Fariz Çobanoğlu – İslam Sadıq – 70


Koroğlu coşqusu, cəngi ruhu ilə…

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında şair, folklorşünas, tədqiqatçı alim İslam Sadığın əsərlərinin 4 cildliyinin təqdimatı və 70 illik yubileyi keçirildi. İslam Sadıq Azərbaycan ədəbiyyatına, Azərbaycan ədəbi-elmi fikrinə öz möhtəşəm yaradıcılığı ilə çox zəngin səhifələr qatıb. İndiyədək alimin 30-dan çox bədii-elmi, tədqiqat xarakterli əsərləri və şeir kitabları nəşr olunub.
Sevə-sevə oxuduğumuz bu kitablardan bir çoxunun adını da çəkə bilərik. “Torpaq səxavəti”, “Dəyişmə havanı, könlüm”, “Layla bulağı”, “Susmaq qızıl deyilmiş”, “Ermənilərin I Pyotrla görüşü”, “Ağrı, ürəyim, ağrı”, “Koroğlu kim olub?”, “Qanlı saz”, “Qanlı çay daşı”, “Yelimə uçan buludlar”, “Dumanı daşan dərələr”, “Koroğlunun sazı və sözü”, “Ovcuma yazdığım yazılar”, “Şumerdə izim var”, “Elmdə erməni virusu”, “Bir gözüm Bakıdı, bir gözüm Təbriz”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan Koroğlu eposu”, “Ocağı közündən tanıyıram”, “Dədə Qorqudun dili və poetikası”, “Nizami Gəncəvi türkdürmü?”, “Səməd Vurğunun özü və sözü”, “Nizami Gəncəvi türkdür” və s. kitablarının adlarını sıralamaq kifayətdir ki, İslam Sadığın çoxşaxəli, zəngin, ədəbi yaradıcılığı gözümüz önündə canlansın.
Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə İslam Sadığın işığına toplaşanlar da elə bu zəngin ədəbi irsdən və bu irsi yorulmadan xüsusi bir həvəs, şövqlə nəsillərə təqdim edən alim və şair şəxsiyyətindən danışdılar. Tədbirdə Azərbaycanın görkəmli ziyalıları – ədəbiyyatşünaslar, tənqidçilər, yazıçılar, şairlər, elmin müxtəlif sahələrini təmsil edənlər və media nümayəndələri iştirak edirdi. Çıxış edənlər tanınmış şairi, cəfakeş alimi ürəkdən təbrik etdilər, onun yaradıcılığının elmi-bədii məziyyətlərindən, sənətkarlıq xüsusiyyətlərindən danışdılar, qeyd etdilər ki, İslam Sadıq həm də dövrün ən yaxşı Koroğluşünas alimidir. Onun təbiətində, mənəvi simasında bir Koroğluluq var. Tədbirdə, çıxış edənlər arasında Həzrəti Mövlananın bir sözü də xatırlandı: “Yüz dil bilərsən, hərgah əməlinlə sözün üst-üstə düşmürsə, demək ki heç bir dil bilmirsən”.
İslam Sadıq sözlə sənətin vəhdətini yaradan ziyalılardandır. O üzdən təbli, ilhamlı bir şair kimi bildiyi dillər də sevgidən, həyat sevərlikdən, vətəndaşlıq yanğısından qaynaqlanır. Demək ki, o koroğluluğun, mərdliyin, sevginin, vəfanın, sədaqətin, etibarın, inamın, vətənkeşliyin, yurdkeşliyin ünvanıdır və bu ünvanların dilini də çoz gözəl bilir. Cəmiyyətlə özü arasında yaratdığı bütün ünsiyyət körpülərini də bu dillər vasitəsilə qurub-yaradır.
İslam Sadığın əsərlərinin 4 cildiyinin təqdimatı həm də sazlı-sözlü bir məclis idi. Məclisdə sözün həqiqi mənasında Koroğlu coşğusu, Cəngi ruhu vardı. Təbrizdən gələn aşıqlar da İslam Sadığın Koroğlu ruhunda yazdığı şeirləri sazın və səsin tellərində xüsusi bir coşğu ilə havalandırdılar.
İslam Sadığın 70 yaşının ədəbi-elmi ictimaiyyətə verdiyi hesabat da mənəvi yaddaşda zamanlar içrə Koroğlu havası, Koroğlu ahəngi, Koroğlu ritmiylə oxunacaq. Şimşəklər çaxanda yada düşən Koroğlu qılıncının işığı kimi…

Müəllif: Fariz Çobanoğlu


YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ALLAHVERDİ MƏMMƏDLİ – AYRILIQLA GÖRÜŞƏ GEDƏN ŞAİR

ALLAHVERDİ MƏMMƏDLİ – AYRILIQLA GÖRÜŞƏ GEDƏN ŞAİR

Bu dünyada 51 il yaşayan Allahverdi Məmmədlinin yaşı artıq 70-i ötüb. Lerik rayonunun Yuxarı Amburdərə kəndində dünyaya göz açmışdı. Uşaqlığını dağların daşlı-kəsəkli yollarında azdırıb arana dəyişirlər. Beş yaşı olanda ailələrini kəndin bir neçə ailəsiylə birgə Biləsuvar rayonunun (o zaman Puşkin) Əmənkənd kəndinə köçürürlər. Əmənkənddə məktəbə gedir. Səkkizilliyi bitirdikdən sonra Lənkəranda Pedaqoji Texnikumda təhsilini davam etdirir. Lənkəran ədəbi mühiti tələbə oğlanın formalaşmasında mühüm rol oynayır. Texnikumu bitirib kəndlərində müəllimlik edir. Dərs hissə müdiri olur. Hərbi xidmətə yollanır. Qayıdıb sənədlərini ADU-nun (BDU) Jurnalistika fakültəsinə verir və qəbul olunur. Say-seçmə tələbələrdən olur. Tələbə ikən imzası təkcə şair kimi yox, publisist, tərcüməçi kimi də diqqəti cəlb edir. Poeziya axarından publisistika axarına düşür. Universiteti bitirib Kənd Təsərrüfatı Nazirliyinə nəşriyyat redaktoru vəzifəsinə təyinat alır. Orda peşəkar jurnalist olaraq işgüzarlığı üzə çıxır. «Kənd əməkçisinin təqvimi» həmin dövrlərdə diqqətçəkən nəşrlərdən idi. Şair Fikrət Sadığın təklifiylə Bədii Ədəbiyyatı Təbliğ Bürosuna dəvət alanda öz ərizəsi ilə işdən azad olunur. Həmin illərdə imzası daha çox tanınınır. «Ədəbiyyat və İncəsənət», «Bakı», «Baku», «Azərbaycan müəllimi», «Molodyoj Azerbaydjana», «Sovet kəndi», «Azərbaycan», «Ulduz» və digər mətbu orqanlarla əməkdaşlıq edir. Doxsanıncı illərin əvvəllərində Səhiyyə Nazirliyi, Şəfqət və Mərhəmət Fondunun təşəbbüsü ilə «Şəfqət» qəzeti fəaliyyətə başlayır. 1991-ci ilin yanvarında işıq üzü görən «Şəfqət» milli azadlıq hərəkatının davam etdiyi dövrdə, 20 Yanvar qırğınından sonra Allahverdi Məmmədli üçün bir növ söz meydanı, söz tribunası olur. Səhiyyə, qaçqın, köçkün, şəhid problemləri onun qələmiylə öz həllini bu qəzetdə tapır. Baş redaktorun müavini olaraq qəzetin bütün ağırlığı onun çiyinlərində idi. «Şəfqət»lə əməkdaşlığı davam etsə də, «Ulduz» jurnalına dəvət alır. Bir neçə ay şöbə müdiri, sonra məsul katib, baş redaktorun müavini olur.

1998-ci ilin dekabrında vəfat edib. Son mənzili Lənkərandadır.

Uşaqlığından zahirən sakit görünən Allahverdi içi dolu, püskürməyə hazır olan vulkan kimiydi. Tanıyanların dediyi kimi, istedadıyla bərabər, qeyri-adi savada malik Allahverdi Məmmədli hansı peşənin qulpundan yapışsaydı, uğur qazanacaqdı. Əvvəl müəllimliyi seçib. Lakin orta məktəbdə uzun müddət dərs deməyib. Jurnalist peşəsini seçib – bütövlükdə yazıb-yaratdıqları ilə müəllimə çevrilib. Onun “dərs”ləri bu gün də bizə gərəklidir. Zaman-zaman da gərəkli olacaq.

İ𝙘̧𝙞𝙢 𝙙ə𝙧𝙙-𝙦ə𝙢𝙡ə 𝙝𝙤̈𝙧𝙪̈𝙡𝙪̈𝙗,

𝘾̧𝙤̈𝙡𝙪̈𝙢 𝙨𝙚𝙫𝙞𝙣𝙘𝙡ə 𝙨𝙪𝙫𝙖𝙣ı𝙗…

Bu misralar onun ömür nəğməsinin nəqaratıdır.

Amma ömrün şad-xürrəm, xoşbəxt çağları da az olmayıb – ailə xoşbəxtliyi, yaradıcılıq sevincləri… Nə vaxtsa: Dedim gətirmir mənimki… də söyləyib… İnanaqmı?.. Nə bilim?..

İlhamı, işləmək yanğısı sonsuz idi. Nə yazıq ki, ömür payı qısa imiş…

Şair, publisist, tərcüməçi Allahverdi Məmmədlinin vəfatından 25 il ötür.

𝙈ə𝙣𝙞 𝙖𝙮𝙧ı𝙡ı𝙦 𝙜𝙤̈𝙯𝙡ə𝙮𝙞𝙧,

𝙂𝙚𝙙𝙞𝙢, 𝙜𝙤̈𝙧𝙪̈𝙢 𝙣ə 𝙨𝙤̈𝙯 𝙙𝙚𝙮𝙞𝙧…

𝙂𝙚𝙙𝙞𝙢, 𝙨𝙤𝙧𝙪𝙨̧𝙪𝙢, 𝙜ə𝙡𝙞𝙢…

– deyib getdi. Ayrılıqla görüşdü. Fəqət gəlmədi…Elə bildik, vədinə xilaf çıxdı… Yox, yox qayıtdı – daha kamil, daha müdrik. Ömrün 70 illik zirvəsində dostlarını, onu sevənləri bir araya gətirdi. Ayrılıq görüşlərini haqqında yazılan “Haçandı görüşmürük” kitabında sevdiklərilə paylaşmaq üçün.

***

Allahverdi Məmmədlinin neçə kitaba sığası yaradıcıq irsi qalıb.Ən zəngin, dəyərli irsi isə ailəsi, övladlarıdır. Bu ocağın hərarətini “nənəqızı” dediyi Ofelyası qoruyur. Böyük oğlu Xəyal BDU-nu bitirib.

Sankt-Peterburq şəhərində yaşayır. Azad sahibkarlıqla məşğuldur. Böyük qızı Ayan bu il orta məktəbi qızıl medalla bitirib,

İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunub. Bacısı Leysan orta məktəbdə oxuyur. Əlaçıdır.

Evin sonbeşiyi Tural Bakıda ata ocağında yaşayır. Neft və Sənaye Universitetini bitirib. O da azad sahibkarlıqla məşğuldur. Qızı Qumru Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsil alır. Oğlu Ayxan məktəblidir. Dərs əlaçısıdır.

Allahverdi Məmmədlinin ömrü yarımçıq qırılsa da, cəmiyyətdə ləyaqətli mövqeyə malik övladlarının, üzlərini görmədiyi nəvələrinin ömründə yaşayıb davam edir.

Məkanı cənnət, ruhu şad olsun.

Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru.


YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YASAMAL RAYONU HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MƏKTƏBLİ ŞAİR-PUBLİSİST SEVİNDİK NƏSİBOĞLUNUN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR ETDİYİ KİTABIN TƏQDİMATI KEÇİRİLDİ

YASAMAL RAYONU HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MƏKTƏBLİ ŞAİR-PUBLİSİST SEVİNDİK NƏSİBOĞLUNUN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR ETDİYİ KİTABIN TƏQDİMATI KEÇİRİLDİ
 
15 dekabr 2023-cü ildə “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində məktəbli şair-publisist, 15 yaşlı gənc yazar, 7 kitab müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevindik Nəsiboğlunun Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimatı keçirildi. Kitab təqdimatına incəsənət xadimləri və ictimai xadimlər, respublikamızın ədəbiyyat və jurnalistikasının parlaq simaları, ziyalılar, müharibə iştirakçıları və s. iştirakçılar qatılmışdılar. Tədbirin aparıcılığını sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa Zülfiyyə Eldarqızı etmişdir. Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra isə tədbir iştirakçıları Ulu Öndərimizin və Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra isə Zülfiyyə Eldarqızı tədbiri açıq elan edərək ilk sözü filologiya elmləri doktoru, professor Asif Rüstəmliyə verdi. Asif Rüstəmli çıxışında Sevindik Nəsiboğlunun yaradıcılığından geniş söz açaraq onun ədəbiyyat sahəsinə gəlişi, ilk kitablarının çap edilməsi və s. haqqında məlumat verdi, həmçinin yaradıcılığa uşaq yaşlarından başlayan ədiblərimizdən misallar çəkdi və müəllifə uğurlar arzuladı. “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı çıxışında müəllif və onun növbəti kitabı ilə bağlı qiymətli fikir bildirərək “Heydər Əliyev ili”ndə çap edilən və təqdimatı keçirilən “Ulu Öndərin işığında” kitabının əhəmiyyətini vurğuladı. Pərvanə xanım gənc yazarın Cənab Prezidentimiz İlham Əliyevə həsr etdiyi “Ulu Öndər yadigarı” adlı şeirini söyləyərək çıxışını sonlandırdı. “Tərəqqi” medallı yazıçı-publisist Nəzakət Əhmədova-Kərimova da çıxışında müəlliflə bağlı xoş fikirlərini tədbir iştirakçılarına çatdıraraq onun yaradıcılıq yolundan söz açdı. Həmçinin onun İki ay öncə “Azərbaycan Kütləvi İnforma­siya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Ulu öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətinə görə” me­dalı ilə təltif olunduğunu qeyd etdi. Müəllifin 8 noyabr 2020-ci ildə Cənab Prezidentimiz İlham Əliyevin Şuşanın azad olunmasını Ulu Öndərimizin məzarı başında raport verdiyi anlardan təsirlənərək yazdığı “Ata, ruhun şad oldu!” adlı şeirini səsləndirdi. Nəzakət xanım sonda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladovayla birgə gənc müəllifə sözügedən qurumun Gənclər Təşkilatının sədr müavinliyi vəsiqəsini təqdim etdi. Ruhiyyə xanım qısa çıxışında Sevindik Nəsiboğlunun yaşıdlarına və Azərbaycan gənclərinə nümunə olduğunu bildirdi və gənc müəllifi bir daha təbrik etdi. “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva çıxışında “Carçı” jurnalında Sevindik Nəsiboğluna da yer verdiyini, onun “Heydər Əliyev və Azərbaycan dili” məqaləsinin jurnalda dərc edildiyini və bir çox ictimai xadim tərəfindən maraqla qarşılandığını dilə gətirdi. O, “Carçı” jurnalının Ulu Öndərimizə həsr olunan daha bir buraxılışında da müəllifə yer verdiyini bildirərək jurnalın sözügedən buraxılışını gənc yazara təqdim etdi. C.Novruz MM-nin əməkdaşı, “Gün az” saytının redaktoru Rəsmiyyə Heybətağaqızı gənc müəllifin gələcəyinə inamla dolu fikirlərlə çıxış edərək Sevindik Nəsiboğlunun lokal antiterror əməliyyatlarında şəhid olan, anasız böyümüş şəhid əsgər Cavid Cavanşir oğlu Zülfüqarova həsr etdiyi “Qarşıla məni, ana!” şeirini səsləndirdi. Şair-publisist, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və həmçinin “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac çıxışında Sevindik Nəsiboğlunun “Yazarlar” jurnalı ilə səmərəli əməkdaşlığından danışdı. Peşəkar ədəbiyyat xadimi kimi gənc müəllifə dəyərli məsləhətlər və nəsihətlər verərək ona yaradıcılıq uğurları arzuladı. Zaur Ustac sonda Sevindik Nəsiboğlunu İsa Muğanna mükafatı ilə təltif etdi.
“Zirvə” İslahatlara Dəstək Mərkəzi İB sədri Elçin Axundzadə çıxışında Ulu Öndər Heydər Əliyevin dühasından söhbət açdı və Vətən müharibəsindəki şanlı qələbəmizlə lokal xarakterli antiterror əməliyyatlarında qazandığımız parlaq zəfərin fonunda Cənab Prezidentimiz İlham Əliyevin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olduğunu bildirdi. Elçin müəllim sonda müəllifə yaradıcılıq uğurları arzuladı. Tədbirdə müəllifin sayca 7-ci kitabı olan və təqdimatının keçirildiyi “Ulu Öndərin işığında” kitabı ilə bağlı slayd yer aldı. Müharibə veteranı olan İsa Musayev də çıxışında gənc şairimizə yaradıcılıq tövsiyələri verərək ona yeni-yeni uğurlar arzuladı. Çıxış üçün söz gənc müəllifin atası, istefada olan polis polkovniki, Vəkillər Kollegiyasının üzvü Nəsib Əliyevə verildi. Nəsib Əliyev gənc müəllifin kitabı araya-ərsəyə gətirmə prosesindən söhbət açdı və Ulu Öndərimizin gənclər üçün, Azərbaycan gəncliyi üçün çalışdığını bir daha vurğuladı. Nəsib Əliyev Azərbaycandan olan fəhlə-kəndli ailələrindən birinin gənc üzvü olaraq 1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin SSRİ məkanında təşəbbüsü nəticəsində Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsində oxuduğunu və bunun üçün Ulu Öndərimizə borclu olduğunu söylədi. Nəsib Əliyevin universitet yoldaşı, sabiq prokurorluq işçisi, Vəkillər Kollegiyasının üzvü Allahverdi Səfərov da yaxından tanıdığı gənc şairi və onun yaradıcılıq yolunu bir daha dəyərləndirdi və uşaq yaşlarından onun yaradıcılığa, ədəbiyyata və Ulu Öndərimizin irsinə maraqla, həvəslə yanaşdığından söhbət açdı.
Sonda söz “Ulu Öndərin işığında” kitabının müəllifi Sevindik Nəsiboğluna verildi. Sevindik Nəsiboğlu kitabı haqqında ətraflı məlumat verərək bildirdi ki, “Ulu Öndərin işığında” kitabının Lənkəran şəhər 5 saylı tam orta məktəbində təqdimatı olmuşdur. Kitab Azərbaycanın Milli Kitabxanasına, Prezident Kitabxanasına və Bakı Kitab Mərkəzinə təqdim olunmuşdur. Azərbaycan Milli Kitabxanasının “2023 – Heydər Əliyev ili” sərgisində “Ulu Öndərin işığında” adlı kitabı da sərgilənmişdir. Gənc müəllif tədbirin bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Sonda gənc yazar kitabının nüsxələrini imzalayaraq oxucularına təqdim etdi və tədbir iştirakçıları ilə xatirə fotoşəkli çəkdirdi.
Tədbirdə ümumi olaraq “Ulu Öndərin işığında” kitabı 15 yaşlı müəllifin Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə verdiyi ən böyük töhfə olaraq qiymətləndirildi.
 Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabının annotasiyasını izləyicilərimizə təqdim edirik:
“Tanınmış şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderimizin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur. İstedadlı müəllif kimi tanınan 15 yaşlı Sevindik Nəsiboğlunun oxuculara təqdim olunan yeni kitabının əsas məziyyəti lider-xalq, lider-vətən münasibətlərinə sevgi ilə güzgü tutmasıdır. İnanırıq ki, kitab oxucuların marağına səbəb olub “. Fotolar:

Müəllif: Nəzakət EMİNQIZI

Yazıçı-publisit, AJB-nin üzvü, ”Yazarlar” jurnalının əməkdaşı, DAMM -nın Ekspertlər Şurasının sədri.

NƏZAKƏT EMİNQIZININ YAZILARI


YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Səadət Qərib – Sənsizlik

Görəsən mən sənsiz yaşayım necə?…

Ayrıldıq vidasız, ayrıldıq qəfil,
Deyirdim yaşaya bilmərəm sənsiz.
Dərd verən Allahım səbr də verir,
Amma, bircə günüm keçmir kədərsiz.

Desəm ki alışdım yoxluğuna mən,
Hərkəs inansa da, tək sən inanma.
Geridə qaldı o bəxtəvər günlər,
İndi qara bulud çöküb dünyama .

Yandırdı canımı belə gedişin,
Göynətdi yaramı bu zalım həsrət.
Elə bir yerdəsən, elə uzaqsan
Sənsiz hər yer mənə qürbətdir, qürbət .

Nəfəs alırdım mən sənin yanında ,
İndi boğuluram sənsiz hər gecə
Özüm özümə hey sual verirəm,
Görəsən mən sənsiz yaşayım necə?…

Müəllif: Səadət QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İslam Sadıq 70 – möhtəşəm yubiley tədbiri – Fotolar.

20 dekabr 2023-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında tanınmış şair, Filologiya elmləri doktoru İslam Sadığın əsərlərinin ilk dörd cildinin təqdimat mərasimi keçirildi.

Elm və ədəbiyyat adamlarının iştirak etdiyi mərasimi özünün “Vətən” şeiri ilə açıq elan edən səbəbkar ilk olaraq sözü Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayevə verdi. Natiq İslam Sadiq yaradıcılığına səyahət edərək, ədibin Azərbaycan elmi və ədəbiyyatı üçün gördüyü işlərdən danışdı.

Sonra söz çıxışçılara verildi. Professorlar – Məmməd Əliyev, Nizami Tağısoy, İlham Həsənov, Əlizadə Əsgərli, Asif Rüstəmov, Qüdrət İsaqov, Yaqub Babayev, Yaşar Qasımbəyli, Filologiya elmləri doktoru Vaqif Yusifli, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli, Atatürk Mərkəzinin müdir müavini Osman Musayev, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Əlövsət Ağalarov,  yazıçı və şairlər – Tahir Tais, Əkbər Qoşalı, Qalib Sailov, Əli Rza Xələfli, Zəki Bayram, Səfər Alışarlı, Siyasət elmləri üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə və başqaları çıxış edərək İslam Sadığın yaradıcılıq yolundan söz açdılar, səbəbkarı yeni kitabları və 70 illik yubileyi münasibətilə təbrik etdilər.

Mərasimdə İslam Sadıq uzun müddət ədəbi yaradıcılıq və elm sahəsində səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə şair-tərcüməçi, Mahmud  Kaşqari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlının təqdim etdiyi  “M.Kaşğari Xidmət Madalyası”na və şair-publisist Zaur Ustacın təqdimatı ilə “Bayram Bayramov” mükafatına layiq görüldü.

Gəbəydən Sahib Camal Məmmədin, Tovuzdan Çingiz Qəriblinin yubilyara həsr etdiyi təbrik şeirlərini İslam Sadıq böyük sevgiylə ifa etdi.

Təbriz aşıqlarının və Aşıq Samir Pənahovun ifası söz məclisini rövnəqləndirərək saz-söz məclisinə çevirdi.

Sonda İslam Sadıq AMEA-nın Mərkəzi Elmi kitabxanasının əməkdaşlarına və mərasim iştirakçılarına minnətdarlığını bildirdi. Fotolar:

Müəllif: İradə Aytel

İRADƏ AYTELİN YAZILARI

ƏSƏD CAHANGİRİN YAZILARI

KAMAL CAMALOVUN YAZILARI

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru