Dünyanın ən gözəl atası – Atam
Görkəmli hüquqşünas Əli Məhərrəmov (12.IV.1924 – 12.X.1977) qədim Oğuz yurdu Göyçədə anadan olub.
Gənc yaşlarında II Dünya Müharibəsində iştirak edib, şiddətli döyüşlər zamanı ağır yaralanıb. Müharibədən sonra Basarkeçər rayonunda məktəb direktoru işləyib.
Bakı Ali Hüquq Məktəbini, Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini və Leninqrad (S.-Peterburq) Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
Ağdamda Prokuror köməkçisi (1950-51), Şuşada Prokuror (1951-54), Qubadlı (1954-55), Zəngilan (1955-57), Zaqatala (1957-62) və Lənkəran (1962-66) rayon prokurorluqlarında Müstəntiq vəzifələrində çalışıb.
1966-cı ildə Azərbaycan Respublikası Prokurorluğunda Xüsusilə Mühüm İşlər üzrə Müstəntiq vəzifəsinə təyin edilib. 1974-cü ildə Respublika Prokurorluğunda şöbə Prokuroru vəzifəsinə irəli çəkilib.
1975-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilib.
1977-ci il oktyabrın 12-də Ali Məhkəmənin üzvü vəzifəsində ikən, qəflətən vəfat edib.
Əli Hüseyn oğlu Məhərrəmov peşəkar hüquqşünas olmaqla yanaşı, xeyirxah və həssas qəlbli insan, etibarlı dost, gözəl ailə başçısı, əsil vətənpərvər ziyalı və qayğıkeş el oğlu idi.
Mən hər zaman Atamla fəxr etmişəm.
Ruhu şad olsun!
Mənbə: Akif Əli
Müəllif: Akif Əli
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
AKİF ABBASOVUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru