Əli Rza Xələflinin doğum günüdür!

Əli Rza Xələfli

(Əzizli Əlirza Zal oğlu)
Şair, publisist, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Qabaqcıl maarif xadimi (1980), Prezident təqaüdçüsü (2010).
1953-cü il oktyabrın 1-də Azərbaycanda, Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. Kənd məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Cəbrayıl şəhərindəki M.Qorki adına orta məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. (1971-1975, fərqlənmə diplomu ilə).
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Cəbrayıl rayonunun Şahvəlli, Tatar, Aşağı Xələfli kənd orta məktəblərində müəllim kimi başlamışdır (1975-1980). “Xudafərin” – Cəbrayıl rayon qəzeti redaksiyasında xüsusi müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır (1980-1993). “Qaradağ” qəzetinin xüsusi müxbiri, şöbə müdiri, redaktor əvəzi (1993-1995), “Xudafərin”, “Qoşa qanad”, “Həyat” qəzetlərinin xüsusi müxbiri (1995-1999) olmuşdur. Hazırda həftəlik “Kredo” qəzetinin baş redaktorudur (1999-cu ildən). Eyni zamanda vaxtaşırı ədəbi-bədii, publisistik kitabları tərtib və redaktə etmişdir: Seyid Nigari “Xaki-payin taci-sərim” (2004), Aşıq Mehdi “Deyirdin ölərəm sənsiz” (2003), Ənvər Nəzərli “Bu dünyanı belə gördüm” (2009), “Mənəviyyatın ekologiyası” (2005), “Fənayənin sualları” (2006), “Yana-yana yaşadım” (2006), “Koroğlu: hoydu, dəlilərim, hoydu” (2006, şərikli) və s.
Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk şeirlərini və publisist yazılarını 80-ci illərdən çap etdirmişdir. Dövri mətbuatda külli miqdarda şeiri və publisistik məqalələri çıxmışdır.
“Qızıl qələm” media mükafatına (2002), “Məmməd Araz” ali ədəbi mükafatına (2003), Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Qılınc və qələm” yaddaş mükafatına (2004), Beynəlxalq Rəsul Rza mükafatına (2008), Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına (2010) və Səməd Vurğun fondunun diplomuna layiq görülmüşdür. Haqqında çoxlu sayda ədəbi-tənqidi məqalələr və monoqrafiyalar yazılmışdır.
Müəllifdən: Yaşam yolumla bağlı qeydlər filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Azərbaycan yazıçıları XX-XXI əsrlərdə” kitabından götürülüb. Həmin qeydlər mənim öz əlimlə yazdığım tərcümeyi-halım əsasında hazırlanıb. Bütün bunlar rəsmi sənədlərdə göstərilən faktlardır. Ancaq rəsmi sənədlərdə öz əksini tapmayan həyatımla bağlı məqamları da burada açıqlamaq istərdim: Mənim dünyaya gəlmək tarixim “1 oktyabr” kimi göstərilsə də, atamın və anamın dediyinə əsasən, payızdan on dörd gün qalmış doğulmuşam. Bu da eləyir 7 dekabr 1953-cü il. Sənədlərdə Cəbrayıl rayonunun Xələfli (Yuxarı) kəndində doğulduğum qeyd olunur. Amma əslində, Araz qırağında – Diri dağının ətəklərində yerləşən Xələfli (Aşağı) stansiyası adlanan qəsəbədə doğulmuşam. Qarlı, çovğunlu bir gündə. Doğrudur, birinci sinfə Yuxarı Xələfli kəndində getmişəm. Ancaq iş elə gətirib ki, bütövlükdə birinci sinfi indiki Neftçala rayonunun Kürkosa (Kür daşı) kəndinin yaxınlığındakı Günəşli (Jarski) qəsəbəsindəki məktəbdə oxumuşam. İndi həmin ərazilər dənizlə əhatələnib, uzaq adadır. Və deyəsən, yaşayış da yoxdur. Həqiqi həyat yolumla bağlı başqa fərqlər də var. Görünür, bu barədə geniş və əhatəli ayrıca yazmalıyam.

ƏSƏRLƏRİ:

  1. Karvan körpüdən keçir (ədəbi publisistika, esselər, portret cizgiləri), B., Azərbaycan Dövlət Kitab Palatası, 1997. 240 səh., 3000 nüs.
  2. Baş daşımın yazıları (publisistik qeydlər, esselər, ədəbi-fəlsəfi məktublar), B., “Zaman” nəşriyyatı, 1998. 384 səh., 5000 nüs.
  3. Yurdun övladları (publisistik qeydlər, məktublar, portretlər), B., “Azərbaycan” nəşriyyatı, (şərikli) 2000. 240 səh., 3000 nüs.
  4. Ocağımın işığı (şeirlər və poemalar), “Azərbaycan nəşriyyatı”, 2001. 272 səh., 3000 nüs.
  5. İçərişəhər, daşlar, insanlar (poema, şeirlər), B., Azərbaycan, 2001, 62 səh., 500 nüs.
  6. Həsrət körpüsü (şeirlər və poemalar), B., “Azərbaycan nəşriyyatı”, 2003, 256 səh., 1000 nüs., təkrar nəşr, 2004, 272 səh. 1000 nüs.
  7. Sözə doğru (publisistik düşüncələr), B., “Azərbaycan nəşriyyatı”, 2003, 304 səh., 1000 nüs.
  8. Dünyanın söz üzü (ədəbi publisistika), B., Səda nəşriyyatı, 2007, 288 səh., 500 nüs.
  9. Meyar (portret esselər, ədəbi qeydlər və məktublar), B., Səda nəşriyyatı, 2008, 768 səh., 1000 nüs.
  10. Arzulara dəyən güllə (ədəbi publisistika), B., Səda nəşriyyatı, 2008, 352 səh., 500 nüs.
  11. Dilimiz-varlığımız (elmi publisistika), B., MBM, 2009, 160 səh., 500 nüs.
  12. Adı Şadiman olanın… (ədəbi-publisistik düşüncələr), B., Təknur nəşriyyatı, 2009, 256 səh., 1000 nüs.
  13. Araz ağrısı (şeirlər və poemalar), B., Təknur nəşriyyatı, 2009, 352 səh., 1000 nüs., təkrar nəşr, 2012, 384 səh., 1000 nüs.
  14. Dünya yazana qaldı (ədəbi düşüncələr, müsahibələr, portret cizgiləri, məktublar, publisistik qeydlər), B., Təknur nəşriyyatı, 2009, 400 səh., 1000 nüs.
  15. Yaddaşa aparan yollar (məktub-roman, ədəbi düşüncələr), B., Adiloğlu nəşriyyatı, 2010, 608 səh., 500 nüs., təkrar nəşr, Vətən – 2015, 608 səh. 500 nüs.
  16. Axtala əfsanəsi (ədəbi publisistika), B., Adiloğlu nəşriyyatı, 2010, 144 səh., 1000 nüs.
  17. Həyatın dastanı (ədəbi-fəlsəfi düşüncələr), B., Xəzər Universitəsi nəşriyyatı, 2012, 239 səh., 1000 nüs.
  18. Üçüncü dünyanın qorxusu (povest), B., Təknur nəşriyyatı, 2011, 159 səh., 500 nüs.
  19. Döyüşçü əfsanəsi (sənədli düşüncələr povesti), B., Adiloğlu nəşriyyatı, 2011, 128 səh., 500 nüs.
  20. Damcılı (poema), B., Təknur nəşriyyatı, 2011, 128 səh., 500 nüs.
  21. Bu dünyanın Mehmanısan (poema), B., Təknur nəşriyyatı, 2011, 208 səh., 500 nüs. Təkrar nəşr: B., 2012, Nərgiz nəşriyyatı, 288 səh., 1000 nüs.
  22. Qırmızı həqiqətlər (ədəbi düşüncələr), B., Adiloğlu nəşriyyatı 2011, 128 səh., 500 nüs.
  23. Azadlığın qanı (poema və şeirlər), B., “Təknur” nəşriyyatı, 2011, 128 səh., 500 nüs.
  24. Ölməzlik nəğməsi (ədəbi qeydlər), B., “Vətən nəşriyyatı”, 2013, 352 səh., 1000 nüs.
  25. Bu da bir yazı (ədəbi qeydlər), B., Bakı, “Nurlan” nəşriyyatı, 2012, 96 səh., 500 nüs.
  26. Əbədi həyat arzusu (esse-monoqrafiya), B., “Vətən” nəşriyyatı, 2014, 208 səh., 1000 nüs.
  27. Od (roman, esselər və poeziya), B., “Nərgiz” nəşriyyatı, 2013, 320 səh., 1000 nüs.
  28. Aydın abi və Türkiyə ədəbiyyatı (ədəbi qeydlər, araşdırmalar), Xəzər Universitəsi nəşriyyatı, B., 2014, 192 səh.+32 səh. şəkillər, 500 nüs.
  29. Ağrı (esse-povest və poemadan parçalar), “Vətən” nəşriyyatı, B., 2014, 192 səh., 1000 nüs.
  30. Bir bayatı çağırdım… (bayatılar), Xəzər Universitəsi nəşriyyatı, B., 2013, 192 səh., 500 nüs.
  31. Söz içində söz (ədəbi-fəlsəfi etüdlər), Xəzər Universitəsi nəşriyyatı, B., 2013, 336 səh., 1000 nüs.
  32. Vaqifliyin poetik sirri, Naxçıvan, “Qeyrət” nəşriyyatı, 2013, 42 səh., 100 nüs.
  33. Həsrətdən üzü bəri (şeirlər, poetik məktublar, esselər), Vətən nəşriyyatı – 2015 B., 224 səh., 1000 nüs.
  34. Sözün yeddi gözəli (portret esselər, ədəbi düşüncələr), Vətən nəşriyyatı – 2016, B., 240 səh., 1000 nüs.
  35. Söz və qan (povest-xronika), Vətən nəşriyyatı, 2016 B., 272 səh., 1000 nüs.
  36. Tənqidçinin Azərbaycançılıq idealı (monoqrafiya) Vətən nəşriyyatı, 2016, B., 320 səh. 1000 nüs.
  37. Üzü Qarabağa (şeirlər, poetik məktublar), Vətən nəşriyyatı, 2016 B., 300 səh., 1000 nüs.
  38. Murad quşu əfsanəsi (şair Hafiz Əlinin həyat və yaradıcılıq fraqmentləri) Vətən nəşriyyatı, 2016 B., 176 səh., 500 nüs.
  39. Qiyamətdən bir gün əvvəl (povest), Nərgiz nəşriyyatı, 2017, B., 208 səh., 500 nüs.
  40. Bir ayrılıq odu var… (poema və ədəbi publisistika), “Vətən” nəşriyyatı, 2017, B., 304 səh., 1000 nüs.
  41. Göy üzündə səs (ədəbi qeydlər, publisistik düşüncələr) “Vətən” nəşriyyatı, 2018, B., 256 səh., 1000 nüs
  42. Şair-publisist Mədət Əyyuboğlu (məqalələr, düşüncələr) “Adiloğlu” nəşriyyatı 2018, B., 312 səh. 1000 nüs.
  43. Dağdan dənizə doğru (ədəbi qeydlər, publisistik düşüncələr), 3 saylı Bakı Mətbəəsi, 2018, B., 248 səh., 300 nüs.
  44. Ruhun daşqını (ədəbi qeydlər, publisistik düşüncələr), 3 saylı Bakı Mətbəəsi, 2019, B., 248 səh., 500 nüs.
  45. Böyük portetin işığı (Publisistik qeydlər). (Ceyhun Zallı ilə birlikdə), 3 saylı Bakı Mətbəəsi, 2020, İki cilddə, I cild, B., 376 səh., 200 nüs.
  46. Böyük portetin işığı (Publisistik qeydlər). (Ceyhun Zallı ilə birlikdə), 3 saylı Bakı Mətbəəsi, 2020, İki cilddə, II cild, B., 360 səh., 100 nüs.
  47. Həyat həqiqəti: bədii-publisistik düşüncədə (yaradıcılığın poetik cizgiləri). ( 2 cilddə birinci cild). B., Bakı mətbəəsi, 2022. 286 səh. 500 nüs.
  48. Həyat həqiqəti: bədii-publisistik düşüncədə (yaradıcılığın poetik cizgiləri). ( 2 cilddə ikinci cild). B., Bakı mətbəəsi, 2022. 289 səh. 500 nüs.
  49. Şərhin poetik notları: (ədəbi qeydlər, publisistik düşüncələr) Bakı, “Vətən” nəşriyyatı, 2022, 531 səh., 200 nüs.
  50. Həyat lövhələri nəsrin güzgüsündə (İsaxan İsaxanlının hekyələri əsasında ədəbi-tənqidi düşüncələr) Bakı -2022, “Gənclik” nəşriyyatı, 218 səh., 100 nüs.
  51. Dönməzlik yolu (peomalar silsiləsi və publisistik qeydlər) “Gənclik” nəşriyyatı, Bakı-2022, 208 səh., 200 nüs.
  52. Dağlarda duman qaldı (poemalar silsiləsi) “Gənclik” nəşriyyatı, Bakı-2022, 176 səh., 300 nüs.
  53. Yazıçının vətən dağı I cild (Ədəbi-tənqidi düşüncələr) “Gənclik” nəşriyyatı, Bakı-2022, 320 səh., 300 nüs.
  54. Yazıçının vətən dağı II cild (Ədəbi-tənqidi düşüncələr) “Gənclik” nəşriyyatı, Bakı -2023, 375 səh., 300 nüs
  55. Bir bülbülün türküsü (poema və publisistik qeydlər), “Gənclik” nəşriyyatı, Bakı -2023, 130 səh. 500 nüs.
  56. Türkiyənin zəlzələ ağrıları (məsnəvi-poema və ədəbi düşüncələr), “Gənclik” nəşriyyatı, Bakı-2023. 73 səh., 300 nüs.
  57. Gəyən əfsanəsi (poemalar), Gənclik nəşriyyatı, Bakı – 2023, 194 səh. 500 nüs.

Müəllifdən: Burada göstərilənlər də mənim yazdıqlarımın tam siyahısı deyil. Vaxtilə “Xudafərin” (“Kolxozçu”) qəzetində, ayrı-ayrı respublika qəzet və jurnallarında, eləcə də “Kredo” qəzetində yüzlərlə yazılarım kitablara yığıla bilməyib. Hər halda “Xudafərin” qəzetinin və “Kredo” qəzetinin Milli Kitabxanamızın saxlancında qala biləcəyini düşünməyim bir təskinlikdir. Ən böyük kitabım isə “Kredo” qəzetinin 19 cildliyidir.

HAQQINDA YAZILANLAR

  1. Abbas Hacıyev, Sənətin işığında (Əli Rza yaradıcılığından portret cizgilər), Adiloğlu nəşriyyatı, B., 2010. 240 səh+32 səhifə şəkillər. 500 nüs.
  2. Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 60, I cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2013. 432 səh. 500 nüs.
  3. Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 60, II cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2013. 432 səh. 500 nüs.
  4. Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 60, III cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2014. 432 səh. 500 nüs.
  5. Mədəd Çobanov, Müşfiq Çobanlı “Xələflinin yaradıcılıq yolu” (monoqrafiya) Vətən nəşriyyatı, 2016 B., 350 səh. 1000 nüs. Təkrar nəşr (cüzi ixtisarla) “Sözün ucalığında: şair, publisist, alim…”, Borçalı, Bakı – 2018, 1000 nüs.
  6. Sabir Bəşirov, “Əli Rza Xələfli – ədəbi yol – əbədi yol” (monoqrafik qeydlər), Vətən nəşriyyatı, 2018. 240 səh. 300 nüs.
  7. Sabir Bəşirov (tərtibçi), Əli Rza Xələfli – 65, I cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2018. 320 səh. 500 nüs.
  8. Sabir Bəşirov, Elçin Mehrəliyev (tərtibçilər), Əli Rza Xələfli – 65, II cild (ədəbi-tənqidi məqalələr, publisistik düşüncələr), Vətən nəşriyyatı, 2018. 364 səh. 500 nüs.
  9. Nəriman Mahmud, Heyrətin çağırışı, (Ə.R.Xələflinin 70 illiyinə ədəbi-fəlsəfi düşüncələr), Gənclik nəşriyyatı, 2023, 165 səh. 500 nüs.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir