
Sentyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan zalında, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Adilə Nəzərovanın “Aşıq Ələsgər yaradıcılığında sufizm” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbir iştirakçıları öncə Şəhidlərimizin və hörmətli millət vəkili Qənirə Paşayevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tanınmış tənqidçi Əsəd Cahangir kitab haqqında müsbət fikirlərini söyləyib və tədbirin aparıcısı kimi ələsgərsevərləri Dədə Ələsgər yadadıcılığında yeni mərhələrinin – sufizmin tədqiqi üçün təbrik edib.
Kitabın elmi redaktoru və ön sözün müəllifi, akademik Nizami Cəfərov kitab haqqında geniş məruzə edərək bildirib ki, Adilə Nəzərova bu elmi-tədqiqat əsərində Aşıq Ələsgər irsinin tədqiqatı ilə birgə, həm də aşıq yaradıcılığının inkişafına öz dəyərli töhfəsini verib.
Tədbirdə çıxış edən digər natiqlər –tibb üzrə fəlsəfə doktoru, ələsgərşünas Nağdəli Zamanov, professorlar Akif Abbasov, Məti Osmanoğlu, Lütfiyyə Əsgərzadə, “Dədə Ələsgər Ocağı” Birliyinin sədri Xətai Ələsgərli və idarə heyətinin üzvləri Araz Yaquboğlu (həmçinin, Moskvadan professor Ələddin Allahverdiyevin təbrikini oxuyub), Rəşid Göyçəli, Aqil Kərimov, Sayad Hüseynov, BDU-nun dosenti Aygün Xəlilqızı, Təhsil İnstitutunun əməkdaşı Qəzənfər Əliyev, Estoniya Tartu Universitetinin professoru, şair, tərcüməçi Xaqani Qayıblı, yazıçılardan Səfər Alışarlı, Zemfira Məhərrəmli, şairlərdən Yusif Nəğməkar, Xalidə Nuray, Qalib Nuri Arif, Lilpar Cəmşidqızı, şair-bəstəkar Hüseyn Sözlü, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova, şair-publisist Qılman İman, Nizami Təhməzov, gənc tənqidçi Famil Mədət, Tərtərdən gələn müəllimə Bəsti İsmayıl və başqaları kitab haqqında öz fikirlərini bölüşüblər.
Müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib və kitabdan bəhs edərək deyib: Aşıq Ələsgər yaradıcılığını tədqiq edənlər olub və bundan sonra da olacaqdır. Məndən əvvəlki tədqiqatçılara sayqımı bildirməklə, deyə bilərəm ki, mənim əsərim də özünəməxsusdur, unikaldır. Çünki, bu sahə ustadın yaradıcılığının tədqiqatında yeni mərhələdir. Fotolar:












Fotoqrafçı: Fərrux Adığözəlov “FS Press”
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru