Elşad Barat: – “Aborta gedən analar…”

Aborta gedən analar

Aborta gedən analara səslənirəm:
Dayanın, durun, getməyin!
Onsuz da bilirəm, gedən ayaqlarınızdır,
Ürəyiniz durmaq istəyir.
Nə olar, getməyin, durun.

O gün metronun qarşısında,
Balaca bir qız dilənirdi,
O qədər balacaydı ki,
Ovucuna qəpik sığmırdı.
Hardansa bir qadın gəldi,
Ona sarılıb hönkür-hönkür ağladı.
Az öncə öz qızını abort etdirmiş anaya oxşayırdı o qadın.

Aborta gedən analara səslənirəm:
Nə olar, getməyin.
Öldürməyin o dilsiz, ağızsız körpənizi.
Axı, o doğulub gülümsəyəcək,
Sizə ana deyəcək.
Analıqdan məhrum etməyin özünüzü.

İlahi, səndən başqa şahidim yoxdur.
İndicə ikinci qızım gəldi,
Bir dilim alma qoydu yazı masamın üstünə,
Öpdü məni və qaçıb getdi.
Mənə də çox demişdilər;
Neynirsən ikinci qızı?
Nə yaxşı ki, sərt dayandım,
Öldürmədim öz qızımı.
Yoxsa indi yanağımda bu öpüş,
Masamda bu alma dilimi olmazdı.
Həm də bu mövzuda yazdığım zaman.
Qızımın gəlişi də tanrının mesajıdır.

Aborta gedən analara səslənirəm;
Nə olar, getməyin.
Öldürməyin öz balanızı.
Müharibələrdə ölən uşaqlara acıyırsız,
Bəzən göz yaşı tökürsüz,
Amma düşünmürsüz ki,
Siz də öz balanızın qatili olursuz.

Aborta gedən analara səslənirəm:
Qurban olum, getməyin,
Öldürməyin öz balanızı.

2017.

Müəllif: Elşad Barat

FARUK HABİBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Elşad Barat: – “Aborta gedən analar…””

  1. Elşad Barat! Salamla r olsun! Bu mövzu ən ağır və ürəkyandırandır. Siz böyük poetik məharətlə bu çətin vəzifənin öhdəsindən gəldiniz. Uğurlarınız bol olsun!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir