LAÇIN – 100 ƏDƏBİ ANTOLOĞİYA
MİR HƏMZƏ NİGARİ (SEYİD NİGARİ)
Seyid Nigari 1797-ci ildə (bəzi mənbələrdə 1805) Laçın rayonunun Cicimli kəndində anadan olmuşdur. Təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Yəhya Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə kimi şerlərində təsəvvüfi mövzuları işləmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi şairdir. 1885-ci ildə Türkiyədə vəfat etmiş, Amasiyada dəfn olunmuşdur.
QƏZƏL
Çıxıb cövlanə hər vəqti ki ol gülgünyanağ oynar,
Bədən titrər, yanar can, dönər baş, əl-ayağ oynar.
Məgər əzm1i-gülüstan eyləmiş kim ol bu gün bülbül
Qılur qülqül2, gülün gülbün nisar eylər, budağ oynar.
Nəsimi-zülfə bənzətmiş, şürur eylər həbibanə
Degil bihudə badi-səba gəldikcə bağ oynar.
Nə xoş halətdir ol halət, çıxıb bipərdə üşşaqın
Nəzərgahində cövlan eylər o sərxoşdəmağ oynar.
Nisar eylər sərin meyxar meyxanə səhnində
O dəm kim, dilbərin gülgun əlində al əyağ oynar.
Necə tab eylər üşşaqın təcəllayi-cəmalindən
Nəzər qıl, ey gözüm, tab eyləməz, hər ləhzə dağ oynar.
Əgər ərzi-üzar eylərsən, ey məh, zərrə tək xurşid
Nigari, Daşbulağ, Günbəd, Qızıldağ, Abi-ağ oynar.
1—məqsəd, məram, qəti niyyət (bülbül bu gün gülüstan niyyət etmiş – burada istəmiş)
2-tüğyan etmə (bülbül tüyan etdikcə, gül ağacı şabaş (qurban) verir, budağ oynayır)
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru