
VƏTƏN OLDU RƏŞADƏT.
Bu dünyadan igid tək,
Ötən oldu Rəşadət.
Az ömrüylə vətənə,
Bir tən oldu Rəşadət.
Qar ələndi yayına,
Döyüş düşdü payına.
Darda yurdun hayına,
Yetən oldu Rəşadət.
Bilməliyik biz bunu,
Olmuş döyüş vurğunu.
Yetirib öz borcunu,
“İtən” oldu Rəşadət.
Ömrə edib əlvida,
Verdi canın o fəda.
Şəhid adlı bağçada,
Bitən oldu Rəşadət.
Hopdu kökə, budağa,
Qondu gülə, yarpağa.
Döndü daşa, torpağa,
Vətən oldu Rəşadət!
16.09.2023.
Müəllif: Aqşin Hacızadə.

Oktyabr ayının 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində birinci Qarabağ müharibəsində şəhid olmuş Rəşadət Əli oğlu Piriyevin 50 illik yubileyi münasibəti ilə tədbir keçiriləcəkdir. Təbirdə Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, tədqiqatçı jurnalist, şair Araz Yaquboğlunun müəllifliyi ilə şəhidin döyüş yolundan bəhs edən “RƏŞADƏTLİ RƏŞADƏT” kitabı da tədbir iştirakçılarına təqdim olunacaqdır.
Ruhu şad olsun şəhidimizin.
doktoru
>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR
Mustafa Müseyiboğlu adına kitabxana
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru.