Bir eşqin hekayəsi.
Müharibənin ən qızğın vaxtları idi…
Səmanı bürüyən qara buludlar sanki günəşdən imdad diləyir, bala sərçələr qanadlarını çırpıb fəryad qoparırdı…
Məmləkətin özü boyda bir adama dönüb, uşaqca ağlamağı gəlirdi sanki.Bu qədər torpağa axan qanların hesabını kim verəcəkdi axı?! Anaların ah-naləsini dağ-dərədən başqa heç kim, heç nə duymurdu, bir kimsə qollarını açıb saçı qardan ağ, üzü qüssədən qırışmış ataları bir ömür qucaqlamırdı.
Bütün bunları beynində təkrar-təkrar gəzdirən, özünə nə yerdə, nə göydə yer tapa bilməyən Ayan, gecələri iki əlini də başının üstdə qoyub elə hey fikirləşirdi.Çalışırdı ki, insanların dərdini azca da olsa dindirsin.Özünü isə heç düşünmürdu.Saçlarını həftələrlə daraqla daramır, eyni geyimləri qəti bədənindən çıxartmırdı.Bir dilim çörəyi yarı bölüb aclıq hissini öldürsün deyə yeməyə çalışırdı…
Doğrudan da, bu qız əməllicə arıqlamışdı.Güzgüdə özünə baxmaq istəmirdi, harda güzgü görsə əli ilə üzünü, gözünü tuturdu…
Amansız müharibənin fəsadları Ayandan da yan ötüşməmişdi…
Psixologiyasının pozulduğunu görən valideynləri onu psixoloq qəbuluna aparır.Qapıdan girər-girməz Ayan pasientlərin əyləşdiyi stolda dinməz-söyləməz oturur.Psixoloq qadın sual verdikdə ancaq “Bəli”, “Xeyr” ifadələrini işlədə-işlədə əlləri ilə oynayır.Bu qaraqabaq qızın vəziyyəti həkimin heç xoşuna gəlmir.Bir-iki sakitləşdirici həb qəbul etməyin mütləq olduğunu qeyd edərək, Ayanın valideynləri ilə söhhət edir.Söhbət zamanı Ayan ortadan ayrılmış saç tellərini qulağının dibinə sıyırıb, dərindən ah çəkir…
Bir müddət həkimin yazdığı həbləri qəbul etsə də, gecələri yenə sübhə qədər oyaq qalır, yata bilmir…
Artıq bədəni olduqca zəifləmiş bu qızın canına həkimin məsləhət ilə iynələr yeritməyə başlayırlar.Çox zəif olduğundan iynəni yetişəndə beş dəqiqə sonra bir gözü şişir.Bu dəfə nədənsə güzgüya baxmağı rədd etmir.Deyəsən, özünü belə görmək onun xoşuna gəlir…
Tibb bacısı hər bir gündən bir onu yaxşılaşdırmaq üçün evlərinə gəlir.Birdən heç kimin gözləmədiyi bir anda Ayan dillənir:
- Süsən xala, o oğlan hardadır?
Otağı qəribə sükut bürüyür.
Süsən dillənir;
-Hansı oğlan, a bala? - Elvizi deyirəm.Deyirdin axı, çox yaxşı oğlandır.Hündür boy, alagöz, ailəcanlı…
- Hələ…
Süsən xala sevinir, başlayır Elvizi tərifləməyə.
O, Elvizi təriflədikcə Ayan gözünü bir nöqtəyə dikib sakitcə tamaşa edir… - Süsən xala, Elvizin nömrəsini mənə təkrarən verə bilərsiniz?
-Əlbəttə, Ayan.Çox sevindim bu qərarına.
Elviz Ayangilin yaşadığı kəndin qonşuluğunda yaşayırdı.Təxminən 4 il əvvəl Elgizlə Ayan bir-birini tanımışdı.Amma heç cür əlaqə saxlaya bilmirdilər.Günlərin bir günündə həmin Süsən xala Elvizin nömrəsini Ayana verir.Ayanın heç xoşlamadığı mövzu kiminsə onun şəxsi həyatına, şəxsi fikirlərinə qarışma istəyi olub.Ona görə də sanki bu məsələni hələ ki, beyninə yerləşdira bilmirdi.Lakin Elvizin nömrəsini anasının telefonuna, ordan da öz telefonuna qeyd etmişdi.Adını da böyük hərflə sadəcə “E” yazmışdı.
Ayanın özünə qoyduğu sərhədlər var idi.Telefonunda atasından başqa heç bir əks cinsin nümayəndəsinin nömrəsini saxlamırdı.Çirkaba batmış bu cəmiyyət onu belə olmağa Vadar edirdi.
Buna görə də o, Elvizin nömrəsinin rəqəmlərinə baxıb, həmin dəqiqə nömrəni silirdi.Demək olar ki, hər gün bu hadisəni təkrarlayırdı…
Amma bu dörd il boyunca heç vaxt Elvizə zəng vurmadı…
Süsən xala Ayana Elvizin nömrəsini təkrar verəndən sonra bir stəkan çay içib, rus qaloşlarını da geyinib göz qırpımında yoxa çıxdı.
Ayana nə isə olmuşdu.Ağzından sözləri kəlbətinlə dartıb aldıqları qız sanki başqa bir qıza çevrilmişdi.
O, dərhal Elvizin köhnə nömrəsi ilə yeni nömrəsini uyğunlaşdırdı.Gördü, yox, elə həmin nömrədir.
Tez Elvizə, “Salam, necəsən? Mənəm, Ayan…” deyə bir mesaj yazdı.Elviz mesajı oxudu.O da Ayana biganə qalmadı, salamlaşıb, hal-əhval tutdu.Ayan Elgizlə yazışdıqca gözlərinin içi gülürdü.Deyəsən, bu xaraba qalmışda xoşbəxtliyi bircə Elvizdə görürdü…
Günün sonuna az qalmış Ayan həmişəki kimi həyətə, o böyük palıd ağacının altına getdi.Bir ağac kötüyü tapıb, yaşıl paltosunu cibinə əllərini qoyub, üzü göyə sarı əyləşdi…
Görünür, Ayan bu gecə də yatmayacaqdı.Beyni o qədər xaya içində idi ki, heç Elvizə belə mesaj yazmaq istəmirdi.Amma onsuz da çox darıxırdı.Elviz isə durmadan Ayana zəng edir, onu həyata qaytaracaq cümlələr yazırdı.Bu hal bir müddət davam etdi.
Bu müddət ərzində Ayan özündən asılı olmadan Elvizi çox üzür, hətta ona acı sözlər deyirdi.Sonra isə həmin o qoca palıd ağacının budaqları altına gedəndə peşman olurdu və Elviz üçün çox darıxırdı…
Darıxsa da, sevsə də ona bir kəlmə belə yazmaq istəmirdi.Çünki evlənməkdən qorxurdu.Hər nə qədər özündə olmasa da, artıq hərəkətlərini duya bilir, özünə nifrət edirdi.Qorxurdu ki, bu halı düzəlməyəcək.Axı, kiminsə həyatını məhv etməyə dəyməzdi…
Elvizə isə Ayanın hər acı sözü şirin gəlirdi, onda yaşama sevinci yaratmaq üçün əlindən gələni edirdi.Günlərib bir günündə onların arasında möhkəm mübahisə düşdü.Hər ikisi də çox gərgin idi.Düz on gün müddətində danışmadılar.Bu vaxt ərzində Ayan Elviz üçün elə hey darıxırdı.Sanki, onsuz heç nə yolunda getməyəcəkmiş kimi qəlbi durmadan əsirdi.
O heç götür-qoy etmədən Elvizin nömrəsini qara siyahıdan çıxarıb bir mesaj yazdı.Amma Elvizdəb cavab yox idi…
Ayan durmadan Elvizi fikirləşir, vəziyyəti get-gedə pisləşirdi.
O yenə də heç tərəddüd etmədən, Elvizə yazdı.
Bu dəfə Elviz onu cavabsız qoymadı.Axı o da Ayan üçün darıxırdı…
Vaxt keçdi, vədə doldu…
Ayanla Elviz görüşməyə qərar verdilər.
Elviz o qədər saf oğlan idi ki, görüşü harda keçirəcəklərini belə düşünə bilmirdi.
Nəhayət, Ayan bir yer təşkil etdi, kitab qoxulu bir yer.
Sabah açılanda artıq Ayanla Elviz görüşəcəkdilər.Hər ikisi çox həyəcanlı idi.
Ayan durmadan güzgüya baxıb öz-özünə mızıldanırdı;
-” Çox dəyişilmişəm, arıqlamışam…O, məni belə görsə daha bəyənməz.”
Elviz isə gecənin tez bitib, şəhərin açılmağını həyəcanla gözləyirdi…
Gözlənilən an çatdı.Elviz mavi köynəyini geyindi, güzgüdə qamətini düzəldib Ayangilin kəndə üz tutdu.
Ayan isə şəhərin gözü açılmamış paltarlarını geyinib, elə qərar verdikləri yerdə Elvizi gözləyirdi.
-Aha… Budur, odur, o.Elviz gəlir…
Ayan tez üst-başını səliqəyə salıb uzaqdan Elvizə baxdı.Elviz onu görən kimi addımları itiləşdi.Ayanın yanına işıq sürətində çatdı…
Elviz;
-Salam, Ayan…
-Salam, Elviz…
Ayanın incə əlləri, Elvizin əllərində itib, batırdı.
Ayanın özünə qarşı kompleksləri olduğu üçün tez-tez üz-gözünü tuturdu…
Mart ayı idi.Bayırda bərk soyuq var idi…
Ayan dərhal sobanın yanından qalxdı; - Elviz, gəl burda otur.Üşümə.
Elviz az qalsın titrəyirdi.Sobanın istiliyi canına məlhəm oldu…
Bir az özünə gələndən sonra sorğu, suala başladı; - Ayan, sən niyə belə edirsən? Bir gün elə olursan, bir gün belə.Mən axı, bizim üçün mübarizə aparıram…
Ayanın gözləri doldu.Amma bunu Elvizə yansıtmadı.Tez Elvinin çiyninə başını qoyub, onu qucaqladı…
-Elviz, bilirsən, sən mənim hüzurumsan.Başımı sənin çiyninə qoyanda beynindəki bütün zülmət günəşə boyandı.
Gəl, susaq.Sadəcə səni qucaqlayım…
Elviz bir qəribə olmuşdu…
Ayan ilk dəfə idi, onu qucaqlayırdı…
Birdən telefonun zəngi çalındı.Zəng edən Ayanın anası Kövsər xanım idi…
Ayan evə indicə gələcəyini anasına bildirdi.
Rəfdən “Təhqir edilmiş və alçaldılmış insanlar” kitabını götürüb Elvizə uzatdı. - Elviz, bunu oxu.Sağ ol, mən getməliyəm.Onlar sağollaşdılar.
Hər kəs öz evinə çatdı.Ayanın ətirinin qoxusu Elvizin köynəyində idi…
O, bir daha Ayana aşiq olmuşdu.Köynəyini paltaryuyan maşına atmadı, durmadan elə hey seyr etdi, qoxladı…
Elə Ayan da o gündən sonra hər dəqiqə Elvizi düşünürdü…
-İlahi, mən doğrudan da Elvizə aşiq olmuşam.Mənə sevməyi öyrətdi, mən artıq başqa duyğular yaşayıram və bu çox gözəldir.
Öz-özünə mızıldandı.O gündən tez-tez güzgüya baxdı, gözünə, qaşına.Dodağına pomada çəkdi, saçını darayıb, hörük hördü…
Artıq yeməklərdən belə imtina etmirdi.Vaxtı-vaxtında yeməyini yeyir, özünü gümrah hiss edirdi…
Bunların hamısı Elvizin sayəsində idi.Bu çalışqan və mərd oğlan Ayanı həyata qaytara bilmişdi…
Onlar tez-tez telefon vasitəsi ilə əlaq saxlayır, saatlarca danışırdılar.Fəlsəfi mövzulardan, eşqdən, adı qoyulmayan duyğulardan…
Sübh yenicə açılmışdı.Ayan istəmədən anası ilə bacısının söhbətinə şahid oldu. - Ayanda bir hallar var.Bu qız yaxşıya doğru dəyişilib.
Ayanın anası sevincək qəhqəhə çəkdi.
Ayan tez söhbətin şirin yerinə daxil olub;
-Əlbəttə.Məni dəyişən Elvizdi.Mən onunla evlənəcəm!
Kövsər xanımla kiçik qızı Gülçiçək bir-birinə göz vurub güldülər.
Ardı var….
Müəllif: Aytac İBRAHİM
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru