Səlim Abbaszadənin yeni kitabı təqdim olunub – Fotolar.

Osloda Norveç Azərbaycanlıları Gənclər Təşkilatı-NAYO və Oslo Azərbaycan Evinin dəstəyi ilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagirdi Səlim Abbaszadənin müəllifi olduğu və Azərbaycan tarixini, Qarabağ münaqişəsini və qazandığımız parlaq Zəfəri işıqlandıran, norveç və ingilis dillərinə tərcümə olunmuş “Sən elə bir zirvəsən” adlı kitabın təqdimatı olub. Fotolar:

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu: Dağların.

DAĞLARIN

Kök atıb, yaşayır min illərdi ki,
Uca zirvəsində elim dağların.
Adıyla bağlıdı xatirələrim,
Ötüşən hər ayım, ilim dağların.

Yeriyən torpağam, o göy deyiləm,
Sahilsiz ümmanam, Egey deyiləm,
Doğma balasıyam, ögey deyiləm,
Danışan dilidi dilim dağların.

Burda qazanılan, itən -adında,
Burda hər cücərən, bitən- adında.
Bir nalə çəkərəm Vətən adında,
Getməz qulağından zilim dağların.

Nə çoxdu dərdlisi, nə çoxdu şəni,
Düşüb saçlarıma həsrətdən dəni.
Çəkilsin yolumdan dumanı, çəni,
Yaraşmaz adına zülüm dağların.

Enişi, yoxuşu əfəndim olub,
Keşiyini çəkən öz kəndim olub.
Dörd ətir saçanı bir bəndim olub,
Bitib yamacında gülüm dağların.

Qəzənfər, dünyanın dadı nurdadı,
Sevənin qibləsi, yönü yurdadı,
Uzaqda axtarma, cənnət burdadı,
Can verim, qoynunda ölüm dağların.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təbrik edirəm, Bahar oğlu – Barat Vüsal!

BARAT VÜSALFƏRİDƏ LƏMAN

“MƏN AYAĞA QALXACAM,YARAMA TORPAQ TÖKÜN”

Dünyanın ən şirin sözünü özünə təxəllüs götürüb şair Barat
Vüsal. Ürəyimizi sıxan həsrətin məngənəsindən, gözümüzü
yolda qoyan intizardan yaxa qurtarmaq istəyəndə haradasa
şirin bir vüsal axtarmışıq. Amma, əziz oxucu, axtarmışıq
dedim. Vüsala çatmağın çox keşməkeşli yolları var. Yusif
Züleyxasının, Kərəm Əslisinin, Məcnun Leylisinin, Qərib
Şahsənəminin, Abbas Gülgəzinin vüsalına tələsəndə nələr
olmadı,nələr?!Vüsalın yolu əzablardan, ağrılardan, acılardan keçir.
Elə Baratın poeziyaya gələn yolu da bu şirin əzablardan
keçib. Amma axırda şirin bir vüsala qovuşub, şeir yazıb, şair olub.
Özünün dediyi kimi, eyvanlarında qaranquş yuva qurub,
öz qaranquşları olanda, sevgisinə bənzəyən utancaq
bənövşədən dəstə bağlayıb köhləninin belinə qalxanda, köç
edən durna qatarını xatırlayanda can atdığı bu duyğular vüsal
imiş. Barat Vüsal yurd sevgisinə köklü bir şairdir. O, şair
ömründə, insan taleyində bütöv Azərbaycan vüsalını
yaşamaq arzusundadır.

Sənin kimi olacağam Azərbaycan,
Sənin kimi vüqarlı, sərt!
Sənin kimi uca, məğrur,
Cəsur, comərd.

Sənin kimi üzündə nur, gözündə nur,
Dərdi-sevinc, sevinci dərd,
Bəxti yüyrək, bəxti qara,
Ürəyində min bir arzu, min bir yara.

Sənin kimi çadırlarda yaşayacam,
Səngərlərdə al qanıma bələnəcəm,
Sənin kimi olacağam, ölənəcən,
Sənin kimi olacağam – Azərbaycan!

Baratın içində zaman-zaman közərən duyğu ocağından
ətrafına sıçrayan qığılcımlar sətirlərə, misralara dönür.
“Məni tanı” – deyir, “Yaxşı tanı. Çör-çöp yığıb Vətən ocağını
sönməyə qoymayan mənəm, öz ömrünü yurd ömrünə
calayan mənəm, Vətən dərdi ilə yaş-yaş yanan mənəm, heç
kimə baş əyməyən, heç kimə əl çalmayan, kərpic kəsib, ot
otlayıb yaşayan mənəm, yüz yol ölmüş bildiyin, amma
ölməyən mənəm”.

Mən öləndə görəcəklər,
Köksüm üstə ürək deyil,
Azərbaycan döyünürmüş!

Şairin ürək yerində Azərbaycan döyünən köksündən
böyük ümidlərlə, böyük arzularla Qələbə yolları keçir.
Amma bunun üçün təpərli ürək lazımdır. Dərdə sığal vermək
yox, dərdi döymək lazımdır. Bu itən, bu yanan Vətənin
dərdinin üzünə çəkdiyimiz yaddaş pərdəsini zalımcasına
yırtıb, həqiqətin gözünə baxmaq lazımdır. Göz dağımızdan
baxmaqla, danışmaqla bir iş çıxmaz. Və şair demiş:

Gözün umuduna qalası olsa,
Bir də o dağları görməyəcəyik.

Yenə də şair ana bətnində körpəmizə belə qənim kəsilən
yağıya dərs vermək üçün “Qələbə yolları ürəkdən keçir”
deyir:

Bağrımız başına basaq silahı,
Ürəyə qısılsın o silah gərək.
Ürəklə bu yurdun olub pənahı,
Zəfəri ürəklə qazanmaq gərək.

Baratın əlimdəki kitabı “Yolumuz eşqə bağlıdır” adlanır.
Heç bir mübaliğəsiz bu kitabı oxuyub qurtarmaq olmur.
Sözlərin, fikirlərin tutumu, məna yükü olduqca təsirlidir.

Məni dağ başından yerə tullayın,
Araza tullayın, Kürə tullayın.
Ağlamayın, gülə-gülə tullayın,
Məni o dağ başı çəkir özünə!

“Ağlamaq səsi“, “Mən ayağa qalxacam”, “Qara daş
haqqında ağı”, “Mərmi”, “Sahildə“”, “Koroğlu daşı“,
“Gözümün üstü“,“Palıd kökləri“ “Yurd üstündə yellənən
bayraq“və s. şeirləri onun iç dünyasından, vətəndaş
yanğısından xəbər verir.
“Mən ayağa qalxacam“ şeiri Vətən harayı, şair demiş,
əsgər andı, əsgər səsidir. Vətənin torpağını şama bənzədən
şair hər kəsi özünü oda vuran pərvanə olmağa çağırır.

Bəsdir
iniltilər, bəsdir sızıltılar:
Bəsdir deyib ağladım, yoxdu bir kəsim deyə,
Qoymaram borclu qalıb ruhum tələssin göyə.
Anamın göz yaşları bir yolluq kəssin deyə,
Mən ayağa qalxacam, yarama torpaq tökün.

Bəli, bütün dərdlərimizin dərmanı bu torpaqdadır. Ona
görə də şair deyir: “Bütün dərdləri yenən təzə dərman
tapmışam, Mən ayağa qalxacam, yarama torpaq tökün”.
Baratın poeziyası axtarışdı, təəssübdü, düşüncədi, fikirdi.
Nəticədə tutumdu, mahiyyətdi, mənəviyyatdı. Baxın, “Qara
daş haqqında ağı” şeirində Barat yollara atılmış, ya yolların
küncündə atılıb qalmış qara daşa təkcə bir daş parçası kimi
baxmır, oxucusuna tarix açır, mahiyyət söyləyir, ağı deyir.
Bu daş yüz düşmən başı yara bilərdi, bəlkə bu daşlar bir
vaxtlar kəsilmiş bir başdı, ya bəlkə qədim bir qaladan düşən
tarixi yaddaşdı, bəlkə bir igidin köhlən atıdı, ya doğrudan da
qara bir daşdı. Amma niyə bu qara daşın dərdinə ağlayan
yoxdu.

Taleyi üstündə bir duman gördüm,
Çox şeydən ötəri ağlağan gördüm.
İtə də, qurda da ağlayan gördüm,
Heç bu qara daşı ağlayan yoxdur.

Baratın dilindəki söz, fikir axtarışı gözəldir. “Mərmi”
şerində diqqətinizi belə bir ifadəyə cəlb etmək istəyirəm.
“Əsgər əllərinin yası”…“ çox mənalı seçimdir, sanki bütün
şeirin canıdır. Şeir bütün varlığı ilə həmin ifadədən gəlib
keçir. Anasının qırxından yarımçıq çıxıb xidməti borcunu –
Vətən, Torpaq borcunu hər varlıqdan üstün tutan əsgər,
Azərbaycan əsgəri sən Vətənin, Torpağın ölməzliyini
fikirləşirsən, sən düşmənin qəzəbini, hikkəsini özünə
tuşlayırsan, amma düşmən də oyaqdı. Budur mərmi düşən
vuran əllərini qoparıb, sənin dərdinə dərman olacaq dərmanlarsa
yoxdur, satılıb, ya bəlkə müştərisi üçün bir küncə
atılıb. Sənin dərdinə, sənin ölümünə şairin qələmi ağlayır,
şeiri ağlayır. İlahi, bu şeir dərmandımı götürün qoyun əsgərin
əlləri üstə. Bu əsgərin əlləri düşmənə uzanmışdı, bu əsgərin
niyyəti zəfərə tuşlanmışdı. Nə yazıq ki, əsgərin qopan əlləri
kimi qəlblərindən vicdanını qopardanlar da var.

Sənin boğazından kəsir bir alçaq,
Mənim boğazımdan kəsir bir alçaq.
O əsgər əlləri uzanmalıydı,
Hələ çox zəfərlər qazanmalıydı
Uzanan o namərd əllərinə bax,
“Qazanan” o namərd əllərinə bax.

Olsun namərdlərə ölüm, deyirəm,
Yığşırsın qoy hələ pul ətək-ətək.
Gəlin ay adamlar, gəlin, deyirəm,
Əsgər əllərinin yasına gedək.

Baratın kitabını oxuduqca bitkin, orijinal, özünəməxsus
fikirlər müşahidə etdim: “Sənin yox, özümün sonum
başlayır. Əgər ürəyimdən yıxılsan, Vətən“, “Baxtını devirib
yatırammazlar, Yığılan var üstə oturammazlar”, “Bir daş
ayağımız altında qalıb, Yağır başımıza tənə daşları”, “Söyüd
gövdəsinə güvənmək olmur, Aşır işlərimiz palıd kökündən“”,
“Dostları görəndə zəncir gəmirir, Düşməni şırvanıb keçirir
başa“, “Bu iti içimə kim bağlayıbdı”, Qələm böyüdəni
kiçiltmək olmur” və s.
Baratın nəğmə dolu ürəyinin bir neçə vərəqini aça bildim.
Çünki sənət eşqinə bağlı bu yolu getmək (“Yolumuz eşqə
bağladır”) çox mətləbləri açmağı tələb edir. Şair qardaşım,
bu fikirlər sənin çox dəyərli kitabından oxuduğum şeirlərin
olsa-olsa, beş-altısı haqqında ürək sözlərimdir. Deyəcəyim
sözlərin çoxu qabaqdadır. Sağlıq olsun. Bir torağay
uçuşunda, bir tütək səsində yenə sənin yaradıcılığına
dönəcəyəm.
Qırmızı qurşaqlı səməni də, çölə, çəmənə ətir saçan novruzgülü gülü də
dünyaya
gəldiyin 18 mart günündə bu yazı ilə birgə sənə hədiyyə
olsun. Şeirində təvəllüd gününlə bağlı bu günü heç kimə
verməyəcəyəm,- deyirsən. Biz də arzu edirik ki, ömrünün
bütün sevinci bu günü keçirdiyin günün sevinci qədər olsun.

Yandırın, a dostlar, bayram şamını,
Bu günü ömrümə naxış sayıram.
Qonaq çağırıram bu gün hamını,
Bu günü hamıya bağışlayıram,
Bu günü heç kimə verməyəcəyəm.

Müəllif: FƏRİDƏ LƏMAN

FƏRİDƏ LƏMANIN YAZILARI

BARAT VÜSALIN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

EY RUHUM, SƏN AZADSAN!

EY RUHUM, SƏN AZADSAN!

Ey ruhum, sən azadsan
Bu dünya sənlik deyil.
Sənsiz yetim qalar eşq,
Dünya yetimlik deyil.

Səni məndən almağa
Cismimin gücü yetməz.
Səni də saxlamağa,
Canımın içi yetməz.

Uç qanadlı quş kimi,
Əngin göylər sənindir.
O əlçatmaz məkanlar
Əbədi Vətənindir.

Sən uzaqlar yolçusu,
Əlin Allaha çatar.
Gedərsən, məzarında
Azadlıq eşqin yatar.

15.03.2024.

MÜƏLLİF: XANLAR HƏMİD

XANLAR HƏMİDİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

اعتبارسیز دونیا

اعتبارسیز دونیا

دونیا بوتون درد و کدر اولسادا
فایداسی یوخ اوندان اوتور آغلاماق
اگر قوناق عنوانین دا گلمیشوق
نه لازیم کی دونیایا بئل باغلاماق
اولاددی، مالدی، دونیانین زینتی
آرتیق طاماحلیقدی، اینسان ذلتی
قضا قدر واردی، اولوم صحبتی
پس نیه اون ایچون سینه داغلاماق
یاخشی لارا، دونیا زندانا بنزر
ظالیم ایچون بورا رضوانا بنزر
دالدا ایلان، اوزده جیرانا بنزر
صحبته گلمز اونا سوز چاغلاماق
وفاسیزلیقی دونیانین چوخدی چوخ
اونون بیر آن اعتباری یوخدی یوخ
مونیس، دونیا قارنی عجب توخدی توخ
آماندی گر اونا اوره ک باغلاماق

شهرام خوشرو
(مونیس تبریزی)


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

On səkkizdən başlamışam saymağa…

Zaur USTAC – Mustafayev Zaur Mustafa oğlu – 1975.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Süleymanov Müzəffər Məmməd oğlu

İstefada olan polis polkovniki Müzəffər Süleymanov əslində dünyaya saz çalmaqdan, şeir yazmaqdan ötrü gəlmişdi. Amma taleyinə, ömür yoluna xalqına şərəflə xidmət missiyası yazıldı.. Ömrünün 35 ilini polis peşəsinə həsr etdi.

Süleymanov Müzəffər Məmməd oğlu 1955-ci il mart ayının 18-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Orta məktəbi Daşkəsəndə bitirib 1972-ci ildə Yeyinti Sənaye texnikumuna qəbul olundu. Texnikumu əla qiymətlərlə bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətə başladı. Erkən yaşlarında sərbəst həyata alışdığıından Sibirin sərt iqlimində xidmət etməyinə baxmayaraq əsgərlik həyatı ona çox asan və sadə görünürdü. Canında, qanında məsuliyyət hissi güclü olduğundan onu hərbi dairə üzrə starşina rütbəsinə layiq bildilər.. Hərbi xidmətdən sonra 1976-cı ildə hərbi hissənin zəmanəti əsasında
Bakı şəhəri Səbail rayonu Milis idarəsində bölmə komandiri kimi fəaliyyətə başladı. Fəaliyyətdə olduğu illərdə Milis məktəbini, sonrakı dövrlərdə Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirdi.
Ləyqətlə, bir kimsəyə arxalanmadan “Mənim dayağım mənim Allahımdır” – deyərək hər zaman köməksizlərə kömək oldu Müzəffər müəllim. Əvvəl Səbail Pİ-də , sonrakı illərdə BBPİ -də məsul vəzifələrdə çalışdı . Pespublikamızın sayılıb-seçilən, təcrübəli polis əməliyyatçılarından biri kimi fərqləndi…
Çalışdığı dövrlərdə humanistliyinə, səmimi münasibətinə görə insanların rəğbətini qazandı..
Zaqafqaziya Komsomol Məktəbini fərqlənmə diplomu ilə bitirən M.Süleymanov polis orqanlarında çalışdığı dövrlərdə Komsomol Təşkilatının , İlk Partiya Təşkilatının katibi seçilmişdir. Həmçinin, “Əlbəyaxa döyüş” idman növü üzrə məşqçilik də edirdi.

Qarabağ müharibəsi başlandığı dövrdə – 1990- cı ildə polis zabiti olaraq ilkin təşəbbüs qaldırmış , bir qrup həmkarı ilə birgə Qazax rayonunun Ermənistanla sərhəd kəndlərində və Qarabağ bölgəsində mənfur düşmənə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir.

2002- ci ildə vəzifəsinin icrası zamanı təhlükəli cinayətkarıla əlbəyaxa döyüşdə dörd bıçaq yarası alsa da cinayətkarları orqana təslim edə bilir. Həyatla ölüm arasında olarkən həkimlərimizin şəfalı əlləri və onu sevən insanların duaları Müzəffər müəllimi yenidən həyata qaytarır…

Müzəffər Süleymanov xidmət etdiyi dövrlərdə yüksək şücaət göstərdiyinə görə dövlətimiz tərəfindən 70- dək müxtəlif təltiflərə, I, II, III dərəcəli “Qüsursüz xidmətə görə” medalına layiq görülmüşdür.
2011-ci ildə BBPİ-də kadrlar idarəsinin şöbə müdiri vəzifəsindən təqaüdə çıxmışdır.

Müzəffər müəllimin poeziyaya vurğunluğu onun mənəvi dünyasına hər zaman işıq salıb. Xeyirxahlıq onun əsas qayəsi, həyat fəlsəfəsi olub. Şeirlərini oxuduqca mənəvi zənginliyini, müdrikliyini hiss etməmək mümkün deyil. İnsanlığa yüksək dəyər vermək onun əsas amalı olub.
Müzəffər müəllim həmçinin çox gözəl saz ifaçısıdır. Çox mənəm-mənəm deyən aşıqlar onun yanında sazı sinələrinə ehtiyatla götürürlər. O, ədalətsayağı coşğulu, iti barmaqlıdır. Həmişə yorğunluğunu sazla qol-boyun olanda unudar…Könlündə, zehnində bulanıq nə varsa sazla duruldar….
Onu sazsız təsəvvür etmək mümkün deyil..

Müzəffər Süleymanov mükəmməl ailə başçısı, qayğıkeş babadır.
Ali təhsilli üç oğul övladı onun yolunu layiqincə davam etdirirlər.
Uğurlar arzu edirəm!

Müəllif: Mahmud Vəli


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Borcumu

  BORCUMU

Keçən ömrün hər anını sanıram,
Çətin verəm, ana, sənə borcumu.
Borclu qalmaq kösöyündə yanıram,
Anlayıb da gündən-günə borcumu.

Dil açanda ilkin sözüm sən oldun,
Ayaq açdım, üz tutduğum yön oldun.
Sevincimdə, kədərimdə tən oldun,
Bunlar vurdu biri minə borcumu.

Bircə dəfə baş qoymağım dizinə,
Dəyərmiş bu Yer üzünün özünə.
Qulaq verib söhbətinə-sözünə,
Xatırladım dönə-dönə borcumu.

Bu dünyanın nə dövləti, nə malı,
Kömək etməz dəyişməyə əhvalı.
Bir söz deyim dədə-baba misalı,
Qoruyacam, bil, dəfinə borcumu.

Bu nə düzən, zamanada nə qayda,
Ömür gəlir keçir hayda-harayda.
Şair oldum, alim oldum, nə fayda,
Verəmmədim sənə yenə borcumu.

Anlayaqmı, ya dünyada çaş qalaq,
Keçib gəldin yollarında daş-qalaq.
Bilirəm ki, eyləyəcək daşqalaq,
Dönsün görüm ləlöyünə borcumu.

Sevib məni oxşamaqdan doymadın,
Göydə oldu, əlin yerə qoymadın.
Bircə dəfə Mahirəyə qıymadın,
Götür apar, bas sinənə borcumu.

03.03. 2024-cü il.

Novxanı.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru