Sərraf Şiruyə – Adım gələndə.

Adım gələndə.

Bir neçə tula var, verib səs-səsə,
Arxamca hürüşər adım gələndə.
Şeirimdən, sözümdən gəlib həvəsə,
Adımla ərişər adım gələndə.

Yayılar güllüyə sarı alaqtək,
Çatmaz arzusuna, gəzər çolaqtək,
Çarəsiz qalanda uzunqulaqtək,
Anqırıb, irişər adım gələndə.

Dərd deməm beləsi çəkdiyi dərdə,
Xiffətdən gözünə gələcək pərdə.
Yerini dar bular xeyirdə, şərdə,
Tezcənə sürüşər adım gələndə.

Mən belə bəşərə mat qalmışam, mat,
Əsər əl-ayağı, durmaz farağat
Qəzəbdən, nifrətdən olub ikiqat,
Yumulub bürüşər adım gələndə.

Neçə yol dedilər: çox çıxma zilə,
O da dayanmayıb dən verdi dilə.
Əcəli çağırar əzrayıl ilə,
Ölməmiş görüşər adım gələndə.

Şiruyə, paxıla söz eyləməz kar,
İçini qurd yeyər, xəstəlik tapar.
Adların demirəm, bir neçəsi var,
Evinə vay düşər adım gələndə.

1988-ci i.

Müəllif: Sərraf Şiruyə

Mənbə: Qılman İman

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

GÜNEL NATİQİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir