ADİLƏ NƏZƏRİN BAYRAM TƏBRİKİ

BAYRAM TƏBRİKİ

Xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirən Novruz bəşər tarixinə məlum olan ən qədim bayramlardan biri, bəlkə də birincisidir. Dunya insanları, hansı dinin daşıyıcısı olmasına baxmayaraq, Novruzun elementlərindən geniş istifadə olunur. Məsələn, xristianlıqda xaç-su məsələsi, (su yeni həyat elementi kimi) Yəhudi dilindən tərcümədə “Yeni il” adlanan “Roş-ha Şana” bayramında günboyu salamlaşma və almanı balla yemək ənənəsi (şirniyyat elementi), bütün müsəlmanların qeyd etdiyi Novruz Bayramı biz türklərə görə təbiətlə bağlı su, od, torpaq, yel ilə bağlı dörd əsas ünsürlə yanaşı, cəmiyyətdə humanist insani münasibətlər, paylaşmaq, birlik, bərabərlik kimi bəşəri dəyərləri də qoruyur.

Baharın gəlişini bağladığımız bu dörd çərşənbənin hər birinin ayrı-ayrı anlamlar daşıdığı məlumdur. İnanclarımıza görə bu anlamların xususi yeri var. Yel çərşənbəsi qışın qalıqlarını sovurub aparır, yeni – ilıq hava gətirir. Su çərşənbəsi təbiətə can verir, torpağı oyadır. Su çərçənbəsində suyun üzərindən atlanma mərasimləri keçirilir. Bütün ağırlıqları suyun yuyub aparacağına inanılır.

Novruzu zərdüştlüklə bağlayan tədqiqatçılar daha çox bunu bayramdan öncə keçirilən axır çərşənbə gecəsi icra edilən atəşfəşanlıqla əlaqələndirirlər. Eyni zamanda burada şamanizmin izləri də özünü mühafizə etməkdədir. Sovet dönəmində bu bayramın qadağan edilməsinə baxmayaraq, ölkəmizdə Novruz həmişə xüsusi coşqu ilə qeyd edilmişdir. Bugün də axır çərşənbədə dağ başlarında, uca yerlərdə, kirəmitsiz damlarda, küçələrdə, həyətlərdə tonqallar qalanır, tonqalların ətrafında dövrə vurub

yallı gedirlər. Mərasimdə “Atıl-batıl çərşənbə, baxtım açıl, çərşənbə”, ağırlığım-uğurluğum bu odda yansın” – deyib tonqalın üstündən atılır, atəşfəşanlıq edir, lopalar yandırır, bununla da insanlar şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırlar.

Novruz yeni günün, yeni ilin, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında səmimiyyəti, dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir.

Hər il insanların həvəslə qarşıladığı və yola saldığı Novruz Bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadır.
Bu gün ilaxır çərşənbə dediyimiz Torpaq Çərşənbəsini qeyd edirik. Bu günə həm də Niyyət, Dilək Çərşənbəsi deyilir. İnancımıza görə, bu gün ürəkdə tutulan xoş diləklər hasilə yetir.

Sizlərin hər birinizin xoş arzularınız həyata keçsin, əziz dostlar.! Torpaq Çərşənbəniz və qarşıdakı Novruz Bayramınız mübarək olsun!

BAYRAM ALQIŞI

Mən alqış deyirəm, gəlin qol qoyaq,
Vəsfi Vətən olsun sözlərimizin.
Tanrı müjdələsin, xoş xəbər duyaq,
Qüvvəsi qayıtsın dizlərimizin.

Oğullar dağlarda ovuna yatsın..
Başını ad-sana, şöhrətə qatsın.
Könlündən keçənə əlləri çatsın,
Oynasın telləri sazlarımızın.

Hamı desin-gülsün, hamı şənlənsin,
Açılsın çiçəklər, güllər dillənsin.
Ana-ataların gözü nəmlənsin,
Qoy bəxti açılsın qızlarımızın.

Arzular göyərsin bu yaz qabağı,
Yansın Novruz şamı, bayram çırağı.
Geriyə qaytardıq can Qarabağı,
Süzülsün sevinci gözlərimizin.

Taleyi güləcək yerin vaxtıdır –
O “Göyçə dəngiz”i, “Altuntaxt”ıdır,
Yetək, Ələsgərin ruhi-baxtıdır,
Sevinci tam olsun üzlərimizin.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

İSMAYIL MƏRCANLI İMANZADƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar” doğum günü münasibətilə tanınmış şair XASİYYƏT RÜSTƏMin şeirlərini təqdim edir:

XASİYYƏT RÜSTƏM

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )

Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışmışdır. 2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.

“Yazarlar” doğum günü münasibətilə tanınmış şair XASİYYƏT RÜSTƏMin şeirlərini təqdim edir:

Leyli ağaclar

Bir gün söyüd belə Məcnuna dönər,

Göylərə üz tutub, o da dil açar.

Yıxmaz gövdəsini dəli küləklər,

Aşiq sevdasıyla göylərdə uçar.

Nə bulaqlar – duyan,

nə yollar – bilən!

Cavabsız qoyarlar suallarını.

Amansız quşlarmı almış əlindən

Leyli ağacının xəyallarını?..

İmtina

Ağlamaq istərəm, amma ki, çox gec,

Sənə dərdlərimdən vermərəm xərac.

Gözünə görünmək istəmirəm heç,

Köksünə quş belə sığmayan ağac!

Səndən ümidimi üzmüşəm artıq, –

Ruhum sənə gələn yolu unudub.

Elə həyatdan da küsmüşəm artıq,

Yaşaram, əlimlə köksümü tutub…

Axmatovaya

Vücudumu atəş sarar,

Qar kimi əriyər göylər.

Qismət nəsə o da olar;

“Xoşbəxt olmaq istəmirəm!” –

qəlbim söylər.

Başım üstdən bulud axar…

Yer qaçar ayağım altdan.

Gözlərinə baxa-baxa

Şeir demək necə asan!..

Bu şeirlər ikimizin!

Bir kitabda yoxdur hələ.

Razısanmı, ey əzizim,

Onlar düşsün dildən-dilə.

Bir nöqtədə dursa zaman

Divarlardan küsər saat.

Bəxtin verməz sənə aman,

Arzuları başından at!

***

Külək əsər, çırpar yerə

qarşısından qaçanı.

Özümdən gizləyim hara

Allah verdiyi canı?

Oyandım, yenə oyandım –

ürəyimdə intizar.

Əlini uzatma canım,

bu gün “əlvida”mız var.

Yolçu, bu da nə təsəlli?

kövrəltmə son anıımı.

Utandırım qoy, əcəli –

peşkəş edim canımı.

***

Məgər az idimi çəkdiyim çilə,

Siyah saçlarım da indi bəyaz qar…

Səni yuxularda görməyim belə

Yəqin ki, aləmə aşikar olar.

Qərib bir həyəcan könlümü sarmış,

Xoşbəxt olduğuma inanmaram mən.

Bilmirəm nə edim… Sabah olmamış

Bütün yuxuları silimmi görən?..

***

Qəribə deyilmi, sağam bu mövsüm,

Çiynimə yük olmuş dörd fəsil – dörd qış!

Asanmı sanırsan, qırx ildir köksüm

İçində ən ağır ürək daşımış!..

Yorğunam. Ağrılar sinəmə batır,

Bu halda dünyadan necə köçəsən?!

Ürəyim dayanır, sanki həyatın

Hökmü qarşısında diz çökmüşəm mən.

Yeknəsəklik

Həyətimdə rüzgar əsir,

Pəncərəmi döyür qar.

İçimdən qopan yellərdən

Güclümü bu rüzigar?

Pəncərəmin qarşısında

Yağır  bir leysan yağış.

İçimdən daşan sellərə

Bu damlalar – yalvarış!

***

Baxıram… Dinmirsən…

Əhvalın sərin…

Fikrində nə var ki, ruhunu sarmış?

Gözünə görünmür bişirdiklərim,

Bütün yeməklərim sobada qalmış.

İşdə olarkən də gəlməm ağlına,

Amma mən evimdə tək deyiəm, bax –

Gözləyir otaqda məni Marina,

Gözləyir otaqda məni Pasternak!

***

Bu günü də vurdum başa,

Oyalandım, bitdi keçdi…

Öz adımı yazdım daşa,

Əcəl gəldi, ötdü keçdi…

Ayaqlarım yerə batır,

Torpaq başa necə yaxın!

İşim də qalmamış, baxın,

Həyat məni atdı, keçdi…

“Günahkar” dedilər, yenə

Uymadım nifrətə, kinə.

Kimlərsə yazdı könlünə,

Kimlərsə unutdu keçdi…

***

Yalvardım “Allah!” deyə,

Açıldı Göyün üzü, –

Başladı əritmyə

Ürəyimdəki buzu.

Odum yox,

yol – duman, çən.

Tutmuşam ürəyimi;

Qoruyuram səni mən

Son kibrit çöpü kimi.

Uğurlarınız bol olsun,  XASİYYƏT xanım!

XASİYYƏT RÜSTƏMİN YAZILARI

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

XASİYYƏT RÜSTƏMİN DOĞUM GÜNÜDÜR!

“Yazarlar” doğum günü münasibətilə tanınmış şair XASİYYƏT RÜSTƏMİ təbrik edir, sağlıqlı ömür və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır! Uğurlarınız bol olsun,  XASİYYƏT xanım!

XASİYYƏT RÜSTƏMİN YAZILARI

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dоqquz qоz аğаcı hаqqındа bаllаda – Rəfail Tağızadə

Hər dəfə çərşənbə yaxınlaşanda – bayramlıq qoz, fındiq alanda yadıma çox şeylər düşür. Kənddəki həyətimizdə doqquz qoz ağacı vardı…

Dоqquz qоz аğаcı hаqqındа bаllаda

Şəhərə məcburi köçməli оlаn аnаm iki dəfə yаmаn kövrəldi:
bir dəfə mən bаzаrdаn bаyrаmlıq qоz аlıb gətirəndə, …

Qаrımış qоz аğаcındа
qаrğаlаr qоz-qоz оynаdır,
süpürülməyən хəzəllərin аltındа
neçə ilin bаyrаmlıq qоzu yаtır.
Dоqquz qоz аğаcı vаrdı kənddəki həyətimizdə
dоqquzu dа bir-birindən böyük,
bir-birindən ucа,
budаqlаrı hаçа-hаçа.
Hələ kənd bаğındаkılаrı demirəm.
Gör indi bu neçə ildə
həyətimiz nə gündədi,
bаğlаr nə gündədi.
Nə günə qаlmışıq
qаrğа bizə qоz аtır,
bizim qоz аğаcının
sаkkа qоzu bаşımızı yаrır.
Yiyəsiz qоz аğаcının
хiffətdən quruyаnı vаr,
düşmən bаltаsıylа
yаş-yаş dоğrаnаnı vаr,
оğurlаnаnı vаr.
Bəlkə, hаnsısа mebelin siyirtməsində gizlənib
uşаqlıq хаtirələrim,
hər qаpı аçılаndа
bir günün хаtirələri səpələnir yаd оtаğа,
özgə yаtаğа.
Bəlkə, hаnsı yоllаsа gətirilmiş
qоnşudаkı dоlаbdа gizlənib хаtirələrim,
оnsuz dа bir dоlаbın çığırtısı
diksindirir məni, qаrdаş.
Dоğmа rüzgаrın sığаlını gözləyən
qоz аğаcındаn pəncərənin gözlərində yаş.
…Bəlkə, döşəməyə döşənib
qоzbel оlub хаtirələrim …
Mən sənə səlbə аtmаq hаqqını
itirmiş аdаmаm,
yаğı əlində qаlаn qоz аğаcı,
аnаm kimi
аğlаmа аcı-аcı …

Müəllif: RƏFAİL TAĞIZADƏ 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru