Sentyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan zalında, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Adilə Nəzərovanın “Aşıq Ələsgər yaradıcılığında sufizm” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbir iştirakçıları öncə Şəhidlərimizin və hörmətli millət vəkili Qənirə Paşayevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tanınmış tənqidçi Əsəd Cahangir kitab haqqında müsbət fikirlərini söyləyib və tədbirin aparıcısı kimi ələsgərsevərləri Dədə Ələsgər yadadıcılığında yeni mərhələrinin – sufizmin tədqiqi üçün təbrik edib.
Kitabın elmi redaktoru və ön sözün müəllifi, akademik Nizami Cəfərov kitab haqqında geniş məruzə edərək bildirib ki, Adilə Nəzərova bu elmi-tədqiqat əsərində Aşıq Ələsgər irsinin tədqiqatı ilə birgə, həm də aşıq yaradıcılığının inkişafına öz dəyərli töhfəsini verib.
Tədbirdə çıxış edən digər natiqlər –tibb üzrə fəlsəfə doktoru, ələsgərşünas Nağdəli Zamanov, professorlar Akif Abbasov, Məti Osmanoğlu, Lütfiyyə Əsgərzadə, “Dədə Ələsgər Ocağı” Birliyinin sədri Xətai Ələsgərli və idarə heyətinin üzvləri Araz Yaquboğlu (həmçinin, Moskvadan professor Ələddin Allahverdiyevin təbrikini oxuyub), Rəşid Göyçəli, Aqil Kərimov, Sayad Hüseynov, BDU-nun dosenti Aygün Xəlilqızı, Təhsil İnstitutunun əməkdaşı Qəzənfər Əliyev, Estoniya Tartu Universitetinin professoru, şair, tərcüməçi Xaqani Qayıblı, yazıçılardan Səfər Alışarlı, Zemfira Məhərrəmli, şairlərdən Yusif Nəğməkar, Xalidə Nuray, Qalib Nuri Arif, Lilpar Cəmşidqızı, şair-bəstəkar Hüseyn Sözlü, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova, şair-publisist Qılman İman, Nizami Təhməzov, gənc tənqidçi Famil Mədət, Tərtərdən gələn müəllimə Bəsti İsmayıl və başqaları kitab haqqında öz fikirlərini bölüşüblər.
Müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib və kitabdan bəhs edərək deyib: Aşıq Ələsgər yaradıcılığını tədqiq edənlər olub və bundan sonra da olacaqdır. Məndən əvvəlki tədqiqatçılara sayqımı bildirməklə, deyə bilərəm ki, mənim əsərim də özünəməxsusdur, unikaldır. Çünki, bu sahə ustadın yaradıcılığının tədqiqatında yeni mərhələdir. Fotolar:
Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 3-cüturun oyunları keçirilir Bu gün İsmət Qayıbov adına Neftçi Tədris İdman Bazasının stadionunda Qaradağın “Lökbatan “futbol komandası “İrəvan ” futbol komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitidə keçən oyunda ” İrəvan” komandası 1:0 hesabı ilə qələbə qazandı.
Oyunu izləyənlər sırasında “İrəvan ” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov ,və “İrəvan ” FK-nın prezidenti Zahid Niyazəliyev də olub.
Seyid Nigari 1797-ci ildə (bəzi mənbələrdə 1805) Laçın rayonunun Cicimli kəndində anadan olmuşdur. Təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Yəhya Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə kimi şerlərində təsəvvüfi mövzuları işləmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi şairdir. 1885-ci ildə Türkiyədə vəfat etmiş, Amasiyada dəfn olunmuşdur.
QƏZƏL
Çıxıb cövlanə hər vəqti ki ol gülgünyanağ oynar, Bədən titrər, yanar can, dönər baş, əl-ayağ oynar.
Məgər əzm1i-gülüstan eyləmiş kim ol bu gün bülbül Qılur qülqül2, gülün gülbün nisar eylər, budağ oynar.
Nə xoş halətdir ol halət, çıxıb bipərdə üşşaqın Nəzərgahində cövlan eylər o sərxoşdəmağ oynar.
Nisar eylər sərin meyxar meyxanə səhnində O dəm kim, dilbərin gülgun əlində al əyağ oynar.
Necə tab eylər üşşaqın təcəllayi-cəmalindən Nəzər qıl, ey gözüm, tab eyləməz, hər ləhzə dağ oynar.
Əgər ərzi-üzar eylərsən, ey məh, zərrə tək xurşid Nigari, Daşbulağ, Günbəd, Qızıldağ, Abi-ağ oynar.
1—məqsəd, məram, qəti niyyət (bülbül bu gün gülüstan niyyət etmiş – burada istəmiş) 2-tüğyan etmə (bülbül tüyan etdikcə, gül ağacı şabaş (qurban) verir, budağ oynayır)
Тумонбай Байзаковдун акындык, чыгармачылык тагдыры абдан кызык, эч кимдикине окшошпогон тагдыр болду десек туура болот го. Биринчиден, Түмөнбай Байзаков акын катары көп жазбаган, аз жазса да, саз жазган акын эле.
Кээлердей жыл сайын бирден китеп чыгарганга умтулбаган, милдеттенме алгансып күн сайын ыр жазбаган ток пейил акын эле. Ошол эле Түмөкенин катарлаштары, курбалдаштары Сүйүнбай Эралиев менен Сооронбай Жусуев жыл сайын болбосо да, эки жылда бирден ыр китебин пландуу түрдө чыгарышса, Түмөке ал жол менен кеткен жок.
Көп жылын атактуу Барпы акындын адабий мурасын топтогонго кетирди. Ушул жагынан алганда Түмөнбай Байзаков Токтогулду Жоомарт Бөкөнбаев кандай кылып көтөрсө, Барпы Алыкуловду так ошондой кылып көтөрдү, сактады жана элге жеткирди. Байзаков болбогондо, анын Барпы акынга болгон астейдил мамилеси болбогондо биз билген классик акын Барпы Алыкулов болот беле же болбойт беле – аны бир кудайдын өзү билет. Түмөкени ушул эмгеги үчүн да кыргыз адабиятынын тарыхына алтын тамга менен жазсак адилеттик болоор эле.
Түмөнбай Байзаковдун чыгармачылыгына түздөн-түз болбосо да, кыйыр таасирин тийгизген бир маанилүү учурду айта кетпесек болбойт го.
Байзаков кадимки Исхак Раззаковдун жакын бажасы эле. Анын зайыбы Софья Султановна Байзакова Исхак Раззаковдун бир тууган балдызы болчу. Бирок Исхак Раззаков кызматынан кеткенден кийин Түмөнбай ага да ачык болбосо да, кыйыр түрдө «кара тизмеде» калып, өмүрү өткөнчө талантына татыктуу наам алган жок, орден же медаль деген нерсе жакасында жаркырабады.
Анын катарындагы Сооронбай Жусуев менен Сүйүнбай Эралиев «Эл акыны» деген наамды 1970-жылдары эле алса, Түмөнбай Байзаков ал тизмеге эч качан кирген жок жана кириши да мүмкүн эмес эле. Анткени бийлик башында ошол Исхак Раззаковдун оппоненти отурган эле. Балким ошол себептен Түмөнбай Байзаков да чыгармаларында өкмөт менен партияны анча деле асман-айга жеткире мактап, наам алганга, сыйлык алганга умтулган жок. Ошол себептен ордендүү, медалдуу, наамдуу курбалдаштарынан бир аз болсо да кичирейгенсип, төмөнүрөөк сезилгенсип жүрдү. Бирок турмушта адилеттик деген нерсе баары бир ордун табат го. Көзү өтөөргө бир жыл калганда Байзаковдун да жылдызы биринчи жолу жаркырап жангандай болду. Анын себеби Кыргызстандын шаарлары менен айылдарын, тоолору менен талааларын түп көтөрө аралаган легендарлуу «Кыргыз жери» деген ыр болду.
Бул атактуу ырдын тексти Түмөнбай Байзаковдуку, ал эми музыкасы Апас Жайнаковдуку эле. Аны обого алып чыккан атактуу ырчы кызыбыз Саламат Садыкова болчу. Тагдырдын тамашасы же тагдырдын илме кайыптыгы деген ушул болсо керек – Түмөке так өмүрүнүн соңку жылында зор ийгилик, массанын оозуна алынган ыр, хит деген эмне болоорун биринчи жолу билди. Биринчи жолу Чыңгыз Айтматовдун Гүлсарысындай даңканын сапыра алдыга көздөй чуркады; популярдуулук жагынан ага ар дайым өйдөсүнүп караган ордендүү, наамдуу калемдештеринен алдыга озду.
Ырас, адабият деген нерсени спорттук термин же түшүнүктөр менен баалаган эч туура эмес. Бирок Түмөнбай Байзаковдун өлөөр алдындагы чыгармачыл ийгилиги чынында да кубана турган ийгилик эле. Анткени анын ыры – кыргыз элинин маанайын көтөрүп, демине керектүү кезде дем кошкон ыр болду.
«Кыргыз жери» кеминде он беш жыл бою жаңы мамлекет түптөп, анын азабы менен тозогун тартып аткан кыргыз эли үчүн өзүнчө эле бир гимн болду. Кудайдын буйругу менен ошол ырдын биринчи бет ачарында дал Түмөнбай Байзаков өзү да катышып, чекеси нымшып кубанып, Филармониянын чоң залында аты зор сыймык менен аталды. Тилекке каршы, бул кубаныч кечигип келген кубаныч болду. Арадан бир жыл өтпөй кайран Түмөке арабыздан узады.
Özünü hamıya sevdirə bildi Qənirə xanımla dəfələrlə görüşüşmüşük, tədbirlərdə olmuşuq. İki görüşü isə heç unutmadım. Bir dəfə evində qonaq olduq. Süfrədəki yeməkləri öz əliylə qabımıza çəkir, az qala ana kimi qulluq edirdi. Gecə saat 1-ə kimi evin yuxarı qatında yerləşən kitabxanasında söhbət etdik. Daha doğrusu daha çox özü danışır, həvəslə yorulmadan kitabları təqdim edir, səfər xatirələrindən söz açırdı. Gecə keçməsinə baxmayaraq heç kim ayrılmaq istəmirdi.
2-ci dəfə isə Türkiyədə xeyli söhbət etdik. Yenə də gecədən xeyli keçməsinə baxmayaraq ayrılmaq istəmirdik, daha doğrusu istəmirdi ki, biz ayrılıb qaldığımız otelə qayıdaq. Bizim saata baxdığımızı görüb gülə-gülə dedi ki, onsuz da mən yatan deyiləm, bir neçə saatdan sonra hava limanına gedib Bakıda önəmli bir tədbirə qatılacam, sonra yenidən bura qayıdacam. Doğrusu məəttəl qalmışdım ki, insan bu qədər necə çalışa bilər, necə enerji xərcləyər. Otelə döndükdən sonra isə nədənsə mənə elə gəldi ki, nə qədər deyib gülsə də o çox darıxır… İnana bilmədiyim ölümlərdən biri oldu bu ölüm… Ruhun şad olsun, işıqlı adam.
Qənirə mənə Təp-təzə bir ürək aldı… Özü isə koma cildinə girmiş əcəlin Xain qılıncı önündə çarəsiz qaldı… İndi necə udum bu acını – Bacımı itirdim Ba – cı – mı…
İbrahim həyətə girər-girməz Cavad özünü ona çatdırdı:
-Qaqaş, ay qaqaş, Sağsağan cücələrimizin birini də apardı.
İbrahim dilxor oldu. Öz-özünə fikirləşdi: “Bu çər dəymiş bir-bir cücələri daşıyır. Özü də elə bil evdə olmadığımı bilir. Mən dərsə gedəndən sonra, necə deyərlər, “ara xəlvət, tülkü bəy” xülyası ilə sanki əcdadının qoyub getdiyi vərəsə bilib aparır yazıq, binəva cücələri”.
Eşitdiyinə görə, Sağsağan ağıllı quşlardan hesab olunurdu.
İbrahim qardaşı Cavadın dayanıb ona baxdığını görüb çiyinlərini çəkdi:
-Ay qardaş, bir bəladır bu Sağsağan. Dadanıb həyətimizə. Gərək tələ quram. Mən evdə olanda da görünmür ki, vurub qılçalarını, qanadlarını sındırım ki, bəlkə bəd əməlindən daşınsın.
İbrahim keçib əynini dəyişdi, əl-üzünü yuyub süfrə başına keçdi. Dərsdən gəlmişdi. Anası Gülbəniz xanım gətirib onun çayını verdi, yemək tədarükündə oldu…
…Ertəsi gün eyni şey təkrar oldu.
Cavid dərsdən qayıdan qardaşına məlumat verməyə başladı:
-Dədə…
İbrahim əlinin işarəsi ilə onun sözünü kəsdi:
-Bilirəm, ay Cavid, Sağsağan cücələrimizin birini də aparıb. Allahın bəlasına gəlsin!
Cavid əlavə etdi:
-Tələyə heç yaxın gəlmədi.
İbrahimi gülmək tutdu:
-Deyirsən həm də yaman bic Sağsağandır?! Hə?
Cavid də gülümsədi.
Ertəsi gün şənbə günü idi. İbrahim dərsə getməmişdi. Evin qapısını aralı qoyub arxasında gizlənmiş, əlindəki ağacı hazır tutmuşdu. Bir də gördü ki, budur Sağsağan uçaraq gəldi, toyuq-cücənin toplaşdığı yerə endi.
Uzun və əyri quyruqlu qara-ağ tüklü, parlaq mavi rəngli qanadları olan Sağsağan ovuna hazırlaşırdı. İbrahim diqqətlə onu süzürdü. Sağsağanın da öz gözəlliyi var. Başı və gövdəsi qara, çiyinləri və alt tərəfi ağ rəngdə idi.
Cücələr o yan, bu yana dağılışdılar. Toyuqlar dayanıb baxırdılar. Sağsağan cücələrdən birini az qalmışdı ki, tutsun, toyuq onun üstünə atıldı. Başladılar süpürləşməyə. İbrahim ağacı tullaya bilmirdi. Toyuğa dəyə bilərdi. Caynağına cücə keçmədiyindən sağsağan uçub getdi.
İbrahim hesablamışdı. Sağsağan haradasa 10-dan artıq cücə aparımışdı. O biriləri də ona peşkəş etməyəcəkdi ki… Bir qədər aralıda ağacın yuxarı hissəsində Sağsağan yuva qurmuşdu. İbrahim çıxıb baxdı. Haradasa 5-6 yumurta olardı. İbrahim təəccüb qaldı. Düşüb o biri ağaca dırmaşdı. Sağsağanın buradakı yuvasında da 6-7 yumurta olardı. İbrahim: “Bu nə ağıllı quş imiş. Hər ehtimala qarşı iki yerdə yuva qurub. İşdi-şayət birdən yuvasının biri dağılsa, o birinə pənah aparar, balalarının bir qismi salamat qalar”.
İbrahim çox yox, yumurtalardan ikisini özü ilə gətirdiyi torbaya qoyub aşağı düşdü. Qazana su töküb onları qaynatdı və aparıb yuvaya qoydu.
Bir neçə gün keçdi. Sağsağan daha görünmürdü. Sən demə o, bala çıxarmaq üçün yumurtaların üstündə oturub. Bir müddət sonra bütün yumurtalardan balalar çıxıb, ikisindən başqa. Dayanıb durub, başa düşüb ki: tutduğu əmələ görə cəza alıb. Həmin gündən sonra bir daha həyətdəki cücələrə yaxın getmədi.
26 sentyabrda AYB- nin Natəvan klubunda yazıçı- publisist,Əməkdar jurnalist Zemfira Məhərrəmlinin ingilis dilinə tərcümə olunmuş “THE SCENT OF ROSES” və türk dilinə tərcümə olunmuş”ZAFER YOLCULARI” kitablarının təqdimatı keçirildi. Tədbirdə AYB- nin tanınmış yazıçı və şairləri, Əməkdar jurnallist”lər, Zemfira xanımın sinif və tələbə yoldaşları ilə yanaşı Sankt- Peterburqdakı “Xan Qızı Natəvan” DAQ İB – nin sədri Könül Abbasova da iştirak etdilər.Çıxış edənlər kitablar haqqında maraqlı fikirlər söyləməklə ,ona yeni ədəbi yaradıcılıq uğurları arzuladılar.”Yazarlar” jurnalının təsisçi redaktoru Zaur Ustac kitabların müəllifinə ” Ziyadar” diplomunu təqdim etdi. Sonda xatirə şəkilləri çəkildi.