Sevgi nədir ?

“SEVGİ – FƏDAKARLIQ DEMƏKDİR!” – Zaur USTAC 

“SEVMƏK – FƏDA ETMƏYİ BACARMAQ DEMƏKDİR!” – Zaur USTAC 

REDAKTOR SEÇİMİ:

BİR XATİRƏ

Türkiyəli bir xanım öz xatirələrində yazır ki; 1919-cu il idi. İstanbul yuxarıdan aşağıya qədər İngilis işğalı altında idi. Orta məktəbi təzə bitirmişdim.

Mən gözəl bir qız idim. Elçi gəlməyə başladılar.

Nişanlandıq. Nişanlımı sevirdim ..

Xoşbəxt bir ev qurmaq arzusu ilə çıraq işığında səhərə qədər toxuyurdum və cehiz hazırlayırdım.

Ancaq çox keçmədən məhəlləyə bir dedi qodu yayıldı.

Dedilər: “Ayşənin nişanlısı vəkil deyilmiş, ipsizin biriymiş və məscidin qabağında tabut gəzdirərək qarnını doyurdur”.

Mən başıaşağı qaldım. Atam götürdü, uzaqdan izlədik, həqiqətən tabut daşıyırdı.

Mən yıxıldım. Nişanı qaytarıb getdik.

Beş il keçdi. Evli idim və bir övladım var idi.

1924-cü il idi. Ölkəmiz indi azad idi. Bir gün Beyoğlunda onunla qarşılaşdım.Oğlum yanımda idi.

Məni görəndə titrədi, pencəyini düymələdi. Hörmət göstərərək qarşımda dayandı. “Vaxtınız olsa sizə bir fincan çay təklif etmək istərdim” dedi.

“Yaxşı” dedim. Bir ofisə girdik.

Bura bir hüquq firması idi və adı qapıda yazılmışdı. Köməkçiləri içəridə işləyirdilər.

Dedim ki, “doğrudanmı vəkilsən?” Bəli” dedi. “Yaxşı, sən vəkilsən, niyə məscidin önündə tabut gəzdirirdin?” Deyə soruşdum.

Dayandı, başı irəli əyildi. “Məni bağışla” dedi.

“İstanbul işğal altında idi. İngilis əsgərləri hər yerə yığışırdılar. Hər şeyi diqqətlə axtarırdılar. Tabutlu silahları Anadoluya və Milli Qüvvələrə ancaq cənazə kimi göstərərək qaçaqmalçılıq edirdik. Bu ölkə üçün həyati bir vəzifə idi. Bunu sənə belə deyə bilmədim … “

Bu VƏTƏN-ə canını və sevgisini qurban verə bilənlərə borcluyuq …

KAMAL HƏSƏNLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir