کاش گله م اوتورام دیه م سیرریمی تا بلکه یاش گوزلره دولا داغلار ایسته ییرم سنله چوخلی دردله شم تا اوره ک قوشوم آزاد اولا داغلار گر دئمه سم اوره ک دونر قان اولار اوچار آباد منزیلیم ویران اولار غم تالانار بوتون آه فغان اولار نولی منه بیر همدم اولا داغلار زمانه نین ایری سی چوخ دوزی آز چالیب نئجه بیزلره نیسگیللی ساز الدن چیخیب هم قیشیمیز هم ده یاز قورخورام بو نیسگیله سولا داغلار آمان زمانه نین خیانتین دن عرصه ده جاهیلین حماقتین دن بی وفا دوسدان سا،رفاقتیدن سنله اولام نئجه قول قولا داغلار
Norveçin paytaxtı Osloda “Zəfərin ilk baharı” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Muğam Mərkəzinin, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı- NAYO, Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin və Oslo Azərbaycan Evinin dəstəyi ilə keçirilən tədbirdə ilk olaraq Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə və 19 Sentyabr 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub və ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olunub. “Bu bahar Zəfərimizin ilk baharı olduğu üçün, tarixi ədalətin bərqərar olduğunu nəzərə alaraq “Zəfərin ilk baharı” adlı tədbir Norveçdə yaşayan azərbaycanlıların, cəmiyyətimizin dostlarının bir araya gəlməsinə, dostluq və həmrəyliyimizin möhkəmlənməsinə xidmət edəcək” – deyə o bildirib.
Daha sonra Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagird və valideynləri Vətən, Novruz bayramına həsr edilmiş şeirlər səsləndirib, Novruzun rəmzi olan Bahar qızı tədbir iştirakçılarının bayramını təbrik edib, Kosa və Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.
Tədbir çərçivəsində Novruz bayramı və baharın gəlişinə həsr edilmiş, milli və qədim adət-ənənələrimizi nümayiş etdirən və mədəniyyətimizi təbliğ edən sərgi nümayiş olunub.
Tədbirdə Norveç Azərbaycanlıları Gənclər Təşkilatı-NAYO və Oslo Azərbaycan Evinin dəstəyi ilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagirdi Səlim Abbaszadənin müəllifi olduğu və Azərbaycan tarixini, Qarabağ münaqişəsini və qazandığımız parlaq Zəfəri işıqlandıran, norveç və ingilis dillərinə tərcümə olunmuş “Sən elə bir zirvəsən” adlı kitabın təqdimatı da baş tutub.
Eyni zamanda Beynəlxalq Muğam Mərkəzi ilə Oslo Azərbaycan Evi arasında memorandum imzalanıb. Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə bildirib ki, bu memorandum muğamımızın Skandinaviya ölkələrində geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradacaq.
“Zəfərin ilk baharı” adlı konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri, tanınmış xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifalarını tədbir iştirakçıları rəğbətlə qarşılayıblar. Tədbirdən fotolar:
Salam olsun, çox dəyərli oxucum! Bizi buluşduran Böyük Allaha həmd olsun! Artıq bu sətirləri oxuduğunuza görə həmsöhbət sayılırıq. Mən heç vaxt razı olmaram ki, sözə dəyər verən şəxs dünyada ən dəyərli, vacib və hal-hazırkı dönəmdə qıt bir nemət olan vaxtını boşa xərcləsin. Hələ-hələ bu şəxs mənim həmsöhbətim ola. Söhbəti uzatmadan birbaşa mətləbə keçmək istəyirəm. Bu dəfə haqqında söhbət açacağım şəxs sözün əsl mənasında dünya miqyasında tanınmış qələm adamıdır. Onu həm şair, həm də nasir kimi təqdim etmək olar. Rus yazıçısı Tatyana Terebinova (Татьяна Теребинова) “Разбудить ауру вселенной” adlandırdığı essesində Karalina xanım haqqında belə yazır: “Caroline Laurent Turunc – однаизсамыхзагадочныхпоэтовсовременности. Веществоеёпоэзииуникальноиявляетсяценностью.Строкизавораживаютнеожиданностью, парадоксальномтью, красотой. Строки, словнооблака, возникают, клубясьпеременчивымичувствами–впереливахбогатыхоттенков.Ихотличаетглубокаяпульсациявзволнованногосердца.Веёпоэтическихмирахвремяипространствоменяютсяместами,открываякосмосеёДуши! ПоэтCarolineLaurentTuruncпосвоемуволшебствуизвлекаетизкалейдоскопаВселенной–клубящиесяновыеобразы, загадкиипророчества–представлениясвоейдуши.Сотворяясвоюпоэзию, она,жеминутноиежечасно, вовлекаетсебявборьбузасветлыесилы;любуетсяивосхищаетсятаинственныммиром.Отстаиваясвоивзгляды, Carolineвосхищаетсмелостью, твёрдостьюипоследователностью, утверждаяхрупкиймирсветлыхидей,требующийеёнадёжностиизащитыоттёмногомира.“
Mən Karalina haqqında öz fikirlərimə keçməzdən əvvəl rus yazıçısı Tatyana xanımın onun haqqında olan essesindən orijinal variantda sitat gətirməyim səbəbsiz deyil. Fransanın paytaxtı Parisdə yaşayıb-yaradan türk kökənli Karalina şeirləri ilə dünyanın dörd bir yanında məşhurdur. Demək olar ki, bütün qitələrdə müxtəlif sülh konfranslarında (Bakıda da olub), şeir festivallarında iştirak edib (edir).
Onu yazdıqlarına görə Amerikada, Hindistanda, Banqladeşdə, Pakistanda, Çində, Rusiyada, Ukraynada və dünyanın digər ölkələrində yaxşı tanıyırlar. Yazımın başlıca məqsədi Qərbin bağrında bitən bu Şərq çiçəyini Azərbaycan oxucusuna da yaxından tanıtmaqdan, təqdim etməkdən ibarətdir:
QISA ARAYIŞ
Karalina Laurent Turunç Türkiyə Cümhuriyyətinin Antakya rayonundan olan doqquz uşaqlı bir ailənin qızıdır. Sosyalogiya fakültəsindən məzun olmuşdur, 2013-cü ildən bəri 1500-dən çox şeir yazmışdır, xarici ölkələrdən çox sayda sertifikatlar almışdır, qırxa yaxın yerli və xarici antologiyalarda yazıları çap olunmuşdur. Hal-hazırda da bir çox beynəlxalq jurnallarda və internet saytlarında şeirləri yayımlanır. “Şarkla Şamal arası” ve “Çöl Zambağı” adlı iki şeir kolleksiyası yayımlandı. Rumıniyada təşkil olunmuş “Dünya Ədəbiyyatı Yarışması”nda müxtəlif ölkələrdən olan 2575 şair iştirakçı arasında ikinci yerə layiq görülmüşdür. Çin Respublikasının Yan qəsəbəsində təşkil olunmuş “Səkkizinci Bahar Şeir Festivalı”nda mükafat alaraq Çinin Şimal-qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dünya Şair Ədəbiyyat Muzeyi”nə seçilmişdir. Bunlardan başqa beynəlxalq “Kainat Şeir Mükafatı 2021” yayınının münsiflər heyətində idi. “Başkent Haber Ankara” ( Paytaxt Xəbər -Ankara) qəzetində köşə yazıları dərc olunur. “Özgür İfade İstanbul” ( Azad Söz İstanbul) qəzetində köşə yazarlığı ilə də məşğuldur . Sülh Elçisi Beynəlxalq Universitet Diplomatik Xidmətdən Azad Vətəndaş Dərnəyi və Fransa, Tunusda Beynəlxalq Mədəniyyət Salonları Dərnəyində Yaradıcı Görüşlər Elçisidir. “Writers Capital İnternational Foundation”da (“Beynəlxalq paytaxt yazarları Fondu”nda) təşkilat komitəsinin üzvüdür. Türkiyə Cümhuriyyəti nəzdində fəaliyyət göstərən bir xeyriyyə dərnəyi olan U.T.E.F.-nin Paris təmsilçisidir.
“Ziyadar” mükafatı laureatı olan Karalina Laurent Turunç 2022-ci ilin yekunlarına görə “İlin yazarı” diplomu ilə təltif olunmuşdur.
Haqqında Tuncay Şəhrilinin tərtib etdiyi “Caroline Laurent Bakıda” (izonəşr) Bakı – 2022, kitabı nəşr olunmuşdir.
“Coğrafyası ne olursa olsun her canlı daha özgür bir yaşamı hak eder. Dünyamızın insanlarına uygulanan baskı ve zulümle yaşamaya mahkûm edilmek artık dayanılmaz hale geldi. “Yeter artık!” diye bağırmak istiyorum. Zulüm haddini aştı.” – deyən Karalina Laurent Turunçun haqq səsi “Zalim padişah!” şeirində daha ucadan duyulur:
Ey gizemli tılsım, ruhumu taşlara vurayım. Bütün beyaz Sayfaları hayat hikayeleriyle doldurayım. İmla ve dil ustalarını yeterince susturdunuz Masallarla uyutulmuş bu millete acıyın!
Karalini ilk dəfə nə vaxt, harada və ya hansı şeiri ilə tanıdığımı burada dəqiq qeyd edə bilmirəm. Çünki, onunla yazdıqları vasıtəsilə ilk qiyabi tanışlığımız zamanı heç bir yadlıq, özgəlik hiss etməmişdim. Tam səmimi olaraq qeyd etmək istəyirəm ki, bu ilk görüşün hansı dildə olduğunu da xatırlamıram. Ruhlar min illərin dostu, yol yoldaşı olduqdan sonra bütün bunların heç bir önəmi olmur. Tək bircə məsələni qeyd etmək istəyirəm. Birinci şeiri ilə tanış olan zaman gözümün önündə vizual olaraq (onda bəlkə hələ heç müəllifin fotosunu da görməmişdim…) “Çöl Aslanı” filmindəki Ömər Muxtarın surəti canlanmışdı… Tanış olduğum ilk şeirin məndə oyatdığı marağın gücü ilə internetdəki müxtəlif axtarış sistemləri üzərindən müəllifi araşdırmağa başladım. Məlum oldu ki, şairin iki şeir kitabı işıq üzü görüb və bu kitablar bildiyimiz bütün beynəlxalq kitab satış portallarında var. İnternet üzərindən müəllifin hər iki kitabını sifariş etdim və cəmi on gün ərzində ümumilikdə 14 manat xərc müqabilində əlimə çatdı. Kitabların biri “Çöl zambağı”, digəri isə “Şarkla Şamal arası” adlanır…
Həmişə haqqın yanında olan Karalin Zəfər yoluna çıxdığımız 2020-ci ildə bütün yol boyu bizimlə birgə addımladı. Haqqın tərəfində oldu. Həmin il 44 günlük yol yoldaşlığı zamanı Karalinanın timsalında mən özüm üçün bir yəqinlik hasil etdim əgər tərəflərdən birinin yanında deyilsənsə, bu tərəfsizlik deyil, ikiüzlülük anlamına gəlir. Karalina bir Türkiyə sevdalısı olduğu qədər Azərbaycanı da sevir… Bəlkə daha artıq.
Sonra iş elə gətirdi ki, 2022-ci ildə Bakıda bir sülh konfransında görüşdük. Konfrans müddəti qiyabi olaraq yazılarına görə tanıdığım Karalinanı bir də şəxsən müxtəlif vəziyyətlərdə əyani olaraq tanıdım. Zənnim məni yanıltmamışdı. Karalina (Caraline Laurent Turunc) tam olaraq bizim “aslanın erkəyi dişisi olmaz” misalına uyğun bir çöl aslanı idi. Onun həyatında təsadüfə, yaradıcılığında nəyinsə xatirinə deyilmiş sözə yer yoxdur! Karilina məqsədinə doğru inamla addımlayan cəsur yolçu,zülmətin bağrını yararaq ətrafını aydınladan gur işıqdır. Kitablarına verdiyi “Şarkla Şamal arası” və “Çöl Zambağı” kimi adlar müəllifi yaxından tanıdıqdan sonra gözlər önünə daha aydın mənzərə sərir. Öz çölünün aslanı olan Karalina qürbət eldə Yurdunu təmsil edən zərif, ötkəm bir çiçəkdir. Mən onu bütün xarakter və xüsusiyyətlərini bir cümlədə məhz belə ifadə edərdim: – “Qərbin bağrında Şərq çiçəyi”. Bəli, o Qərbin bağrında bitən “Çöl zambağı”, “Şarkla Şamal arası”nda qərar tutmuş Anadolulu tərs lalədir…
Hal-hazırda Fransa Respublikasının paytaxtı Paris şəhərində yaşayan və yekunlaşdırmaq üzrə olduğu bir romanını qələmə almaqla məşğul olan yazarımıza işlərində və yaradıcılığında uğurlar arzulayır və “Şarkla Şamal arası” və “Çöl Zambağı” kitablarından seçdiyim şeirləri təqdim edirəm:
BİLMİRSƏNMİ?!
Tanımırsanmı məni?! Kimsəyə boyun əymərəm… Boz buludlar Səmada var-gəl edərkən Axşamın xəfif küləyi əsərkən Hələ zülmət gəmiyə minməmişkən Bilirdim ki, yer üzü məzarlıq, Ömrümün naxışları işgəncədir…
Sən öküzləri əhilləşdir Kasıblar üçün beynini yorma… Ağla indi, ürəyin boşalana qədər, Doyunca ağla… Halına yanmadığım Şərq və Cənub üçün ağla Parçalanmış duygular, ödənməmiş borclar və Yerinə yetirilməmiş vədlər üçün ağla… Göy üzünə boylan, Bax, düz buraya, Sabahın quşları qanad çırpır səmada Torpaq nə gözəl tumurcuqlar verib Sən və sevgin qəlbinin qapısına möhür vurarkən Körpələr analarının döşlərindən zorla alınırdı. Kaş görmüş olaydım, Kaşki , qarışmayaydım demə əbəs yerə… Daha heçnə söyləmə İnamım qalmayıb sənə… Amma ki, mən hər xəfif küləyə Nəvazişlə sığal çəkdim Bir əsrdən neçə eşq keçdiyini saymadan… Əsrlərin zaman dilimini Bütün planetləri yola salana kimi Körpə bahar gələnə kimi Sirr saxlayıram… Sabahların birində Gələcəklər uşaqlar… Kim bilir, bəlkə də Pəncərəmdən boylanıb Sənə baxaram… Göy üzü salam göndərəndə Əllərimi yelləyərəm…
Və o zaman dərin bir Ah çəkəcəksən Kaşki heç yaranmasaydım deyə Sahildəki xəyalları, Küləyin səmadan yerə ələdiyi ulduzları Aşağı -yuxarı boylanıb Bir, iki, üç deyə Saymağa başın qarışacaq… Yeri- göyü yaradan Tanrının qarşısında Kim ola bilərik ki, biz Xırdaca varlıqlarıq, Bir az cılız, bir az aciz…
“Çöl Zambağı” kitabından səh. 25-26.
EY TANRISI ÜMİD
Şah damarımda qanım donar Çirkaba batmış Yer üzünü və İndiyə qədər yaşanmış Qarşılıqsız sevgiləri gördükcə Mən neçənci yuxudayam Hansı əsrin asdanasındayam Deyirəm…
Sanki şərqin vadilərində Qeyb olmuşdu ürəyim Səsim qaranlığa qərq olub Mənə doğru axır… Yadlaşmış gözlərimdə Kipriklərimə toxunuram Amma çox çarəsizəm Ayaqlarım var-gəl etməkdən Sürgün yollarındaymış kimi Yorğun düşüb… Aman, Tanrım, bu necə yuxudur?
Kaşki heç görməyəydim Gerçək olmayan gözəlliklərin xəyalını Qanadları qırılan xəyallarım Sahildə oturub Nəfəsini dərdi… Amma ki, mən əllərimi uzadıb Günəşə toxunacaqdım… Sevgilimin könlünü Ovundurmaq üçün Mahnılar oxuyacaqdım… Elə kədərliyəm ki, Kaşki ulduzlara qonşu olaydım Qızıl dövrü, ədalət və Bərabərliyi ordan görəydim Kimin üçündür bu ixtiralar Kimin üçündür bu göyqurşağı…
Ey Tanrısı ümid və qardaşları Bataqlığın qaranlığında Çürümüş göylər Çöhrələrdən süzülən işıq Qanlı irinin girdabında öləziyib… Ey yağışı müqəddəs göllərə tökülən bulud Kaşki yumruğumu açıb Yağış damlaları ovcuma yığa biləydim…
Mənə icazə ver, ey kübar dünyam Uşaqlarım var, Onlar mədrəsəyə gedəcəklər… Analarının döyülərək Qətlə yetirildiyini söyləyə bilmərəm Günah məndədir ki, Göy üzünə çox inandım… Toxumuna torpaq oldum Bir gün geri dönəcək sandım… Mən hardan biləydim göylərin Hər tökülən qandan Bir damla içdiyini… Çiçəklərin göz yaşıyla cücərdiyini…
“Çöl Zambağı” kitabından səh. 22-23.
CAHİL və ƏDƏBSİZ
Torpağa göz yaşlarıyla Kəlmələr yazmışdılar… Ruhları cahil və ədəbsiz idi. Çaya ümid bağlayanları Məhkum etmişdilər. Çürümüş dəriləri Ağappaq olmuşdu Minlərlə varlığın Qopardığı tufan içində…
Yeddi qat yerin altında Dünyanın dərdini Daşıyan torpaq Qayğılardan təngə gəlib Göz yaşları içində Yorğun düşmüşdü Ölüm əslində Diriliş günüdür, Sabahın yuxusudur…
Güc və gücün üfüqləri Bitib- tükənmək bilməyən Xəzinələr… Qövmü böyüdüb bəsləyənlər Bəzəmişdir sabahla axşamı… Bütlərə inanlar, and içənlər Başqa günəşlər vəd edərlər… Göyləri yüksəkliyə Ucaldan Tanrı Qoy yoxa çıxmış gecəni Çiyinlərimə şələləyim… Mənim dörd mövsüm Ağlımın sahibim, İhsanı və Fazili Bir-bir var etmişlər, İnsanın ağlı ilə dərk etməsi Gözlə görməsindən yaxşıdır…
Ey yaradılışın mayasını Həqiqətlə yoğuran Bu hürən itlərə agah elə Ölüm səbəbiniCansız bədənlər Qum yığınının arasında Şimaldan cənuba sovrular Qılıncınla haqqı ucalt Nə zaman müharibə etsən. O zaman qələbə çalarsan Tanrının dini üstün gələr… Torpaq üzərində mənim də Məndən başqasının da Qarışqa qədər haqqı var…
“Şarkla Şamal arası” kitabından səh. 114.
Dəyərli oxucum, əlbəttə, həcmindən asılı olmayaraq istənilən bir yazıda bütün məsələlərə toxunub, şeirlərin hamısı haqqında fikir bildirmək mümkün deyil. Ancaq mən çalışdım ki, Azərbaycan oxucusunda Karalina xanım və onun kitabları haqqında ilkin bir fikir formalaşdıracaq yığcam yazı hazırlayım və bu yazımda heç olmasa hər kitabdan bir-iki nümunəni olduğu kimi təqdim edim. Ümidvaram ki, müəyyən mənada məqsədimə nail olmuşam. Bu yazını hazırlayan zaman dəyərli tövsiyələri ilə yardımçı olduğuna görə müasir dünya ədəbiyyatı üzrə ədəbiyyat tənqidçisi gənc filoloq Günnür Ağayevaya və şeirləri ana dilimizə çevirib, uyğunlaşdıran hal-hazırda Türkiyədə təhsilini davam etdirən gənc yazar Turan Novruzluya, dünyada ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə sizə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olun. Allah amanında. Allah sizi qorusun!