Adilə Nəzər: – “Bəxtimizi bulmadıq…”

Əziz Qənirə xanıma şəfa diləklərimlə…

Sənə gül göndərirəm,
Beş budaq- ağ, qırmızı.
Qoxla oyan gülləri,
Elin ən gözəl qızı.

Deyirlər ki, oyandı
Sevgini duyan xəstə.
Nə yatmısan, oyan di,
Sevənin dəstə-dəstə…

Nə olsun ki, uzağıq,
Səni doğmam bilirəm.
Qəlbindəki sirr dağın
Çiskinini silirəm.

Bəxtimizi bulmadıq,
Toplandıq, cəmimiz tək.
Biz heç yaxın olmadıq
Oxşar kədərimiz tək.

Nə dərinə dalmısan,
Dərya suyu acıdır.
Yaxşı adam olmusan, –
Xalq sənə duaçıdır.

Sənə gül göndərirəm,
Beş budaq- ağ, qırmızı.
Qoxla oyan gülləri,
Elin ən gözəl qızı.

26.09.2023.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

İSMAYIL MƏRCANLI İMANZADƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir