ZİYALI KİMDİR!?

İsmayıl Şıxlı (1919-1995), böyük şəxsiyyət, müəllimlər müəllimi, xalq müəllimi, xalq yazıçımız, ustad sənətkar. Nə deyirdi?
Müsahibələrinin birində ondan ziyalılıq haqqında onun fikirləri necədir sualı verilir. Böyük sənətkarımızın mövqeyini bir örnək kimi dostlarımızın, gənclərimizin diqqətinə çatdırırıq. Buyurun tanış olun:
-“… Əvvala onu deyim ki, ziyalı olmaq çox çətindir və bu hər adama nəsib olmur. Savadlı olmaq, elmi kitablardan məlumat toplamaq, elmi dərəcələr qazanmaq və elmi müəssisələrdə, həmçinin dövlət idarələrində yüksək vəzifə tutmaq, bəlkə də bir neçə kitab yazmaq hələ ziyalı olmaq demək deyil. Bu olsa-olsa məsələnin bir cəhətidir. Sadaladığım cəhətlər şan-şöhrət və müəllifinin – sahibinin – yalnız maddi rifahına xidmət edəndə isə, həmin adamın ziyalılıqdan danışmağa haqqı yoxdur. Ziyalılıq başqa bir şeydir, savadlılıq başqa. Ziyalı hər şeydən əvvəl mənəvi kübar olmalıdır. Bu kübarlılıq onun zahiri əlamətləri ilə yox, mənəvi zənginliyi ilə şərtləşməlidir. Bu mənəvi zənginliyi isə mən ilk növbədəonun yüksək amalında görürəm. Torpağa bağlılıq, xalqa bağlılıq, mənsub olduğu millətə bağlılıq, yüksək insani – bəşəri hisslərə maliklik, özünü sözdə yox, həqiqi mənada millətinin, xalqının zərrəsi hesab etmək, onunla birgə yaşamaq – ziyalının amalı olmalıdır. Və nəhayət həqiqi ziyalı özünü unutmağı, özünü fəda etməyi bacarmalıdır. Ədalət, vicdan, fədakarlıq, cəsarət, mənəvi cəngavərlik onun əsas keyfiyyəti olmalıdır. Belə olduqda xalq ona inanacaq, onun arxasınca gedəcək, onu özünə dayaq, başçı hesab edəcək. Açığını desək bu saat belə ziyalılar azdır. Xalqın başbiləni, ağsaqqalı yox dərəcəsindədir. Biz bunu Qarabağla bağlı hadisələrdə aydın gördük. Xalqımız, xüsusilə gənclərimiz, ağsaqqal sözünə, əsl ziyalı məsləhətinə ehtiyac duydu. … “- “Azərbaycan gəncləri” qəzetində 20 dekabr 1988-ci ildə Mehdi Şıxlinskinin apardığı söhbətdən kiçik bir faraqmenti diqqətinizə təqdim etdik. Zamanına diqqət edin, nətizə çıxarın, bu bəs edər.

Mənbə: Fəxrəddin Yusifov

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir