“NAVİQASİYA” VƏ “NOVUS” TERMİNLƏRİ NECƏ YARANIB?

“NAVİQASİYA” VƏ “NOVUS” TERMİNLƏRİ NECƏ YARANIB?
Tövratda və Quranda Nuh Peyğəmbər haqqında hekayətlər vardır.Allahtəala insanların iman gətirmədikləri üçün Nuh peyğəmbərə xəbər verir ki, yaxın vaxtlarda tufan göndərib yer özünü suya qərq edəcəkdir.Əmr edir ki, Nuh Peyğəmbər böyük bir gəmi düzəltsin. İman gətirən insanları və bütün canlılardan bir cüt həmin gəmiyə yığsın.Bununla Allahtəala iman gətirməyən insanların hamısını suya qərq edir.
Bildiyimiz kimi ”Adəm” peyğəmbər ilk insan olduğundan elə insanın özünü “adam” adlandırırlar.”Nuh nəbi”, “Nuh əyyamı” sözü ən qədim dövr kimi anlaşılır.”Nuh” sözü ümumilikdə bütün xalqların dilində “peyğəmbər”liyin yaranışı kimi qəbul edilir.Ümumilikdə Peyğəmbər sözü qədim ivrit dilində “navi”, ərəb dilində isə “nəbə”, “nəbi” kimi işlənir.”Navi” sözü peyğəmbərliyin simvolu kimi Nuh Peyğəmbərin özü nəzərdə tutulmuşdu.Məhz “Nuhun gəmisi” dəniz gəmiçiliyinin inkişafı dövründə “gəmi”çiliyin Nuh Peyğəmbərə aid olduğu nöqteyi-nəzərindən onun adı ilə “Naviqasiya” adlandırılmışdır.Latın dilində “gəmi” sözünün özü də, “navis” kimi tərcümə olunur.Bu gün ünvanı düzgün müəyyənləşdirmək üçün işlənən “naviqator” sözü də vaxtı ilə dəniz yolunun (gəmilərin) xəritə üzərində göstərilməsindən yaranmadır.
O ki qaldı, “yeni””təzə” sözünə, latın dilində “novus”, yunanca “neos”, farsca “nov”, hindcə “naya” rusca “новый” və s. deyilməsinə, bu məfhumlar da, Nuh Peyğəmbərin adı ilə (Navi) bağlıdır.Demək olar ki, Ulu dildən gələn sözdür.Həm də “teofordur”.Yer üzü suya qərq olunandan sonra hər şey “yeni”lənib, “təzə”lənmişdir.İndiki insan nəslinin əcdadı Nuh Peyğəmbər hesab edilir.Yeni təbiət,yeni il, yeni insan, yeni heyvanat (homos,fauna,flora) hamısı …Allah bütün canlıları və təbiəti Nuhun vasitəsi ilə “yeni”dən həyata gətirmişdir.
Qarşıdan Yeni İl gəlir.Bu münasibətlə Xristian aləminə bir “Şaxta Baba hədiyyəsi” vermək istəyirəm.Görəsən onların elm adamları şam, küknar, yolka və s. bu növdən olan ağacların yeni ildə bəzədilməsinin səbəbini bilirlər?
Mənbələrdə və Yeni İl ilə əlaqədar materiallarda da rast gəlinmir.Yəqin olsaydı hamı bilərdi, mən də həmçinin.
“Новый год”-“Yeni İl” anlamı da Nuhdan gəlir.Şam ağacı Nuhun gəmisinə bənzədilərək hər bir canlı və ağacların meyvəsindən hazırlanmış oyuncaqlarla bəzədilir.Qədim Türklərin ağac kultuna görə şam ağacı müqəddəsdir.Bunun əsas səbəbi şam ağacının Od Tanrısının tonqalına bənzəməsi əlamətindəndir.(müəllif)Yolka ağacinin zirvəsində OdTanrısının simvolu olan günəşin rəmzi dururdu.Sövetlər dönəmində bu bayramı da siyasiləşdirərək sovetlərin simvolu olan “Qırmızı Ulduzla” əvəz edilmişdir.Mövzuya məntiqlə yanaşıldıqda aydın olur ki, “Yeni İl bayramı” Nuh Peyğəmbərin canlıları xilas edərək “yeni”dən həyata gətirməsi səbəbindən qədim insanlar tərəfindən dilə neologizmlər gətirilməsinə səbəb olmuşdur.”Yeni İl Hədiyyəsi”anlamı da Nuhun insanlara bəxş etdiyi yeni həyatın hədiyyələridir.Elə “Şaxta Baba”nın özü də NUH PEYĞƏMBƏRİN özüdür.(müəllif)Gəminin Uzaq Sibirdən quruya çıxması onun “Şaxta Baba” kimi adlanmasına səbəb olmuşdur.
Bu gün türk dilində “Yanvar” ayına “Ocaq” deyirlər.”Yanvar” sözündə də “yanmaq” sözü görünməkdədir.Əgər Nuhun gəmisi Uzaq Sibirdən çıxmışsa, deməli orada yaşayan Qədim Oğuzlar bu adı ilkin olaraq işlətmişlər.Elə “yeni” sözünün özü türk dillərində “Günəş” Tanrısınən adındandır: gün-yün,yen, yeni…Avropalılar bu Yeni İli Nuhun adı ilə, Uzaq Şərqlilər isə onu Günəş Tanrısının adı “gün” sözü ilə adlandırmışlar.Dünya sivilizasiyasının Ön Asiyadan başlanması tarixi həqiqətdir.Məhz Ön Asiyanın əhalisi də Uzaq Sibirdən gəlmiş Qədim Türklər olmuşdur.Türklərin həmin ayda ocaq yandırması sonralar “yanar ay” kimi “ocaq ayının” sinonimi kimi işlənmişdir.
Ruslar bu gün “gəlinə” “невеста” deyirlər.Yəni “yeni gəlin(gələn)”.Rus dilində “вести” sözü “aparmaq” mənasını bildirir.Bizim işlətdiyimiz “gəlin aparmaq” ifadəsinə uyğun gəlir.Rusların “su basma”ya – “наводнение” deməsi də “navi” sözündən gəlmədir.
P.S.Bu yazını mən əvvəllər yazmışdım.Bir az əlavələr etdim.Ta uşaqlıqdan Yeni İl hamı kimi mənə də maraqlı olmuşdur.Bu gün bu sirləri öyrənəndə dilçilik elminin gücünə heyrət edirəm.O, insanı insanın yaranışına qədər apara bilirmiş.Bundan gözəl nə ola bilər ki?Mən heç özüm də bu sirri anlamıram.Ancaq nəticə olaraq qədim insan düşüncəsindən yaranan sözlərin mahiyyətini tapa bilirəm.Bəlkə də dilçilik elminin ilkin forması “SÖZDUYUMU” olmuşdur.Hər hansı bir şeyi duymaq üçün dərin qata getmək lazımdır.Bu yol qaranlıq olsa da, sonu işıqdır.Quranın “Bəqərə” surəsindəki ayə kimi:”…Yuxricuhum minəz zuluməti ilən nur” (Onları (möminləri) zülmətdən nura çıxarar.”İnşəallah. Təşəkkür edirəm.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir