İSTİQLAL YOLU – Təvəkkül Goruslu

Cümhuriyyətin 100 illiyinə həsr edirəm.

İSTİQLAL YOLU

Türkün cəsarəti, Türkün coşqusu,
qorxutdu dünyanı hərbi, nə yazıq!
Məğlubiyyət hissi, qaçmaq quşqusu,
qorxutdu hər zaman Qərbi, nə yazıq!

Qılıncı, qalxanı qoyub kənara,
Siyasi yürüşü bitmir xaçlının.
Yalandan, qeybətdən gəldik zinhara,
Kini, küdurəti getmir xaçlının.

Dənizə, dəryaya meydan oxuyan,
Türkün bayrağına qibtə etməyin.
İstiqlal marşını candan oxuyan,
Qocaman millətin üstə getməyin!

Qəvi yağılarla yenə öcü var,
Kərənlər sındırır hökmü, nə gözəl.
Yenilməz qeyrəti, qolda gücü var,
Dimdik ayaqdadı Türküm, nə gözəl!

Əbədi parlasın ayı, ulduzu,
Bayrağı zirvədə Zəfər simvolu.
Qürurla fəxr edir oğulu, qızı,
Dönməzlik yoludur İstiqlal yolu!

29.10.2023.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir