Narıngül Nadir – Səndən sonra…

SƏNDƏN SONRA…

Səndən sonra o il
gur yağdı yağışlar.
Yoxa çıxdı bir-bir doğmalar, tanışlar.
Toylar, yaslar oldu, bayramlar ötüşdü
Kimsə qulağını burdu saatın
Sən payızda qaldın…

Bir payız
Adını yazdığın ağacı kəsdilər,
Ağac budaq-budaq doğrandı.
Yerə düşdü adın.
Sındı qol-qanadın
Sən payızda qaldın…

Qonşu küçədəki
Qarımış çilli qız
Özünə toy etdi.
Toyunda o ki var oynadı,
O il bolluq oldu
Hər yerə qar yağdı
Qız səndən əvvəldi
Toy səndən sonradı
Sən payızda qaldın…

Səndən üzü bəri
Ot basmış cığırla
Elə hey yol gəlir
Bir kişi, bir uşaq, bir qadın.
Heç biri danışmır.
Qadın xatırlayır,
Kişi gülümsünür
Uşaq oyuncağı oynadır.
Oyuncaq uşaqdan iridir.
Qadın fikirlidir.
Fikirlidir qadın.
Sən payızda qaldın…

Son dəfə getdiyin
O köhnə qatarı
Bufetə çevirdi lal Məmiş
Məmişin arvadı
Orda süfrə açdı
Çay verdi
Oldu bufet qadın.
Sən payızda qaldın…

Bir də ki,
sevdiyin o qızdan
sənə aid heç nə qalmadı.
Oldu tamam yadın.
Adını heç qara daşa da yazmadın…
Getdin qayıtmadın.
Bəlkə də hardasa itmisən
Bəlkə də hardasa qocaldın
Sən payızda qaldın…

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nə üçün “Xankəndiyə”, “Xankəndidə” şəklində yazmalıyıq?

Nə üçün “Xankəndiyə”, “Xankəndidə” şəklində yazmalıyıq?

Yer adları, mürəkkəb sözlər və söz birləşmələrinin yönlük halda hallanması zamanı aşağıdakı məqamlara diqqət etmək lazımdır.

1.ll və lll növ təyini söz birləşmələrində olduğu kimi ll növ əsasında əmələ gəlmiş yer adları yönlük halda bir qayda olaraq “n” bitişdiricisi ilə işlənir. Müqayisə edək:

a) ll növ təyini söz birləşmələrində:

dağ havasına, sinif otağına, divar saatına, gül ətrinə və s.

b) lll növ təyini söz birləşmələrində:

məktəbin direktoruna, sözün mənasına, yolun uzunluğuna, gülün rənginə və s.

c) II növ təyini söz birləşməsi əsasında yaradılmış və ayrı yazılan yer adlarında:

Xəzər dənizinə, Aral gölünə, Araz çayına, Qız qalasına, Bəy yurduna Xan kəndinə və s. Burada hər bir sözün öz vurğusu var.

Nümunələrdən də görünür ki, ayrı yazılan coğrafi adlar və söz birləşmələri hallandıqda “n” bitişdiricisi ilə işlənir.

Bəs söz bitişik yazıldıqda necə olar?

  1. İkinci növ birləşmə əsasında əmələ gəlmiş bitişik yazılan, yəni bir vurğu ilə tələffüz olunan sözlər və yer adları yönlük halda həm “n”, həm də “y” bitişdirici samitləri ilə işlənir.

a) II növ təyini söz birləşməsi əsasında yaranmış sözlər bitişik yazılırsa və sözün ikinci tərəfi III şəxsin təkində -ı⁴ mənsubiyyət şəkilçisi ilə bitirsə, “y” bitişdirici samiti ilə işlənməlidir:

ayaqqabıya, əməkhaqqıya, suitiyə, dəvədabanıya və s.

b) ikinci tərəfi -ı⁴ saitli və -ı⁴ mənsubiyyət şəkilçili şəxs adları və soyadların hallanması da bu qaydaya əsaslanır:

Allahverdiyə, Nağısoyluya, Koroğluya, İmanverdiyə, Ənvərqızıya və s.

b) ikinci tərəfi -ı⁴ mənsubiyyət şəkilçiləri ilə işlənən yer adlarında da “y” bitişdiricisi işlənir:

Bazardüzüyə, Qalaaltıya, Pirallahıya, Xankəndiyə, Daşaltıya və s. Bu qəbildən olan coğrafi adlar yerlik və çıxışlıq hallarında bitişdirici samit qəbul etmir, çünki bitişdirici samit iki sait arasında işlənir. Məs.: Xankəndi adı saitlə bitdiyi (i) və ona qoşulan şəkilçi samitlə (da) başladığı üçün bitişdirici samitə ehtiyac yoxdur. Ona görə də Xankəndidə (dən), Daşaltıda (dan), Pirallahıda (dan) şəklində yazılmalı və tələffüz edilməlidir.

3.İkinci tərəfi lll şəxsin təkində -sı⁴ mənsubiyyət şəkilçisi qəbul etmiş mürəkkəb sözlər isə “n” bitişdiricisi ilə işlənir: dağkeçisinə, yeralmasına, dağlaləsinə və s.
Gördüyünüz kimi, -sı⁴ mənsubiyyət şəkilçiləri ilə işlənən mürəkkəb sözlər və söz birləşmələri yönlük halda bir qayda olaraq “n” bitişdiricisi ilə işlənir. Bu məqam “hansı” sözünün hallanmasında da (hansına) özünü göstərir.

N Ə T İ C Ə

Bu kiçik yazıda yer adları, söz birləşmələri və mürəkkəb sözlərin hallanması ilə bağlı əsas və mübahisə doğuran məqamlara diqqət yetirdik.

Xankəndi adı bitişik yazılan mürəkkəb söz olduğu, yəni söz birləşməsi olmadığı üçün yönlük halda “Xankəndiyə” şəklində yazılır.

Bu qəbildən olan coğrafi adlar yiyəlik halda o zaman “n” bitişdiricisi qəbul edə bilər ki, onları da bir çox yer adları kimi (Mil düzü, Qız qalası, İsa bulağı və s.) ayrı yazaq.

Şahlar Göytürk

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru