“NƏMƏNƏ” SÖZÜNÜN İZAHI.
(Məndən əvvəl yazanlardan fərqli və orfoqrafik təhlillə.)
Bu gün bizə gəlib çatan 19-cu və 20-ci əsrlərdə yazıb yaratmış Azərbaycanın böyük mütəfəkkirləri M.Ə. Sabirin, N.B.Vəzirovun, Ə.B.Haqverdiyevin və digərlərinin əsərlərində “nəmənə” ifadəsi işlənmişdir.Əsərin kontekstindən bu sözün mənası oxucuya tam mənası ilə anlaşılır.Oxucu üçün bu kafidir.Bədii ədəbiyyatımızda N.Vəzirovun “Molla Səfi” əsərində “Ay Cəbi bu qutudakı nəmənədir?”,Ə.Haqverdiyevin “Xortdan” əsərində “Mərdəki, burada nəmənə qayırırsan?”, M.Ə.Sabirin “Hophopnamə”sində “Pah oğlan nəmənə?”və s.
Dilçi alimlər isə bu ifadəyə dialekt deyərək kənara çəkilmişlər.Azərbaycan dilinin izahlı lüğətində “Köhnə danışıqda “nə?”, “necə?” mənalarında sual əvəzliyi” kimi izah olunmuşdur.Görəsən Qədim Oğuzun dilində “nə?” və “necə?” sual əvəzliklərinin yaşı nə qədərdir?”Nəmənə” sözünə ehtiyac varmıdır?
Ümumiyyətlə dildə doğma sözlərin və vətəndaşlıq hüququ qazanmış sözlərin hər birinin orfoqrafik qaydada mənaları vardır.Əksər hallarda sözlər fonetik hadisələr nəticəsində ilkin modelini dəyişmişdir.Lakin sözün ilkin nüvəsi tamamilə itməmişdir.Məs: dilimizdə işlənən “ön” və ün” sözlərinin ilkin formasını heç bir dilçi alim tapa bilməmişdir.Buna səbəb alimlərin “Teolinqvistika” elmindən məlumatlarının olmamasıdır.Onları qınamaq da olmaz.Çünki, dünya dilçiliyində bu elmin əsaslarına dair heç bir mükəmməl mənbə və istiqamət yoxdur.Əgər biz hər iki sözə diqqətlə baxsaq onun yaşının nə qədər olduğunu müəyyən etmək mümkün deyildir.Teolinqvistikanı bilən mütəxəssis birinci növbədə qədim sözləri həmin xalqın Tanrıçılığına dərindən bələd olmalıdır.İlk andan sözlərin hansı məna daşıdığını məntiqi və psixoloji cəhətdən öyrənməlidir.Daha sonra öz təcrübəsi əsasında sözduyumundan istifadə etməlidir.”Ön” və “ün” sözləri əla məqamı bildirən sözlərdir.Ali məqam isə Tanrıya məxsusdur.Əgər biz Qədim Oğuzların ilkin tanrılarından olan “Gün, Günəş” Tanrısının adına semantik cəhətdən baxsaq, hər iki sözün “gün” sözündən yaranmasını dərk edərik.Sözdə “g” samitinin eliziyası və mümkün sait keçidi nəticəsində yeni model sözlər yaranmışdır.Bu günə qədər heç bir mənbədə bu orfoqrafik təhlil göstərilmir və “daşlaşmış söz” kimi təsnif olunmuşdur.
Keçək mövzuya.”NƏMƏNƏ” sözü bir çox fars sözləri kimi dilimizə keçmədir.”Sözün fars dilində ilkin forması “NƏMİDANİ” yəni “mən bilmirəm, bilmərəm”, türk variantında işlənən “mən bilməm” (Ulu Öndərin sevdiyi ifadələrdən) kimi orfoqrafik və orfoepik məna kəsb edir.Sözün nüvəsindəki səslər, məntiqi yanaşma, sözduyumu və s.Eyni dövrdə yaşamış mütəfəkkirlərin dilində bu sözün asimlatik formada işlənməsi sözün yaşının erkən olmadığını göstərir.
P.S.Mən bu yazıları yazarkən öz üzərimə götürdüyüm missiyanı yerinə yetirmək vəzifəsi kimi qəbul edirəm.İctimai əsasla – yəni haysız, küysüz.Atalar sözü hər zaman keçərlidir.”Tək əldən səs çıxmaz.”
Bir FB-də, bir də BDU-da dərs zamanı işlənən trerminlərin etimologiyalarını tələbələrimə izah edirəm.Onların marağı dilçilik elmi ilə məşğul olanlardan daha qənaətbəxşdir.
Yunan fiosoflarının təqdirincə desək:”Si nescis, nemo eriit” – “Mən bilmirəmsə, heç kim bilməz.”Yunan filoofları bu ifadəni 2500 il əvvəl işlətsə də, bəzi alimlər bu ifadəyə “atalar sözü” kimi ehtiram göstərirlər…
Müəllif: Həsən ƏLİYEV
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru