşdırma çətin olsa da, Firuzə xanımın müraciəti məni müəssir etdi və mənə təkan verdi ki, bu ifadələrin fonoloji köklərini tapım.Apardığım araşdımaların əsas qayəsi milli dilimizə rənglər gətirməkdir.Məqalədə sözlər bədii təsvirlə deyil, fonoloji qaydada (milli) tədqiqinin sübutu əsasındadır.Hansı bir dilçi alimi qane etməzsə, əlavə məlumat verə bilərəm. Firuzə Məmmədliyə öz təşəkkürümü bildirirəm. Tərəfimdən alimə adının mənasını bildirmək istəyirəm.Adınız Tanrısaldır.”Fir” də “günəş”dir, “Ru+z” da “günəş”dir Tanrının adından yaranmadır.Yəni Fironizmdən gəlir.Firon və Ramzesin adlarındandır.Qədim Misirlilərin qiymətli daşlara Tanrılarının adını vermək tendensiyasındandır. P.S. Hərdən istəyirəm yazam, hərdən də yox.Ömər Xəyyam yadıma düşür.”Xəyyam! Sənsiz də dünyanın işi keçərmiş.”Yəni mən yazdım ya yazmadım dilçilik elminə nə fərq edər ki? Hərdən istəyirəm ki, yazımı ingilis dilində(ixtisasım üzrə) dərc edim, sonra düşünürəm ki, onlar bizimkilər kimi deyil.Çox sayda oxucu, çox sayda suallar.Onlara cavab verməyə nə gecənin, nə də gündüzün vaxtı çatmaz… Sizlərə təşəkkür edirəm.