Azərbaycan Yazıçılar Birliyinin üzvü, qazi-yazar, publisist, 1-ci qrup əlil Zaur Bayramoğlu Muradovun 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xüsusi Təyinatlı Qüvvələrimizin rəşadətli döyüş yolundan bəhs edən “Fədailər” trilogiyasından ilk kitabının – “Əks-hücum” romanının təqdimat mərasimi keçirilib.
Zaur BAYRAMOĞLU Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi və 44 gün ərzində ərsəyə gətirdiyi bu sənədli-tarixi romanda həmin dövrdə həm ön cəbhədə gedən qızğın döyüşlər, həm də Ali Baş Komandanın beynəlxalq miqyaslı gərgin siyasi-diplomatik fəaliyyəti və qətiyyəti tarixi-bədii formada öz əksini tapıb. Müharibə dövründəki hərbi-siyasi hadisələrin və tarixi qələbələrin xronoloji ardıcıllığını dəqiqliklə əks etdirməkdə qazi-yazara “TEAS Press Nəşriyyat evi”nin “44 gün anbaan” kitabı yardımçı olub. Döyüş əməliyyatları ilə bağlı hissələr isə döyüşlərin iştirakçıları olmuş xüsusi təyinatlılarımızın xatirələri əsasında qələmə alınıb.
Xüsusi təyinatlı zabitlər, qazilər və şəhid ailələrinin iştirak etdiyi tədbirdə Zaur Bayramoğlu Vətən müharibəsinin tarixi salnaməsi olacaq “Fədailər” trilogiyasının növbəti hissələri barədə oxuculara geniş məlumat verib. O, Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrimizin şücaətinin tarixi-bədii salnaməsi olacaq “Fədailər” trilogiyasının “Ölüm mələkləri” və “Zəfər” adlı növbəti hissələri, həmçinin bu ilin sentyabr ayında yurdumuzda düşmən işğalına birdəfəlik son qoymuş antiterror tədbirlərinə həsr edəcəyi “Boz zona” adlı yekun hissə haqqında da danışıb.
Tədbirdə çıxış edənlər kitab haqqında öz fikirlərini bildiriblər.
Sonda isə Zaur Bayramoğlu “Əks-hücum” kitabını oxucular üçün imzalayıb, xatirə şəkli çəkdirilib.
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Zaur Bayramoğlunun rəsmi səhifəsi
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru