Pərviz Yəhyalı – Ruhların Görüşü

Ruhların Görüşü
( 28 fevral 2023- cü il tarixdə Əli Kərimin həyat yoldaşı Elza xanım Kərimova 84 yaşında dünyasın dəyişib. Əli Kərimin, Elza xanımın və onların gənc yaşında dünyasını dəyişən oğlu Orxanın əziz xatirəsinə ehtiramla)

-Baxma mənə, nə olar, yalvarıram Əli!
Sən ki, mənə günəşim deyirdin. 54 illik ayrılq qırışlardan üzümdə naxışlar çəkib. O sığal çəkdiyin tellər elə ayrılığımızın ilk ilindəcə bəyaza bürünmüşdü. Solub sənin günəşin sənsizliyində. Sənə qurban, baxma mənə. Utanıram. Utanır sənin Elzan! Sən gedən gündən itən gözəlliyim qoşulub cənazənə gedib məndən. Baxıb məni tanımazsan. Bir də istəmirəm küskün nəzərlərinlə məni süzüb deyəsən ”Elza, niyə belə gec gəldin” Yadındadır İlyas müəllim bizi təzə tanış etmişdi. Hər dəfə görüşə bir az gecikəndə üzə vurmasan da incidiyini hiss edirdim. O vaxt yarımca saata hövsələn yerindən oynayırdı. Bəs 54 qışı, 54 payızı necə gözlədin? Bağışla Əli! Axı körpə Paşanı, Azəri, Orxanı mənə əmanət etmişdin. Onları qoyub gələnməzdim, başsız qalardılar. Heç mən də baxa bilmirəm üzünə. Qoruya bilmədim Orxanı, tələsib görüşünə tez çatdırdı özünü. Lap sənin kimi ürəyinə saldı yan-yörədən ötüb keçən ağrıları.
Yadındadı Musa Yaqubun sənə yazdığı şeiri?

  • Yox, xatırlamıram!
  • Musa sənlə axırıncı dəfə metroda görüşüb. Sən “Gənclik” də düşmüsən. Sonra da məni tək qoyub köçdün son mənzilə. ”Əli gənclikdə düşdü, əbədi olaraq” yazmışdı Musa müəllim. Bilirsən, bu şeir məni illərlə necə ağladıb?
    -Axı Musa Yaqub mənim əbədi səfərimdən sonra yazıb bu şeiri. Heç xəbərim olmayıb.
    -Nə olar Əli, səni bir vaxtlar danladığımı da bağışla! Bir də metro çıxışında, yağışlı havada qəsdən gözlətdiyimi də bağışla. Onda gec gəlmişdim deyə heç hirslənməmişdin. İndi də gecikdim, lap çox, düz 53 il 8 ay!
    -Dəlisən Elza! Yadındadı elə həmən yağışlı gündə sənə dediklərim? Səni illərlə gözləyərəm, yorulmaram, bezmərəm!
    -Mən qocalmışam. Daha o vaxtkı Elzadən əsər belə qalmayıb.
  • Əzizim, ayrıldığımız 69-cu ildən sən heç dəyişməmisən. Elə deyingən Elzasan ki qalmısan. Günəşimsən. Bir də de görüm Paşaya tapşırdınmı özündən muğayət olsun. Ondan çox nigaranam.

Sən niyə belə tələsdin Paşa!

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir