Teymur Kərimli. SEVGİ NƏDİR!?

SEVGİ NƏDİR!?

Elə hamı sevgi deyir –
Sevgi nədir? Bilən varmı?
Sevgi içir, sevgi yeyir…
Eşq yolunda ölən varmı?

Tox qarınlar sevgi deyil,
Brend donlar sevgi deyil,
Zər kulonlar sevgi deyil –
Kol dibinə gələn varmı?

Çıxmayan Məcnun dağına,
Çatmaz Leyli yaylağına.
Səbrin varmı şıltağına,
Nazına hövsələn varmı?

Demə sevgi vardır, puldur,
Aşiq məşuquna quldur.
Rəqib – iyrənc siçovuldur –
Tutmaq üçün tələn varmı?

Teymur, Tanrımız böyükdür,
Sevgisiz ömür çürükdür.
Sevgi – dağ boyda bir yükdür –
Çiynində bu şələn varmı!?

Müəllif: Teymur Kərimli

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir