Qəzənfər Məsimoğlu: Dağların.

DAĞLARIN

Kök atıb, yaşayır min illərdi ki,
Uca zirvəsində elim dağların.
Adıyla bağlıdı xatirələrim,
Ötüşən hər ayım, ilim dağların.

Yeriyən torpağam, o göy deyiləm,
Sahilsiz ümmanam, Egey deyiləm,
Doğma balasıyam, ögey deyiləm,
Danışan dilidi dilim dağların.

Burda qazanılan, itən -adında,
Burda hər cücərən, bitən- adında.
Bir nalə çəkərəm Vətən adında,
Getməz qulağından zilim dağların.

Nə çoxdu dərdlisi, nə çoxdu şəni,
Düşüb saçlarıma həsrətdən dəni.
Çəkilsin yolumdan dumanı, çəni,
Yaraşmaz adına zülüm dağların.

Enişi, yoxuşu əfəndim olub,
Keşiyini çəkən öz kəndim olub.
Dörd ətir saçanı bir bəndim olub,
Bitib yamacında gülüm dağların.

Qəzənfər, dünyanın dadı nurdadı,
Sevənin qibləsi, yönü yurdadı,
Uzaqda axtarma, cənnət burdadı,
Can verim, qoynunda ölüm dağların.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir