Naibə Yusif: – Hardasan !?

I Qarabağ savaşında Kəlbəcərdə itkin düşmüş Şəhid Adil Rüstəmovun anasının dilindən…

De, hardasan,
qara gözlü körpəm mənim?
Çox axtardım məzarını məzarların arasında,
Bir izini tapam, bəlkə, torpağımın yarasında…
Səsləndikcə hər məzara qulaq verib
səndən gələn bir nişanə – səs gözlədim,
bəzən səni gəzdiyimi doğma balamdan gizlədim…
Ah-fəğanla dolu dilim
ağı dedi…
Ağılarım Murov boyda qəhərimdən
ağı yedi.
Ağılarım böyüdükcə mən kiçildim,
dolu vurmuş sünbülümlə tən biçildim…
“Balam hanı?”deyə-deyə
silkələdim pir babanın başdaşını,
Sirab etdim daş-kəsəyə
gözlərimin qan-yaşını…
Ümidsizkən ümidləndim balam üçün,
Toy görməmiş, qız seçməmiş dağ ürəkli qalam üçün…
Bağlı yollar açılanda əllərimi açdım göyə,
“Adil, Adil!” deyə-deyə
körpə yaşlı şəhidimdən
otuz ildə bir nişanə soraqladım,
dağ-dərəni lal dilimlə varaqladım:

  • Kəlbəcərin başı duman,
    Qarı dağlar vermir aman,
    Axtarıram toy balamı,
    Görməyimə varmı güman?
    Səs gəlmədi meşələrdən,
    Kür balamı əjdahatək kama çəkən
    uçurumlu köşələrdən.
    Paralandım dilim-dilim…
    Yenə mənim qışa dönən həyatıma
    yas saxlayır soyuq külüm…

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir