İbrətamiz əhvalat – lülə kabab haqqında – İmmi.

ATAM

Yemək şəkli paylaşmağın əleyhinəyəm. Ama indi danışacağım bu hadisə məhz lülə kababla bağlıdır. Göz haqqı deyilən bir haqq var ki bunun üçün qiyamətdə nəfsi düşən hər kəsin əli yaxamızda olacaq. Ama nə edim ki hekayəmiz bunla bağlıdır..
Atam haqqında yazmışdım. Atam kasıb ailənin bəxtsiz həkimi oldu.. Uzun müddət Şahbuzda baş həkimin müavini və bir ara da baş həkim işlədi. Yaxınlar bilir, o dövrdəki baş həkimlə çoxlarının arası yox idi. Atam da onla bağlı nə bilirdisə heç cür qəbul edə bilmirdi.( Anamın adı Rozettadır.. Atam Rozik deyirdi) Bir gün anama dedi ki Rozik mən işdən çıxacağam. Orda müdirin əlinin altında tab gətirə bilmirəm.. Anam da susdu.. Bir müddətdən sonra daha atamın arxacıyla sürücü gəlmədi. O özü səhər qalxır işə gedirdi. Naxçıvanda vərəm dispanserində işə başlamışdı. Səhv etmirəmsə 1994cü il idi. Vəziyyət elə də yaxşı deyildi. Naxçıvanda qaz, işıq problemi hamını ruhdan salmışdı. 4 saat sönən işıq 2 saat yandığı müddətdə xəttlər o qədər yüklənirdi ki, tez tez qəza baş verirdi.. Atama imkanlı dostları salyarka verirdi. Evdə salyarka sobasıyla isinirdik. Tez tez partlayan soba evi yaman günə qoyurdu.. Atam bu salyarkadan hər gün qaba doldurub işə aparırdı. Anam deyirdi neynirsən özünü yorursan? Deyirdi ki otağım soyuqdu. Saat 5ə kimi birtəhər olaram.. Elə bil Allah da bizə qəzəblənmişdi. Dizdən yuxarı qar yağırdı. Küçə kənarlarının qalın buZları mart ayında əriməyə başlayırdı. Atam 2 qışı beləcə əlində salyarka daşıdı işə… Bir gün anam soruşdu ki, maaşı bu gün alacaq. Xahiş elədi ki, 1kq ət alsın. Çoxdandı ət almırıq. Təsəvvür edirsiniz atam 6 şirvan yəni 12 manat maaş alırdı.. Heç kimdən də 1 manat rüşvət almırdı. Ətin qiyməti isə indiki pulla 3 manat idi. Atam alaram deyib işə getdi. Axşam əli boş qayıtmışdı. Ama üzündə xoş təbəssüm var idi. Anam o təbəssümə yaxşı ad qoymuşdu.. Bığının altında gülür.. Anam ondan ət barədə soruşmadı. Atam özü söhbəti açdı.. Rozik ət ala bilmədim. Anam masanı silə silə canın sağolsun deyib getmək istədi. Atam utana utana dedi. Soruşmursan niyə? Deməli naharda hazırlaşırdım gedəm qəssaba.. Orda yatan əsgərlərin danışıqlarını eşitdim. Biri deyirdi ki, sənə də kabab iyi gəlir? O biri deyirdi ki, kababın iyi yadıma gəlir ki…
Rozik elə pis oldum. Orda 7 vərəmli əsgər var.. Getdim bütün maaşıma cürbəcür kabab aldım. Gətirib əsgərlərə verdim. Biri lap ağır xəstədir.. Cəmi 2 lülə kabab götürdü. Birini zorla yedi. Dedi birini də axşam yeyəcəm. Mən getdim kabinetə.. Doyunca ağladım..
Deyib atam uşaq kimi içini çəkə çəkə ağladı..
Anamın mənim qardaşlarımın gözü dolmuşdu. Həmin gecə mən də yerimdə xısın xısın ağladım.. O gün o əsgərə ağlamışdım. İndi bu yazını yazanda atamın mərhəməti qarşısında göz yaşımı saxlaya bilmirəm..
Və atam 1997ci ildə ağ ciyər xərçəngindən dünyasını dəyişdi. Yasın 7ci günü evə bir xanım gəldi. Dizlərini yerə vurub ağı deməyə başladı. Hamı ağlayırdı. Bu xanıma su gətirəndən sonra səsi titrəyə titrəyə danışdı.
Mənim oğlum Əli həkimin xəstəsi olub. Əsgərlikdə pnevmaniya olmuşdu. Gətirdilər o xəstəxanaya.. Ağalaya ağlaya gəldim çıxdım xəstəxanaya.. Baxdım bir dolu qaraşın kişi palatada salyarka sobası yandırır. Əvvəlcə elə bildim ordakı işçilərdəndi. Oğlum dedi ki ana bax o bizim həkimdir.. Oğluma qalın corab da almışdı. Yeməyini də yanına heç kim gəlməyən əsgərlərə verər.. Deyir bir dəfə bizə o qədər kabab almışdı ki, ertəsi gün də yedik.. Yoldaşım şəhərə gəlmişdi dünən. Dedi ki, şəhərdə Əli həkim rəhmətə getmişdi.. Şahgəldiyev.. Tanış adam gedirdi mən də getdim.. Oğlum dünəndən ağlayır. Dedim gərək biz də gedək. Burda bir insan ölüb ee insan
Dedi yenə ağlamağa başladı..
Qadın Ordubadlı idi. Bu isə atamın minlərlə etdiyi yaxşılığından biri idi…
Mənim vicdan abidəmdir atam. Bəzən yaxşılığa inamımı itirirəm.. Ama tez düşünürəm və deyirəm
Dünya, səndən Əli həkim adlı bir insan keçdi…!!

Müəllif:  İmmi

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir