Əli bəy Azəri – XAQANİ HÜCRƏSİ

XAQANİ HÜCRƏSİ

Üstündən neçə gün keçib, hələ indi o xoş auralı məkanın sehrli cazibəsindən ayrılıb olanlara nəzər salmağa başlayıram.
Fikrim asimanın ənginliklərində keçmişin, klassiklərin ruhlarının sorağında olsa da gözlərim yola baxırdı. Bakı-Xaçmaz yolundan sağa çıxıb köməkçi yolla irəliləyirdik. Birdən:
-Çatdıq! – deyə taksist astadan səslənəndə xəyallardan ayrıldım.
-Hara? – qeyri-ixtiyari soruşdum.
-“Sara” şadlıq sarayına. – Taksist tərs-tərs məni süzdü. – Bakıdan çıxanda belə deməmişdiniz?
Fikrimi cəmləşdirməyə çalışdım. “Mən “Sara” şadlıq sarayına nəyə gəlmişəm?” “Hə, yadıma düşdü, indi adamlar daha çox dadlı yeməklər bişirilən yerləri, pal-paltar satılan mağazaları yadda saxlayırlar. İndi kimdir kitabxanaların, kitab mağazalarının, klassiklərin ruhunu oxşayan hücrələrin yerini soraqlayan?” Bəli. Mənə elə beləcə də deyilmişdi. Birdən taksi sürücüsü oranı tanımaz, onda belə nişan verin.
Taksidən düşən kimi şadlıq sarayının əks istiqamətinə baxdım. Dərhal hücrəni gördüm. Elə bil bu hücrəni min ildir tanıyırdım. Əfzələddin Xaqani bu hücrədə yaşayıb yaratmışdı. Ömrünü burda xalqa, ədəbiyyata fəda etmişdi. Yaradanın haqqı – ölüm xəbəri gələndə də burdan heç hara getməmişdi. Daşa dönüb heykəlləşmiş və hücrənin qarşısında ucalmışdı, gələnlərə, gedənlərə düzgün yol göstərirdi.
Əvvəlcə heykələ yaxınlaşıb salam verdim. Qələm əhli olduğumdan imtahan öncəsi sıxılan tələbə kimi sıxıla-sıxıla böyük ustada səcdə etdim, ehtiramımı bildirdim. Sonra hücrəyə tərəf döndüm. Qapının üstündə yazını oxuyub hücrənin başına dolandım və arxa tərəfdəki qapını açıb içəri daxil oldum. Klassiklərin ruhu dolaşan hücrənin ədəbi ab-havası məni vurdu. İlk qarşıma çıxan bir ay əvvəl tanış olduğum, tanış olduğum andan da zəkasına vurulduğum Daşqın Məmmədovla qarşılaşdım. İçəridə beş-altı adam olardı. Düz gəldiyimi anladım. Təzəcə salamlaşmışdım ki, hücrənin mücaviri hesab etdiyim AY Bəniz xanım Əliyar da gəldi. Görüşdük, hal-əhval tutduq. İlk andan ruhən böyük cüssəli bu xanımın çiyinlərində klassiklərin mistik varlığının uyuduğunu hiss elədim.
Yola həyat yoldaşım Xuraman xanımla çıxmışdım. Onunla Dədə Qorqud diyarı Dəmirqapı Dərbəndə – ədəbi görüşlərə də bir getmişdim, Gürcüstan, Rusiya səfərlərinə də. Müharibə illərində də arxa-dayağım olmuşdu. Hücrədən çıxdım. Həyətdə məni gözləyən bir qutu jurnal-kitabları götürüb Xuramanla birlikdə hücrəyə qayıtdım. Yoldaşımı təqdim etdim. Birlikdə gəldiyimizə çox xoşhal oldular. Qısa tanışlıqdan sonra görüşümüz başladı. Bütün bu müddət ərzində Əfzələddin Xəqaninin ruhunu başım üzərində hiss edirdim.
AY Bəniz Əliyar görüşə gələnləri salamladı və haqqımda danışmağa başladı. Xanım-şairə xeyli məlumat toplamışdı – uşaqlığımdan bəhs edirdi. İlahi, mən axı Xaqanini orta məktəbdə yetərincə öyrənməmişdim. O vaxt Xaqanini yetərincə öyrədirdilərmi? Deyəsən, yox. Elə Həsənoğlu kimi bir qəzəli ilə kifayətlənirdilər. Soyuq tər məni bassa da ustadın ruhunun sakitliyi məndə rahatlıq yaradırdı. AY Bəniz xanım isə danışırdı. Mənim orta məktəbdə oxuduğum illərdən, o vaxt yazdığım kiçik həcmli mətnlərdən, onların hansı jurnal-qəzetlərdə dərc olunmasından bəhs edirdi. Bir aləm xatirə gətirmişdim o illərdən. Hansını danışım. Bir saat, beş saat bəs edərdimi? Əlbəttə yox. Yaşadığım hər an, hər gün bir xatirəydi. Dəyərli vaxtlarını ayırıb görüşümə gəlmiş adamların daha çox vaxtını almağa haqqım vardımı? Niyə mənə bu qədər dəyər verirdilər? Bilmirəm. İnsanların sifətindən səmimiyyət yağırdı. Bölgə adamları öz saflığını necə də qoruyub saxlayıblar.


AY Bəniz Əliyar danışırdı. Başımın üstündə yeni ruhların uçuşunu hiss elədim. Bu, Mehdi Ağalarovun ruhuydu. Orta məktəbdə ədəbiyyat müəllimim olmuşdu. Bütün şair və yazıçıları onun sayəsində sevmişdim. Sevə-sevə oxumuşdum. İlahi, necə də zəngin dünya imiş ədəbiyyat. İnsan ədəbiyyatdan aldığı zövqü başqa hardan ala bilər? Hər şair, yazıçının həyat və yaradıcılığını bizə tədris edəndən sonra elə bilirdik ki, doğmamızdır; əmimizdir, dayımızdır, ya da atamızın yaxın qohumlarındandır. Mehdi Ağalarov onları bizə belə sevdirmişdi. İndi də yuxarıdan pıçıldayırdı: “Mən sənə boş-boşuna “beşdə-beş” yazmamışam!”
Nəsə bir başqa ruh xəyallarımı çəkdi. Bu, niyə gəlib? Bu ki, bizim riyaziyyat müəllimimiz olub. Ölkə səviyyəli tanınmış Şəhrid İsmayılovun ruhuydu. Hər il Ali məktəblərə qəbul vaxtı mübahisəli misal-məsələlərin həllində teleqramla onu ya Naxçıvana, ya Bakıya çağırardılar. “Ən böyük şair Nəsrəddin Tusidir” deyirdi. Poeziya da dəqiq elmdir, hecasını, qafiyəsini tuta bilməsən, nazını çəkməsən, qayğısına qalmasan, ondan poeziya olmaz. Özü də ara-sıra şeirlər yazırdı, sandığa yığırdı. İndə hardan bilim onların taleyi necə oldu? Birdən pıçıldadı: “Mən sənə ona görə “dörd” yazırdım ki, ali məktəbə imtahan verəndə “beş” ala bilməyib təəssüflənməyəsən. “Dörd” sənin halal qiymətin idi…” Pıçıldayan kimi də vızıldayıb uçub getdi.
İndi hücrədə qarışıqlıq idi. Yerdəkilər də danışırdılar, göydəkilər də. AY Bəniz xanım görüşə gələnləri bir-bir təqdim edib danışmaq üçün söz verirdi. Onlar internet üzərindən yaradıcılığımın bir hissəsi ilə tanışlıqdan danışır, şagirdlər suallar verir, mən də imkan tapan kimi cavablandırmağa çalışırdım. Arada fürsət yaranan kimi xatirələrimi danışırdım. Göydəkilər isə hər şeydən məlumatlı idilər. “Klassiklərin bostanına daş atmaqdan da qalmırsan…” deyə atmaca da atırdılar. Bu nədi? “Hal arvad”dan yazırsan, köhnə kişilərin paxırlarını açırsan? Ayırd edə bilmədim kimin ruhunun pıçıltısıydı; ya Yusif Vəzir Çəmənzəminliydi, ya Əbdürəhman bəy Haqverdiyev. “Qurd ağzı”n da pis alınmayıb! İlahi, bəs bu kimin səsiydi? Süleyman Sani Axundov, yoxsa Abdulla Şaiq? Şagirdlərdən kimsə sual verirdi, nəsə “Şər” adlı hekayəmdən danışırdı. Mirzə Cəlil qarşıdakı pəncərədən mənə əl eləyirdi. Dəxli olmasa da onu nümunə göstərdim.
Sevinirdim ki, müasirlərim mənim haqqımda danışır, onların arasında yaşıdlarım da vardı, gənc qələm sahibləri də. Gənclər daha fəallıq göstərirdilər. Bunlar hamısı AY Bəniz xanımın xidmətləriydi. O, deməsəydi, istiqamətləndirməsəydi, mənimlə, yaradıcılığımla necə maraqlanacaqdılar?
Aybəniz xanımın nə vaxt və necə AY Bəniz olduğu fikri çulğalandı beynimdə. Özündən, yaxud başqalarından soruşmağı özümə rəva bilmədim. İlk görüşdə bu xanım-şairə gözümdə klassiklərin ruhunu şad edən, hücrənin əsl sahibəsi kimi püxtələşmişdi, böyümüşdü. İndi buna daha da əmin olurdum. Xaqani burda daşa çevrilib heykəlləşmiş, qərinəyə çevrilib hücrəsini tərk etməmişdisə, onun və ətrafına toplaşmış bütün klassiklərin ruhunu oxşayacaq bir hücrəni canlandırmaq çətin olsa da müqəddəsdi. Ruhlar üçün zaman yoxdu, onlar hər zaman yaradır, müzakirə aparırlar. Onların işığı heç vaxt əskik olmamalıdır. Günəş görünməyəndə göylərə qalxıb günəşin işığını əks etdirən AY Yerə necə işıq salırsa, AYBƏNİZ xanım da daima müqəddəslərin toplaşdığı bu hücrəyə qəlbən necə bağlanıbsa, eləcə də AY Bənizə çevrilib. Məncə, soruşmağıma heç ehtiyac da yox imiş.
Bir qələm adamı kimi klassiklərə görə rahatlıq tapdım. Əfzələddin Xaqaninin də ruhu çox rahat görünürdü mənə. Hücrəsinə daima işıq saçan, oranı canlandıran bir insanın əvəzsiz xidmətlərindən necə razı qalmayıb rahatlıq tapmayasan?
Görəsən, Azərbaycanda belə hücrələr neçədir?
Əli BƏY AZƏRİ,
“Xəzan” jurnalının baş redaktoru

“ULU ÖNDƏRİN İŞIĞINDA” ADLI KiİTABIMA SÖZARDI – SEVİNDİK NƏSİBOĞLU

“ULU ÖNDƏRİN İŞIĞINDA” ADLI KiİTABIMA SÖZARDI

İndi 2023-cü ilin, demək olar ki, son aylarını yaşayırıq. Bizi təzə ildən sadəcə 4 aydan da az bir vaxt ayırır. Bu il hər insan üçün müxtəlif, bəziləri üçün maraqlı, bəziləri üçün gözlənilməz, bəziləri üçün isə sürprizlərlə dolu bir il oldu. Lakin əminliklə deyə bilərəm ki, bu il hamı üçün, ələlxüsus da 50 milyonluq Azərbaycan xalqı üçün ən xüsusi, ən önəmli və ən gözəl illərdən biri oldu. Ona görə ki, bu il Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev” ili qeyd edilir. Bu il Ulu Öndərimizin anadan olmasının 100 illiyi olduğu üçün böyük tarixi əhəmiyyət daşıyır və mən inanıram ki, bundan sonrakı yüzilliklər ərzində bu ilin tarixi önəmi daha da qabarıqlaşacaq, daha da artacaq.

Mən də 15 yaşı bu il taman olan 10-cu sinif şagirdi kimi özümdə cəsarət taparaq Ulu Öndərimizin 100 illik yubileyinə onun dühasının ümmanında bir zərrə belə olmayacaq qədər kiçik bir yazını qələmə alaraq Öndərimizin yubileyinə hədiyyə etdim. Sayca 7-ci kitabım olacaq bu kitabımı – “Ulu Öndərin işığında” nı Ulu Öndərimizin işıqlı xatirəsinə və 100 illik yubileyinə həsr etmişəm.

Ümumiyyətlə, yazı yazmağa başladığım və kitablarımı çap etdirdiyim zamanlardan başlayaraq bu günə qədər həmişə Ulu Öndərimiz haqqında kitab yazıb çap etdirmək mənim üçün böyük arzulardan, amallardan biri olub. Elə buna görə də zaman-zaman Ulu Öndərimiz haqqında bir çox şeir və məqalələr qələmə almışam. Bu şeir və məqalələri bu kitabdan oxuya və onlarla daha yaxından tanış ola bilərsiniz. Hətta “Ulu Öndərimiz” adlı şeirimə mahnı da bəstələnmişdir. Gələcəkdə Ulu Öndərimizin xatirəsinə həsr edəcəyim kitabımda yer alması üçün bu şeir və məqalələri toplayır, onları xüsusilə qoruyur və saxlayırdım. Bunlarla işimi yekunlaşdırmır, Heydər Əliyev dühası irsinin daha da dərindən öyrənilməsi yolunda yorulmadan çalışır və özümü Ulu Öndərimizin adına və ucalığına layiq əməllərə daim həsr edirdim. Bunun sübutu kitabda oxuyacağınız şeir və məqalələrin “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım” və digər şeir və publisistik səciyyəli kitablarımda çap edilməsidir. Mən hər bir kitabımın Ulu Öndərimizdən, onun irsindən bir hissə daşımasına çalışmışam və buna az da olsa, nail olmuşamsa, özümü xoşbəxtlərin xoşbəxti hiss edirəm.

2023-cü il Azərbaycanımızın və xalqımızın üzünə bir Günəş kimi doğduğu zaman mən öz beynimdə həyəcan təbillərinin çalındığını hiss edirdim. Sanki 2023-cü ilin başladığı o günlərdə özümü zamanla, axıb-gedən həftələrlə, günlərlə, saatlarla, dəqiqələrlə yarışan görürdüm. O vaxtdan Ulu Öndərimizin 100 illiyi münasibətilə daha səmərəli və daha çox işlər görməyi qərarlaşdırdım və artıq zamanla yarışa başladım. Kitabın yazılma prosesi belə başladı.

Dərslərimin və ictimai tədbirlərdə iştirakımın yorğunluğu nəticəsində mən ən çox vaxtı yay aylarında tapa bilmişdim. Ona görə də yay günlərində işimi daha da sürətləndirdim və Ulu Öndərimizin irsinin axtarışına çıxdım. Gənc araşdırmaçı kimi Ulu Öndərimiz və onun gördüyü işlər haqqında, bir sıra insanlara məlum olan təşəbbüsləri haqqında, ailəsi və sevimli ömür-gün yoldaşı Zərifə xanım haqqında araşdırmalar aparmağa başladım. Bu zaman özümə məlum olmayan bir sıra detalları gün üzünə çıxartdım. Ulu Öndərimizin gəncliyindən başlamış hətta sovetlər birliyi dövründə türk xalqlarına olan yüksək diqqəti, xüsusilə də altaylıların dərdini bir qardaş kimi dinləməsi və onlara işlərində kömək etməsi, hətta onlara türk olduqlarını, qardaş olduqlarını xatırlatması və bir sıra bunun kimi təşəbbüslər araşdırmalarım əsasında yenidən oxucuların nəzərinə çatdırdım. Hesab edirəm ki, bu məqalələrin işığında Ulu Öndərimizin türk birliyinə olan sədaqəti və bu yöndə olan təşəbbüsləri bundan sonra da araşdırılacaq və neçə-neçə yeni məqalələr yazılacaqdır.

Ulu Öndərimizin qardaş Türkiyə ilə olan əlaqələri xüsusilə diqqətə və təqdirə layiqdir. Uzaqgörən liderimizin böyük türk siyasətçiləri Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalıyla olan görüşləri dünənimizdən bu günümüzə işıq tutur, qəlblərdən-qəlblərə çəkilən Ümid körpüsünü nura boyayır.

Oxucularıma əminliklə deyə bilərəm ki, araşdırmalarımda toxunduğum mövzular və hadisələr tamamilə realdır, Ulu Öndərimizin zaman-zaman çıxışlarında dilə gətirdiyi kəlamlardır və istinadları da tam yerindədir.

Kitabımın Ulu Öndərimizin 100 illik yubileyi və Qarabağda keçirilən lokal antiterror əməliyyatı zamanı Qarabağımızın erməni terrorçularından tamamilə azad olunması, onların təslim olması fonunda da oxucular tərəfindən dəyərləndiriləcəyinə, sevilərək oxunacağına ümid edirəm və bundan əminəm.

Kitabım Ulu Öndərimizin müqəddəs ruhuna, böyük irsinə və göylər qədər əbədi olan ucalığına ərməğan olsun!

Ruhun şad olsun, Ulu Öndərimiz! 50 milyonluq böyük Azərbaycan xalqının və bir ucu Qərbə, bir ucu Şərqə uzanan böyük türk millətinin qəlbində dünya durduqca yaşayacaqsan!

24.09.2023.

Müəllif: Sevindik NƏSİBOĞLU

10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü.

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mübariz Süleymanlı – BU DÜNYA

BU DÜNYA

Fikir adamıyam,söz adamıyam
Tanrının bəndəsi öz adamıyam
Mən ki bu dünyanın düz adamıyam,
Bildim mənlik deyil, mənlik bu dünya

Mənə yapışamaz nə böhtan,nə şər,
Beləcə, yaranıb əzəldən bəşər,
Daşım şeytanının başına düşər,
Demək mənlik deyil, mənlik bu dünya.

Səbrimin üstünə səbr caladım,
Yuvamı qorudum, ocaq qaladım,
Kimsənin haqqını kəsən olmadım
Güldüm, mənlik deyil, mənlik bu dünya.

Sinəmə sıxdığım sazı gözlədim,
Qışdan sonra gələn yazı gözlədim,
Yoluma nur səpən sözü gözlədim,
Vallah, mənlik deyil,mənlik bu dünya

Dəvəsini süzdüm, tazıya baxdım,
Ağlıyla öyünən razıya baxdım,
Alnıma yazılan yazıya baxdım,
Gördüm mənlik deyil,mənlik bu dünya.

Müəllif: Mübariz SÜLEYMANLI

Şair, publisist, mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İnsanın qanmazı yola düzəlməz… – Sərraf Şiruyə

İstisu (Kəlbəcər) iyul 1981.

İgidlik eyləyən, igid sayılan,
Üzməz, ətəkləyib tutduğu yerdən.
Mərdin qaydasıdır: kəsməz basdığın,
Yapışıb qaldırar atdığı yerdən.

Nanəcib deyilən haraya gəlməz,
Namusu olmayan qeyrət, ar bilməz.
İnsanın qanmazı yola düzəlməz,
Uzunqulaq keçməz batdığı yerdən.

Eşit Şiruyəni, gör nə zamandı,
Pak əməl ən böyük haqdı, divandı.
İnsanın tənbəli boğaz heyvandı:
İstəməz ki, qalxsın yatdığı yerdən.

Müəllif: Sərraf Şiruyə

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahgündüz Habil oğlu Cabbarov

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

ŞƏHİD, ŞAİR – ŞAHGÜNDÜZ

Şahgündüz Habil oğlu Cabbarov 1995-ci ildə Bərdə rayonunun Mollalı kəndində məcburi köçkün ailəsində anadan olub. Əslən Laçının Oğuldǝrǝ kəndindəndir. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsini bitirib. Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayıb.
Tovuz döyüşlərindən sonra hərbi komissarlığa gedərək adını könüllü yazdırıb. Oktyabr ayının 1-ində cəbhəyə yola düşür, həmlə taborunda döyüşür. Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub. Binə qəbiristanında dəfn edilib. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşcü” medalları ilə təltif olunub. Şahgündüzün ömür və döyüş yolundan bəhs edən “Şahgündüz zirvəsi” sənədli filmi çəkilib.

QOCA QARTAL
(27 noyabr 2016, Xocavənd rayonu, hərbi xidmətdə olarkən)

Qoca qartal, səsin gəlmir nədəndi?!
Yoxsa, çağlar həmən çağlar deyilmi?!
Niyə belə sakit-sakit baxırsan,
Sənin yerin uca dağlar deyilmi?

Qanad aç, qanad aç uca göylərə,
Özünlə ruhumu apar, a qartal!
Keçirt caynağına mənfur düşməni,
Sahib ol o elsiz yurdlara, qartal!

Daha bağlanmasın qolun-qanadın,
Səs sal gülü solmuş bağça-bağa sən.
Bir milyon didərgin elin-obanın,
Yetir salamını Qarabağa sən.

Sən Xarı bülbülün ahın, naləsin,
Duman Yeddiqata sarılanda gör,
Mənim ilhamımın eşqin, həvəsin,
Qırxqızdan Laçına boylananda gör.

Əzəldən tək gəlib, tək gedən qartal,
Bir gün dilə gəlib, dillənəcəksən.
Gündüzün ürəyin fəth edən qartal,
Bir gün Qarabağı fəth edəcəksən!

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ NOYABR – 2023 N: 11 (35)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

YAZARLAR”JURNALININ NOYABR – 2023 N: 11 (35)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB-PDF: yazarlar-35

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru