18 fevral Firuz Mustafanın doğum günüdür – Təbrik!

“ƏDƏBİ OVQAT”, “YAZARLAR” , “XƏZAN” jurnallarının yaradıcı heyəti və çoxsaylı oxucuları adından Azərbaycan ədəbiyyatının, mədəniyyətinin sütunlarından biri, müasirimiz olan klassik, elm adamı (fədaisi)  Firuz MUSTAFAnı doğum günü münasibətilə təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah Sizi qorusun! Uğurlarınız bol olsun!!!

 Firuz MUSTAFA :

Əziz oxucum, artıq 30 kitabdan ibarət külliyatın hər cildindən ilk nümunələr hazırdır (2019).

Bəs bu cildlər öz “ünvanına”, yəni oxuculara çata biləcəkmi?
Bəs bu kitabların çap xərci (hələ digər xərcləri demirəm) öz borcunu ödəyəcəkmi?

Əlbəttə, bir çox ölkələrdə yaradıcı adamların bu sahə üzrə (yəni kitab satışı, maliyyə, reklam, nəşr, menecer, tərcümə və s.) köməkçiləri olur. Təbii ki, mənim bu cür köməkçi və “əlavə vasitələrim” yoxdur. Ona görə də imkanlarımı nəzərə alaraq belə qərara gəlmişəm ki, hələlik “siqnal” nüsxələri işıq üzü görən kitablar gələcəkdə istehlaka, tələbata uyğun olaraq nəşr edilsin. Yəni cildlər əvvəldən verilən sifarişin müqabilində çap olunacaq. Rəsmi sifarişə və sənədli müqaviləyə ehtiyac yoxdur. Mənim üçün oxucularımın sözü daha etibarlı və önəmlidir. Mənim üçün SÖZ hər şeydir.
İndi isə janrlar üzrə qruplaşdırılıb nəşr olunmuş cildləri sıra qaydası ilə təqdim edirəm:

CİLDLƏR

1-ci cild: Pyeslər
2-ci cild: Pyeslər
3-cü cild: Pyeslər
4-cü cild: Pyeslər
5-ci cild: Pyeslər
6-cı cild: Pyeslər
7-ci cild: Pyeslər
8-ci cild: Pyeslər
9-cu cild: Hekayələr
10-cu cild: Hekayələr
11-ci cild: Romanlar
12-ci cild: Povestlər
13-cü cild: Detektiv
14-cü cild: Detektiv
15-ci cild: Poeziya
16-cı cild: Fəlsəfə
17-ci cild: Fəlsəfə
18-ci cild: Deyimlər
19-cu cild: Gündəm
20-ci cild: Ədəbiyyatşünaslıq
21-ci cild: İncəsənət
22-ci cild: Müsahibələr
23-cü cild: Dialoqlar
24-cü cild: Publisistika
25-ci cild: Publisistika
26-cı cild: Təhsil.Etüdlər
27-ci cild: Tərcümələr
28-ci cild: Yaddaş
29-cu cild: Firuz Mustafa haqqında
30-cu cild: Firuz Mustafa haqqında

Buyurun, SÖZ sizindir.

Hörmətlə,
Firuz Mustafa

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
Cəfər Cabbarlı mükafatı laureatı
Humay mükafatı laureatı
fəlsəfə elmləri wdoktoru

FİRUZ MUSTAFANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ FEVRAL – 2024 N: 02 (38)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

PDF : yazarlar-38

“YAZARLAR”JURNALININ FEVRAL – 2024 N: 02 (38)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF: yazarlar-38

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZƏLİMXAN YAQUBUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RİZAVAN FİKRƏTOĞLUNUN QALİB OLMUŞ MƏQALƏSİ

Azərbaycan Ordusunda idarəetmənin əsasını müasir rəqəmsal rabitə vasitələri təşkil edir

Texnologiya günümüzün ayrılmaz hissəsidir. Dövrün tələbinə çevrilən müasir rəqəmsal texnologiya sabit qalmır, daim yenilənir və inkişaf edir. Hər keçən gün yeni bir texnoloji inkişafla qarşılaşmaq təəccüb doğurmur. Bu proses həm də yaşayışımızı asanlaşdırır, avtomatlaşdırır və müşkül işlər öz həllini qısa zaman kəsiyində tapır.

Rəqəmsal texnologiyanın inkişa­fını dəyərləndirən ölkələr bu yeniliyi ordularında da tətbiq edirlər. Bu mənada, Azərbaycan Ordusunun rabitə sistemlərinin imkanlarının in­kişafı məqsədilə görülən işlər diqqəti cəlb edir.

Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioe­lektron mübarizə (REM) vasitələrinə qarşı ən müasir yeni rabitə vasitələri alınaraq istifadəyə verilib. Ordumu­zun silahlanmasına, bir çox mobil rabitə kompleksləri də daxil edilib. Eyni zamanda, Azərbaycan Ordusu­nun arsenalında olan döyüş texni­kalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Bu­rada da istehsalatla yanaşı, peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.

Azərbaycan Ordusunun bölmələri ən müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünya­nın ən qabaqcıl ölkələrindən alınan rabitə texnikası və vasitələrindən istifadə olunur. Azərbaycan Ordusunun idarəçiliyində məxfililik və qoşunların gizli idarə olunması nəzərə alınıb. Ordunun silahlanma­sında yer alan döyüş texnikalarının rabitə vasitələri yeni müasir rəqəmsal radiostansiyalarla əvəz olunub.

Ümumiyyətlə, lokal və qlobal münaqişələrin həllində güc tətbiqi getdikcə daha geniş vüsət alır və bu proseslərdə REM vasitələri həlledici faktora çevrilmişdir. Birmənalı şəkildə, daha mükəmməl REM-ə malik olan ordu yüksək müvəffəqiyyətlərə nail olur. Texnikaların modernizasiyası həlledici rola malik REM-in inkişafını və təkmilləşdirilməsini istisna etmir. Çünki radiodalğa böyük məlumat massivlərinin uzaq məsafələrə yüksək sürətlə çatdırılmasını təmin edən yeganə vasitədir.

Silahlı qüvvələr etibarlı rabitə sistemləri ilə təmin olunmursa, həmin ordunun məğlubiyyətə düçar olması qaçılmazdır. Sülh və savaş dönəmində, aralıqsız şəkildə poten­sial rəqiblərin rabitə sistemlərinin “dinlənməsi” hərbi təhlükəsizliyin vacib əməllərindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan Or­dusunun Qələbə qazanmasında REM vasitələrinin əhəmiyyəti danılmazdır. Xatırladım ki, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan 2020-ci ilin noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfran­sında bir sıra maraqlı açıqlamalarla çıxış etmişdi. O, Azərbaycanın pilot­suz uçuş aparatlarına (PUA), xüsusilə də Ermənistan ordusunun hərbi texnikalarını məhv edən “Bayraktar TB2” silahlı PUA-larına qarşı istifadə etdiyi ən yeni sistemin effektsiz olma­sını təəssüf hissi ilə dilə gətirmişdi. General bildirmişdi ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiya­dan alınmış “Pole-21” REM kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da, 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramadı. “Bayraktar TB2”lər əvvəlki qaydada Ermənistan ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib. Əlbəttə, bu cinayətkar Ermənistanın məğlubiyyəti, Azərbaycan Ordusunun qələbəsi idi.

Heç təsadüfi deyil ki, dünya dövlətləri öz ordularının REM sistemlərinin etibarlı quraşdırılma­sına olduqca önəm verirlər. Etibarlı rabitə sistemi dedikdə, radiodalğa­ların kəsintisiz və ya güclü olması qədər düşmən tərəfindən dinlənə bilməməsi də nəzərdə tutulur. Məhz bu sahədə meydana çıxan boşluq­lar məğlubiyyətin görünməz “iz”ləri, səssiz “əcəl zəngləri”dir.

Ermənistanın radioelektron mübarizə sistemlərini dərindən təhlil edən Azərbaycan Silahlı Qüvvələri labüd savaş ssenarisində düşmənin rabitə əlaqələrinin izlənməsi və dinlənməsi, eləcə də əlaqəyə müdaxilə detallarını nəzərdən qa­çırmamışdı. Azərbaycan Ordusunun düşmən radiodalğalarında “fırtına qoparan” sistemlərlə təminatında ən önəmli yeri, təbii ki, qardaş Türkiyənin təmsilçisi olan ASELSAN şirkəti tutur.

Vətən müharibəsindən öncə və savaş günlərində ASELSAN-ın COMINT (Communications Intelligen­ce) sistemləri vasitəsi ilə düşmənin səs və məlumat yüklü radio dalğa­larının axışını hədəf alan kommuni­kasiya kəşfiyyatı Azərbaycan Silahlı Qüvvələrinə bir çox üstünlüklər qa­zandırmışdı. Müharibənin gedişində ASELSAN-ın COMINT sistemləri vasitəsilə düşmənin hər gün orta hesabla 80 məlumatını dinləmək və lokasiyalarını təyin etmək mümkün olub.

Ümumiyyətlə, ASELSAN hərbi sahədə istifadə oluna biləcək müxtəlif spektrli, o cümlədən KORAL Mobil Radioelektron Mübarizə Sisteminin istehsalını həyata keçirir. KORAL Mobil Radioelektron Mübarizə Sistemi hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonların­da çalışan Elektron Dəstək Sistemi (KORAL ED) və Elektron Hücum Sistemindən (KORAL ET) ibarətdir. Azərbaycan Ordusunun arsenalında yer alan və hərbi qüvvələrin imkanla­rını əhəmiyyətli dərəcədə artıran bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir. Bununla yanaşı, hədəf radarları qarış­dırıb aldadaraq, onların funksiyalarını yerinə yetirmələrinə maneçilik yaradır. Bu imkanlarına görə KORAL sistemi düşmənin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələri də zaman-zaman REM vasitələrinin istehsalı, hazırlanması və inkişafı istiqamətində müəyyən addımlar atıblar. Məsələn, 2016-cı ilin sent­yabr ayında nazirliyin Elmi Tədqiqat İnstitutu (ETİ) tərəfindən ADEX sərgisində nümayiş etdirdiyi GSM/BS-REM kompleksi döyüş və antiterror əməliyyatları zonasında mobil GSM rabitəsinin baza stansi­yalarının susdurulması üçün işlənib hazırlanıb. Çıxış gücü 50Vt təşkil edən kompleks 880-1980 MHz tezliklərdə fəaliyyət göstərir. Bir nəqliyyat vasitəsinə bazalaşdırıla bilən kompleksin ötürücüsünün çəkisi 22 kq, antenlərin çəkisi 10 kq təşkil edir. GSM/T-REM cihazı isə ərazidəki mobil GSM rabitə terminal­larının susdurulması üçün nəzərdə tutulur. 925-2170 MHz tezliklərdə çalışan kompleks maşınlara quraş­dılır. Müəssisənin KNS-REM adı verilmiş GPS və QLONASS peyk naviqasiya sistemlərinin siqnallarına maneəqoyma stansiyası isə döyüş əməliyyatları zonasında düşmənin peyk naviqasiyasından istifadə edən sistemlərini, avtomatlaşdırılmış artilleriya-kəşfiyyat komplekslərinin, o cümlədən pilotsuz uçuş aparatları­nın fəaliyyətini əngəlləmək üçün va­cibdir. Çıxış gücü ən azı 30Vt təşkil edən stansiyanın təsir məsafəsi ən azı 30 kilometrdir. 400x160x680 mm ölçülərə malik stansiyanın nəqliyyat vasitələrindən yerləşdirilməsi müm­kündür.

Bir sözlə, Azərbaycan Ordusu REM sahəsində yeniliklər tətbiq edir. Bu da ordumuzun döyüş qabiliyyətini və təhlükəısizliyinin artırılmasında əvəzsiz rol oynayır.

Bu yazı Media Agentliyinin “Ən yaxşı jurnalist araşdırması” nominasiyasının qalibi olub.

MƏNBƏ:  Rizvan Fikrətoğlu

Müəllif: Rizvan FİKRƏTOĞLU

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN JURNALI


PDF : yazarlar-38

“YAZARLAR”JURNALININ FEVRAL – 2024 N: 02 (38)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF: yazarlar-38

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

ZAUR USTAC XÜLASƏ

Zaur Ustac – Hər gün nəfdir!

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu.

 www.yazarlar.az 4 Şərh Redaktə et

ZAUR USTAC – HESABAT-2023

 www.yazarlar.az 1 Şərh Redaktə et

Sadıq Qarayev “İlin yazarı” nominasiyası üzrə təltif olunub – 39 foto.

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

AZƏRBAYCAN YAZARLARI

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZAUR USTAC – TORPAQ BİZİ GÖZLƏYİR…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ŞANLI AZƏRBAYCAN ƏSGƏRİ

 www.yazarlar.az 2 Şərh Redaktə et

Zaur Ustac – Qaşqayda bir hürü ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Zaur Ustac – Göyçə dustaq, Urmu ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzlu

“Yazarlar” jurnalının fevral – (N:38) 2024-cü il sayı üz qabığında  TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzlu – KİŞİ QÜRURU

KİŞİ QÜRURU

(Esse)
Təxminən on beş il bundan əvvələ aiddir bu xatirəm. Söz vaxtına çəkər deyiblər, elə bu vaxtlar idi. O vaxtlar demək olar ki, bütün yayı kənddə keçirdirdim. Kəndin ki, bir tərəfi Qarayazı meşəsi, bir tərəfi günəş rəngində təpələr ola, Kür çayı da ki, qolunu kəndin boynuna dolaya, sən də ki, nənənin sevimli nəvəsi olasan. O kəndə getməmək günah olardı.
Bir gün xalam dedi ki, sabah qohumlarımızdan biri oğluna toy edir, hazırlaş səni də toya aparacam. Əvvəl getmək istəmədim, nənəmlə qalmaq istədim. Nənəmin öz uşaqlıq illərindən, keçmişdən danışdıqları toylardan maraqlı idi. Həm də bizim kəndin mağar toyları günorta saat ikidə başlayar axşam saat beşə, altıya kimi davam edərdi. Axşam bər-bəzəkli şax qaldırardılar və saat doqquzdan gecə saat on ikiyə, birə kimi mağar davam edirdi. Mağarda da dava düşərdi, mahnı sifariş verməyin, ana- bacıya baxmağın və s. üstündə. Ərləri toyda Novruz bayramında yumurta döyüşdürən uşaqlar kimi bir birilə “rumka döyüşdürən” arvadların gözləri dörd olardı mağarda ki, görəsən ərim kimlə dalaşacaq kimi şil küt edəcək. İş ondadır ki, bu ərlər toyda heç kəsi döyməsələr də evə gedəndə arvadlarını döyürdülər. Adam bilmirdi, bunların toyda dava salmağına sevinsin ya üzülsün. Toyun səhəri mağar təəssüratları avtobuslarda, yollarda, mağazaların önündə davam edirdi. Hələ arvadların sərçə balası kimi cikkildəşmələri olmaya da, “az gördün filankəsin qızı şalvar geyinmişdi, az hə hələ sən keçən il instuta girif Bakıya gedən tayını görmədin, əməllijə şəhər dili danışer, elə bil buralı döylü, az hələ o yaxşıdı o Bakıdan gələn qız var e filankəsin qohumu gədələrlə elə baxışerdıkı, gəlini də yaxşı bəzəməmişdilər, kamplekti ucuzuydu, bəyin əti tökülsün qıza tort yidirtdi ” Bax elə bu
abu havaya görə özümü heç vaxt o mühitə aid hiss etməmişəm. O kəndin toylarını sevməmişəm. Nə isə, xalamın israrından sonra o toya getdim. səhər saat on iki olardı bəyin atası evinə getdik. Hərə bir tərəfdən süfrəni hazırlayırdı. Manqaldakı kababların qoxusu Gəmiqaya tərəfdən gələn həzin mehə qarışıb gül-çiçək ətri kimi ətrafa yayılmışdı. Qadınların səsi- küyü toy evini götürmüşdü. Kim kimi görsə iş dalınca buyururdu ki, iş tez getsin. Qadınlardan biri cavan oğlanlardan birini çardaqdan qazan çıxarmaq üçün buyurmuşdu. Oğlan nərdivanı divara söykəyib yuxarı çıxmağa başladı. Döşəmə torpaq olduğu üçün kələ kötür idi. Nərdivan tərpənəndə mən cəld nərdivandan tutdum və “yıxıldı” deyə qışqırdım, sonra oğlan müvazinətini saxladı və işinə davam etdi, o, düşənə kimi nərdivanı buraxmadım. oğlan heç nə demədi heç səsini də çıxarmadı. Sadəcə minnət dolu baxışlarla üzümə baxıb gülümsədi. Sonradan bildim ki, bu oğlan nitq qüsurlu imiş.
Artıq mağardaydıq. Hərə öz yerini tutmuşdu. Toy, çal-çağır axşamçağı yenidən başlamışdı. Hamı oynayır, hərə öz mahnısını sifariş edir, qohumunlarını oynamağa dəvət eləyir, başından şabaş tökürdü. Mən sakitcə oturub müşahidə edirdim. Qohumlarımız oynamağa çağırdı. Arvadlı- kişili, uşaqlı- böyüklü hamı oynamağa çağırdı oynamadım. Xalam da neçə dəfə çağırdı. Yanımda oturanda da böyrümdən dümsüklədi yenə oynamadım. Bir də gördüm günorta nərdivanla çardağa çıxan oğlan gətirib mənə bir qalaq pul uzatdı. Mən götürmək istəməyəndə anası işarə etdi ki, götür. Oğlu gedəndən sonra qulağıma pıçıltı ilə dedi ki,” a qızım mənim oğlum danışa bilmir, uşaqlar qırağa çəkib döyüb əlindən almaqdansa sən götür o pulları”. Dedim, ” xala mən istəmirəm, gəl, otur yanımda, sənə verəcəm pulları. ” Oğlan hər dəfə pulu gətirirdi, mən də o gedən kimi pulu anasının ovcuna basırdım. Bir də gəldi ki, sənə verdiyim pulları göstər ( onun işarələrinin mənasını anası deyirdi mənə) mən də xalamın günorta mənə verdiyi bir şirvan pulu şalvarımın arxa cibindən çıxarıb göstərdim. Oğlan inandı. Yenə getdi şabaş yığmağa, yenə gətirib hamısını mənə verdi. Mağarın axırlarına yaxın gördüm beş -altı gənc həmin bu oğlanı kənara çəkib mübahisə edirlər. gənclərin dediklərindən eşitdim ki( hamı qulaqlarımdan şikayət edir ki darı dəlir) ” duxun çatır oynamağa çağır, görək səni sayib oynayacaq.” Öz aralarında mərc gəldilər. Bir neçə dəqiqə sonra həmin o nitq qüsurlu oğlan mənə yaxınlaşdı. Oynamağa çağırdı. Mən də dəvəti tezcə qəbul edib oynadım. O an onun gözlərindəki xoşbəxtlik qığılcımları, yerə- göyə sıxmayan sevinci məni sevindirdi və qürurlandırdı. Ərtafdakı mərci uduzmuş gənclərin məyus və qəzəbli baxışları isə hələ də xatirimdədi. İstədim ki, Allahın bu gözəl bəndəsinin kişi qüruruna toxunmaq istəyən gəncləri həmin oğlanın qələbəsi ilə cəzalandırım. Xoşbəxtəm ki, indiyə kimi heç kəsin qüruruna toxunmamışam, heç kəsin duyğularına qarşı sayğısızlıq etməmişəm vicdanım rahatdı…
Siz təsəvvür belə edə bilməzsiniz ki, toyun səhəri kənddə nə nağıllar, nə əfsanələr danışılmadı. El ozanlarının eşq dastanları kənd arvadlarının dastanlarına çata bilməz….Bu arada xalam da çox əsəbləşmişdi ki, mən çağırdım gəlmədi, o lal uşaq çağıranda oynadı, indi camaat ağzına gələni danışacaq. Gecə evə gəldim, bu olanları əziz nənəmə danışdım. Dedi düz etmisən. Qəlbimin dərinliyində bilirdim ki, düz etmişəm. Amma nənəmin dəstəyi və anlayışını ondan başqa heç kəsdə görmədim. Məkanın cənnət olsun. Ruhun qarşısında baş əyirəm, Şafanam…
Hər dəfə o oğlan yadıma düşəndə xoşbəxt olmağı üçün dua edirdim. Bu yaxınlarda eşitdim ki, bir nitq qüsurlu qızla ailə qurub. sağ- salamat , nitq qüsuru olmayan ekiz uşaqları var, bir qız , bir oğlan. Sevincdən gözlərim doldu. Ürəyimdə sadəcə “şükürlər olsun, Tanrım ” dedim…


Müəllif: TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru