“25-ci saat”da “Cəhənnəmdən gələn işıq”ın kölgələri

“25-ci saat”da “Cəhənnəmdən gələn işıq”ın kölgələri

AYB-nin «Natəvan» klubunda şair-jurnalist AYB-nin üzvü Təranə Dəmirin eyniadlı kitablarının təqdimatı keçirildi

Hər tədbir, əslində, bir ictimai təqdimatdır. İnsanın (qələm sahibinin, ziyalının…) bəlkə də üzərində ciddi-cəhdlə işlədiyi hansısa bir əsəri oxucuya göstərmək, onun bu «əl işi»nə münasibətini öyrənməkdir. Doğrusu, bu, belədir. Çünki hər tədbir zamanı biz bunu əyani müşahidə etmişik.

İstedadlı qələm sahibi Təranə Dəmir də elə bu timsalda “25-ci saat” şeirlər və “Cəhənnəmdən gələn işıq” povest və hekayələr kitabını cəmiyyətə təqdim etmək, oxucunu öz hislərində gah kövrəltmək, gah da duyğulandırmaq üçün tədbir təşkil etmişdi…

Məlumat üçün bildirək ki, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair, jurnalist Təranə Dəmirin “25-ci saat” şeirlər və “Cəhənnəmdən gələn işıq” povest və hekayələr kitabının təqdimatı – “imza” günü keçirildi. Təqdimat mərasimində şairin qələm dostları, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak etdi.

Tədbirin aparıcısı Əli Kərim adına Sumqayıt şəhər «Poeziya evi»nin rəhbəri, şair İbrahim İlyaslı Təranə Dəmirin həyat və yaradıcılığı barədə geniş danışdı, şeirlərindən nümunələr söylədi. Vurğuladı ki, müasir dövrdə şeirin az qala ucuz təsəvvürə çevrildiyi bir vaxtda sanballı nümunələr yaratmaq zərurətdən irəli gəlir və bu hal alqışalayiqdir. Biz Təranə xanımın yaradıcılığında daha çox poetik təlatümlər aşkar edirik, bu səbəbdən onun poeziyasını əlbəttə, bu şəkildə təqdir etməliyik.

Şair, yazıçı və jurnalistlərdən Qəşəm Nəcəfzadə, Qulu Ağsəs, Əlisəmid Kür, Zərəngiz Dəmirçioğlu, Namiq Dəlidağlı, Fəxrəddin Teyyub, Xəqani Abbasəli Öztürk, Əli bəy Azəri, Taleh Mansur, Nəzirməmməd Zöhrablı Quliyev, Ülviyyə Əbülfəzqızı, Xatirə Səfər, Elçin Nəsib və başqaları Təranə Dəmirin yaradıcılığında bir sıra məqamlara toxundu, ona uğurlar arzuladılar və yeni kitablarının işıq üzü görməsi münasibətilə təbrik etdilər.

Qəşəm müəllim Təranə Dəmir yaradıcılığını şahanə şəkildə çözdü, müəllifin “25-ci saat” şeirlər kitabını birnəfəsə oxuduğunu dedi və bu kitabda ədəbi qənaətlərin, məzmun, ideya və mənanın yerində olduğunu, fikrin daha çox fəlsəfi məzmun daşıdığını diqqətə çatdırdı.

“Ulduz” jurnalının baş redaktoru şair Qulu Ağsəs Təranə Dəmir şeiriyyətinin inandırıcılıq xüsusiyyətindən, bu şeirlərin yaddaşlarda və ədəbiyyatda qala bilmək hünərindən danışdı, müəllifin bundan da məzmunlu şeirlər yaza bilmək gücünə inandığını vurğuladı.

Yazıçı Əli bəy Azəri Təranə Dəmirin xüsusən də Vətən mövzulu şeirlərini geniş şəkildə izaha çəkdi, bu şeirlərdə Vətən üçün ağlamağın deyil, mübarizə aparmaq, cəsarət göstərmək hissinin güclü olduğunu dedi. Əminliklə bildirdi ki, bu şeirlər hətta daşürək adamlarda belə Vətən hissi yarada bilər.

Radio journalist Dilşad Mirzəyeva, Arzu Bayramlı, Vaqif Nəcəf Təranə Dəmir yaradıcılığındakı publisistik zəminlərə diqqət çəkdilər, onun ictimai-ədəbi hissini daha məzmunlu olmasında bu prosesin ümdə rol oynadığını dedilər.

Bu çıxışlar zamanı da vurğulandı ki, Təranə Dəmir həm nəzmin, həm də nəsrin ədəbi qənaətlərini doğru-düzgün təfərrüatlara çəkə bilir, ona görə də daha çox halda diqqətçəkən nümunələr yaradır. Biz təbii ki, onun yazdıqlarında həqiqətləri real düsturlar vasitəsilə çözür, həyatın, hadisə və proseslərin cəmiyyət reallığına, ədəbi həqiqətlərə əsaslandığını deməliyik. Bu da müəllif üçün olduqca vacibdir, inanırıq ki, Təranə xanım bundan sonra da yaxşı şeirlər və nəsr yazıları ilə oxucularının qarşısına çıxacaq.

Tədbirdə məktəbli bədii qiraətçi Əli Aslanlı şairin şeirlərindən nümunələr səsləndirdi.

Sonda Təranə Dəmir yeni şeirlərini oxudu, oxucular üçün kitablarını imzaladı, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Əlavə olaraq dedi ki, “25-ci saat” şeirlər və “Cəhənnəmdən gələn işıq” povest və hekayələr kitabı onun nömbəti mərhələlərə adlamaq gücüdür, bu güc onun bədii siqlətini yeni məsuliyyətlərə sövq edir.

Qeyd: Təranə Dəmirin “25-ci saat” şeirlər kitabında bir-birindən mənalı və məzmunlu şeirləri toplanıb. Əlbəttə, biz bu kitab barədə tədbir əhval-ruhiyyəli fikirlər ifadə etdik deyə, oradakı şeirlərin təhlilini növbəti yazılarımıza saxlayırıq. Sadəcə, demək istəyirik ki, Təranə Dəmir yaradıcılığı bu həyat üçün bir işıq mənbəyidir; şeirlərdəki fəlsəfi məzmun oxucuya çox şey deyir. Əsasən də, bu kitabdakı şeirlər günahdan qaça bilməyin yollarını göstərir.

Müəllifin özünün dediyi kimi:

Adım Allahın yanına

Özümdən qabaq çıxacaq.

Bilirəm, nəyi qaldırsa

Altından günah çıxacaq…

Bu bir parça şeirdə əsas etibarilə günah və ona bulaşmaq zərurəti var. Müəllif demək istəyir ki, həyatı elə yaşayın, bir gün haqq tərəzisində çəkiləndə günahınız ağır olmasın. Bunun üçün də həyata atıldığınız ilk gündən Allahı təqdir etmək gərəkdir və s.

Dərdin ən yekəsi unudulmaqdı,

Yadından çıxmaqdı dünyanın, atam.

Sən demə, əcəlin adı var elə,

Sən demə, təklikdən ölürmüş adam.

Bu sətirlərdə də günahın yaratdığı vəsvəsə insanla həyat arasında çətin keçidlər qurur, insan-Allah münasibətləri pozulur. Təkliyə səbəb nədir? Bi istiqamət əgər tale işidirsə, daha bəlli istiqamət insanın özünü günaha qul etməklə ətrafdakılardan təcrid etməsidir.

Hər yoxuşun enişi var,

Hər gəlişin gedişi var,

Yadın bizlə nə işi var,

Nə keçirsə, bizdən keçir…

*

Olla-ölün arası

Bir ömür yordu bizi.

Bu tənhalıq, bu sükut,

Bu səmir yordu bizi…

Bu poetik sətirlərdə də həyata sirayət edən mənfi aura var; yəni günaha deyil, haqqa asi qəlblər öz yaşam tərcihlərini doğru yola istiqamətləndirmək şanslarını itiriblər, həqiqət onlara yad ünsür kimi görünür və s.

Biz bu ictimai zəmini açmaq üçün Təranə xanımın şeirlərindən kifayət qədər misal çəkə bilərik. Hətta kitabı bütöv şəklidə bu mövzuda əsas obyekt kimi təqdir edə bilərik. Anlayışlı oxucu bir-iki şeirdən də müəllifin nə dediyini anlayır.

Təranə xanımın nəsr kitabı barədə də bir-birindən maraqlı çıxışlar oldu. Vurğulandı ki, o, povest və hekayələrində ədəbi dilin normalarına riayət edib, fikirlərini xalq yazı təfəkkürünə sığışdırmağı bacarıb. Buna görə cümlələr səlis, aydın və təsiredicidir.

Doğrudan da, Təranə Dəmirin “Cəhənnəmdən gələn işıq” povest və hekayələr kitabı səlis mənalar ifadə edir, kitabın dili, məna xüsusiyyətləri və s. bizi qane edir. Hətta bu münasibət, bu ədəbi-epik çalar diqtə edir ki, müəllif daha sanballı, daha dolğun əsərlər yaza bilər.

İnşallah, növbəti yazılarda hər iki kitabı geniş anlamda təhlil edib oradakı həqiqətləri oxucuya açmaq niyyətindəyik. Təki sağlıq olsun.

…Eyb etməz, qoy oxucu olaraq əllərimizdə “Cəhənnəmdən gələn işıq” kitabı olsun, ancaq həyatımıza Cəhənnəm işıqları düşməsin…

Hüseyn İsaoğlu (Məmmədov),

AYB-nin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoglu ilə müsahibə

Azərbaycanlı şair-alim: “Şərəfimi qorumaq üçün hər şeyə hazıram”

(Rafiq Yusifoglu ilə müsahibə)

  • Sizə görə həyatda ən asan və ən çətin şey nədir?
  • Ən asan şey ağzına gələni danışmaq, ən çətin şey isə özünü dərk eləməkdi.
  • Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?
  • Şeirlərimin birində belə bir misra var: “Bir çayam, kəndimdən başlanır ömrüm”. Ucqar bir dağ kəndində – Çardaxlıda doğulduğuma, meşələri, dağları, çəmənləri gəzdiyimə, odun yığdığıma, ot biçdiyimə, qoyun-keçi nobatına getdiyimə, heyvanları yaylıma apardığıma, at çapdığıma, biçənəkdə uzanıb otların, çiçəklərin ətrini sinəmə çəkə-çəkə quşların, böcəklərin səsini dinlədiyimə, çiynimdə tüfəng qarlı düzlərdə gəzdiyimə, çayda çimdiyimə, balıq tutduğuma görə çox xoşbəxtəm. Yaradıcı adam üçün bunlar çox vacib şeylərdi… Ucqar bir dağ kəndində yaşasaydım, çörəyimi torpaqdan çıxarmağı bacarardım. Ancaq təəssüf ki, mənim doğulub boya-başa çatdığım kənd indi düşmən tapdağı altındadı…
  • Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?
  • Ona üzülürəm ki, doğulduğum torpaq işğal altındadı, ona sevinirəm ki, Azərbaycan müstəqil Respublikaya çevrilib. Ona üzülürəm ki, mənim üçün çox əziz, doğma olan adamları – babalarımı, nənələrimi, valideynlərimi, əmilərimi, dayılarımı, bibimi, əmim oğlanlarını, bibim oğlanlarını, bibim qızlarını itirmişəm, ona sevinirəm ki, həyat davam eləyir, onların heç birinin yeri boş qalmayıb. Bir şeirimdə deyildiyi kimi: “Zamanın qurbanı olubdur atam, Zamana göz dikib nəvəm-nəticəm”…
  • Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?
  • Ulu yaradanıma və doğulub boya-başa çatdığım Azərbaycan torpağına…
  • Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?
  • Şərəf və ləyaqətimi qorumaq üçün hər şeyə hazıram.
  • Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?
  • Mühitə düşsəm, bəlkə yaxşı bəstəkar da ola bilərdim, ancaq doğrusu, başqa peşədə gözüm yoxdu. Özümü şair kimi də, ədəbiyyatşünas kimi də, pedaqoq kimi də, naşir kimi də yerimdə hesab edirəm və gördüyüm işlərdən zövq almagı bacarıram. Tələbələrimin sonsuz sevgisini qazana bilməyim mənim ən böyük mükafatımdı…
  • Üzr istəmək sizə ağır gəlmir ki?
  • Çox ağır gəlir. Ona görə ömrüm boyu çalışmışam ki, üzr istəməyə lüzum qalmasın.
  • Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?
  • Ağlamaq var, ağlamaq var da! Sabirin dediyi anlamda kişiyə ağlamaq, zarımaq yaraşmır. Kişi ən çətin vəziyyətdən çıxmağı bacarmalıdı. Ancaq ağlamaq insana xas olan xüsusiyyətdir. İnsan robot deyil axı! Şeirlərimin birini bu misralarla bitirməyim təsadüfi deyil:
    Ürəyim doğmadı dərdə, ələmə,
    Zərrəcə qorxum yox dardan, çətindən.
    İlahi, sən məni məhrum eləmə
    Hönkürüb ağlamaq səadətindən…
  • “Kaş ki, filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?
  • Hərdən diqqətsizlik, sayğısızlıq, mədəniyyətsizlik görəndə adamın ürəyindən buna bənzər hisslər keçir, ancaq nə vətəni, nə də valideynləri seçmək mümkün deyil.
  • Evinizdə inciklik olurmu? Olursa birinci kim barışır?
  • Söz-söhbətsiz ev olmur. Ancaq ömrünün ixtiyar çağını yaşayan insanlar üçün inciklik səciyyəvi cəhət deyil.
  • Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?
  • Mən özümü yalnız Ulu Yaradanımın önündə günahkar sayıram. Çox adamın günahlarını bağışlamışam, yetər ki, səhvini başa düşsün.
  • Sizcə azadlıq istədiyini eləməkdi ya istəmədiyini?
  • Azadlıq şərti məfhumdu. Mənim “Azadlıq” adlı bir essem var. Orada yazmışam ki, insan bir bətndən (ana bətnindən) o biri bətnə qədər (torpağa) yol getmək zorundadır. İki “zindan” arasında nə azadlıq? İnsan kainatın, cəmiyyətin ayrılmaz bir təkərciyi, vintciyidi. O boyda günəş, yer azad deyilsə (istədiyini eləyə bilmirsə), insan necə azad ola bilər? İnsan yalnız düşüncəsində azaddı, o da qismən.
  • Sevgi nədir: ümid, qorxu ya xoşbəxtlik?
  • Lirik şeirlərimin əksəriyyətində, özü də ayrı-ayrı ovqatlarda bu sualın rəngarəng cavablarını verməyə çalışmışam: “Sevgi çağırılmamış qonaqdı, ancaq ev sahibinə çevrilir”.
    Sevən qəlbdə nə sırsıra, nə şaxta?
    Salıb mənim saçlarıma sevgi dən.
    Ulu Tanrım, gözlərimi işıqdan,
    Ürəyimi əskik etmə sevgidən…
  • Ən çox nə zaman utanırsınız?
  • Çalışıram ki, mənə utanc, xəcalət gətirən bir iş görməyim. Çox şükür, heç kəsin yanında gözükölgəli deyiləm.
  • Ölüm nədir?
  • Ölüm bu dünyanın sonu, o biri dünyanın isə başlanğıcıdır.
  • Çoxlu pulunuz olsa, hara xərclərdinz?
  • Çoxlu pul mənim nəyimə gərəkdi? Qazancım insan kimi yaşamağıma bəs eləyirsə, buna min şükür!
  • “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi nəyi ifadə edir?
  • Müqəddəs məbədlər boş qalmır ifadəsi təsadüfi yaranmayıb. Ancaq hər kəsin həyatda öz yeri, öz qisməti var.
  • Həyatda ən böyük təsəlliniz?
  • Dəli sevda dolanmırsa başında,
    Sevmirsənsə, bu dünyada qəribsən.
    Ulu tanrım, baş əyirəm qarşında, –
    Mənə sevmək istedadı veribsən!
  • Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?
  • Bütün sualları imkanım daxilində cavablandırmağa hazıram, ancaq yersiz, sual vermək xətrinə sual olmasa. Mənə görə, sual düşüncənin başlanğıc nöqtəsidi…
  • Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?
  • Çox narahat. Nə yubiley, nə də ad günü qeyd eləməyi xoşlamıram.
  • Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?
  • Heç nə. Nəsihət verməyi də, nəsihət dinləməyi də xoşlamıram.
  • Sizə görə, insanda ən yaxşı və ən pis xarakter hansıdır?
  • Ən yaxşı cəhət səmimiyyət, ən pis cəhət isə riyakarlıqdır.
  • Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?
  • Müğənniləri, sənətçiləri heyranlıqla dinlədiyim anlar olub, ancaq onların heç birinə aşiq olmamışam.
  • Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?
  • Tam əminliklə deyirəm ki, mənim heç bir övladım məni ata bilməz. Çünki ot kök üstündə bitir. Digər tərəfdən mən atılmalı ata deyiləm.
  • Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?
  • Yerində, məqamında deyilən bütün sözlər gözəl, yersiz deyilən bütün sözlər isə eybəcərdir.
  • Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?
  • Nə vəsiyyətdən, nə də nəsihətdən xoşum gəlmir. Canının hayında olan bir adamın ağıllı söz deyəcəyinə inanmıram.
  • Ən çox nədən qorxursunuz?
  • Tənhalıqdan və ölümdən.
  • Xoşbəxt olmaq üçün nəyiniz çatmır?
  • Xoşbəxtəm, hər şeyim var…Sağlam düşüncə, sevgi xoşbəxtliyin təməl daşıdır.
  • Sizin kimlərə və nə kimi xeyriniz var?
  • Mənim kimlərə nə kimi xeyir verdiyimi həmin kimlərin özü çox yaxşı bilir.
  • Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdinz?
  • Gözəlim dünya, sənin qoynunda yaşamaqdan çox məmnunam.
  • Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?
  • Bəli. Məni cavan vaxtı məktəb direktoru qoymaq istədilər, getmədim. Məni “Azərbaycan pioneri” qəzetinə redaktor qoymaq istədilər, getmədim.
  • Gənclik hansı yaşda bitir?
  • Hansı yaşda olursa-olsun, ürəkdən sevgi tükənirsə, gəncliyə əlvida deməyə məhkumsan.
  • Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?
  • Dost sarıdan korluğum yoxdur. Ancaq bir qədər dərindən düşünəndə insanın dostu da, düşməni də onun özüdür… Özünə dost olsan, dost qazanacaqsan, özünə düşmən olsan, düşmən…
    “Zaman Azərbaycan” qəzeti

Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Konstantin Simonovun məşhur “Gözlə məni” şeiri

Rafiq YUSİFOĞLU “Konstantin Simonovun məşhur “Gözlə məni” şeirini çox adam dilimizə tərcümə edib. Bu da mənim tərcüməmdi. 12 il bundan əvvəl “Könül səltənəti” kitabıma da daxil eləmişdim. Həyat yoldaşları şəhid olanların çəkdikləri əzab-əziyyəti görəndə bu şeiri yenidən xatırladım və paylaşmaq qərarına gəldim. Allah şəhidlərimizə rəhmət eləsin, doğmalarına, əzizlərinə səbr versin!”

Konstantin Simonov
(Rusiya)
GÖZLƏ MƏNİ

Gözlə məni, qayıdacam,
Gözlə sən məni!
Gələcəyəm, sidq ürəklə
Gözləsən məni.
Gözlə məni, qar yağanda,
Yağış yağanda.
Yay günəşi od püskürüb
Səni yaxanda.

Gözlə məni, məktublarım
Kəsilsə belə.
Özgələrin ümidləri
Üzülsə belə…
Gözlə məni, ürəyində
Ölməsin inam.
Mənsizliyə öyrəşsinlər
Övladım, anam…

Sadiq dostlar gözləməkdən
Bezsələr belə.
Qədəhlərə acı şərab
Süzsələr belə! –
Yaxşı düşməz, ölən dostu
Yad eləməsən.
Onlarla bir içib məni
Yad eləmə sən!

Gözlə məni, inanma ki,
Öləcəyəm mən.
Ölümlərin acığına
Gələcəyəm mən.
Gözlə məni, qüvvə varmı
Sevgi gücündə?
Eşqin məni çıxaracaq
Odlar içindən.
Gözlə məni, gələcəyəm,
Ay qəlbi kövrək!
Gözləməyi bacarmazdı
Kimsə sənin tək…

Tərcümə edəni: Rafiq YUSİFOĞLU,

Константин Симонов

Жди меня, и я вернусь…
Жди меня, и я вернусь.
Только очень жди,
Жди, когда наводят грусть
Желтые дожди,
Жди, когда снега метут,
Жди, когда жара,
Жди, когда других не ждут,
Позабыв вчера.
Жди, когда из дальних мест
Писем не придет,
Жди, когда уж надоест
Всем, кто вместе ждет.

Жди меня, и я вернусь,
Не желай добра
Всем, кто знает наизусть,
Что забыть пора.
Пусть поверят сын и мать
В то, что нет меня,
Пусть друзья устанут ждать,
Сядут у огня,
Выпьют горькое вино
На помин души…
Жди. И с ними заодно
Выпить не спеши.

Жди меня, и я вернусь,
Всем смертям назло.
Кто не ждал меня, тот пусть
Скажет: — Повезло.
Не понять, не ждавшим им,
Как среди огня
Ожиданием своим
Ты спасла меня.
Как я выжил, будем знать
Только мы с тобой, –
Просто ты умела ждать,
Как никто другой.

1941 г.

Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

”I see everyone as myself and that is why I get hurt often.” – Caroline Laurent

Dear Ms. Caroline Laurent,
Absolutely. I agree with you. You have written that you feel hurt when those people cheat whom you trust. You have written : ”I see everyone as myself and that is why I get hurt often.” Briefly, I would like to express my life long personal experience has taught me that one should not look at others like oneself. If we do not swindle, and dodge others, it does not mean they are not swindlers or dodgers. See people as they are. According to modern psychology, every person is different from other person; so do not look at people with your own outlook. We have to see everyone according to his nature. One only gets cheated , when one depends on others. Trust worthy people are very rare and are mostly cheated by their friends and near and dear ones. As we blindly trust them, they deceive us. Yesterday, a person told me that he trusted his employee, but he proved to be dishonest and cheated him. He embezzled. When we blindly trust people, we cut off our own hands. I don’t mean that every person is a cheat , disloyal or dishonest.There are still such great and honest people who can lay their life but remain loyal to the person who trusts them. Exceptions are always there. But it is my opinion that we should not depend on exceptions and see life with open eyes.
You have also pleaded that a poet must be a humanist. In Greek, the meaning of poet is a “Seer”. If a poet turns blind eye to the violation of human rights, he is not a Seer, he is blind. In Arabic the meaning of poet is the man of consciousness and wisdom. If a poet a conscious less about humanitarianism issues, then he is conscienceless and consciousness also. It is my proud privilege that I am known as “ Poet of Humanity.” Some Literary scholars and researchers have done M. Phil and doctorate on me and in their theses they have highlighted my commitment to humanity as a poet and philosopher. My book titled “ Songs of Humanity” was published in 2009, by Author House, Indiana, USA. The title of the book is a suffice proof of my message to protect human rights and promote humanism. I am a Humanist and do you are. This relationship binds our souls and is a clarion call for all humans to be loyal, honest, humane, just, kind, compassionate and sincere. This is what as a poet you desire and aspire. I endorse your views and stand by you.
Dr. Maqsood Jafri
Islamabad/ New York
December 6, 2023

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru