Sevindik Nəsiboğlu “Ulu Öndərin İşığında” adlı yeni kitabını təqdim edəcək.

“Kitabımın Ulu Öndərimizin 100 illik yubileyi və Qarabağda keçirilən lokal antiterror əməliyyatı zamanı Qarabağımızın erməni terrorçularından tamamilə azad olunması, onların təslim olması fonunda da oxucular tərəfindən dəyərləndiriləcəyinə, sevilərək oxunacağına ümid edirəm və bundan əminəm.

Kitabım Ulu Öndərimizin müqəddəs ruhuna, böyük irsinə və göylər qədər əbədi olan ucalığına ərməğan olsun!

Ruhun şad olsun, Ulu Öndərimiz! 50 milyonluq böyük Azərbaycan xalqının və bir ucu Qərbə, bir ucu Şərqə uzanan böyük türk millətinin qəlbində dünya durduqca yaşayacaqsan!” Sevindik NƏSİBOĞLU

10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü.

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“XƏZAN” jurnalının dekabr, 2023-cü sayı işıq üzü görüb

“XƏZAN” jurnalının dekabr, 2023-cü sayı

“Xəzan” jurnalının 54-cü sayı çapdan çıxdı. Bu, 2023-cü il üzrə 9-cu sayıdır. Xatırladaq ki, ədəbi-bədii jurnal 2016-cı ildən, iki ayda bir dəfə olmaqla nəşr edilir.
2022-ci ilin sonunda jurnalın redaksiya heyəti qərara almışdı ki, 2023-cü ildə hər ay nəşr olunsun. İlin tək ayları onlayn (PDF) formada roman, povest, ssenari və poemalar yerləşdirilsin, cüt aylarında isə ənənəvi kağız formasında çıxarılsın. Onlayn PDF variantına maraq olmadığından cəmi iki nömrə hazırlandı. Qalan nömrələr isə kağız formatında çap edildi.

Jurnalın redaksiya heyəti AZƏR TURANI 60, AĞAMİR CAVADI 60, KİRMAN RÜSTƏMLİNİ 75, DAMƏT SALMANOĞLUNU 65 və RÜSTƏM MUĞANLINI 55 yaşları münasibətilə təbrik edir. Jurnalın üz qabığında (içəri tərəfdən) adıçəkilən imzaların rəngli şəkilləri verilmiş, jurnalda onlar haqqda yazılar və yaradıcılıqlarından nümunələr çap olunmuşdur.
Beləliklə, 2023-cü ilin son nömrəsi olan jurnalın YAZI DÜZÜMÜ aşağıdakı kimidir. Buyurun, tanış olun.

Redaktor guşəsi
“Qalmışıq “ZƏND” ilə “ZƏNN” arasında”
“Rüstəm Muğanlı – 55”
““Xəzan” – 2023”

Publisistika
Elnarə AKİMOVA – “Çağdaş dövr Azərbaycan ədəbiyyatında Azər Turan imzası”
Sədaqət ƏLİYEVA – “Ağamir Cavad: “Dəniz adam””
Ümbülbanu MUSAYEVA – “Kirman Rüstəmli yaradıcılığından bir yaşıl yarpaq”
Elvin İNTİQAMOĞLU – “Onun verdikləri” (Rüstəm Muğanlının yaradıcılığına bir baxış)
İbrahim YUSİFOĞLU – “Adəm Asninin hekayə yaradıcılığı”
Nəzakət CAVADOVA – “Sən mənim şəhidimsən, mən isə on milyonam”, “Məxfilik qrifi” (esselər)
Əhməd HAQSEVƏR – “Şeirdən yoğrulan xanım” (Lilpar Cəmşidqızının yaradıcılığından)
Ruqiyə İSMAİLOVA – “Basqalda aparılan elmi-arxeoloji qazıntılar”
Əli BƏY AZƏRİ – “Namiq Zaman poeziyasında Sarı Aşığa doğru”
Ələsgər TALIBOĞLU – “Ələsgər sevdalı Ağ Aşıq Yusif Sədərəkli”
Röya TALIBLI – “Xalq dekorativ tətbiqi sənətinin incisi – xalçalar”
Anar İBRAHİMOV – “Sakit Məmmədovun yaradıcılığında Heydər Əliyevin portretinin bədii xarakteristikası”
Əli BƏY AZƏRİ – “Xəqani hücrəsində görüş”

Poeziya
Vahid ÇƏMƏNLİ – “Ata yurduna”, “Bayraq”, “Gedəsən”, “Günlərin”, “Mənim”, “Olmur”, “Yaşadın”, “Bu eşqi”, “Gələcəm”, “Öyrən”, “Əzizim”, “Birgünlük qonağam” (şeirlər)
Arzu ƏYYARQIZI – “Ağlatma məni”, “Haqq möhürün əlbət vurar”, “Kəpənək sevgimiz”, “Mən”, “Dünya”, “Qısılmağa gəlmişəm”, “Təkcə sənsən gərəyim”, “Yazıq”, “Deyil”, “Bax, bax” (şeirlər)
Hafiz ƏLİMƏRDANLI – “Rübailər”, “Qəzəllər” (şeirlər)
Kirman RÜSTƏMLİ – “Batabatda bir gün”, “Atalar”, “Dar ağacı”, “Sənə qalib gələcəyəm”, “Adsız şeir”, “Deyiləm”, “Torpağın”, “Qurban olum”, “Ölməyi öyrətmədin, ana”, “Salam söylə”, “Haydı, hey” (şeirlər)
Damət SALMANOĞLU – “Qələbə müjdəsi sənə yaraşır”, “Qardaş”, “Necəsən?”, “Özümün sınağıyam”, “Bir müdrik tanıdım”, “Tanrı türk elinə yar olacaqdır”, “İlahi, sən özün əlini uzat”, “Duyasan gərək”, “Yazı, yayı var”, “Kim bahar verəcək, kim yay verəcək”, “Ələsgərin”, “Ürək alova bürünər” (şeirlər)
Seynur SÖNMƏZ PAŞAYEV – “Qız qəhət deyilmiş ulu Gəncədə”, “Səni misralara köçürmüşəm mən”, “İndi”, “Gəlib, gedirsən”, “Sonra”, “Şairlər”, “Gecələr darıxır adam”, “Məhəbbətimsən”, “Sənin de, qürbətdə nə itin azıb?”, “Mən belə adamam”, “Sənə deyiləsi ayrı sözüm yox”, “Ağlımdan”, “Zəfərin mübarək, Azərbaycan”, “Elini sevdim sənin”, “Olsun, olmasın”, “Üzün məndən döndümü?” (şeirlər)
İldırım ƏLİŞOĞLU – “Gecikmiş peşmançılıq”, “Xəzri”, “Xəzərsahili parkda gördüklərim”, “Giley”, “Məni görmədin”, “Çətin yaz”, “Qalıb”, “Nəsə”, “Sevgidən yazma”, “Qoşma” (şeirlər)
Məhəmməd ƏLİ – “Nə ömürdür yaşayıram?” (şeir)
Ramiz İSMAYIL – “Dünya gözəl dünyadır”, “İndi nədən yazırsan?”, “Yazıram”, “Ay qoca dünya”, “Yaşa hələ” (şeirlər)
Bəxtiyar ABBAS İNTİZAR – “Salavat”, “Şəkildə”, “Çətindi”, “Amannamə”, “Deyir”, “Sinəm”, “Aşağı”, “Edərdim”, “Söyüdlü”, “Qalıbdı”, “Eləmi?”, “Gəlmişəm”, “Olam”, “Gedirəm”, “Çıxır”, “Qan şeiri” (şeirlər)
Xatirə SƏFƏR – “Yenidən doğulmaq”, “Atacan”, “Nakam sevgi”, “Xocalı”, “Duam”, “Səni sevirəm”, “Ümidsiz sevgi”, “Huzur köşəm” (şeirlər)
Esmira GÜNƏŞ – “Ana vətən – AZƏRBAYCAN”, “Salam, Qarabağ” (şeirlər)
Ədalət NƏCƏFOĞLU – “Paltar ipləri” (şeir)
Zaur USTAC – “Üç qardaş”, “Bu payız”, “Şanlı əsgər”, “Pirdi hər əsgər”, “Mən zəfərə təşnəyəm”, “Araz” (şeirlər)
Xəlil TAHİRBƏYLİ – “Nəvəm Rahula”, “Sev məni, sevməyi bacarsan” (şeirlər)
Yusif BAĞIROV – “Sənmişsən demək”, “Çağır məni yanına”, “Dözmür ürək” (şeirlər)
Könül TOVUZLU – “Baxmayacağam”, “Hələ də əzaba dözüb qalmışam”, “Mənim deyilsən”, “Niyə?” (şeirlər)

Nəsr
Daşqın MƏMMƏDOV – “Ata Şuşa” (povest)
Fərhad ƏSGƏROV (RAMİZOĞLU) – “Rüşvət necə gizlədilirdi?” (hekayə)
Adəm ASNİ – “Məzən olsun”, “Vida” (hekayələr)
Rüstəm MUĞANLI – “Dayanacaq”, “Yuxu” (hekayələr)
Naibə YUSİF – “Astana” (hekayə)
Əvəz KÜSKÜN – “Samovar əhvalatı” (hekayə)
Namiq ZAMAN – “Gəncliyini axtaran adam” (hekayə)
Ayaz İMRANOĞLU – “Sevgilimin oğlu qardaşımdır” (romandan bir parça – SON – əvvəli jurnalın 50, 52 və 53-cü saylarında)

PDF variantı bu günlərdə “YAZARLAR.AZ” saytında yerləşdiriləcəkdir.

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Səttarın Azərbaycanı” sənədli filmi.


“Səttarın Azərbaycanı” sənədli filmi
Rejissor: Rafiq Həşimov
Ssenari: Rafiq Həşimov və Səlim Babullaoğlu
Sizi dekabrın 15-i, saat 19.00-da
keçmiş Şəhriyar adına Mədəniyyət Sarayında filmə baxmağa dəvət edirik.

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dərdlərə dərman ola biləcək nəsihət

Dərdlərə dərman ola biləcək nəsihət

İmam Sadiqin (ə) yanına bir kişi gəlib dedi: “Atam-anam sənə qurban olsun, məni moizə et”.
İmam (ə) buyurdu: “Əgər Uca Allah sənin ruzinə zamin olmuşdursa (və sən buna inanırsansa), o zaman (ruzi barədə) qayğılanmağa dəyərmi?!
Əgər ruzi bölüşdürülmüşsə, o zaman hərislik etməyə dəyərmi?!
Əgər haqq-hesab, sorğu-sual haqdırsa, o zaman (mal-dövlət) toplamağa dəyərmi?!
Əgər əvəz verilməsi Allah tərəfindəndirsə, o zaman xəsislik etməyə dəyərmi?!
Əgər cəza Allah tərəfindən Cəhənnəm olaraq təyin edilmişsə, o zaman günah etməyə dəyərmi?!
Əgər ölüm haqdırsa, fərəhlənib sevinməyə dəyərmi?!
Əgər əməllərin Allaha ərz olunması haqdırsa, o zaman hiyləgərlik etməyə dəyərmi?!
Əgər Şeytan düşməndirsə, o zaman qəflətə düşməyə dəyərmi?!
Əgər Siratın üzərindən keçmək haqdırsa, o zaman özünü bəyənməyə (məğrurluq etməyə) dəyərmi?!
Əgər hər bir şey qəza və qədərlədirsə, kədərlənməyə dəyərmi?!
Əgər dünya fanidirsə, ona arxayın olub etimad etməyə dəyərmi?!”

(Şeyx Həsən Hilli, “Muxtəsər bəsair”, səh. 429)

Hazırladı: Babayev Hikmət

“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

General Kərim Kərimov fenomeninin sirri

Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi olmaqla bərabər məşhur milyonçu və mesenatlar Hacı Zeynalabdin Tağıyevlə və Murtuza Muxtarovla qohumluq əlaqələri olan bir şəxs SSRİ-nin ən məxfi və strateji sahəsinə rəhbərlik edən dövlət komissiyasının rəhbəri vəzifəsinə uzun illər rəhbərlik etməsi maraq doğurmaya bilməzdi.

General Kərim Kərimov fenomeninin sirri

General-leytenant Kərim Kərimov müsahibə zamanı, dekabr 1988-ci il - Sputnik Azərbaycan

Oktay Əhmədov: ”General Kərim Kərimov hər iki tərəfdən Azərbaycan türküdür, Oğuz soyundandır!”

 25 il Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri (1966-1991) vəzifəsini tutmuş, Azərbaycanın milli iftixarı, kosmosun əfsanəsi adlandırılan artilleriya general-leytenantı Kərim Kərimovun 100 illik yubileyi Azərbaycanda və Rusiyada qeyd edilməkdədir. Həyatını sirlər dolu bir ömrə sığdıran məxfi general yalnız SSRİ süquta uğradıqdan sonra geniş ictimaiyyətə tanınmışdır.

General Kərim Kərimov kimdir?

General Kərim Kərimov fenomeninin sirri - Sputnik Azərbaycan

General-leytenant Kərim Kərimov. Dekabr, 1988-ci il

Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi olmaqla bərabər məşhur milyonçu və mesenatlar Hacı Zeynalabdin Tağıyevlə və Murtuza Muxtarovla qohumluq əlaqələri olan bir şəxs SSRİ-nin ən məxfi və strateji sahəsinə rəhbərlik edən dövlət komissiyasının rəhbəri vəzifəsinə uzun illər rəhbərlik etməsi maraq doğurmaya bilməzdi. Hər kəsə məlumdur ki, SSRİ səviyyəsində türk soylu millətlərdən yalnız barmaqla sayılacaq səviyyədə mühüm post tutan şəxslər olmuşdur. Bu şəxslərdən biri də məhz məxfi general Kərim Kərimov idi. Kərim Kərimovun sirri nədə idi? Nədən o sıçrayışla vəzifə pillələrində irəliləyirdi?

Bioqrafiyasına nəzər salaq.

General Kərim Abbasəli oğlu Kərimov 14 noyabr 1917-ci il tarixdə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Təzə-Pir Məscidinin nəzdində mədrəsədə aldıqdan sonra, orta təhsilini Bakıda 8 saylı (hazırda General Kərim Kərimovun adını daşıyır) orta məktəbdə almışdır. O, 1934-cü il tarixdə orta məktəbi bitirir. Sonra 1936-cı ilin avqustunda Moskvaya gedir  və  Novoçerkaskdakı Sənaye İnstitutunun  “Elektromexanika” fakültəsinə qəbul olur.

Evlənməsinə babası Əsədulla bəy Əhmədov xeyir dua verir.

Birinci kursda oxuduğu zaman artıq orta məktəbdə on il birlikdə təhsil aldığı və orta məktəb illərindən sevdiyi Zərifə xanım Hənəfiyeva ilə ailə qurur. Atası Abbasəli Kərimov bu evliliyə qarşı olsa da, ailədə nüfuz sahibi olan Cümhuriyyət Parlamentinin deputatı olmuş babası Əsədulla bəy Əhmədov bu evliliyə xeyir dua verir. Bu evlilikdən general Kərim Kərimovun 22 yanvar 1937-ci il tarixdə qızı dünyaya gəlir. Qızına anası   Sürəyya xanımın  şərəfinə onun adını qoyur. Ancaq bir müddət sonra ailə vəziyyəti ilə bağlı gələcəyin dahisi 1939-cu ildə Bakıda Sənaye İnstitutuna köçürülür. Həyat yoldaşı isə Sənaye İnstitutunun kimya fakültəsində təhsilini başa vurur. ( Z.Hənəfiyeva Moskava Dövlət Universitetində kimya fənindən dərs deyib) Lakin tale yenidən  Kərim Kərimovun həyatını Rusiyaya bağlayır. Belə ki, o, 1942-ci ildə Dzerjinski adına Artilleriya Akademiyasına göndərilir. Qeyri-adi istedadını və biliyini nəzərə alaraq Kərim Kərimov birbaşa akademiyanın IV kursuna daxil olur və 1943-cü ildə akademiyanı topçu-mühəndis ixtisası üzrə bitirir. O, təhsil aldığı müddətdə  “Katyuşa B 13” adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanır. Silahın təkmilləşdirilməsi barəsində bir neçə səmərələşdirici təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan həyatını raket texnikası ilə bağlamış, bu texnikanın inkişafı naminə elmı və fiziki potensialını əsirgəməmişdir.

Baykonurun təməli qoyulan gündən Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Kərim Kərimov kosmodromda çalışmağa başlayıb. O, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi.

Tanış olduğum sənədlərə əsasən fəxrlə qeyd edim ki, kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində Kərim Kərimovun  böyük rolu olub. Bunun nəticəsi kimi ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdu. 1945-ci ildən böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1961-ci ildə general rütbəsi verilmişdir. 1965-ci ildə Kosmik Vasitələrin  İdarəsinin rəisi, 1966-cı ildən isə Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri vəzifələrinə təyin edilmişdir. Qeyd edək ki,  general Kərim Kərimovun rəhbərlik etdiyi  komissiyanın  tərkibi 50 nəfərdən ibarət olub. Buraya  SSRİ-nin  müdafiə naziri, o cümlədən 7 nazir, digər mühüm  komitə və struktur rəhbərləri  daxil olmuşdur.

1975-ci ildə “Apollo” və “Union” gəmilərinin rekonstruksiyası və uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi. Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə  sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən şəxs kimi məhz Kərim Kərimovu olmasını istəyirdi. Və bu təkid öz nəticəsini vermişdi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdı. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdı. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdu. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır.  Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.

General-leytenant Kərim Kərimov 29 mart 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və elə orada da dəfn olunmuşdur.

Məxfi generalın zəngin bioqrafiyasının araşdırdıqda onun fenomenal həyat hekayəsinin əsl sirri aydın olur. Paradoksla olsa da Azərbaycan Cümhuriyyətinin parlament üzvü olmuş Əsədulla bəy Əhmədovun nəvəsi general Kərim Kərimovun  dünyanın super gücü olan SSRİ-nin ən strateji sahəsinə rəhbərlik etməsi maraq doğurur. Onun sıçrayışlı karyera yüksəlişinin səbəbi qeyri-adi istedadı, fenomenal yaddaşı,  təşkilatçılıq bacarığı, yüksək intellekti və çevik təfəkkürü olmuşdur. Əvəzedilməz generalın  bu keyfiyyətləri cümhuriyyətçi ailəsindən olması faktorunun arxa plana  keçməsinə səbəb olmuşdur.

General Kərim Kərimovun ailə şəcərəsinə yaxın qohumu (dayısı oğlu), Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun nəvəsi, xüsusi xidmət  polkovniki Oktay Əhmədov işıq salır. Oktay Əhmədov: ”General Kərim Kərimov hər iki tərəfdən Azərbaycan türküdür, Oğuz soyundandır!”

Xatırladım ki, general Kərim Kərimovun atası Kərimov Abbasəli Hacıbalakərim oğlu 1879-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan türküdür. Azərbaycanın ilk ali təhsilli mühəndislərindəndir. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda bir müddət təhsil aldıqdan sonra 1912-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirmişdir. (Abbasəli  Kərimovun fəaliyyətinin professor Ədalət Tahirzadə araşdırılmışıdr).

Anası Əhmədova Sürəyya Əsədulla qızı isə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, I Bakı Dumasının deputatı, “Nəşri-maarif” cəmiyyətinin təsisçilərindən biri Əsədulla bəy Əhməd oğlu Əhmədovun qızıdır. Azərbaycan türküdür.

1930-cu ildə Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovu NKVD tərəfindən  istintaqa verdiyi ifadələrində əfsanəvi general Kərim Kərimovun məhz onun himayəsində yaşadığını bildirmişdir (sitat professor Ədalət Tahirzadənin araşdırmasından götürülmüşdür).

HÜQUQŞÜNAS SƏMƏD VƏKİLOV


“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GECƏNİN BİR ALƏMİ…

ELDAR BAXIŞIN YAZILARI

GECƏNİN BİR ALƏMİ…
Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, qanım qaynadı.
Onu bilirəm ki, ruhum oynadı,
Sonra nə oldusa, yadıma gəlmir.
* * *
Tez durub geyindim, çıxdım küçəyə,
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.
* * *
Gecədən, ulduzdan, aydan da betər,
Ürək sizə sarı çəkirdi məni.
Fələyə nə deyim, tutub qolumdan,
Fələk sizə sarı çəkirdi məni.
* * *
Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim.
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.
* * *
Alnıma toxundum, gördüm tərləyib;
Dodağıma baxdım, uçuqdu gördüm.
Bütün darvazalar gördüm bağlıdı,
Sizin darvazanız açıqdı gördüm.
* * *
Keçdim darvazadan, çıxdım həyətə,
Arzu, istək məni yaxalamışdı.
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə…
Qapınızın zəngi yuxulamışdı.
* * *
Qapını oyatdım, zəngi oyatdım,
Oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.
* * *
İş belə oldu ki, zəngin harayı,
Yuxudan yarımçıq qaldırdı səni.
Durna qatarında uçub gedirdin,
Durna qatarından saldırdı səni.
* * *
Sən oyanan kimi, sən duran kimi,
Əllərin oyanıb qalxdı yuxudan.
Yastığın üstünə sərilib qalan,
Tellərin oyanıb qalxdı yuxudan.
Çiyinlər oyandı -pambıq çiyinlər;
Addımlar oyandı- kövrək addımlar.
* * *
Nə gözəl olurmuş, Allah, yuxudan
Yarımçıq duranda gözəl qadınlar.
Həmişəki kimi “eşş” eləmədin,
Bir sözü çevirib beş eləmədin,
Sağını-solunu eşələmədin,
Yüyürdün qapıya, çatdın qapıya.
* * *
Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı.
Sonra nə oldusa, yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.
* * *
Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü, getdi.
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.
* * *
O süd işığından nə qaldı bizə?
Ağ yastıq, ağ döşək, ağ yorğanüzü.
Sənin baxışının odu, alovu,
Mənim baxışımın çınqısı, közü.
Od-oda qarışdı, alov-alova,
Köz-közə qarışdı, çınqı-çınqıya.
* * *
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.
Sən mənə dedin ki, lap elə belə?
Mən sənə dedim ki, lap elə belə.
* * *
Bu mənim telimdi, bu sənin telin.
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.
* * *
Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni: -bu xoş keçəni
Bir daş ütü kimi ütüləyirdi.
* * *
Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin.
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin.
* * *
Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı.
Onu bilirəm ki, əlim səyridi,
Açıq pəncərədə baxdım səmaya
Tanrı bizə baxıb gülümsəyirdi…

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Eldar BAXIŞ

ELDAR BAXIŞIN YAZILARI


“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Artilleriya generalı – Hacırəhim Məmmədov

Zəngilandan Qazaxadək döyüş yolu keçmiş artilleriya generalı – Hacırəhim Məmmədov haqqında

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq ilk rəisi Hacırəhim Səməd oğlu Məmmədov 1948-ci il yanvarın 1-də Gürcüstan SSR-in Tetritskaro (Ağbulaq) rayonunun Şıxlı kəndində anadan olmuşdur.

1967-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuşdu.

1970-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbini bitirdikdən sonra, xidmətini davam etdirmək üçün sabiq Almaniya Demokratik Respublikasında yerləşən SSRİ hərbi hissələrinin birinə xidmətə göndərilmişdi.

Hacırəhim Məmmədov 1970-1973-cü illərdə SSRİ qoşunlarının Almaniyadakı qrupunda taqım komandiri, 1973-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində batareya komandiri, 1975-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində böyük qüvvəli divizion qərargah rəisi olmuş, 1978-1981-ci illərdə Leninqrad Hərbi Artilleriya Akademiyasında təhsil almış, 1981-1982-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi.

Xabarovsk vilayətində Artilleriya divizionu komandiri, 1982-1985-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya alayının qərargah rəisi, 1986-1990-cı illərdə Uzaq Şərq Hərbi Dairəsi, Primorsk vilayətində Diviziyada artilleriya alayının komandiri, baş zabitlərin şərəf məhkəməsinin sədri, 1990-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayəti Uzaq Şərq Dairəsinin Tank əleyhinə artilleriya alayının komandiri vəzifələrini icra etmişdir. 1980-ci ildə mayor, 1984-cü ildə polkovnik-leytenant, 1989-cu ildə polkovnik rütbələrini almışdır.

1992-ci ildən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəisi, Silahlı Qüvəllərin Artilleriya Komandanı vəzifəsində işləmiş və artilleriya hərbi hissələrinin yaradılmasında müstəsna xidmətləri olmuşdur.
1993-cü ildə Müdafiə Nazirliyinin hərbi kollegiyasının üzvü, Müdafiə Nazirliyinin baş zabitlərinin şərəf məhkəməsinin üzvü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təltiflər üzrə komissiyasının sədri olmuşdur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə daxil olduğu ilk gündən etibarən (16 iyun 1992-ci il) Zəngilandan Qazaxadək, cəbhə boyu bütün döyüşlərdə iştirak etmiş, 21 mart 1994-cü ildə general-mayor rütbəsi verilmişdir.

Hacırəhim Məmmədov hərbi əməliyyatların gedişində olduqca böyük işlər görmüşdü, bütün qaynar bölgələrdə olaraq şəxsən erməni hərbi birləşmələrinə qarşı artilleriya zərbələrinə nəzarət etmişdi, yüksək nizam intizamı ilə fərqlənən artilleriya hissələrinə rəhbərlik edirdi.
Hacırəhimi bütün tabeliyində olanlar əla tanıyır və onu sevirdilər. Eyni zamanda, o, zabit şərəfini uca tutaraq heç bir qruplaşmaya, klana qoşulmayan ordu komandanlarından biri idi. Çoxları onun göstəricilərinə həsəd aparırdı, ona oxşamaq istəyənlər kifayət qədər çox idi. O, Azərbaycanı güclü, qüdrətli dövlət kimi görmək istəyir və bundan ötrü əlindən gələn hər şeyi edirdi…

1994-cü ilin oktyabr hadisələrində iştirakda ittiham edilərək 20 oktyabr 1994-cü ildən 30 dekabr 1997-ci ilədək həbsdə olmuş, lakin uzun yoxlamalardan sonra günahsız olunduğu bilinərək, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il Fərmanı əsasında həbsdən azad olunmuşdur.

24 mart 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti ilə görüşdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.

1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədini delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının” və “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının” üzvü tə’yin edilmişdir.

1999-cu ildən Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının ilk rəisi vəzifəsinə təyin olunmuşdur.

11 dekabr 2003-cü ildə Bakıda xidmət vaxtı iş kabinetində ürək tutmasından vəfat etmiş və bir gün sonra II Fəxri Xiyabanda dəfn edilmişdir.

Mənbə: MilliKimlik

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cəvahir Tanrıverdinin şeirləri

ANAMIN ÇİÇƏKLƏRİ

Nazını çəkirsən hər an, hər zaman,

Eşqinlə böyüdüb sən çiçəkləri.

Qoruyub küləkdən, qardan, yağışdan

Qayğı göstərirsən bir ana kimi.

Deyirsən : “çox həssas olur çiçəklər,

Sevgiylə toxunub duyasan gərək.

Bir soyuq baxışdan sola bilirlər,

Bir çiçəklə çiçək olasan gərək.”

Səbrlə dayanıb qulluğunda sən

Yeddi il gözlədin açan çiçəyi.

Körpə anasına sığındığı tək

Sevginə sığındı çiçəklər sənin.

Duydun bir baxışdan dərdlərini də,

Bu qədər həssaslıq nədir, ay ana?

Bir gülün yarpağı titrədikcə sən

Bir ürək titrətdin hər baxışında.

Deyirəm, dünyada nifaq salanlar

Bir ürək daşıya kaş sənin kimi.

Bir körpə ürəyə mərmi tuşlayan

Görən düşünürmü o körpəliyi…

Sənin əllərinlə çiçək də bitər

Heç çiçək görməyən bir daşın üstdə.

Bu dünya mərmisiz yaşaya bilər,

Ağacsız, çiçəksiz olar can xəstə.

Kaş, sənin əlinlə gülüstan ola

Daş tək gəzdirilən ürək yerində.

Torpağın üzünə insanlıq düşə,

Üzü xoşbəxtliklə gülə Yerin də.

Necə də sevinir o kövrək qəlbin

Hər yeni açılmış görcək çiçəyi.

Ana, sanki, onlar sənə qız olub

Yuvadan qızların gəlin köçəli.

 

GƏL GEDƏK DAĞLARA SARI

Bu qədər dərd üzdü bizi,

Gəl gedək dağlara sarı.

Qəmlər qəmə düzdü bizi,

Gəl gedək dağlara sarı.

Ürəyindən buz əritsin,

Ruhuna sevinc yeritsin.

Dost olmayanı qarıtsın,

Gəl gedək dağlara sarı.

Məhəbbəti coşub-çağlar,

Yeri cənnət, ruhu sarar.

İnsanlığa mehr salar,

Gəl gedək dağlara sarı.

Qayğı desən qucaq-qucaq,

Çəksə, yaran sağalacaq.

Ruhu xoşbəxtlik saracaq,

Gəl gedək dağlara sarı.

Xəstə cana təbib dağlar,

Eşq yolunda həbib dağlar.

Həsrətdən könlüm qan ağlar,

Gəl gedək dağlara sarı.

Haqq yolunu tutaq gedək,

Kərəmi dost tutaq gedək.

Naqisi unudaq gedək,

Gəl gedək dağlara sarı.

DƏDƏM QORQUD

Dədəm Qorqud, dəyişibmi

                              Söylə sən görən dünya?

Dəyişibmi, de, zamanla

                              Dostluqların dəyəri?

Sevgisinin alovundan

                              Şimşək kimi çaxanlar,

Bu dünyanın gərdişindən

                              O dünyaya baxanlar?!

Dədəm Qorqud, dəyişibmi

                              Sözümüzün qüdrəti?

Yoxsa susmaq qızıl kimi

                              Yerində durmalıydı?

Nə cümləmizin sonu var,

                              Nə sözün məna yükü.

Dədəm Qorqud, bir yol göstər,

                              Azalsın fikir yükü.

Dədəm Qorqud,

                     Xatunların xatunluğu qalıbmı?

Yoxsa dövran xan ərəni

                              Soydan ayrı salıbdır?..

Dünya varı yorğan olur

                              Bacaranın üstündə,

“Ac qalanın canı çıxsın “,

                              Yansın içi tüstümdə.

Dədəm Qorqud, yaxşı dedin,

                             Soyun soydur, boyun boy.

O tarixin dəyərini

                              Bu gün önümüzə qoy.

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yeganə Xanlarova – Qərbi Azərbaycandan deportasiyaya dair maraqlı tədqiqat

(“Qərbi Azərbaycandan deportasiya, İmirlidə məskunlaşma” kitabı haqqında)

Hüquqşünas Səməd Vəkilovun işıq üzü görən yeni – “Qərbi Azərbaycandan deportasiya, İmirlidə məskunlaşma” kitabı adından göründüyü kimi Qərbi Azərbaycan torpaqları və həmin ərazilərdə həyata keçirilmiş deportasiya hadisələrinin tarixini əks etdirir. Kitab tarix və hüquq kontekstində yazılıb. Daha dəqiq desək, kitab Dərələyəz mahal Keşkənd rayon Çivə, Sallı, Qozulca, həmçinin Göyçə mahalı Mollalı kənd camaatının 1948-ci il deportasiyası ilə bağlıdır. Kənd camaatı Stalinin qərarı ilə məcburi köçürülsə də, təəssüf ki bu barədə tarixi mənbələrdə fikrimizin əksiylə, guya ki məcburi deyil, könüllü köçürülmə qeydi ilə rastlaşırıq. Kitabda araşdırma obyekti olan kəndin camaatının keçdiyi tarixi yol, köç prosesində onlara dəyən maddi və mənəvi zərbələr, tədqiqata cəlb edilən kəndlərin qədim yerləri, tarixi abidə və tikililəri, coğrafiyası, əhalisinin məşğuliyyəti, toponimləri, folkloru, etnoqrafiyası, məişəti, adətləri, ziyalıları, şəhidləri və s. haqqında ətraflı məlumat əldə etmək mümkündür. Bu məqamda bir fikir yada düşür: Bilirik ki, dilçilikdə kök sözü çoxmənalı sözdür və buna görə də həmin sözün həqiqi mənasından başqa məcazi mənası da var. Həqiqi mənada ağacın kökü, məcazi mənada insanın kökü kimi izahı var. Çoxmənalılıqda sözün məcazi mənasının öz həqiqi mənasına oxşarlıq, bənzərlik olduğunu bilirik. Necə ki hündürlüyü bir neçə metr olan ağac öz köküylə torpağa möhkəm bağlanıb dayana bilir, eləcə də, insan bəndəsi belədir: öz kökü, yəni şəcərəsiylə keçmişinə bağlıdır. Şəcərəsi, əsli-nəcabəti, uluları qədim tarixə söykənən insan da asil olur. Təxminən 500 illik tarixi keçmişi olan Vəkilovlar şəcərəsinin layiqli davamçısı, müəllif Səməd Vəkilov buna görədir ki, bu kitabı yüksək səviyyədə araşdırmasıyla bağlı ilk gündən hamıda inam yarada bildi və nəticə etibarilə ortaya aktual tədqiqat qoymağı bacardı. Səməd Vəkilov Çivə kəndinin tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı maraqlı faktlar təqdim edir. 

Bu kitabda dünyadan köçən, haqq dünyasına qovuşan ulularımız, həmçinin hazırda yaşayan kənd camaatı haqqında oxumaq maraqlıdır və bu mənada bir kəndin tarixiləşdirilməsi sadəcə uğur hesab edilə bilər. Bu kitab Dərələyəz mahalı, xüsusilə Çivə kəndinin coğrafi mövqeyi, tarixi keçmişinə nəzər yetirmək üçün həm də tarixi bir kitab hesab edilə bilər. Kitabın “Ermənilərin Qərbi Azərbaycan ərazisində kütləvi məskunlaşmasının tarixi mərhələləri” adlı bölməsində çox qiymətli tarixi faktlar verilmiş, həmçinin müəllif bu faktlara öz hüquqi polemikası, fikir və münasibətini də yeri gəldikcə vurğulamışdır.

Kitabda İmirli kəndinin  şəhidlərinə (Abbasov Rəhman İsmi oğlu, Məmmədov Əsgər İsmayıl oğlu, Calalov İlqar Salman oğlu, Musayev Murad Polad oğlu) xüsusi bölmə ayırmaqla müəllif şəhidlərə öz dərin ehtiramını ifadə etmişdir. 

Kitabın tarixi faktlar və mənbələr əsasında araşdırılması müsbətdir, bu onun elmi üslubunu səciyyələndirir. Həmçinin kitabın bir bölməsinin “Şəxsi həyat hekayələri”nə həsr olunması onun bədiilik gücünə təsirsiz ötüşmür, bu mənada oxucu yorulmur, bu da kitabın daha axıcı oxunmasına səbəb olur. Bu yerdə bir haşiyə vermək istəyirəm. Yazıçı-alim Mir Cəlal Paşayevin müharibə mövzusunda yazdığı bir hekayəsinin qəzetdə çapından sonra müharibədən geri qayıtmayan bir əsgərin atası həmin hekayəni oxuyub yazıçıya yaxınlaşır, oğlunun indi harada olması barədə sual edir. Halbuki, yazıçı ona yaxınlaşan atanın itkin düşmüş əsgər oğlundan bixəbər idi, sadəcə olaraq yazıçının qələmə aldığı hekayədəki obraz yüzlərlə itkin düşmüş əsgərlərin ümumiləşmiş obrazı idi. Bu mənada, Səməd Vəkilovun müəllifi olduğu bu kitabda oxuduğumuz istənilən həyat hekayəsi yüzlərlə, minlərlə Qərbi Azərbaycan torpaqlarından didərgin düşmüş insanların ümümiləşmiş səsi hesab edilə bilər, onlar real həyat hekayələridir və dünya ictimaiyyətinə çatdırılması vacibdir.

Zəngin ədəbiyyat siyahısı müəllifin bu kitabla bağlı araşdırma istiqamətində müxtəlif mənbələrə müraciət etməsini göstərir. Qeyd edək ki, bu kitaba qədər Səməd Vəkilov “Çağdaş Azərbaycanda islam və müasir cəmiyyət” (həmmüəllif), “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması və milli reyestrinin aparılması”, “Hüquq və mədəniyyət”, “Sədaqət və cəsarət kredosu” kitablarının müəllifidir. “Qərbi Azərbaycandan deportasiya, İmirlidə məskunlaşma” kitabı müəllifin sayca dördüncü kitabıdır. Qərbi Azərbaycana geri qayıdış konsepsiyası ideyasında çap olunan bu kitaba görə hörmətli Səməd müəllimə uğurlar arzulayırıq. Bu yerdə görkəmli alim Xudu Məmmədovun gözəl bir fikri yada düşür: “Şagirdlərə Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər”. Həqiqətən də bu cür kitablar evlərdə mütəmadi olaraq oxunmalı, bütün ailələrdə tarixi İrəvan torpaqları barədə maarifləndirmə söhbətləri aparılmalı, İrəvan torpaqlarının qədim Azərbaycan-türk yurdu olması gənc nəslə bildirilməlidir.

Kitab həm də vətənpərvərlik mövzusunda yazılmış araşdırmaların davamı kimi qiymətlidir. Bu kitabın çapı müəllifin vətənə, el-obaya, qədim İrəvan torpaqlarına bağlılığı, vətənpərvər hissi, milli təəssübkeşliyi, tarixi yurduna sədaqəti, həmçinin öz kəndinin insanlarına doğma münasibəti, mənəvi-əxlaqi dəyərlərimizə əvəzsiz qiyməti kimi başa düşülür.

Kitabda ermənilərin tarix boyu Azərbaycan türklərinə, azərbaycanlılara qarşı törətdiyi acınacaqlı hadisələri izlədikcə ulu dədə-baba torpaqlarımıza geri qayıdış coşqusu insanı ağuşuna bürüyür. Belə elmi-tarixi araşdırma-kitabın son bölməsinin pozitiv sərlövhəylə – “Qərbi Azərbaycana qayıdış” verilməsi müəllifin həssas düşünməsinin nəticəsidir. İnanırıq ki, Səməd müəllim növbəti dəfə kitabın sərlövhəsinin əksi olaraq “İmirlidən Qərbi Azərbaycana” adıyla yeni tədqiqat-araşdırma çap etdirib təqdimatını da Qərbi Azərbaycan torpaqlarında qeyd edəcək!

Müəllif: Yeganə XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ XANLAROVANIN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru