
DAĞLARIN
Həmdəm gözləyir gör nə zamandı,
Yollarda qalıb gözü dağların.
Sevib əzizlər doğması kimi,
Güldü, çiçəkdi sözü dağların.
Zirvəsinə qoy tac ürəyini,
Qızınsın bir az, saç, ürəyini.
Yaxının kimi aç ürəyini,
Gözəl sirdaşdı özü dağların.
Şimşəyə çevril, yamacına çax,
Şəlaləyə dön, qayasından ax,
Təltifi kimi yaxasına tax,
Gəzib saldığın izi, dağların.
Dumana düşək, itək döşündə,
Oxuyaq qoşa Qutək döşündə,
Lalə, nərgiztək bitək döşündə,
Sevinsin, gülsün üzü dağların.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
YAZARLAR.AZ
======================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru