“İrəvan” futbol komandası növbəti mərhələyə vəsiqə qazandı
Bu gün Saatlı İdman Kompleksində “İrəvan” futbol komandası Azərbaycan kubokunun II təsnifat mərhələsində Saatlının ” Araz Saatlı ” futbol komandasına 1-4 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazandı.
Həmişə atamın məzarını ziyarət edəndə sağ tərəfindəki boş yer diqqətimi çəkir. Açığı bir az da qorxuram, heç kimə demirəm. Birdən məsələ ciddiləşər. Amma deməsəm də, oğlanlarım və qohumlarımın seçdikləri ən münasib yer ancaq ora ola bilər.
Öləndən sonra mən şair kimi yaşaya biləcəyəmmi? Qəribə də olsa, bu barədə düşünürəm. Ciddi yox, elə -belə. Çünki nə olsa, ölməyi boynuma almıram. Bəzi şeyləri, reallıqları hesablayıram.
Keçək hesablamağa. Tutaq ki, mən öldüm. Onsuz da saytlar belə xəbərdən ötrü pul paylayır. Şəkillərim bir günlük saytların bəzəyi olacaq. Gör yadıma nə düşür? Tanınmış bir şair dostum ağır xəstə idi, saytların birinin baş redaktoru mənə zəng elə di ki, o şair ölən kimi tez bizə de, xəbəri ilk dəfə biz verək, yaxşı qonararın da olacaq. Elə bil damarımda qanım dondu. Mən öləndə imkanım olsaydı, qabaqcadan kasıb bir jurnalistə deyərdim, o da sayta yazardı, babat qonarar alardı.
İndiyə kimi qırx kitabım çap olunub. İlk kitabım “Yazıçı” da işıq üzü görüb. O vaxt düzün düz vaxtı o kitabı çap etdirməkdən ötrü düz on il növbə gözləmişəm. İndi evimdə cəmi bir nüsxə qalıb. Bilirəm ki, ölən günü bütün nəvələrim bizə gələcək. Həyat yoldaşım o bir nüsxəni də verəcək ağlayan uşaqların birinin əlinə. Adını da belə qoyacaq: uşaq babasının kitabını oynadan kimi sakitləşir. Bir azdan kitabımın cırılmış vərəqlərini külək qonşu həyətə yuvarlayıb aparacaq. Birinci kitabımın taleyi belə.
O biri kitablarıma gələk. Kiçik oğlum kitab sevən deyil. Onun fikrincə, ədəbiyyat-zad mənasız bir şeydir. Ona görə də ev bölgüsündə kitablarımı böyük oğlum tərəfə itələyəcək. Böyük oğlum yazıçıdır. O da heç vaxt mənim şeirərimi bəyənməyib. Guya mən həmişə Yazıçılar Birliyinin tərəfini saxlamışam. Hətta o mənim qəbrimi, şəkilli başdaşımı görüb heyrətlənməz.
Qalır qızım. Bilirəm o mənim bir kitabımı götürəcək. Hey opüb ağlayacaq. Amma heç vaxt kitabımı çap etdirmək üçün imkanı olmayacaq. İstəyəcək, amma ildən – ilə saxlayacaq. Sonra isə tamamilə yaddan çıxacaq. Sonra böyük oğlum kitablarımı qoymağa yer tapmayacaq. Beləcə evdəki kitablarım bir – bir illərin arxivinə düşüb it – bat olacaq. Sonra evdə bir dənə də olsun kitabım qalmayacaq…
Evdən çölə cıxaq. Yaxşı dostlarım var. Onlar bir gün AYB-nin Natəvan klubunda ildönmümü qeyd edəcəklər. Bilirəm, on yeddi adam gələcək. Sonra dostlar da dəyişəcək: ya fikirlərini, ya da dünyalarını. Hər dostla yenidən öləcəm. Sonra ayrı adamlar gələcək ki, onlar da artıq məni tanımırlar.
Hərdən həyat yoldaşıma deyirəm ki, mənim video çəkilişlərimi yaxşı saxla. Bir gün mən həyatda olmayanda səni televiziyaya çağırarlar, səndən istəyərlər, sən də tapmazsan. Pis olarsan. Özüm də sağ deyiləm ki, durub yerini sənə göstərim.
Televiziyalar susacaq. Heç sağlığımda televiziyaya çıxa bilmirdim, öləndən sonra necə çıxa bilərəm ki? Heç sağ vaxtımda şeirlərimi dərsliklərə saldıra bilmirdim, mahnı bəstələmirdilər, kitabımı çap etmirdilər, öləndən sonra bunlar necə baş tuta bilər?! Gözlərinin qabağındaydım, məni unudurdular, bəs öləndən sonra necə görə bilərlər?!
Amma böyük oğlumun yubileyimdə kiçik, deyək ki, əlli altı səhifəlik bir kitabımı çap etdirmək ehtimalı var. Olsun. Onun təqdimatı da düşəcək bayram gününə, 5-6 adam gələcək. Bir iki xatirə, rəhmət-zad, filan.
Qeyri-hökümət təşkilatları, bələdiyyələr, hamısı isti yay günləri kimi gəlib gedəcəklər üstümdən. Eləcə istilərin altında baş daşımdakı adım intihar edəcək. Məni tanıyanlar da öləcək. Oğlum da, qızım da, arvadım da.
On beş ildən sonra kənd bələdiyyəsinin kəndin ortasında balaca bir büstümü qoymaq ehtimalı ola bilər. Orası da var ki, məni şair kimi təqdim etməyəcəklər; ya da ola bilsin ki, uşaq şairi kimi xatırlasınlar. Büstümün pyedestalını çox aşağı qoyacaqlar ki, uşaq kimi görünüm. Yəni baxça uşaqları və ya birinci sinif şagirdləri büstümü ziyarətə gələndə onlardan böyük görsənməyim, onlarla bir boyda olum. Guya böyük kimi görünməyə hələ yaşım çatmır. Oğlumu büstümün açılışına çağıracaqlar, şübhəsiz ki, gəlməyə vaxtı olmayacaq. Qızımın da gəlməyinə həyat yoldaşı icazə verməyəcək. Nəvələrim xaricdə təhsil alırlar deyə artıq məni tanımırlar. Büstümün ətrafında susuzluqdan öləziyən bir– iki qızıl gül kolu ola bilər. Onu da kəndin qoyunları yeyəcək. Heç kəs məni tanımayacaq.
Beş ildən sonra kəndin baytar həkimi büstümü sökdürəcək, yerində baytar apteki tikdirəcək. Məni bir şey yandıracaq; büstümü aparıb qəbrimin üstə qoyan olmayacaq. Büstüm baytar aptekindən bir az aralı başı üstə dərin bir arxa düşüb qalacaq. Heç olmasa büstümü torpağa basdırmaq bir adamın ağlına gəlsəydi… Heç kimi istəmirəm, hamının əvəzinə bircə atam sağ olsaydı, o büstümü aparıb qəbrimin üstə qoya bilərdi, hökmən qoyardı.
Kıbrısda keçirilən konfransda tanınmış nəğməkar şairimiz, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə Prorektoru , Elmlər Doktoru Professor MAHİRƏ xanım NAĞIQIZI Hüseynovanın nəğmə dolu diskləri və “Salam olsun” “Lövbər adam”adlı kitabları, ADPU -nin əməkdaşı filalogiya fakultəsinin dekan müavini, dosent Pəri Paşayevanın da “İbtidai siniflərdə fonetika tədrisinin elmi metodik əsasları” dərslik kitabları Dostluq və qardaşlıq Kuzey Kıbrıs Türk Cumhuriyətinin Azərbaycan günündə ASKEF (avrasiya sanat kültür edebiyyat federesyonu) başkanı hörmətli Savaş Ünal bəyə eynilə ADPU -nin filologiya fakultəsinin dekan müavini, dosent Pəri xanım Paşayeva və ADPU-nun filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi texnalogiyasının müdürü, dosent Sevda xanım Abbasova tərəfindən təqdim edildi.
Bildiyimiz kimi, 10-13 noyabr 2023-cü il tarixlərində Quzey Kıbrısda Avrasiya Sanat Kültür Edebiyyat və Bilim Dərnəkləri Federsyonunun Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyəti və Uluslararası Rəssamlar Birliyi ilə birgə təşkil etdiyi uluslararası ortaq sənət mərasimi keçirildi. Mərasimin əsas təşkilatçısı Kuzey Kıbrıs Türk Cumhuriyəti (KKTC) həmişə ortaq sənət peşəkarlığı və bu missiyanın doğurduğu qardaşlıq prinsiplərinə xüsusi diqqət ayırıb, elə bu mərasimdə də diqqətləri çəkən əsas proses məhz bu idi.
Məlumat üçün deyim ki, uluslararası münasibətləri daim birinci hədəf hesab edən Kuzey Kıbrıs Türk Cumhuriyəti ekonomik zəminləri, qaynar dostluğu, idman fəaliyyətini geniş tərkibdə əsaslandıran və bu amilin bütün ortaq məsafələrdə dövlətçiliyə xidmət etdiyini büruzə verən dostluq cəmiyyətidir. İştirakçısı olduğumuz möhtəşəm tədbirdə də bir daha bunu canlı şahidi olduq. Tədbirin belə misilsiz keçməsi üçün ilk olaraq Kuzey Kıbrıs Türk Cumhuriyətinin cumhurbaşkanı sayın Ersin Tatar bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin başbakanı sayın Ünal Üstel bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin Ulaştırma bakanı sayın Erhan Arıklı bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin kültür dairəsi müdiri sayın Şirin Zaimağaoğlu xanıma, Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin başkanı sayın Orhan Hasanoğlu bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin işgüzar personalına, rəssam-dr. Gülsün Karadayı xanıma, ASKEF-in Azərbaycan başkanı Sona xanım İsmayılovaya minnətdarlığımızı bildiririk.
Xüsusi təşəkkürümüzü isə Savaş Ünal bəyədir, çünki onun təşkilatçı olduğu bütün tədbirlər sözün əsl mənasında möhtəşəm keçir. Elə adıçəkilən tədbirdə də sayın Savaş Ünal bəyin Azərbaycan sevgisi gözümüzdən yayınmadı. Tədbir boyu Azərbaycanın Zəfəri, Bayraq ucalığı, Atatürk şəxsiyyəti böyük alqışlarla qarşılandı və bu, bizdə qürur hissi doğurdu.
Tədbirə Azərbaycandan qatılan ziyalılar da xüsusi rəng qatdılar. Onların möhtəşəm iştirakçı siması Türkiyə-Azərbaycan qardaşlığının təntənəsi kimi yadda qaldı. Məsələn, Azərbaycanın tanınmış ziyalı xanımı, görkəmli sima Mahirə Nağıqızının kitablarının, sözlərinə bəstələnmiş mahnılardan ibarət disklərin və kitabların ASKEF təşkilatçıları Savaş Ünala təqdim olunması xüsusi minnətdarlıq hissi yaratdı, əsas etibarilə tədbirə əlavə ovqar verdi. Mahirə Nağıqızının ünvanına deyilən xoş sözlər həm tədbir iştirakçılarının, həm də Azərbaycandan tədbirə qatılan ziyalıların gurultulu alqışları ilə qarşılandı. Və Bir azərbaycanlı kimi bir daha fəxr etdim ki, mən ümummilli lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycanın vətəndaşıyam!
Tədbirdə rəssamların əl işləri, ölkələrin mədəniyyət inciləri nümayiş olundu və sonda iştirakşılara kitablar hədiyyə edildi. Bir sözlə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin həyata keçirdiyi tədbirlərin hamısında əsasən Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu əsas proritet olub və bu tədbirdə də məhz bu məqam diqqət mərkəzində idi…
Sona Abbasəliqızı Prezident mükafatçısı AYB-nin ve AJB-nin üzvü ,yazıçı.